Sistemin faydalı iş əmsalı (F.İ.Ə)



Yüklə 34,5 Kb.
tarix29.06.2022
ölçüsü34,5 Kb.
#90207
fiə


Sistemin faydalı iş əmsalı (F.İ.Ə)


Suvarma sistemlərinin faydalı iş əmsalı magistral kanalın, təsərrüfatlararası bölüşdürücü kanalların və təsərrüfatın suvarma şəbəkələrinin faydalı iş əmsallarının hasilinə bərabərdir:
η s = η m.k η t.a η t.s.s
Təsərrüfatın suvarma şəbəkələrinin faydalı iş əmsalı təsərrüfata sugötürən kanalın,təsərrüfatdaxili bölüşdürücü kanalların, sahə bölüşdürücü kanalların və müvəqqəti suvarma şəbəkələrinin faydalı iş əmsallarının hasilinə bərabərdir:
η t.s.s = η t.ş.k η t.d ηs.k ηm.ş
Faydalı iş əmsalına təsir edən amillər: torpağın mexaniki tərkibi,kanallarda su sərfi, kanaların uzunluğu (həmçinin qollarının uzunluğu), qrunt sularının səviyyəsinə yerləşmə dərinliyi, kanalların vaxtaşırı fəaliyyəti və s.
Ümumiyyətlə, təsərrüfatlatarası şəbəkələrin faydalı iş əmsalı təsərrüfatdaxili şəbəkələrin faydalı iş əmsalına nisbətən daha ətraflı öyrənilmişdir. Son illər bütün dünyada, eləcə də Azərbaycanda təsərrüfatlatarası şəbəkələrin əksər hissələri beton üzlüklərlə örtülmüşdür. Təsərrüfatlatarası sistemlərin faydalı iş əmsalının maksimum qiyməti 0.9 ola bilər. Bir sıra ölkələrdə eləcə də, bizim ölkəmizdə sudan istifadə planları tərtib olunarkən təsərrüfat sistemlərinin faydalı iş əmsalı 0.7—0.75 qəbul edilir.Təsərrüfat sistemlərinin faydalı iş əmsalının maksimum qiyməti 0.8 ola bilər. Əksər ölkələrdə sistemin faydalı iş əmsalı belə götürülür:
η s = 0.9• 0.8 •0.8~0.6
Ümumiyyətlə, sistemə daxil olan ümumi suyun 40%-i istifadə olunmur, onun əsas hissəsi axaraq çaylara daxil olur.
Suvarma sistemlərinin faydalı iş əmsalını həmçinin, sahəyə verilən suyun miqdarının (həcminin) Wnet, baş qurğudan götürülən suyun miqdarına (həcminə) Wbrutto olan nisbəti ilə də müəyyən etmək olar:

η s = Wnet/ Wbrutto və ya


η s = Qnet / Qnet/Qbrutto
Qnet və Qbrutto uyğun olaraq, netto və brutto su sərfləridir.
Netto su sərfi — bilavasitə bitkiyə verilən suyun miqdarıdır. Brutto su sərfi — kiçik kanalların böyük kanallardan və beləliklə, kanalın baş hissəsindən götürülən (sistem üçün) suyun miqdarıdır. Bu sərflər arasındakı fərq kanaldan olan su itkisinə bərabərdir:


Qbrutto− Qnet = S Qbrutto= Qnet + S
Təsərrüfatlararası kanalların faydalı iş əmsalı belə də hesablanır;

η = Qk/ (Qk +S)


Qk—kanalın son hissəsindəki su sərfi m3/san;
S—həmin hissədəki su itkisi;
Uyğun olaraq,bütün sistem üçün isə :
η s = ∑Qnet/ (∑Qnet +∑S)

∑Qnet—təsərrüfatlara verilən su sərfinin cəmi;


∑S—kanallarda olan itkilərin cəmi;

Qbrutto= Qnet + S


Qbrutto= Qnet+ 0.01σ Qnet L


σ — 1 km kanalın uzunluğu üçün Qbrutto sərfdən olan xüsusi itki % ;
L — kanalın uzunluğu km ;

Davamlı fəaliyyətdə olan kanallar üçün faydalı iş əmsalı belə də hesablanır;


η = 1− σ L/100
σ = A/Qm

σ əmsalını hesablamaq üçün A.N.Kostyakovun təklif etdiyi formuladan istifadə etmək olar:


Yüngül torpaqlar üçün — σ = 3.4 / Q0.5
Orta torpaqlar üçün — σ = 1.9 / Q0.4
Ağır torpaqlar üçün — σ = 0.7 / Q0.3
Yüklə 34,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə