Siyasət Elminə bir Baxış Müəllif



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix19.07.2018
ölçüsü0,65 Mb.
#57354
  1   2   3   4   5   6   7


 

 



Siyasət Elminə bir Baxış

 

Müəllif: Əliəsğər Nüsrəti1 

Mütərcim: Mərdan Zalov2 

Alınan tarix: 11/05/2017             qəbul tarixi: 01/04/2017 

 

 



Abstrakt 

"Siyasi  sistem"in  tərifində  olan  problem  budur  ki,  onun  məfhumu  barəsində  siyasi 

mütəfəkkirlər  arasında  vahid  bir  düşüncə  mövcud  deyil  və  bu  məfhum  "dövlət", 

"hökumət" və "siyasi rejim (quruluş)" kimi bəyan edilir. Bu problem siyasi sistemlərin 

bölgülərə  ayrılmasında  da  mövcuddur.  Ona  görə  ki,  bəzi  mütəfəkkirlər  onu  "dövlət", 

bəziləri də "hökumət" adı altında bölgülərə ayırmışlar.  

Bu  məqalədə  həmin  məfhumlar  arasında  fərqlər  qoyulmuş  və  onların  hər  biri  üçün 

ayrıca təriflər verilmişdir. 



Açar kəlmələr: siyasət, dövlət, hökumət, hakimiyyət 

 

"Siyasət" məfhumu 



Lüğəvi məfhum   

"Siyasət"  sözü  Ərəb  dilindəki  "sasə-yəsusu"  sözündən  götürülmüşdür.  Onun 

mənası  farsdilli  lüğətlərdə  belədir:  "Rəiyyət  üzərində  hökm  sürmək,  ölkənin 

işlərini  idarə  etmək,  hökumət  sürmək,  hakimiyyət  sürmək,  hökumət,  camaatın 

işləri  ilə  onların  məsləhətinə  uyğun  olaraq  məşğul  olmaq,  mülkiyyəti  qorumaq, 

ədalət  və  adillik,  hökmdarlıq,  cinayət  və  cəza,  mülkiyyət  (hüdudlarını) 

hüquqlarını qorumaq, mühafizə və qorumaq, göstəriş və qadağalar, təlim-tərbiyə 

və ölkənin daxili və xarici işlərini idarə etmək."3  

İngilis dilində "siyasət" sözünün qarşılığı Yunan dilindəki "polisi" sözündən 

götürülmüş  "policy"dir.  Bu  söz  və  ondan  alınan  sözlər  Fars  dilində  aşağıdakı 

mənalarda tərcümə olunmuşdur: 

a)  Policy:  Yəni,  hərəkət  xətti,  istiqamət,  siyasət,  siyasətçilik,  məsləhət, 

profesionallıq, tədbir və zirəklik. 

b)  Politic:  Profesional,  məsləhətçi,  tədbirli,  zirək,  məsləhətyönlü,  məsləhətlə 

yanaşı, tələb edən (tələbkar), doğruya yaxın, aqilanə və siyasətcil.  

c)  Polity:  Hökumət  quruluşu,  cəmiyyət,  millət  və  dövlət  mənalarında  qeyd 

edilmişdir.4 

                                                      

1

. Qum hövzəsinin ustadı, 



aan20166@yahoo.com

 

  



2. əl-Mustafa Universitinin tələbəsi, 

merdan_1983@mail.ru

 

3 "Fərhənge farsiye Muin və luğətnameye Dehxuda". 



4 Həyyim, "Fərhənge bozorge engilisi-farsi". 


 

Ərəbdilli  lüğətlərdə  də  "siyasət"  sözü  müxtəlif  mənalarda  işlənmişdir. 



Məsələn: "Əl-Qiyamu ələş-şəyi bima yəsləhu" (Hər bir şeyi onun (nəzərdə tutulan 

şeyin)  məsləhəti  istiqamətində  bərpa  eləmək),  "Felus-sais"  (heyvanların 

əhlilləşdirilməsi),5  "İstislahul-xəlqi  bi  irşadihim  ila  ət-təriqil-munciyyi  fil-acili 

əvil-əcəl"  (hazırda  və  ya  gələcəkdə  camaatı  qurtuluş  və  səadət  yoluna 

yönəltməklə  onların  yaxşılığını  istəmək),  "fənnul-hokmi  və  idarətu  əmalid-

dövlətid-daxiliyyə  vəl-xariciyyə"  (hakimiyyət  (siyasət)  fənni  və  bir  dövlətin 

daxili və xarici fəaliyyətlətinə rəhbərlik (müdriyyət)).6  

Terminoloji məfhum 

İlk  öncə  təriflərin  insanların  məsələ  və  fenomenlərə  yanaşma  tərzi  və  eyni 

zamanda, tərif edənin hiss və idrakına tabe olaraq meydana çıxması kimi mühüm 

bir  mətləbə  diqqət  yetirmək  lazımdır.  Bəzən  hansısa  bir  məsələdə  dünya  görüşü 

və maraqların fərqliliyindən müxtəlif təriflər bəyan edilir. Bu fərq və müxtəliflik 

ictimai  fenomen  və  məsələlər  sahəsində  daha  əhatəli  və  çoxdur.  Başqa  sözlə, 

insanın  bilik  sistemi  onun  həssasiyyət  və  əməllər  sistemindən  ayrı  deyil,  əksinə 

onların  üçü  də  bir-birinə  bağlı  şəkildə  və  mütənasib  sistemlə  dəyişiklik  və 

təkamül  yolunu  keçir.  Beləliklə,  insanın  xarici  aləmlə  elmi  və  nəzəri  rabitəsi 

vasitəsiz və onun həssasiyyət və əməlləri ilə rabitəsiz olaraq formalaşmır və belə 

bir  rabitənin  nəticəsi  qəlbi  bağlılıq,  nikbinlik  və  bədbinlik  və  ən  zəif  mərhələdə 

onun rəftarından təsirlənmiş olan yeni məfhum və dərk edilən şeylərin yaranması 

olacaqdır.7  

İctimai  prizmadan  da  məfhum  və  təriflər  sisteminin  etiqad  və  inanclardan 

təsirlənməsi  aşkarcasına  hiss  olunmaqdadır.  Günümüzdə  ictimai  şəraitdən  uzaq 

və qapalı mühitdə olan, öz vaxtını tədqiqat və yeni kəşflərə sərf edən bir alim və 

tədqiqatçını  nadir  halda  tapmaq  mümkündür.  Ehtiyaclar  cərəyanı  və  ictimai 

maraqlar  sisteminin  elm  və  araşdırmalar  üfüqünün  gələcəyində  həlledici  rolu 

vardır  və  tədqiqat  marağının  hətta  araşdırma  və  tədqiqat  mərkəzlərində  belə 

yalnız axtarış və elmi sevmək ruhiyyəsi, başqa sözlə desək, "elm xatirinə elm" ilə 

olması təsəvvürü sadəlövhcəsinə olan bir təsəvvürdür.  

Müasir  dövrdə  tədqiqat  müəssisələri  onların  varlığı  və  ictimai  sistemdə 

mədəni,  siyasi  və  iqtisadi  hədəf  və  məqsədləri  həyata  keçirmək  baxımından 

yaranan  ehtiyacın  ardınca  cəmiyyətin  çatışmamazlığını  həll  etmək  və  ictimai 

hərəkat  qanununu  hazırlamq  vəzifəsini  öz  öhdəsinə  götürmüşdür.  Həmin 

səbəbdən,  üsul  və  müqəddimə  məsələlərin  təsis  edilməsindən  tutumuş  münasib 

                                                      

5 "Əl-Muncid". 

6 "Lisanul-ərəb". 

7 Allahın Rəsulu (s) buyurur:  مصیو یمعی ءیشلل کبح



 

  "Sənin bir şeyə nisbətdəki məhəbbətin sənin 

həmin şeyin eyiblərini görməmən və eşitməməyinə səbəb olur." ("Bihar", c.77, səh. 164.)  



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə