Socar dalgidj llc



Yüklə 48,53 Kb.
tarix02.01.2018
ölçüsü48,53 Kb.
#19113



SOCAR-DALĞIC MMC
socar-dalgidj logo




SOCAR – DALGIDJ LLC
socar-dalgidj logo

VƏZİFƏ TƏLİMATI

ROLES AND RESPONSIBILITIES

BÖLMƏ 1: VƏZİFƏNİN TƏSVİRİ

SECTION 1: POSITION DESCRIPTION


Vəzifənin adı: Takelajçıların başçısı (dənizdə)

Təşkilati struktura istinad: SOCAR – DALĞIC MMC-nin Təşkilati Strukturu – Əməliyyat departamenti.



Position Title: Rigger Foreman (offshore)

Org. Chart Reference: SOCAR-DALGIDJ LLC Organization Chart – Operations Dept.


BÖLMƏ 2: ƏSAS VƏZİFƏ


SECTION 2: KEY ROLE

  • Takelajçılardan ibarət işçi qrupa nəzarət edir və bütün heyətin, qaldırıcı avadanlığın və materialların tələb olunan sertifikatlara malik olmasını, tələb olunan məqsədlər üçün yarlılığını və qaldırma əməliyyatlarının şirkətin və sifarişçinin tələblərinə uyğun həyata keçirilməsini təmin edir.

  • Göyərtə rəhbəri kimi fəaliyyət göstərir və avadanlıqların stroplanmasına, kran, avtoyükləyici və ya digər vasitələrlə qaldırılmasına, təhlükəsiz və effektiv şəkildə hərəkət etdirilməsinə nəzarət edir.

  • Supervises the rigging team and ensures that all personnel, lifting equipment and rigging materials are within certification, fit for purpose and lifting operations are carried out in line with company and client specified requirements for lifting operations.




  • Acts as deck foreman and supervise the slinging/rigging and movement of equipment, by crane, fork lift or other means in a safe and efficient manner.

BÖLMƏ 3: TABE OLDUĞU ŞƏXSLƏR

SECTION 3: POSITION REPORTS TO

Xətti rəhbər: Layihə üzrə Baş Menecer;

Funksional rəhbər: Tikinti meneceri (dənizdə).



Line Manager: Senior Project Manager;

Functional lead: Construction Manager (Offshore


BÖLMƏ 4: VƏZİFƏLƏR VƏ ÖHDƏLİKLƏR




SECTION 4: RESPONSIBILITIES & OBJECTIVES


  • Hər bir qaldırma əməliyyatını icra etmək üçün kifayət sayda takelajçılardan ibarət işçi qrupunun mövcudluğunu təmin edir;

  • Qaldırma əməliyyatları ilə bağlı planların mövcudluğunu və müvafiq orqan tərəfindən təsdiq olunmasını təmin edir;

  • Takelaj əməliyyatları ilə bağlı riskin qiymətləndirilməsi prosesində və iş tapşırığı ilə bağlı təlimatlandırmalarda iştirak edir;

  • Sualtı qaldırma əməliyyatlarının planlaşdırılması və icra olunması zamanı dalğıc/HSA əməliyyatları üzrə Supervayzerlərlə birbaşa əlaqə saxlayır;

  • İşçilərin, yükün və aktivlərin təhlükəsizliyini təmin etmək məqsədilə yüklərin qaldırılması və hərəkət etdirilməsi işlərini yerinə yetirən işçiləri işarələr vasitəsilə və ya şifahi şəkildə istiqamətləndirir;

  • Takelaj avadanlığı üçün nəzərdə tutulmuş şkafın, jurnalının /sertifikatlaşdırma reyestrinin saxlanılması ilə bağlı məsuliyyət daşıyır və müvafiq takelaj ləvazimatlarının iş sahəsində mövcudluğunu təmin edir;

  • Təhlükəsizliyi və etibarlılığı təmin etmək üçün takelaj avadanlığının vəziyyətini və sertifikatlaşdırılmasını yoxlayır və təsdiq edir;

  • Dəstəyi təmin etmək üçün takelaj avadanlığına yüklərin bərkidilməsinə nəzarət edir;

  • Yükün çəkisinə və ölçülərinə, qurğulara və iş proqramlarına görə stroplar, halqalar və bucurqadlar kimi takelaj avadanlığını seçir;




  • Tallardan, qaldırıcı mexanizmlərdən və digər avadanlıqlardan istifadə edərək dar və ya məhdud sahələrdə ağır texnikanın hərəkətinə nəzarət edir;

  • Boltlar və sıxaclar vasitəsilə tirlər, tavanlar kimi sabit yerüstü strukturlara şkivlərin və blokların bərkidilməsinə nəzarət edir;

  • Takelaj avadanlıqlarının istifadədən sonra sökülməsinə və saxlanılmasına nəzarət edir;

  • Avtoyükləyici, tri lifter və digər avadanlıqları istifadə edir;

  • Təlim və nəzarəti təmin edərkən köməkçilərin birbaşa dəstəklənməsini idarə edir;

  • Bütün tapşırıqları koordinasiya edir və vaxtında yerinə yetirilməsini təmin edir;

  • Göstərişləri təhlükəsiz və səmərəli bir şəkildə verir;

  • Takelaj/qaldırma əməliyyatları ilə bağlı qaydalara və təhlükəsizlik tələblərinə riayət edir;

  • KSƏTƏM mədəniyyətini dəstəkləyir və bunu öz fəaliyyətində nümayiş etdirir.

  • Ensures the adequate size of the rigging crew, for execution of each lifting operation;




  • Ensures that lift-plans are in place and signed off by the appropriate authority;




  • Participate in rigging related risk assessments and Tool- Box-Talks;




  • Communicate directly with Diving / ROV Supervisors regarding the planning and during the execution of subsea lifting operations;

  • Signal or verbally direct workers engaged in hoisting and moving loads, in order to ensure safety of workers, load and assets;




  • Responsible for the maintenance of the rigging locker, rigging log / certification register and ensures adequate rigging materials on site;




  • Check and confirm rigging condition and certification to ensure safety and reliability;




  • Supervise attachment of loads to rigging to provide support;




  • Select rigging gear such as slings, shackles, chokers and winches, according to load weights and sizes, facilities, and work schedules;

  • Supervise movement of heavy equipment through narrow openings or confined spaces, using chain falls, gin poles and other equipment;

  • Control attaching pulleys and blocks to fixed overhead structures such as beams, ceilings, using bolts and clamps;

  • Supervise dismantling and storing of rigging equipment after use;




  • Operate forklifts, tri-lifter and other equipment;

  • Direct the support of Helpers while providing training and oversight;

  • Coordinate and ensure all tasks are completed on time;

  • Give directions in a safe and efficient manner;

  • Comply with rigging / lifting regulations and safety requirements;




  • Promote a QHSE Culture and lead by example.

Təhsil / Təcrübə ilə bağlı tələblər:

Təcrübə:



  • Dənizdə neft və qazla əlaqəli xidmət sənayesi və ya istehsal sənayesində takelajçı vəzifəsində ən azı 7 il işləmiş olmalıdır, bu müddətin 2 ilini takelajçıların başçısı vəzifəsində işləmiş olmalıdır.

Elmi dərəcə:

  • Kommersiya donanması tərəfindən verilmiş göyərtə rəhbəri sertifikatına və ya təsdiq olunmuş tədris/sertifikatlaşdırma planlarına malik texniki təhsil müəssisələri tərəfindən verilmiş takelajçı/takelajçıların başçısı sertifikatına malik olmalıdır.

Academic / Experience Requirements:

Experience:



  • Minimum 7 years of experience as a rigger in the offshore Oil and Gas related service industry or fabrication industry, of which 2 years as a rigger foreman.

Academic Degree:



  • Merchant Navy competency certificate as deck foreman or certification as rigger / rigger foreman from technical training establishments with recognised rigging curriculum / certification

Bacarıq /Şəxsi Keyfiyyətlər:

  • SOCAR-Dalğıc MMC-nin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə prosedurları ilə tam olaraq tanış olmalıdır;

  • Takelaj avadanlıqlarının və qaldırıcı qurğuların texniki xüsusiyyətləri ilə tam olaraq tanış olmalıdır;

  • Avadanlıq və takelaj alətlərinin çəkilərini anlamalıdır;

  • Çertyojları/qaldırma əməliyyatları ilə bağlı planları oxumalı və ya qaldırma əməliyyatları üzrə planları tərtib etməlidir;

  • Qaldırıcı avadanlığı idarə etməyi bacarmalıdır;

  • Mexaniki alətləri istifadə etməyi bacarmalıdır;

  • Ağır yükləri idarə etmək bacarığına malik olmalıdır;

  • Özünü motivasiya etmək bacarığına malik olmalıdır;

  • İşçi qrupa rəhbərlik etmək bacarığına malik olmalıdır;

  • İngilis dili üzrə həm yazılı həm də şifahi baza biliklərinə malik olmalıdır.

  • Ünsiyyətçil olmalıdır;

  • Nəzakətli olmalıdır.

Skill Requirements /Personal Attributes:

  • Fully conversant with the SOCAR-DALGIDJ LLC Anti -Corruption and Bribery Procedure;




  • Fully conversant with technical specifications of rigging equipment and lifting appliances;







  • Skilled at driving lifting equipment;




  • Skilled with power tools;




  • Capable of handling heavy loads;




  • Self-motivated;




  • Team Builder;




  • Basic knowledge of English language, both written and oral;

  • Good communicator;

  • Tactful and persuasive.

Bilavasitə tabeliyində olan şəxs:

  • Takelajçılar qrupu;

  • Kran / avtoyükləyici sürücüsü.

Direct Reports:

  • Rigging Team;

  • Crane / Forklift Driver.

Daxili əlaqələr:

  • Logistika üzrə koordinator;

  • Layihə üzrə SƏTƏM məsləhətçisi;

  • Tikinti meneceri (dənizdə);

  • HSA/dalğıc əməliyyatları üzrə Supervayzerlər;

  • Dəniz ekipajı.

Internal Interfaces:

  • Logistics Coordinator;

  • Project HSE Advisor;

  • Construction Manager (Offshore);

  • ROV / Diving Supervisors;




  • Marine Crew.

Xarici əlaqələr:

  • Qaldırma əməliyyatları üzrə Sifarişçinin səlahiyyətli orqanı;

  • Körpüdə xidmətləri dəstəkləyən işçi qrup;

  • Yük maşını sürücüləri;

  • Nəqliyyat agentliyınin nümayəndələri.

External Interfaces:

  • Client Lifting Authority;




Vəzifəni tutan şəxsin adı:

Təsdiq olunacaq



İmza: ____________ Tarix

Position Occupant Name:

TBC


Signature: ____________ Date


Xətti menecerin adı:

Layihə üzrə Baş Menecer




Line Manager Name:

Senior Project Manager











İmza: ____________ Tarix




Signature: ____________ Date


Yüklə 48,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə