“Sivilizasiya”. 2014.№ S. 10-16. Qloballaşma prosesiNDƏ qlobal şÜUR



Yüklə 52,53 Kb.
Pdf görüntüsü
tarix17.01.2018
ölçüsü52,53 Kb.
#20989


“Sivilizasiya”.-2014.-№ 1.-S.10-16.

QLOBALLAŞMA PROSESİNDƏ QLOBAL ŞÜUR

Könül Mədədzadə

“Qlobal  şüur”  anlayışı qloballaşma  prosesi  ilə  üzvi  surətdə  bağlı olub,  elm  aləminə  yenicə  qədəm  qoymaqdadır.  Bir

sıra tədqiqatçıların qənaətinə görə, qlobal şüur qlobal problemlərin dərki ilə bağlı dinamik şüurdur. Sonuncu fıkrə etiraz etmək,

əlbəttə,  çətindir:  qloballaşan  şüur  və  ya  sadəcə  qlobal  şüur,  həqiqətən  dinamik  şüurdur.  Şüur  və  təfəkkürün  dinamikliyi  fıkri

etiraz  doğura  bilməz,  zira  təfəkkür  səviyyəsində  mövcud  olan  şüur  həmişə  dinamikdir.  Təfəkkürün  dinamikliyi  isə  onun

mütəhərrikliyinə, daima hərəkətdə olmasına dəlalət edir. Şüurun, o cümlədən, təfəkkürün beyinlə gerçəklik arasında münasibət

və  ya  proses  olduğunu  nəzərə  alsaq,  onun  dinamikliyi  bizdə  heç  bir  şübhə  yeri  qoymaz.  Şüurun  qloballaşması  məsələsinə

gəldikdə  isə  bu  problemi,  fikrimizcə,  iki  mənada  başa  düşmək  lazımdır:  birincisi,  şüurun  özünün  məkan  və  zaman  fəzasını

genişləndirərək  yalnız  lokal  və  regional  problemləri  deyil,  həm  də  qlobal  problemləri  əhatə  etməsində,  onların  pozitiv  həllini

verə  bilməsində;  ikincisi,  şüurlu  idrak  obyektinin  dərk  olunması  bucağını  artırmaqla  onu  360°-  lik  dairə  boyunca  görə

bilməsində.  Fikrimizə  aydınlıq  gətirmək  üçün  sadə  bir  misala  müraciət  edək.  Fərz  edək  ki,  söhbət  “nöqtə”  terminin  təyin

olunmasından  gedir.  Məntiqdən  məlumdur  ki,  hər  bir  termin  müxtəlif  anlayışları ehtiva  etməklə  rəngarəng  mənalar  kəsb  edir.

Məsələn,  əgər  biz  “nöqtə”  terminin  məna  çalarlarını  aydınlaşdırmaq  məqsədilə  müxtəlif  ixtisas  sahiblərinə  müraciət  etsək,

təqribən  aşağıdakı cavablarla  qarşılaşarıq: həndəsəşünas:  “nöqtə”-hissələri  olmayan  riyazi  obyektdir  və  ya  nöqtə  iki  düzxəttin

kəsişməsindən  alınan  həndəsi  fiqurdur;  fizik:  “maddi  nöqtə”-məsələnin  qoyuluşuna  görə  həndəsi  ölçüləri  deyil,  yalnız  kütləsi

nəzərə  alınan  fiziki  obyektdir;  dilşünas:  “nöqtə”-  cümlənin  sonunda  qoyulan  durğu  işarəsidir;  coğrafişünas:  “nöqtə”-Yer

kürəsində bir məkan sahəsi və yaxud hər hansı bir məntəqədir; filosof: “nöqtə” - ideal obyektdir və s.

İrimiqyaslı  sosial-mədəni  birlik  forması  olan  sivilizasiyanın  özünəməxsus  dəyərləri  və  idealları  vardır.  Hər  bir

sivilizasiya digər sivilizasiyalardan həyat fəaiiyyətinin xüsusi formalarına görə fərqlənməklə sosial proseslərin məzmununa aktiv

təsir  göstərir.  Konkret  sosial-mədəni  amillərin  məcmusu  isə  öz  qarşılıqlı  təsirləri  ilə  sivilizasiyanın  funksiyalaşmasının

mexanizmini əmələ gətirir. Bu mexanizm cəmiyyətin fəaliyyətinin etnomilli, dini, psixoloji, davranış və digər üsulları vasitəsilə

təzahür  edir.  Bununla  əlaqədar  olaraq  bəşəriyyət  tarixində  sivilizasiyanın  müxtəlif  tipləri  və  formaları  (təqribən  30-a  qədər)

mövcud olmuşdur.{2.68-92}

Yerdə  həyatın  mövcudluğunun  qorunub  saxlanması üçün  başlıca  təbii  enerji  mənbəyi  Günəş  şüalarıdır.  Lakin  Yerə

daxil  olan  günəş  enerjisinin  yalnız  cüzi  bir  hissəsi  biosferin  payına  düşür.  Günəş  enerjisinin  təqribən  30%-ni  təşkil  edən

ultrabənövşəyi  şüalar  praktiki  olaraq  atmosferin  ozon  təbəqəsi  tərəfindən  udulur.  Yerə  gəlib  çatan  Günəş  enerjisinin  təqribən

hansı istiliyə çevrilərək kosmik məkana səpilir. Bu enerjinin 20%-ə yaxını okeanlarda və  dənizlərdə  suyun  buxarlanmasına  və

Yer  atmosferində  buludların  yaranmasına  sərf  olunur,  yalnız  0,02%-i  biosferdə  istifadə  olunur.  Yaşıl  bitkilər  fotosintez

prosesində  xlorofıl  molekulların  udmaq  hesabına  bu  enerjini  bilavasitə  mənimsəyərək  onu  canlı aləm  obyektlərinin  müxtəlif

birləşmələrində  kimyəvi  əlaqə  enerjisi  kimi  ehtiyatda  saxlayırlar.  Heyvanlar  bitkiləri,  vəhşi heyvanlar  isə  ət  yeyən  heyvanları

yeməklə  bu  enerjini  mənimsəyirlər.  Orqanizmdə  qidanın  həzmi  də  enerji  ayrılması ilə  müşayiət  olunur.  Ayrılan  enerjinin  bir

hissəsi  orqanizmdə  kimyəvi  rabitə  enerjisi  kimi  saxlanılaraq  sonradan  onun  iş  görə  bilməsi  üçün  istifadə  olunur.  Beləliklə,

heyvanlar onların həyatı üçün zəruri olan enerjini Günəşdən bilavasitə almırlar.

V.İ.Vernadski  biosfer  konsepsiyasını  yaratmaqla  Kainatın  elmi  mənzərəsinin  dəyişdirilməsi  yolunda  ilk  addımı

atmışdır. Bu mənzərə aşağıdakı elementlər ilə xarakterizə olunur:

- canlı maddənin daxil edilməsi;

- onun planetar və ya kosmik hadisə kimi dəyərləndirilməsi.

Biosferi təşkil edən maddə mahiyyətcə yekcins deyil. Burada cansız (hərəkətsiz) maddə ilə canlı maddə biri-birindən

fərqləndirilir. Cansız maddə biosferdə üstünlük təşkil edir; onun atomlarının canlıya və əks istiqamətli miqrasiyası da baş verir.

V.İ.Vernadski  canlı  və  cansız  maddənin  əlaqəsinin  prinsipial  əhəmiyyətini  qeyd  edərək  yazırdı:  «Cansız  və  canlı

maddə arasında fasiləsiz, arakəsilməyən əlaqə mövcuddur. Bu əlaqə canlı maddədən cansız maddəyə və əksinə keçən atomların

fasiləsiz biogen cərəyan kimi ifadə oluna bilər. Atomların biogen  cərəyanı canlı maddə  tərəfındən  yaradılır.  O,  heç  bir  zaman

araverməyən tənəffusdə, çoxalmada və i.a. ifadə olunur» {3,268-276}.

V.İ.Vernadskiyə  görə,  «canlı olmaq»  «mütəşəkkil  olmaq»  deməkdir.  Mövcud  olduğu  milyard  illər  ərzində  biosferin

mütəşəkkilliyi canlı orqanizmlərin fəaliyvəti sayəsində qorunub saxlanılmışdır.

Planetimizin canlı maddəsi kövrək və incə canlı orqanizmlərin məcmusudur və onların kütləsi tərkib elementi olduqları

biosfer  kütləsinin  əhəmiyyətsiz  bir  hissəsini  təşkil edir.  Əgər  canlı maddə  planetimizin  səthi  üzərində  bərabər  yayılarsa,  onun

təşkil etdiyi təbəqənin qalınlığı cəmi 2 sm olardı.



Planetimizin  canlı  maddəsinin  kimyəvi  tərkibində  biofıllər  adlanan  hidrogen,  karbon,  oksigen  və  azot  elementləri

üstünlük təşkil edir. Bu elementlərin atomları canlı orqanizmlərdə su və mineral duzlarla birləşərək mürəkkəb molekullar əmələ

gətirirlər.

Planetimizin  canlı maddəsi  fərdi  əlamətləri,  rəngarəng  formaları, müxtəlif  ölçüləri  olan  saysız-hesabsız  orqanizmlər

şəklində mövcuddur. Canlı orqanizmlər içərisində kiçik ölçülü orqanizmlərlə yanaşı, çoxhüceyrəli  heyvanlara və böyük ölçülü

bitkilərə də təsadüf edilir.

Biosfer  sakinləri  morfoloji  baxımdan  da  rəngarəngdir.  Planetimizin  sakini  olan  növlərin  sayı  müxtəlif  müəlliflər

tərəfındən  müxtəlif  rəqəmlərlə  ifadə  olunur  (98).  Müasir  hesablamalara  görə,  hazırda  Yerdə  orqanizmlərin  3  milyon  növü

yaşayır: onlardan 500 mini bitkilərin, 2,5 milyon növü isə heyvanların payına düşür.

Yer  biosferində  canlı  maddə  fəaliyyətsiz  olmayıb,  müəyyən  funksiyaları  yerinə  yetirir.  V.İ.Vernadski  son  dərəcə

rəngarəng olan bu funksiyalardan beşini xüsusilə seçib ayırmışdır. Onlar aşağıdakılardır:

1.  Qaz  funksiyası.

 Canlı  maddənin  bu  funksiyası  biosferdə  yaşıl  bitkiiər  tərəfındən  həyata  keçirilir.  Bitki  üzvi

maddələrin sintezi  üçün  karbon  qazından  istifadə  edərək atmosferə  oksigen  qazı ifraz  edir.  Üzvi  aləmin  qalan  hissəsi  tənəffüs

prosesində  bu  oksigendən  istifadə  etməklə  atmosferdə  karbon  qazının  ehtiyatını  artırır.  Yaşıl  bitkilərin  biokütləsi  artdıqca

atmosferin  qaz  tərkibi  də  dəyişir:  Karbonun  miqdarı azalır  və  oksigenin  konsentrasiyası artır.  Bununla  da  canlı maddə  Yerin

geoloji örtüyünü - atmosferin tərkibini keyfıyyətcə dəyişir.



2. Oksidləşdirici funksiya.

 Biosferdə canlı maddənin qaz funksiyası onun oksidləşdirici - bərpaedici funksiyası ilə üzvi

surətdə bağlıdır.  Müxtəlif su hövzələrində yaşayan orqanizmlər (bakteriyalar,  avtotroflar)  özlərinin  həyat  fəaliyyəti  prosesində

və  məhv  olduqdan  sonra  biosferdə  oksigen  rejimini  tənzimləyərək  bir  sıra  metalların  həlli  üçün  əlverişli şərait  yaradırlar.  Bu

sonuncu isə çöküntü suxurlarının meydana gəlməsinə səbəb olur.

3. Konsentrasiya funksiyası.

 Biosferi təşkil edən canlı maddənin bu funksiyası canlı orqanizmlərin müxtəlif kimyəvi

elementləri  toplamaq  qabiliyyətindən  irəli  gəlir.  Məsələn,  qumotu,  qatırquyruğu  kimi  toplayıcı  bitkilərin  tərkibində  külli

miqdarda silisium elementi yaranır. Canlı orqanizmlər məhz konsentrasiya funksiyası hesabına təbiətdə külli miqdarda çöküntü

süxurları, o cümlədən, əhəng daşı, təbaşir yataqlar yaratmışlar.

4.  Biokimyəvi  funksiya.

 Canlı orqanizmlərin  bu  funksiyası onların  məkanda  artması, çoxalması və  yerdəyişməsi  ilə

bağlıdır. Çoxalma qabiliyyəti canlı maddənin və canlı orqanizmlərin müxtəlif coğrafı ərazilərə səpələnməsinə səbəb olmuşdur.

5. Biokimyəvi  fəaiiyyət

 funksiyası.  Canlının bu funksiyası yer  qabığının durmadan  artan  miqdarının  sənayenin,  kənd

təsərrüfatının, nəqliyyatın və insanların məişət tələbatları üçün istifadə edilməsini əhatə edir.

Bu funksiyaların birgə yerinə yetirilməsi sayəsində təbiətdə maddənin dövranı prosesləri baş verir. Bu mənada təmsil

olunduğu  struktur  səviyyəsindən  asılı  olmayaraq  canlı  təbiətin  tərkib  və  funksiyalaşmasının  vəhdəti  biogeokimyəvi  səciyyə

daşıyır.  Düşünmək  olar  ki,  biosferdə  təzahür  edən  geokimyəvi  proseslər  canlı  maddə  vasitəsilə  baş  verdiyindən  həm  də

biogeokimyəvi proseslərdir.

Yuxarıda  söylənilən  mülahizələrə  uyğun  olaraq  V.İ.Vernadski  biosfer  konsepsiyasının  iki  biogeokimyəvi  prinsipini

formulə etmişdir:

1.  Atomların  günəş  enerjisinin  təsiri  ilə  baş  verən  biogen  miqrasiyası,  maddələr  mübadiləsi  prosesi,  orqanizmlərin

böyüməsinin və çoxalmasının maksimum hala can atması;

2. Həmin biogen miqrasiya biosfer atomlarının biogen miqrasiyasını artıran orqanizmlərin yaşamasına səbəb olur.

Müasir  elmdə  təsdiqini  tapmış  olan  bu  ideyalar  əsasında  V.İ.Vernadski  biosferin  başlanğıc  halının  strukturu  və

funksiyaları haqqında aşağıdakı beş postulatı işləyib hazırlamışdır:

a) ilkin biosfer funksional müxtəlifliyə malik olmuşdur;

b) orqanizmlər tək-tək deyil, kütləvi halda meydana gəlmiş və buna görə də biogeosenozlar birdən-birə yaranmışdır;

c)  biogeosenozlar  geokimyəvi  dəyişikliklərin  başlıca  hərəkətverici  qüvvəsi  olmuş,  morfoloji  dəyişikliklər  isə  qlobal

kimyəvi funksiyalara təsir göstərməmişdir.

ç) canlı orqanizmlər biosferdə kimyəvi elementlərin miqrasiyasını doğurmuşlar;

d) biosferdə canlı orqanizmin istisnasız olaraq bütün funksiyalarını sadə birhüceyrəli orqanizmlər yerinə yetirə bilər.

Vitosfer  səviyyəyə  planetdə  mövcud  olan  müasir  həyat  sahəsi  və  fəal  biogenez  daxildır.  Vitosfer  səviyyə  çox  da

tutumlu olmayan, eni yalnız bir neçə yüz metrə çatan və daxilində canlı orqanizmlərin biogeokimyəvi fəaliyyəti intensiv davam

edən geoloji  örtükdür  (5,  40-42).  Bir  sıra  müəlliflər  hətta  vitosfer  anlayışına  alternativ  anlayışlar  da  irəli  sürmüşlər:  «Planetin

yaşıl  örtüyü»,  «planetin  torpaq  örtüyü»  (V.N.Sukaçev),  «həyat  pərdəsi»,  «canlı  maddənin  saxlandığı  sahə»  (V.İ.Vernadski),

«fıtogeosfera» (E.M.Lavrenko), «biogenosfera» (İ.M.Zabelin) və b.

Biosferin  təşkilinin  üçüncü  səviyyəsi  onun  elementar  struktur  vahidləri  sayılan  biogeosenozlardan  yaranmışdır

(6,142-158). Biogeosenologiyanın yaradıcısı V.N.Sukaçev biogeosenozu belə səciyyələndirir: «Biogeosenoz-Yer səthinin məlum

sahəsində  hər  birinin  spesifık  qarşılıqlı  təsiri,  müəyvən  tip  maddələr  mübadiləsi  və  enerjisi  olan,  fasiləsiz  hərəkət  və  inkişaf




edən,  daxili  ziddiyyətləri  dialektik  vəhdət  yaradan  bircinsli  təbii  hadisələrin  (atmosfer  və  suxurlar,  bitkilər,  heyvanlar  aləmi,

mikroorqanizmlər, torpaq və hidroloji şərait) məcmusudur».

Biosferin mövcudluğu və təkamülü biogeosenozlarla, onların məkan və zaman təşkili ilə şərtlənir. Maddələrin sintezi

və destuksiyası, enerjinin toplanması və çevriiməsi məhz biogeosenozlarda baş verir. Biogeosenozların komponentləri biri-birilə

uzlaşdığından  onlarda  maddələrin  dövranını təşkil  edən  proseslər  uzun  müddətə  dinamik  tarazlıqda  qala  bilir.  Bununla  belə,

biosferdə  keyfıyyət  dəyişmələri  ancaq  biogeosenozlar  vasitəsilə  baş  verir.  Biosfer  haqqında  təlimin  inkişaf  etdirilməsində

V.İ.Vernadskinin  empirik  ümumiləşdirmələrinin  və  onlardan  çıxarılan  aşağıdakı  fəlsəfl  nəticələrin  müstəsna  əhəmiyyəti

olmuşdur (7, 22-27).

Biosferin  öyrənilməsindən  çıxarılan  birinci  nəticə  onun  tamlığı  prinsipidir.  V.İ.Vernadski  bu  münasibətlə  yazırdı:

«Bütün  həyat  haqqında,  bütün  canlı maddə  haqqında  biosferin  mexanizminin  bir  tam  olması kimi  danışmaq  mümkündür»  O,

fıkrini  davam  etdirərək  yazırdı: «Yerin  canlı məxluqu  mükəmməl  kosmik  mexanizmin  zəruri  və  qanunauyğun  hissəsini  təşkil

edən kosmik proseslər tərəfındən yaradılmışdır» (7,11).

Biosferin öyrənilməsindən çıxarılan ikinci nəticə biosferin təşkilinin harmoniyası prinsipi ilə bağlıdır.

Üçüncü  nəticə:  Yerin  təkamülündə  canlının  rolu  ilə  bağlıdır.  V.İ.Vernadski  yazırdı: «Yer  üzərində  bır  tam  halında

götürülən  orqanizmlərdən  daha  sabit  və  öz  nəticələrinə  görə  ondan  qüdrətli  bir  kimyəvi  qüvvə  yoxdur.  Yer  qabığının  üst

hissəsinin  mineralları həyatın  təsiri  ilə  yaranmışdır»  (7,  21).  Bu  prinsipə  söykənərək  V.İ.Vernadski  belə  nəticəyə  gəlmişdi  ki,

kosmik obyekt olmaq etibarilə Yer planetinin siması faktiki olaraq həyatın təsiri formalaşmışdır.



Dördüncü  nəticə:  Enerjinin  transformasiyasında  sferin  kosmik  rolu  ilə  bağlıdır.  Bu  kontekstdə  canlı  təbiətin  bir

hissəsinə Günəş enerjisinin Yerin təsir enerjisinə çevrilməsi prosesi kimi baxmaq olar.



Beşinci  nəticə:  Həyatın  axarı onun  geokimyəvi  enerjisinin  təzahürüdür.  Ətalət  qanununa  uyğun  olaraq  maddə  Yer

səthi  ilə  qaz  kimi  axır.  Böyük  orqanizmlərə  nisbətən  xırda  orqanizmlər  daha  böyük  sürətlə  çoxalırlar.  Yer  üzərində  həyatın

ötürülmə sürəti canlı maddəni sıxlığından asılıdır.

Biosferin öyrənilməsindən çıxarılan altıncı nəticə avtotrof anlayışla bağlıdır. Avtotrof - həyat üçün lazım olan kimyəvi

elementləri ətraf mühitdən alan və öz orqanizmlərini qurmaq üçün digər orqanizmlərin hazır  birləşmələrindən istifadə etməyən

orqanizmlərdir.



Yeddinci  nəticə  bundan  ibarətdir  ki,  kosmik  enerji  Yer  həyatına  təsir  edərək  onun  çoxalmasmı,  törəyib  artmasını

təmin edir.



Səkkizinci nəticə sadə kimyəvi elementlərin canlı maddə tərəfındən ehtiyatla istifadə edilməsi qanunundan ibarətdir.

Həmin qanunda deyilir ki, orqanizm qəbul etdiyi kimyəvi elementləri özünün daxili halının uzun sırasından keçirərək onlardan

ancaq özünə lazım olan miqdarda element qəbul edir.

Doqquzuncu  nəticə  Yer  həyatı yaşıl bitkilərin  dayanıqlı sahəsi  ilə  müəyyən  olunur.  Son  nəticədə  həyatın  hüdudları

orqanizmləri təşkil edən və xarici mühitdə onların sabitliyini, dayanıqlığını təmin edən birləşmələrin fıziki kimyəvi xassələri ilə

müəyyən olunur. Həyatın yuxarı hüdudu şüalanma enerjisi ilə, aşağı hüdudu isə yüksək temperaturla bağlıdır.

Onuncu  nəticə  biosfer  mövcud  olduğu  müddətdə  özünün  əsas  cizgiləri  etibarilə  eyni  kimyəvi  aparatdan  ibarətdir.

Həyat geoloji zaman müddətində forma etibarilə dəyişsə də, məzmunca sabit qalmışdır.



On birinci nəticə həyat biosferin bütün sahələrində mövcuddur.

On ikinci nəticə biosferdə canlı maddənin sabit qalması ilə bağlıdır. Atmosferdə sərbəst oksigenin miqdar tərkibi (m =

1,5 10


19

 kq) təxminən biosferdəki canlı maddənin miqdarının tərkibinə (m = 10

18

 – 10


19

 kq) bərabərdir.



On üçüncü nəticə bundan ibarətdir ki, hər bir sistem yalnız onun sərbəst enerjisi sıfra yaxınlaşdığı halda, yəni o, görə

biləcəyi bütün işi görüb qurtardıqdan sonra dayanıqlı tarazlıq halına qayıda bilər.

Biosferə  daxil  olan  canlı  sistemlərin  çeşidi  olduqca  zəngin  və  rəngarəngdir.  Həyatın  təkamülü  müddətində  Yer

üzərində  500  mln.  canlı növü  yaşamışdır.  Onlardan  498  mln.  ölüb  getmiş  və  hazırda  Yer  üzərində  yaşayan  bitki  və  heyvan

növlərinin sayı 2 mln-a yaxındır.

Biosfer  haqqında  yuxarıda  deyilənlərdən  belə  qənaətə  gəlmək  olar  ki,  Yer  üzərində  insanın  meydana  gəlməsi  təkcə

biosferi  deyil,  həm  də  onun  planetar  təsirini  dəyişmişdir.  Daha  doğrusu,  Yer  üzərində  canlı  orqanizmlərin  sadə  bioloji

uyğunlaşmasından ətraf mühitin şüurlu və məqsədəuyğun dəyişdirilməsinə keçid baş vermişdir.



QAYNAQLAR

1.

İmanov H.R. Fəlsəfə. Bakı Turan evi 207, 440 səh.



2.

K.M. Mədədzadə Qloballaşan dünya və qlobal şüur. Bakı 2010, 226 səh.

3.

Вернадский  В.  И  Научная  мысль  как  планетарное  явление/Вернадский  от  ред.  Н.  А.  Яншин.  М.:  Мысль,  1991,



с.268-276 

4.

Кямшилов М. М. Эволюция биосферы.М: Знание, 1974, 428 c.




5.

Вернадский В. И. Биохимические очерки.М.: Наука, 1940, 40-42 c.

6.

Шварц С. С. Эволюция биосферы/Проблемы биогеоценологии. M: 1973, c.142-158.



7.

Вернадский B. И. Биосфера. Coч. T.5, M: 1960, 22-27 c.



Acar sözlər: Qloballaşma, inteqrasiya, qlobal şüur, sosial ədalətlilik,”planetin yaşıl yurdu”

Глобальное сознание в процессе глобализации

Резюме

В статье исследуется глобальное сознание как продукт глобализации современного мира. В социальной сфере

человечество  превратилось  в  глобальное  сообщество  объединяющих  отношения,  слова,  направленные  на  решение

будущих проблем человечества между всеми народами и нациями.



Ключевые  слова:  глобализация,  интеграция,  глобальное  сознание,  социальная  справедливость,  «зеленый

покров планеты»

Global consciousness in the process of globalization

Summary

This aticle talks aboqe global consciousness which is product of globalization of our world. Humankind in the social

sphere has turned info global unity of people. Global unity  merges  relations,  efforts  at  solving  the  problems  of  humankind  of

humankind s fueure among all people.



Key words: globalization, integration, global consciousness, social justice, “green cover of planet”.

Yüklə 52,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə