SiZİn seviMLİ yaziçilariniz



Yüklə 15,66 Kb.

tarix18.06.2018
ölçüsü15,66 Kb.
növüYazi


 

                               

SİZİN SEVİMLİ YAZIÇILARINIZ 

 

                               Mirzə İbrahimov- 90 

   Əziz balalar, Mirzə  İbrahimov Azərbaycanın görkəmli söz 

ustadlarındandır.  Siz böyüyəndə onun "Gələcək gün", "Böyük 

dayaq", "Pərvanə" romanlarını, saysız-hesabsız hekayələrini, 

dram əsəriərini oxuyacaqsınız. Mirzə müəllim həm də görkəmli bir 

ədəbiyyatşünas idi. Onun elmi məqalələri, monoqrafiyaları indi də 

öz dəyərini itirməmişdir. 

   Mirzə  İbrahimov uşaqları çox sevir, arabir onlar üçün də 

hekayələr, nağıllar yazıb "Göyərçin" jurnalında çap etdirirdi. 

   Anadan  olmasının 90 illiyi münasibətilə Mirzə müəllimin işıqlı 

xatirəsini anır, onun "Pələng və insan" adlı nağılını 

oxucularımıza təqdim ediri 

PƏLƏNG VƏ İNSAN 

Mirzə İbrahimov 

Nəzər kişinin sarı rəngli bir pişiyi vardı. O qədər sarı idi ki, görən deyərdi 

ki, dərisinə  çəkiblər. Özü də yaman tüklü pişik idi. ının tükü iki il 

qırxılmamış qoyun yunu pırpızlaşmışdı. Qaşlarının da üstünü tük örtmüşdü. 

Bu tüklərin arasından göy gözləri zorla seçilirdi. Amma özü ayıq toİ,  һөq 

şeyi görürdü. Yaman da ağır pişikdi. Yemək görəndə heç vaxt tələsməz, ora-

bura atılmazdı. Ağır-ağır gəlib götürər, ağır-ağır yeyərdi. Uzun, sarı bığları 

onu qorxulu göstərirdi. Nəzər kişidən başqa heç kəsin qucağında oturmazdı. 

Heç kəsi qoymazdı başını sığallasın. Evdə pələng kimi yeriyərdi, pəncəsinin 

birini götürüb o birini qoyardı, amma həyətdəki tut ağacının budağında sərçə 

görəndə, ya anbarda gözünə siçan dəyəndə göz açmağa qoymazdı, birdən 

sıçrayıb yapışardı. 

   Pişik deyil, pələngdir! – deyib Nəzər kişi iftixarla ona baxardı. 

   Bir  dəfə sarı pişik meşəyə quş ovuna getmişdi. Onlar budaqdan-budağa 

sıçrayıb civildəşirdilər. Sarı pişiyin ağzı sulandı. Quşlardan birini tutub 

yemək istədi. Palıda yaxınlaşdı ki, yavaşca yuxarı dırmaşsın. Elə bu zaman 

qəribə bir hənirti duyub ayaq saxladı. Sıx tikanlı ağacların arasından böyük 

bir pələng sıçrayıb pişiyin qabağında durdu. Qorxudan sarı pişiyin canırıa 

üşütmə düşdü. Tüklərini bir az da pırpızladıb müdafiəyə hazırlaşdı. Lakin 

pələng опа baxıb dayandı, təəc- cüblə soruşdu: 

   -  Deyəsən sən də bizdənsən, pələngə oxşayırsan? Bəs niyə bu günə 

düşmüsən, niyə belə balacalanmısan?! 

Sarı pişik bir az özünə gəldi, ürəklənib cavab verdi: 

- Çünki insan əlinə düşmüşəm. Pələngin acığı tutdu: 

   - О insan dediyin necə şeydir ki, səni bu hala salıb? Onu mənə göstər, gör 

sənin acığını necə çıxaram! 

   Elə bu zaman Nəzər kişi çuvalı çiyninə salıb meşəyə çıxmışdı, fındıqdan, 

qozdan yığmaq fikrində idi. Sarı pişik onu pələngə göstərib: 




   -  Bax,  insan  odur,  gəlir, - dedi, - tez ağaca dırmaşdı, yuxarıdan pələnglə 

Nəzər kişinin davasına tamaşa etmək istədi. 

   Acığından gözü qızmış pələng Nəzər kişiyə yaxınlaşdı: 

   - Ey insan, dayan, səninlə davam var! - dedi və sarı pişiyi göstərdi, - niyə 

bizim həmcinsimizi bu hala salmısan! 

   Nəzər kişi məsələnin nə yerdə olduğunu  о saat başa düşdü. Özünü 

itirmədi, fənd işlətməyi qərara aldı. 

    -  Neylək, davan var, gəl dava eləyək. Ancaq evdən xəbərsiz çıxmışam. 

Birdən mənə qalib gələrsən, meyidimi də götürən olmaz. Qarım yazıqdır, 

nigaran qalar. Qoy gedim xəbər verim gəlim vuruşaq.

çasan. Zəhmətim hədər gedə... 

Nəzər kişinin bu sözü pələngin kefinə toxundu: 

-

 

Boş-boş danışma! Hələ pələngin meydandan qaçdığırıı görən olmayıb. 



-

 

Acığın tutmasın pələng qardaş. Mən işimi ehtiyatlı görən adamam. 



Özüm də kasıb kişiyəm, nə vaxtımı, nə  də qüvvəmi boş yerə  sərf eləyə 

bilmərəm. Sənin qoyub qaçmayacağına arxayın olmaq üçün gəl zəhmət çək 

gir bu çuvala, gözlə. Mən gedim qarıma xəbər verim, qayıdım, çuvaldan 

çıx, davamızı edək. 

Pələng razı olub çuvala girdi. Nəzər kişi səliqə ilə çuvalın ağzını bağladı, 

çomağını götürüb düşdü pələngin üstünə, vur ki, vurasan. Nəzər kişi vurur

pələng çığırırdı. Onun nəriltisinə bütün heyvanlar qaçıb mağarasına girdi, 

bütün quşlar yuvalarında gizləndi. 

Nəzər kişi  о  qədər döydü ki, özü də yoruldu. Pələng də candan düşdü. 

Çuvalı açıb onu buraxdı. 

- İndi get, bir də mənim yolumu kəsmə! - dedi və çuvalını çiyninə atıb 

işinə getdi. 

Sarı pişik ağacdan düşüb zarıldayan pələngin yaralarına baxıb soruşdu: 

- Hə, indi bildin ki, insan necə şeydir? 

-

 

Bildim qardaş, bildim! Şükür elə ki, sən onun əlindən bu cür 



qurtarmısan! - dedi və axsaya-axsaya sürünüb meşənin içində gizləndi. 

   Sarı pişik evə qayıtdı. Səbirsizliklə  Nəzər kişinin meşədən gəlməsini 

gözlədi. indi Nəzər kişi onun gözündə bir az da böyümüşdü və çox istəyirdi 

ki, gəlib başını sığallasın. 




 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə