Şİrvanşahlar sarayi: tariX, HƏQİQƏTLƏR, MÜlahiZƏLƏR «Elm və təhsil» Bakı – 2015



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix19.07.2018
ölçüsü0,95 Mb.
#56523
  1   2   3   4   5   6   7   8   9   ...   23


1

ŞİRVANŞAHLAR SARAYI:

TARİX, HƏQİQƏTLƏR, MÜLAHİZƏLƏR

«Elm və təhsil»

Bakı  – 2015


2

Elmi redaktor:    

Vəfa Quliyeva







Tarix elmləri doktoru

Rəyçi:   

 

Kamil İbrahimov







tarix elmləri doktoru, professor

İşçi qrup:  

 

Mikayıl Nəcəfov

  

 

 

İradə Musayeva

  

 

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent

  

 

 

 

 

 

Qənirə Pirquliyeva

  

 

 

Tarix üzrə fəlsəfə doktoru

 

 

 

Sevil Məmmədova

 

 

 

Həcər Alxasova

 

 

 

Nərmin Alıyeva

Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr 

(elmi-praktik konfrans).



Tezislər toplusu. Bakı, “Elm və təhsil”, 2015, 80 səh.

 

İSBN 978-9952-8176-2-1



© «Elm və təhsil», 2015


3

Cəfər Qiyasi

AMEA-nın müxbir üzvü,

arxeologiya elmləri doktoru, professor

DİVANXANA – ŞİRVANŞAHLARIN 

SARAY KÖŞKÜ

İslam  ölkələrinin  memarlıq  tarixində  saraylar  dağıntılara 

daha  çox  uğrayan  binalar  olmuşdur.  Hər  bir  işğalçı  özünün 

qələbə  təntənəsini  çox  vaxt  məğlub  etdiyi  hökmdarın  sarayını 

uçurmaqla  başlayırdı.  Hakimiyyətdən  getmiş  sülalələrin 

sarayları isə baxımsızlıqdan və insan biganəliyindən yavaş-yavaş 

dağılaraq  yox  olurdu.  Ona  görə  bu  gün  ərəb  ölkələrindən  Orta 

Asiyayaycan  geniş  ərazidə  əski  saray  və  qəsr  komplekslərinin 

ancaq xarabalıqlarına tuş gəlinir. İslam dünyasında salamat qalan 

saray  binalarının  çoxunun  tarixi  XVII-XVIII  əsrlərdən  qədimə 

getmir. Yalnız İspaniyada qalmış orta əsr ərəb memarlığının şah 

əsərlərindən  biri  sayılan  Əl-Həmra  (XIV  əsr)  və  İstanbuldakı 

Çinili Köşk (XV əsr) sarayları bu baxımdan istisna təşkil edir.

Bakıda  1863-cü  ildə  cəmi  iki  gün  olmuş  alman  alimi 

E.Kempfer  saray  kompleksindəki  köşkü  «Divanxana»  adı  ilə 

belə öymüşdür: «Divanxana xüsusi heyrət doğurur… Bu bina bir 

yandan özümlü formaları və memarlığı ilə seçilir, o biri yandan 

bütün  saray  ansamblı  üçün  əla  bəzəkdir».  Sonrakı  illərdə  rus 

şərqşünasları və səyyahlar da Şirvan memarlığının bu şah əsərini 

«Divanxana»  adı  ilə  tanıtmışlar.  Gəlmələr  bu  adı  şübhəsiz  ki, 

yerli  bələdçilər  və  mütəxəssislərdən  almışlar. Ancaq,  təəssüflər 

olsun  ki,  yerli  qaynaqlarda  bu  nadir  abidə  haqqında  nəinki  bir 

bilgiyə, hətta onun adına belə hələlik tuş gəlinməmişdir.

Divanxana  öz  adı  ilə  dövrümüzə  gəlib  çatsa  da  bəzi  araş-

dırıcı larda  onun  təyinatını  dəqiqləşdirməklə  bağlı  şübhələr  ya-

ran mışdır.  Sovetlər  dönəmində  Divanxananı  ilk  kərə  geniş  araş-

dırıb  onun  mükəmməl  ölçü  cizgilərini  hazırlayan  memarlar 



4

–  S.Dadaşov  və  M.Hüseynov  1938-ci  ildə  Moskvada  nəşr 

etdirdikləri «Bakıda Azərbaycanın memarlıq abidələri» kitabında 

Divanxananın  memarlıq  şərhini  verəndən  sonra  belə  bir  qənaətə 

gəlmişdilər: «Hesab etmək gərəkir ki, bu binanın təyinatı hələlik 

aydınlaşdırılmamış qalmaqdadır». Onlar biraz sonra «Divanxana 

dövlət şurasının – divanın iclasları üçün xidmət göstərirmiş» fikrinə 

gəlmiş,  Divanxananı  qəbul  salonu  hesab  etmişlər.  Şirvanşahlar 

sarayı  kompleksində  arxeoloji  qazıntılar  aparmış  V.N.Leviatov 

«Bu gözəl tikilinin təyinatı bəlli deyil» fikrində olmuşdur. 

Son  dərəcə  açıq,  sərbəst  və  fəzalı  kompozisiyası  olan 

Divanxana  bütün  görkəmi  ilə  dünyəvi  xarakterli  binadır. 

Bu  özəlliyi  ilə  o,  qapalı  quruluşlu,  kütləsəl,  dini  və  xatirə 

tikililərindən  kəskin  fərqlənir.  Azərbaycanın  orta  əsr 

memarlığında  sütunlu  eyvanı  olan  yığcam  quruluşlu  saray 

binaları Elxanlılar dönəmindən (1256-1353) bəllidir. Arxeoloqlar 

bu  tip  saray  binasının  plan  quruluşunu  Cənubi  Azərbaycanın 

Təxti  Süleyman  şəhər  yerində  üzə  çıxarmışlar.  Arqun  xanın 

(1284-1291)  tikdirdiyi  həmin  saray  binası  dörd  sütunlu  dərin 

eyvanı ilə şəhər mərkəzindəki təbii gölə yönəlmişdir. Əldə olan 

qrafik materiallar Şənb Qazan kompleksindəki Adiliyyə köşkü və 

Qazan xanın (1295-1304) yay iqamətgahı olan Ucanda tikdirdiyi 

saray  köşkünün  də  ön  fasadlarının  dörd  sütunlu  –  üç  tağlı 

quruluşda olduqlarını göstərir. Divanxana binasının saray köşkü 

olduğunu təsdiqləyən özəlliklərdən biri onun eyvanında vaxtilə 

yaşayış evləri üçün səciyyəvi olan məhəccərlərin – qorxuluqların 

qurulması faktıdır. XIX əsrin təsviri sənədlərindən – rəsmlərdən 

və  fotolardan  görünür  ki,  sütunlar  arasında  quraşdırılmış 

məhəccərlər  düzbucaqlı  daş  tavalarda  yonulmuş  şəbəkələrin 

dikinə düzülməsi yolu ilə yığılmışdı. Bu şəbəkə məhəccərlərdən 

indiyə  ancaq  eyvan  sütunlarındakı  izlər  qalmışdır.  Fotolardan 

bəlli olur ki, həmin daş məhəccərlər XIX yüzilin sonlarında artıq 

dağılmağa  üz  qoymuşdu.  Onların  sonrakı  talei  haqqında  əldə 

heç bir məlumat yoxdur. Ancaq A.Pavlinovun ölçü cizgiləri, rus 

rəssamı A.Konun (XIX əsr) qravürü, Rusiya çarı III Aleksandrın 

1888-ci  ildə  Bakıya  gəlişinə  həsr  olunmuş  tablo  və  qədim 




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə