Şöbəsinin müdir müavini cənab Məhərrəm Əhmədova



Yüklə 15,1 Kb.
tarix05.10.2018
ölçüsü15,1 Kb.
#72207



Azərbaycan Respublikası

Prezidentinin Adminmistrasiyası

Humanitar siyasət məsələləri

şöbəsinin müdir müavini

cənab Məhərrəm Əhmədova

18 dekabr 2017-ci il tarixli

15/HJ-5017/2-105/2 nömrəli məktuba
Hörmətli Məhərrəm müəllim,
Vətəndaş Zümrüd Hüseynovanın Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış şikayət ərizəsində qaldırılan məsələlər Səhiyyə Nazirliyində araşdırılmışdır.

Bildiririk ki, ərizəçi yaşadığı ərazi üzrə Bakı 20 nömrəli Şəhər Poliklinikasında ruhi-əsəb xəstəliyinə görə qeydiyyatdadır və mütəmadi olaraq tibbi yardımla təmin olunur.

Bununla yanaşı bildiririk ki, Z.Hüseynova “hər iki gözün buynuz qişasının distrofiyası, horizontal nistaqm, atrifakiya” diaqnozu ilə dəfələrlə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə və müalicədə olmuşdur.

03.11.2017-ci il tarixdə növbəti dəfə müraciəti zamanı Z.Hüseynova Mərkəzə pasiyentlər üçün nəzərdə tutulmayan qapıdan daxil olmaq istədikdə xidməti vəzifədə olan mühafizəçi tərəfindən saxlanılmışdır. Bu da onunla mühafizəçi və məsələyə qarışan tibb işçiləri arasında narazılığın yaranmasına səbəb olmuşdur.



Qeyd olunan məsələ Mərkəzin rəhbərliyi tərəfindən Z.Hüseynovanın iştirakı ilə araşdırılmış, pasiyentlə münasibətdə davranış qaydalarına riayət emədiyinə görə mühafizəçi barədə intizam tənbeh tədbirləri görülmüşdüe. Eyni zamanda Mərkəzin daxili intizam qaydaları barədə ərizəçiyə ətraflı izahat verilmişdir.

Hörmətlə,
Nazir Oqtay Şirəliyev
Yüklə 15,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə