Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə219/219
tarix25.06.2018
ölçüsü4,02 Mb.
#51340
1   ...   211   212   213   214   215   216   217   218   219

 713 

fikrə gəldilər. Avropadakı ayrı-ayrı lokal konfliktlər – məsələn, 

Balkanlardakı hadisələr – istisnadır. Güman ki, XXI əsrdə bu 

anlaşmaq, barış düşüncəsi Asiya və Afrikada da şüurlara hakim 

kəsiləcək. Və bizim Qarabağımız da qansız-qadasız, sülhün 

müharibədən qat-qat faydalı  və xeyirli olması fikrinin 

rəqiblərimizə hakim kəsilməsiylə azad olunacaq.  

Axı ermənilər hikkələrindən  əl çəkib, tarixi xülyalara 

qapılmadan real və praqmatik düşünməyi bacarsalar, anlayarlar 

ki, bu konfliktdə itirdikləri qazandıqlarından çoxdur. Bu 

Qarabağ avantürasını başlamasaydılar və Azərbaycanın iri 

şəhərlərindən qovulmasaydılar indi, bazar iqtisadiyyatı 

şəraitində Bakının, Gəncənin, Sumqayıtın  əksər  şirkətləri, 

bankları, otelləri, restoranları, dükanları onların əlindəydi. Həm 

alverdə zirək olduqlarına görə, həm də xaricdəki erməni 

diasporasıyla sıx əlaqələrinə görə. Bu cəhətdən bəxtimiz gətirdi 

ki, Azərbaycanda iqtisadi hökmranlığa nail ola bilmədilər. 

İqtisadi inhisarın siyasətə nə qədər güclü təsir etdiyi aydındır. 

Amma məsələ ondadır ki, işğal etdikləri və boşalmış şəhərlərə 

nəzarət etsələr də, burada yaşamağa, məskən salmağa ürək 

eləmirlər. Bilirlər ki, bu hökmranlıq müvəqqətidir, həmin 

şəhərlər, kəndlər,  ərazilər, o cümlədən  Şuşa da əsl sahibinə – 

Azərbaycan xalqına qaytarılacaq. Bəlkə bu proses uzun çəkdi

amma mütləq bununla nəticələnəcəyinə zərrə qədər də şübhəm 

yoxdur.  Şübhəm başqa  şeyədir – o zaman Ermənistan özü bir 

dövlət kimi ayaqda qala biləcəkmi? Demoqrafik baxımdan və 

mühacirətə gedənlərin axınına görə Ermənistan əhalisinin neçə 

dəfə azalması öz yerində.  İqtisadi təcrid nəticəsində 

Ermənistanda dolanışığın gün-gündən pisləşməsi də  nəticəsiz 

qala bilməz. Xarici diaspora da, nəhayət, bir gün Ermənistanı 

yemləməkdən bezib təngə gələcək.  

Bizim  ən böyük müttəfiqimiz Vaxtdı. Bir də demoqrafik 

faktor. Qafqazda üstünlük – hər halda, əhali üstünlüyü 

Azərbaycan kəndlisinin yatağında həll olunur. Zori Balayan 

kimi faşistləri də  hələ sovet dövründən bəri  ən çox narahat 



 714 

edən məhz bu məsələ – Azərbaycan, ümumən türk və 

müsəlman ailələrinin çoxuşaqlı olmasıdır. 

*** 

2000-ci ilin avqustu. Bildirki kimi nəhs avqust. Bildirin 

avqustunda bir çox yaxın adamlarımı itidim. Bu ilin avqustu da 

başqa xoşagəlməz hadisələrlə doldu. Elçibəyin ölümü, 

Naxçıvandan uçan təyyarəni qaçırmaq cəhdi və bunun 

nəticəsində  cərəyan edən hadisələr. Rusiyada bir çox ictimai 

bəlalar – Puşkin meydanında partlayış, dərhal "çeçenlərin 

işidir" – deyə formalaşan ictimai rəy və bütün çeçenlərə qarşı – 

quldura da, quldur olmayana da, Moskvadakı çeçen professora 

da, dağlardakı çeçen uşağına, qadına, qocaya qarşı eyni nifrət 

hissi və qisas almaq arzusu. Çeçenləri pəpə deyəndən məmə 

yeyənə  qədər qırıb qurtarmaq – yeganə  çıxış yolunu bunda 

görürlər. Daha düşünmürlər ki, başqa yol da ola bilər. Burax 

getsin, çeçen istədiyi kimi yaşasın. Uraldan Uzaq Şərqə qədər 

böyük bir ərazidə, deyilənə görə, cəmisi 8 milyon yerli əhali 

yaşayır. Bütün bu əraziləri yavaş-yavaş, aramla, amma ardıcıl 

şəkildə çinlilər doldurur, hələlik ticarət, iş adıyla. Bapbalaca 

Çeçenistan uğrunda canını qoyan Rusiya bir gün ayılıb görəcək 

ki, ölkəsinin üçdə ikisi çinlilərin əlindədir.  

Çeçen təbliğatına görə, Masxadov Putinə islamı  qəbul 

etməyi təklif edib. (Vaxtliə belə bir təklifi Qorbaçova, ya 

Yeltsinə – yadımda deyil -Ayatolla Xomneyi də etmişdi). 

Çeçenlərin gümanına görə Putin bu təklifə biganə qaldığı üçün 

"Kursk" sualtı gəmisində qəza baş verdi.  Gəmidəki 118 adam 

xəbər-ətərsiz suların dibindədir – hələ sağdırlar, ya artıq 

ölüblər? Uzun zaman məlum deyildi. Rus höküməti xaricdən 

yardım təkliflərini əvvəl rədd etdi: "Birdən sirlərimizi bilərlər".  

Vaxtilə ssenari kurslarında gördüyüm film – Stenli Kubrikin 

"Doktor Streynclav, yaxud mən atom bombasını necə sevdim" 

filmi yadıma düşdü. Təsadüf nəticəsində ABŞ SSRİ-ni, SSRİ 

ABŞ-ı darmadağın edir. Amerikanın Prezidenti və başqa 

yüksək rütbəli siyasi rəhbərləri bunkerdə gizləniblər. Rus 




 715 

səfirini də bura dəvət ediblər. Bunkerin divarında iri bir dünya 

xəritəsi var və bu xəritədə müxtəlif qitələrdəki Amerika hərbi 

bazalarının yerləri göstərilib. Dediyim kimi, təsadüf 

nəticəsində  tək bu iki superdövlət yox, bütün dünya dağılıb, 

sağ qalan yalnız bu bunkerdəki insanlardır. Və filmin sonuncu 

kadrı: sovet səfiri çəkməsinin bağını bağlamaq bəhanəsiylə 

əyilir və hamının gözünü oğurlayıb kiçik fotoaparatla 

xəritədəki Amerika hərbi bazalarının şəklini çəkir.  

Nə isə… "Kursk" məsələsinə qayıdıram. Yalandan deyirlər 

ki, guya gəmiylə  əlaqə yaradıblar. Ekipajın neçə  nəfər 

olduğunu da gizli saxlayırdılar. Doğrudur, "Komsomolskaya 

Pravda" qəzetinin müxbiri rüşvət verib bu siyahını  əldə edə 

bilib. (Bu ölkədə dövlət sirlərini də rüşvətlə öyrənmək 

olarmış). Gah   deyirlər ki,  gəmidə  oksigen  ehtiyatı  ayın  18-

nə, gah deyirlər 23-nə qədər çata bilər. Gəminin içi qaranlıqdır, 

soyuqdur, havasızdır. Soyuq dənizdə insanlar məhv olarkən 

Putin Soçidə Qara dənizin isti sularında çimir.  

Bir versiya da var ki, "Kursk" "Petr Veliki" gəmisiylə 

toqquşub, bu gəminin qalıqları isə  dənizin dibindədir. Və 

qəvvaslar da guya "Kursk"a yardım üçün yox, məhz o batan 

gəminin qalıqlarını tapmaq üçün sulara qərq olurmuş. Deyirlər 

ki, "Kursk"un lükunu aça bilmirlər. Nəhayət ki, norveçliləri 

köməyə çağıran kimi həmin gün o lükü aça bildilər. Etiraf 

etməli oldular – bütün ekipaj elə ilk gün həlak olub. Onlarla 

əlaqə yaradılması-filan ağ yalan imiş. Amma əlüstü onu 

vurğulayırlar ki, ekipajın içində iki dağıstanlı olub. 

Başqalarının millətlərini niyə demirlər? Ancaq bir səbəbdən. 

Başqa bir versiya da ortaya atmaq üçün, yəni bəlkə bu 

dağıstanlılar kamikadzelər imiş, özlərini də  gəmini də onlar 

məhv edib. Küt rəsmi təbliğat onu da dərk etmir ki, bu versiya 

ağlabatan olmasa da, hər halda, ən azı dağıstanlıların cəsarətini 

və  fədakarlığını  təsdiq edir. Həlak olmuş 118 adama çox 

yazığım gəlir. Hər gecə  səbrsizliklə  xəbərlərə baxırdım ki, 

bəlkə xilas ola bildilər. Bununla belə, rəsmi təbliğatın, daha 



 716 

doğrusu, rəsmi siyasətin bəyanatları da ikrah doğururdu. 

Fransız kralları Burbonlar haqqında deyirdilər ki, onlar heç bir 

şeyi unutmayıblar, amma heç nə  də  dərs olmayıb onlara. 

Bunlar həm hər  şeyi unudublar, həm də heç bir şeydən ibrət 

dərsi almırlar. Tam bir iflas – hərbi, elmi-texniki, siyasi, əsas 

da mənəvi iflas.  

Puşkin meydanında partlayışdan həlak olanların və 

"Kursk"da məhv olanların ailələrinin göz yaşları qurumamış 

Ostankino qülləsində yanğın baş verdi. Burada da ən azı 3 

adam öldü. Yazıq Rusiya! Elə bil, Allahın lənətinə gəlib.  

*** 

Əbülfəz Elçibəy vəfat etdi. Azərbaycanın bəlkə də sonuncu 

romantik siyasətçisi idi. Bu cəhətdən onu, doğrudan da, 

romantik siyasətçi Məmməd  Əmin Rəsulzadəylə müqayisə 

etmək olar. Əbülfəzdən sonra gələn cavan siyasətçilər  əsasən 

praqmatikdirlər. Yəni hakimiyyəti özü-özlüyündə sevirlər – 

xalqdan, millətdən, demokratik ideallardan da artıq sevirlər. 

Amma onların praqmatikliyi də qüsurludur, çünki praqmatizm 

soyuq  şüurun məhsuludur, bunların hikkəsi hadisələrə soyuq, 

ayıq və oyaq şüurla yanaşmağa imkan vermir. Yəni bu hikkə – 

kimisə yıxmaq, kimdənsə qisas almaq, kimdənsə heyf çıxmaq 

və yalnız bu cür özünütəsdiq etmək hikkəsi bütün başqa 

məqsədlərdən üstündür, demokratik və millətçi ritorika isə 

yalnız bu əsas mahiyyəti gizlədən  şirmalardır. Elçibəy belə 

deyildi. Amal, əqidə, doğrudan da, onun həyatının mənası idi. 

Əqidəsi yolunda əzab çəkməyə  də hazır idi, xislətində 

qisasçılıq da yoxdu. Dünyagörüşünün miqyasları etibarilə 

müəyyən hüdudlar çərçivəsində düşünə  və  fəaliyyət göstərə 

bildi, amma sözlərində,  əməllərində  səmimi idi, dözümlü idi, 

mərhəmətli idi. Ətrafındakılar isə onun bu müsbət 

cəhətlərindən tam tərs məqsədlərlə istifadə etməyə başladılar. 

Ölümünü və dəfnini də şaxsey-vaxsey mərasiminə çevirdilər. O 

səhnələrə televizorla baxanda düşünürdüm ki, aşura 

psixologiyası 1300 ildir bu xalqın  şüuruna, xarakterinə elə 




 717 

dərindən nüfuz edib ki, ona mütləq şəhidlər lazımdır.  

Erməniləri, yalançı  və uydurma mif olsa da, soyqırımı 

adıyla milli matəm, hüzn biləşdirir. Biz isə 1300 ildir ərəb 

sərkərdələrinin yasını tuturuq. 1300 ildir Kərbəla  şəhidlərinin 

matəmini yaşayırıq – sinə döyürük, zəncir vururuq, baş yarırıq, 

saç yoluruq. Və mütləq bir düşmən obrazı lazımdır bütün bu 

mərasim üçün. Real düşmənlərimiz qalıb bir qıraqda, Şümürə, 

Yezidə lənət oxuyuruq.  

Allah  Əbülfəzə  qəni-qəni rəhmət eləsin. Uğurlu siyasətçi 

olmasa da, saf insan idi.  

*** 

Mətbuatda qəribə və şəxsən mənə təsir edən xəbər oxudum. 

Məlum olduğu kimi, Xəzərdə üzən gəmilərdən birinin adı 

"Rəsul Rza", birininki "Nigar Rəfibəyli"dir. Qazaxıstan 

limanlarının birində təsadüfən bu iki gəmi eyni zamanda lövbər 

salıb. "Rəsul Rza" gəmisində içməli su qurtarıb və nə sahildən, 

nə başqa bir gəmidən su ala bil-yiblər. Yalnız "Nigar 

Rəfibəyli" gəmisindən onlara su göndəriblər.  

 

2004   

 

*** 

Fevralın birində – Qurban bayramı günü Zemfiranın kiçik 

qardaşı Çingiz öldü. Qurban bayramında ölənlər cənnətə düşür, 

– deyirlər. Əgər cənnət varsa Çingiz lap yəqin ordadır, çünki o 

qədər saf, ürəyi təmiz, hamıya yaxşılıq etmək istəyən, xeyirxah 

insan idi ki. Həyatda tamamilə haqsız olaraq çəkdiyi 

əziyyətlərə görə  də  cənnətə getməyə layiqdir. Çingiz 1945-ci 

ildə – Zemfirayla tanış olduğumuz il – dünyaya gəlmişdi, bütün 

uşaqlığı, cavanlığı  və  nəhayət, yetkin çağı gözlərimin 

qabağında keçmişdi. Doğma qardaşım yoxdur, onu doğma 

qardaşım kimi istəyirdim. Dekabrın əvvəllərində başında, qara 

ciyərində  ağrılardan  şikayət-lənirdi, onu görkəmli onkoloq-

həkim  Əhliman  Əmiraslanovun yanına apardım. Rentgen 



 718 

şəkillərini, analizləri gözdən keçirdi, özünü müayinə etdi və 

mənə təklikdə: "Əfsus ki, gecdir, – dedi, – beynində bəd xassəli 

şiş var, ciyərə də metastaz verib".  

Düz ay yarım bu acıdan-acı xəbəri daş kimi içimdə daşıdım, 

nə Zemfiraya, nə də başqa heç kəsə dedim.  

Qismətə bax. Neçə il bundan qabaq böyuk bacıları Elmira 

vəfat edəndə Çingiz onun qəbrini atasının, anasının yanında 

qazdırmışdı. Sonra qərar verildi ki, Elmira İkinci Fəxri 

xiyabanda basdırılsın. Çingiz o qəbrin üstünü örtdü, amma içini 

hazır saxladı. Elə bil, özüyçün saxlayıbmış. Onu elə  həmin 

qəbirdə dəfn etdik.  

Sabah  Ənvər Məmmədxanlının doğum günüdür. 29 fevral 

dörd ildən bir olur, Ənvər də həmin gün anadan olub.    

İtirdiyimiz hər yaxın adam – bizim özümüzü də addım-

addım ölümümüzə yaxınlaşdırır. Allah hamısına rəhmət eləsin.  

 

28 fevral, 2004 

 

Yazacağım bir kitab haqqında çoxdan bəri düşünürəm. 



Düşüncələr, anılar, xatirələr kitabı olacaq bu əsər TNəslim, 

əcdadlarım, valideynlərim, ailəm, özüm haqqında, dostlarım və 

düşmənlərim haqqında, həyatda rastlaşdığım xeyli insan 

haqqında, gəzdiyim ölkələr,  şəhərlər haqqında, oxuduğum 

kitablar, gördüyüm filmlər, dinlədiyim musiqi haqqında – bir 

söz, bütün bunlarla dopdolu dolmuş ömrüm haqqında  əsər 

olacaq. Bəlkə  də, daha sönük bir ömür sürsəydim, həyatla 

vidalaşmaq mənə bu qədər ağır gəlməzdı.  

Amma həyatla vidalaşmaq fikrim də yoxdur. Hər halda, bu 

kitabı bitirməyincə dünyadan köçən deyiləm. Kitabın adı 

belədir: "Keçən keçdi, olan oldu". Üzərində  gərgin iş gedir. 

Doğrudur, hələ ki, ancaq bircə cümlə – kitabın ilk cümləsi 

yazılıb:  

"ÖMÜR KEÇDİ. ONUN HAQQINDA DANIŞMAQ MƏQAMI GƏLDİ". 

 

20 aprel, 1997  



 719 

OXUDUQLARINIZ 

 

Sizsiz 

Sizsiz ..................................................................................  3 



 

Həyatım ağrıyır 

Həyatım ağrıyır ................................................................260 



 

Anılar, ağrılar, ağılar  

Qara Qarayevə rekveiyem.................................................322 

Cavad Mircavadova vida sözü .........................................324 

Əlvida, Mirzə müəllim  ....................................................327 

Yeri həmişə görünəcək .....................................................330 

Danışa bilmirəm................................................................332 

Müsibət..............................................................................334 

Şəhidlər dağı......................................................................343 

Aydın sürəti.......................................................................366 

Torpağı vətən edənlər........................................................371 

Tofiq İsmayılovun xatirəsinə............................................375 

Vəli Məmmədovu düşünərkən .........................................381 

Ulduzlu Ziya - Ziyalı ulduz ..............................................385 

Bir neçə söz.......................................................................388 

Bir dostum vardı................................................................390 

Vaqiflik..............................................................................392 

Şerimizin başı sağ olsun....................................................395 

Elmira Hüseynovanın xatirəsinə ......................................397 

Arazsız qaldıq....................................................................398 

Quram Pancikidzenin ölümünə ........................................403 

Heç bir zaman....................................................................404 

Qırx gün, qırx gecə............................................................409 

Nəhs avqust.......................................................................413 

Şuşalı, yalçınlı günlər .......................................................427 

Eminə ağı...........................................................................431 

Əlvida................................................................................433 

Elə bil heç yox imiş...........................................................435 

Qalib gəldi, qalib getdi......................................................439 



 

 


 720 

Gecə düşüncələri 

Gecə düşüncələri...............................................................448 

 

 



 721 

 

 



ANAR. Əsərlər.  III cild 

Bakı, Nurlan, 2004, 689 səh. 

 

 

 

Nəşriyyat redaktoru: 

KÖNÜL ŞAHBAZOVA 

MƏLAHƏT QƏMBƏROVA 

 

 

Bilgisayar tərtibi: 

SEVİNC HÜSEYNOVA 

 

 

Yığıcı: 

ARZU MAHMUDOVA, 

SEVİNC HÜSEYNOVA 

 

 

 

 



 


 722 

 

 

 

 

 

 

 

 

 

Yığılmağa verilib: 17.09.2003. 

Çapa imzalanıb: 01.04.2004. 

Həcmi: 43 ç.v. Format:60x88 1/2 

Ofset çap üsulu 

Sayı: 500. 

Qiyməti müqavilə yolu ilə 



 

Nurlan Nəşriyyat Poliqrafiya Birliyi 

Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   219




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə