Socar polymer mmc-nin xəbərlər bülleteni / Nömrə 1 / 2018-ci IL



Yüklə 3,81 Mb.
Pdf görüntüsü
tarix26.08.2018
ölçüsü3,81 Mb.
#64710


YANVAR

2018


BCC Sənaye Parkına səfər

s.19


“SOCAR Polymer” şirkətinin “Məktəbliləri 

ruhlandıraq” təşəbbüsü

Azot qurğusu uğurla cərəyana qoşuldu 

s.24


s.18

SOCAR Polymer MMC-nin xəbərlər bülleteni / Nömrə 1 / 2018-ci il

Bu buraxılışda:

97,9%

89,5%


PP zavodu – yanvar ayına 

ümumi irəliləyiş 

YSPE zavodu – yanvar   

ayına ümumi irəliləyiş 

13.138.186 

adam/saat işlənmişdir

İş vaxtının itkisi olmadan 

507


işçi 

1



Hörmətli həmkarlar!

Biz  yeni,  2018-ci  ilə  qədəm  qoymuşuq.  Əldə  etdiyimiz 

nailiyyətlərə  və  keçən  müddətdə  öyrəndiyimiz  dərslərə 

nəzər  salıb  üzümüzü  qarşımızda  açılan  geniş  üfüqlərə 

doğru  tuturuq.  Hər  yeni  il  yeni  bir  başlanğıc  deməkdir  və 

bu  başlanğıcı  biz  həm  şirkətimizi,  həm  də  ölkəmizi  yekun 

məqsədlərimizə  aparacaq  yeni  layihələr  və  təşəbbüslərlə 

qeyd edirik. 

Bu ay biz sosial və təhsil xarakterli yeni bir layihəyə başlayırıq. 

Bu layihə gənclərimizdə kimya elminə marağı artırmağa və bu 

məqsədlə də “SOCAR Polymer” şirkətinin milli iqtisadiyyatın 

kimya  sənayesi  sektoru  üçün  kadrlar  ehtiyatının  inkişafına 

məktəb  partasından  başlayaraq  öz  töhfəsini  verməsinə  və 

Azərbaycanda gedən inkişaf prosesində davamlı iştirakının 

genişlənməsinə yönəlmişdir. 

Kimya  sənayesində  gözlədiyimiz  multiplikasiya  effekti  kimi 

biz həmin prosesi əlaqədar sahələrdə də təşviq və inkişaf 

etdirəcəyik.  Təcrübəçilərimizin  kimyaya  olan  həvəsini 

məktəb  şagirdlərinə  ötürməsi  qısa  və  uzunmüddətli 

faydalı effekt və ciddi dəyər yaradan zəncirvari reaksiyanın 

başlanğıcı  kimi  qiymətləndirilir.  İstehsal  müəssisələrini, 

nəqliyyat  xidmətlərini,  təchizat  zəncirlərini  və  işgüzar 

dairələri  birləşdirən  klasterlərin  yaradılması  nəinki 

iqtisadiyyatda, həm də sosial və təhsil sahələrində də təşviq 

edilir. 

“SOCAR Polymer” şirkəti hər iki inkişaf istiqamətində dəstək 

təmin etmək niyyətindədir. 

Bu ay bizim “Məktəbliləri ruhlandıraq” adlı layihəmizin həyata 

keçirilməsi istiqamətində ilk addım atıldı. Təhsil Nazirliyinin 

Bakı  şəhər  təhsil  idarəsi  ilə  razılaşdırılmış  dərs  qrafiki  və 

planına  uyğun  olaraq  layihə  qrupu  Bakı  məktəblərinin 

birində ilk təqdimatı keçirmişdir və əldə edilmiş nəticələrdən 

ruhlanaraq bu təşəbbüsü davam etdirməyi planlaşdırır.

Gəlin bu ili bir çox baxımdan məhsuldar ilə çevirək!



Fərid Cəfərov

Yeni il – yeni

başlanğıc

2



Tikinti sahəsindən görüntülər

Yanvar 2018

3



Yanvar ayı ərzində sahədə 

müşahidə olunan irəliləyiş

YSPE zavodu

Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

YSPE zavodu: 

Orqanoleptik 

qurğu/Tullantı 

sularının 

təmizlənməsi 

qurğusu. 

Metal 


konstruksiyaların 

montajı və kabel 

tavalarının 

quraşdırılması 

davam edir

YSPE zavodu: 

Qarışdırıcı 

siloslar.

NÖC kabellərinin 

çəkilməsi davam 

edir 

4



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

YSPE zavodu: 

Ekstruziya 

qurğusu. 

Dəmir-beton işləri 

başa çatmışdır. 

Metal konstruksiya 

və boru montajı 

işləri davam edir

YSPE zavodu: 

Polimerləşdirmə 

qurğusu. 

Avadanlıq 

quraşdırılmışdır. 

Boru sistemlərinin 

və dayaqların 

quraşdırılması 

davam edir. Metal 

konstruksiyaların, 

birləşdirmə 

qutusunun, 

işıqlandırma və 

s. quraşdırılması 

davam edir 

YSPE zavodu: 

Elektrik  

yarımstansiyası. 

İVHK panelləri 

yerləşən aparat 

otağında kabellərin 

birləşdirilməsi və 

NÖC panellərinin 

kabellərinin 

çəkilməsi davam 

edir 


YSPE zavodu: 

Polimerləşdirmə 

qurğusunun boru 

estakadası. 

Boru dayaqlarının 

quraşdırılması 

davam edir. 

Kabel tavalarının 

quraşdırılması 

davam edir. 

Kabellərin 

çəkilməsi davam 

edir

5



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

YSPE zavodu: 

Qranula üfürmə 

aqreqatının 

logistika sahəsi. 

Boruların montajı 

davam edir

YSPE zavodu: 

Reaktorların 

boşaltma 

rezervuarı. 

Elektrotexniki 

işlər davam edir

YSPE zavodu: 

Katalizatorun 

aktivləşdirilməsi. 

Metal 


konstruksiyaların 

quraşdırılması 

davam edir

6



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

YSPE zavodu: 

Torbalama və 

qablaşdırma. 

Metal 


konstruksiyaların 

quraşdırılması 

davam edir

YSPE zavodu: 

Aşağı təzyiqli 

əridicilərin 

çıxarılması. 

Metal 


konstruksiyaların 

quraşdırılması 

davam edir

7



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

PP zavodu: Mühəndis şəbəkələri (MŞ) 

və ümumzavod təsərrüfatı (ÜT) sahələri

PP zavodu/ MŞ 

və ÜT: Elektrik 

yarımstansiyası.

Tam həcmli 

elektrikləşdirmə 

(enerjinin 

qoşulması) işləri 

davam edir

PP zavodu/ MŞ 

və ÜT: Vahid 

idarəetmə otağı.

Buraxılış-

sazlama işləri 

davam edir 

PP zavodu/ MŞ 

və ÜT: Kimyəvi 

maddələr və 

qatqılar anbarı.

Dam 

panellərinin 



döşənilməsi 

işlərinin 

əksəriyyəti 

başa çatmışdır

PP zavodu/ 

MŞ və ÜT: 

Laboratoriya. 

Tamamlama/ 

bəzək işlərinin 

əksəriyyəti 

başa çatmışdır

8



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

PP zavodu/ MŞ 

və ÜT: İnzibati 

bina. 

Tamamlama/ 



bəzək işlərinin 

əksəriyyəti başa 

çatmışdır

PP zavodu/ MŞ 

və ÜT: Sex. 

Tamamlama/ 

bəzək işlərinin 

əksəriyyəti başa 

çatmışdır

PP zavodu/ MŞ 

və ÜT: Torbalama 

və qablaşdırma 

binası. 

Divar və dam 

panellərinin 

quraşdırılması 

davam edir

PP zavodu/ 

MŞ və ÜT: 

Yanğınsöndürmə 

hovuzları və 

nasosxana. 

Buraxılış-

sazlama işləri 

davam edir

9



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

PP zavodu/ MŞ və ÜT: Hava/Yüksək təzyiqli azot kondensatı kompressor 

stansiyasının rezervuar və nasos təsərrüfatı. 

Buraxılış-sazlama işləri davam edir

PP zavodu/ MŞ 

və ÜT: Məşəl 

bacası. 


Buraxılış-

sazlama işləri 

davam edir

PP zavodu/ MŞ 

və ÜT: Soyuducu 

qüllə. 


Buraxılış-

sazlama işləri 

davam edir

10



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

PP zavodu/ MŞ 

və ÜT: Klapanlar 

binası. 

Tamamlama/ 

bəzək işləri başa 

çatmışdır

PP zavodu/ MŞ 

və ÜT: Darvaza və 

Buraxılış-nəzarət 

məntəqəsi. 

Təmir işləri davam 

edir


PP zavodu/ MŞ və 

ÜT: PP-Yaş bölmə / 

Polimerləşdirmə. 

Avadanlığın 

sınaqları davam 

edir. Elektrikli NÖC-

lərin quraşdırılması 

davam edir. Boru 

sistemlərinin 

sınaqları davam 

edir. Haçalanma 

kabelləri 

üçün tavaların 

quraşdırılması 

davam edir

PP zavodu/ MŞ 

və ÜT: PP – Quru 

bölmə / Ekstruziya 

binası. 

Boru sistemlərinin 

sınaqlarının 

əksəriyyəti 

başa çatmışdır. 

İşıqlandırma 

sistemi 

quraşdırılmış 

və enerjiyə 

qoşulmuşdur. Liftin 

quraşdırma işləri 

davam edir

11



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

PP zavodu/ MŞ 

və ÜT: PP- Quru 

bölmə / PP ovuntu 

silosu. 


Buraxılış-sazlama 

işləri davam edir

PP zavodu/ 

MŞ və ÜT: 

Homogenləşdirmə 

qurğusu / 

Qarışdırıcı siloslar. 

Buraxılış-sazlama 

işləri davam edir

PP zavodu/ MŞ və 

ÜT: Xam su çəni. 

Buraxılış-sazlama 

işləri davam edir

12



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

PP zavodu/ 

MŞ və ÜT: 

Birləşdirici boru 

estakadaları. 

Boruların 

sınaqdan 

keçirilməsi 

davam edir. 

Kabellərin 

çəkilməsi davam 

edir

PP zavodu/ MŞ 



və ÜT: Boru altı 

şpallar. 

Boruların və 

kabel tavalarının 

quraşdırılması 

davam edir

PP zavodu/ 

MŞ və ÜT: 

Sferik izobutan 

rezervuarı. 

Sprinkler 

sisteminin 

quraşdırılması 

başa çatmışdır

13



Yanvar ayındakı 

irəliləyiş

Dekabr 2017

Yanvar 2018

Azot aqreqatı. 

Buraxılış-

sazlama işləri 

davam edir

Anbar. 

Təmir işləri 



davam edir

Yollar. 


Daxili yolların 

salınması davam 

edir. Birinci 

asfalt qatının 

çəkilməsi davam 

edir. Sahədə 

işıqlandırma 

işləri davam edir

14



Layihənin bölmələri üzrə ümumi irəliləyiş

Layihənin bölmələri üzrə ümumi irəliləyiş

PP Zavodu üzrə irəliləyiş

Layihə icrasının gedişatı

YSPE Zavodu üzrə irəliləyiş

İşçi layihəsinin hazırlanması 

İşçi layihəsinin hazırlanması 

MTT/Satınalma 

MTT/Satınalma 

Material təchizatı – hazırlama və çatdırılma

Material təchizatı – hazırlama və çatdırılma

Tikinti işləri 

Ümumi irəliləyiş faizi

Tikinti işləri 

Ümumi irəliləyiş faizi

Podrat işləri

Podrat işləri

100%

99,8%


100%

99,7%


99,8%

98,5%


95,2%

97,9%


76,5%

89,5%


100%

100%


15


Dövlət  başçısı  pestisidlər  zavodu,  şüşə  istehsalı  zavodu, 

yunəyirici-boyaq fabriki və siqaret (tütün) fabrikinin təməlqoyma 

mərasimlərində iştirak etdi, habelə Data Mərkəzi, fibro-sement 

zavodu, xortum və fitinq zavodu, əlvan metallar və ferroərintilər 

zavodu və sürtkü yağları zavodunu işə saldı.

Bu  gün  Sumqayıt  Kimya  Sənaye  Parkında  bir  neçə 

müəssisə  fəaliyyətə  başlayır,  bir  neçə  müəssisənin 

isə  təməli  qoyulub...  Bir  gündə  Sumqayıtda,  görün,  yeddi 

müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər 

biz  Sumqayıt  Kimya  Parkının  digər  rezidentlərini  də  əlavə 

etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük 

bir  sənaye  mərkəzidir.  Çünki  hazırda  “SOCAR  Polymer”  və 

Karbamid  zavodlarının  tikintisi  davam  edir.  Bu  iki  layihənin 

ümumi  sərmayə  həcmi  1  milyard  700  milyon  dollardır.  Bu, 

bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin 

edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüş

16 dekabr 2017-ci il

SOCAR Polymer rəsmilərin 

diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt 

Kimya Sənaye Parkında yeni müəssisələrin təməlqoyma və 

açılış mərasimlərində iştirak edib

16



Sənaye  istehsalı  ilə  bağlı  bu  il  çox  önəmli  açılışlar 

olacaq.  Mən  onların  arasında  Sumqayıt  Kimya 

Sənaye  Parkındakı  müəssisələri  qeyd  etmək  istəyirəm. 

Keçən  ilin  sonunda  parkda  dörd  müəssisənin  açılışı,  üç 

müəssisənin təməlqoyma mərasimi keçirilmişdir. Sumqayıt 

Kimya  Sənaye  Parkında  rezidentlərin  sayı  on  beşə  çatıb 

və  qoyulan  sərmayənin  həcmi  2,7  milyard  dollardır.  Bu 

layihə, bu böyük təşəbbüs bir daha onu göstərir ki, biz nə 

qədər düzgün siyasət aparırıq. Əgər biz o sahəni dağılmış, 

çürümüş  dəmirlərdən  təmizləməsəydik  və  yüzlərlə  hektar 

torpağa  infrastruktur  layihələri  gətirməsəydik,  bu  şəraiti 

yaratmasaydıq, oraya heç kim bir manat da qoymazdı. İndi 

isə  oraya  2,7  milyard  dollar  sərmayə  qoyulur  və  bu,  hələ 

başlanğıcdır. Bax, budur dövlətin vəzifəsi və düzgün siyasəti. 

Biz şərait yaradırıq, kömək göstəririk, investisiya qoyuruq ki, 

sonra da özəl sektor və xarici şirkətlər sərmayə qoysunlar. 

Ona  görə  Sumqayıt  Kimya  Sənaye  Parkının  yaradılması 

hesab  edirəm  ki,  bizim  böyük  uğurumuzdur.  Bu  il  isə, 

“SOCAR  Polymer”  və  gübrə  zavodlarının  açılışı  nəzərdə 

tutulur. Bu iki müəssisə nəinki daxili tələbatı tam ödəyəcək, 

eyni  zamanda,  böyük  ixrac  imkanlarına  da  malik  olacaq. 

Bu iki zavodun ümumi ixrac imkanları hər il 100 milyonlarla 

dollar həcmində olacaqdır. Eyni zamanda, xüsusilə “SOCAR 

Polymer”  zavodu  kiçik  və  orta  sahibkarlığın  inkişafına 

təkan verəcək, çünki xammaldan məhsullar Azərbaycanda 

istehsal olunacaq. Polimer elə bir məhsuldur ki, indi bir çox 

məişət və ya sənaye materialının yaradılmasında rol oynayır. 

Ona görə özəl sektor da diqqətli olsun. Zavod işə düşən kimi 

dərhal yerli sənaye istehsalı yaradılmalıdır.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev Mərkəzində konfrans

29 yanvar 2018-ci il

İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi 

inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin 

yekunlarına həsr olunmuş konfransda iştirak etdi

17



Azot qurğusu uğurla cərəyana 

qoşuldu 


19 yanvar 2018-ci il tarixində “SOCAR Polymer” şirkətinin sahə 

kollektivi azot istehsalı qurğusunun aparat otağında yerləşən 

3720-ESW06 paylayıcı şitinə cərəyanın verildiyi barədə məruzə 

etdi. KT (Kinetics Technology) şirkəti ümumi yarımstansiyadan 

azot  istehsalı  qurğusu  yerləşən  sahəyə  10  kabel  çəkmişdir. 

Azot istehsalı qurğusunu inşa edən podratçı (“Encotec Ltd” 

şirkətinin kollektivi) gələcəkdə həmin kabelləri qəbul etməyə 

hazır olana qədər onlar dolaq formasına burulmuş və ucluqları 

birləşdirilmək üçün hazır vəziyyətdə gözləməkdədir.

  “Encotec”  şirkətinin  mühəndis  və  texnikləri 

“Cryogenmash” şirkətinin nəzarəti altında aparat otağının, 

paylayıcı şitin və kabel ucluqlarının quraşdırılmasını  başa 

çatdırmış,  Sərhəd  hüdudunun  özlərinə  aid  hissəsində 

təftiş  və  yoxlama  işlərini  həyata  keçirmiş  və  qurğuların 

cərəyana təhlükəsiz qoşulmasını təmin etmək üçün bütün 

çatışmazlıqları aradan qaldırmışlar. 

Cərəyana  qoşulma  ilə  bağlı  müraciət  daxil  olduqdan 

sonra  “SOCAR  Polymer”-in  sahə  kollektivi  və  bizim  baş 

podratçımız  olan  “Kinetics  Technology”  şirkəti    qurğunu 

elektrik  enerjisi  ilə  təmin  etmək  üçün  dərhal  hərəkətə 

keçdilər.  Qeyd  etmək  lazımdır  ki,  təhlükəsiz  qaydada  və 

müvəffəqiyyətlə  yerinə  yetirilmiş  bu  tapşırıq  vacib  bir 

mərhələdir, çünki “SOCAR Polymer” şirkəti azot istehsalı 

qurğusunun  istismara  verilmə  prosesinə  artıq  başlamış 

“Cryogenmash”  şirkətinə  həmin  proses  zamanı  dəstək 

göstərmək niyyətindədir. 

Kollektivin əldə etdiyi bu uğurda tapşırığın vaxtlı-vaxtında 

başa  çatdırılması  çün  böyük  səylə  çalışan  “SOCAR 

Polymer”  şirkətinin  mühəndis-elektriki  Ruslan  Əmirovun 

və “Fluor” şirkətinin tikinti işləri üzrə baş superintendantı 

Kevin Koylun (Kevin Coyle)  xidmətlərini xüsusi qeyd etmək 

lazımdır.

 

19 yanvar 2018-ci il tarixində 



“SOCAR Polymer” şirkətinin 

sahə kollektivi azot istehsalı 

qurğusunun aparat otağında 

yerləşən 3720-ESW06 paylayıcı 

şitinə cərəyanın verildiyi barədə 

məruzə etdi

18



BCC Sənaye Parkına səfər

“Brightlands  Chemelot  Campus  (BCC)”  istehsalat-inzibati 

kompleksinin təşkil etdiyi tədbirdə “SOCAR Polymer” şirkətini 

təmsil  etmək  üçün  mühəndis-texniki  şöbənin  müdiri  Rüfət 

Quliyev  və  böyük  mühəndis-texnoloq  Mətin  Hüseynli  21-

25  yanvar  tarixlərində  Niderlandın  Urmond  şəhərinə  səfər 

etdilər. 2012-ci ildə təsis edilmiş və “Bilik sərhədləri aşır” şüarı 

altında  fəaliyyət  göstərən  “Brightlands  Chemelot  Campus” 

kompleksi innovasiyaların və yeni dözümlü materialların tətbiq 

edilməsi sahəsində dünyada tanınmış bir liderdir. Niderlandın 

cənubundakı  ən  iri  neft-kimya  zavodu  ərazisində  yerləşən 

və  kimya  texnologiyaları  və  istehsalatın  genişləndirilməsi 

sahəsində aparılan tədqiqatlarda fəal iştirak edən BCC yeni 

müəssisələri əməkdaşlığa dəvət etməklə xaricdəki şirkətlərlə 

əlaqələrin qurulmasına təkan verir. 

Azərbaycan  nümayəndə  heyətinin  tərkibinə  həmçinin 

SKSP-nın  məsul  əməkdaşları  –  İnvestorlarla  əlaqələr  və 

biznesə dəstək departamentinin müdiri Elxan Şiriyev, həmin 

departamentin  böyük  mütəxəssisi  Ayaz  Allahverdiyev 

və  Azərbaycan  Respublikasının  İqtisadiyyat  Nazirliyi 

nəzdindəki  Elmi-tədqiqat  institutunun  direktor  müavini 

Aynurə İsmayılova da daxil idi. 

Tədbirin  birinci  günü,  yanvarın  22-də  Moris  Lambriye 

iştirakçıları  salamlayaraq,  proqramın  məqsədləri  haqqında 

danışdı, tədbirin əsas iştirakçılarını təqdim etdi və təhlükəsizlik 

texnikasına dair göstərişlər verdi. BCC-nin Baş icraçı direktoru 

Bert  Kip  kompleksin  Tədqiqat  və  inkişaf  konsepsiyası  və 

mövcud  tendensiyalar  haqqında  danışdı.  “Brightlands 

Materials  Center”-in  nümayəndəsi  Marniks  van  Qurp 

polimerlərlər,  plastiklər,  qatqılar,  kompozit  materiallar,  habelə 

bu  təşkilatda  aparılan  tədqiqatlar  haqqında  təqdimat  etdi. 

Proqram rəhbəri Menno Smeelen və BCC-nin İcraçı direktoru 

Leon  Klinkers  “Tətbiqetmə  sahələri”  və  “İnnovasiya  fabriki: 

startap  ekosistemi”  adlı  təqdimatlar  etdilər.  Həmin  günün 

axşamı tədbir iştirakçıları Azərbaycanla BCC arasında gələcək 

əməkdaşlıq mövzularını kollektiv şəkildə müzakirə etdilər. 

Cənubi  Limburqda  yerləşən  unikal  kimya  sənaye  parkı 

“Chemelot”  öz  rezident  şirkətləri  üçün  strateji  əhəmiyyət 

kəsb  edir.  O,  bütün  regionda  inkişafı  hərəkətə  gətirən  bir 

qüvvədir.   “Chemelot”-un məqsədi 2025-ci ilə qədər Qərbi 

Avropada  istehsal  prosesini  və  məhsulların  keyfiyyətini 

optimallaşdırmaq vasitəsi ilə öz fəaliyyətini çəkilən xərclərin 

daha  da  azaldılmasına  və  sabitliyi  təmin  edən  çoxsaylı 

tədbirlərin  görülməsinə  yönəldərək  qabaqcıl  materiallar 

və  kimya  sahəsində  tədqiqatlar  aparan  ən  rəqabətcil  və 

sabit sənaye parkına çevrilməkdən ibarətdir. “Chemelot”-un 

gələcək  nəsillər  üçün  əhəmiyyətini  zəmanət  altına  almaq 

məqsədi  ilə  burada  fəaliyyət  göstərən  iri  şirkətlər  (SABIC, 

OCI Nitrogen, Arlanxeo, Fibrant, AnQore və DSM) və sürətlə 

inkişaf  edən  “Brightlands  Chemelot  Campus”  kompleksi 

“Sitech” və “USG” xidmət şirkətləri ilə qüvvələrini birləşdirərək 

“Chemelot 2025” səhmdarlar qrupunu yaratdılar.

19



Günün sonunda Azərbaycan 

nümayəndə heyəti Limburq 

vilayətinin nümayəndələri 

ilə görüşdü. Görüşdə həmin 

vilayətin Bilik İqtisadiyyatı 

İnfrastrukturunun rəhbər müavini 

Tvan Börskens və “AZ Hub”-ın 

Niderlanddakı nümayəndəsi 

Elvin Hölçer də iştirak etdilər.    

Tədbirin  ikinci  günü,  yanvarın  23-də  “Chemelot”-un  İcraçı 

direktoru  Robert  Klaasen  sənaye  parklarının  idarə  və 

inkişaf  etdirilməsi  üsullarından  bəhs  etdi.  “Chemelot”-un 

“InSciTe Innovation and Learning Labs (CHILL)” innovasiya 

və  təlim  laboratoriyalarını  və  çoxtəyinatlı  pilot  zavodunu 

(W.Ludema)  ziyarət  etdikdən  sonra    iştirakçılara  bio-

materiallar və bio-əsaslı məhsullar sahəsində əldə edilmiş 

son  nailiyyətlər  haqqında  məlumat  verildi.  “BCC”-nin 

texnoloji platformalarının ziyarəti zamanı qatqıların istehsalı 

və 3D çap məsələləri müzakirə edildi. Günün son təqdimatı 

“Brightlands” sizə nə təklif edə bilər” mövzusunda oldu. 

Günün  sonunda  Azərbaycan  nümayəndə  heyəti  Limburq 

vilayətinin  nümayəndələri  ilə  görüşdü.  Görüşdə  həmin 

vilayətin Bilik İqtisadiyyatı İnfrastrukturunun rəhbər müavini 

Tvan Börskens və “AZ Hub”-ın Niderlanddakı nümayəndəsi 

Elvin Hölçer də iştirak etdilər.   

Tədbirin  axırıncı  günü,  yanvarın  24-də  iştirakçılar  “Sitech 

Asset  Health  Center”  mərkəzini  ziyarət  etdilər  və  orada 

proqnostik  texniki  xidmət,  dəm  qazının  miqdarının 

ölçülməsi, mühəndislik və çətin vəziyyətlərdən çıxış yolları 

mövzularında  müzakirələr  apardılar.  Tədbirin  sonunda 

iştirakçılar  potensial  biznes  modellərini  birgə  müzakirə 

etdilər və gələcək əməkdaşlıq barədə qərarlar qəbul etdilər. 

Perspektivə  baxış  bucağını  genişləndirmiş  və  ən  qabaqcıl 

praktikalar 

portfelini 

zənginləşdirmiş 

Azərbaycan 

nümayəndə  heyəti  yeni  əldə  etdiyi  təcrübəni  ən  əlverişli 

tərzdə tətbiq etmək arzusu ilə Vətənə qayıtdı.

20



“SOCAR  Polymer”  şirkətinin  istismar/texniki  xidmət/

laboratoriya  personalı  üçün  ölkə  daxilində  və  xaricdə 

istehsalat  təlimləri  təşkil  olunaraq  keçirilir.  İstehsalat 

təlimləri PP zavodunda quraşdırılmış müxtəlif növ avadanlıq 

və  qurğulara  göstərilən  texniki  xidmətin,  habelə  istismar 

qaydalarının  incəliklərini  əhatə  etməklə,  nəzəri  bilikləri 

genişləndirmək və praktiki bacarıqları artırmaq məqsədini 

daşıyır. Təlimlər “Tecnimont”, “SOCAR Polymer” və “Fluor” 

şirkətləri  tərəfindən  təşkil  edilir  və  təchizatçıların  xaricdə 

yerləşən  müəssisələrində  və  ya  Azərbaycanın  müvafiq 

qurumlarında keçirilir.

Yanvar  ayında  “SOCAR  Polymer”  işçilərinin  iştirakı  ilə 

xaricdə keçirilmiş təlimlər aşağıdakılardır:

İstehsalat təlimləri



XARİCDƏ KEÇİRİLMİŞ TƏLİMLƏR

Təlimlərin mövzusu

Köməkçi etilen kompressoru 

Şirkət/Ölkə

“Dresser-rand India Private Ltd.” şirkəti

Suarat, Hindistan

Müddəti

5 gün


Tarixlər 

29 yanvar - 02 fevral



İştirakçıların vəzifələri

3 texnik-mexanik, 2 növbə supervayzeri və 1 mühəndis-texnoloq



İştirakçıların adları və soyadları

Kamran Qurbanov

Royal Ələkbərli

Ramil Hacıyev

Vüqar Ələkbərov

Emin Dəmirov

Asif Məmmədov

21



Təlimin mövzusu

Təlimçi şirkət

Müddəti

Keçirildiyi tarixlər

Hündürlükdə görülən işlər

1 gün


23 yan

28 operator, 3 torbalama qurğusu operatoru, 5 

SƏTƏM müşaviri və 4 növbə supervayzeri

24 yan


15 operator, 14 texnik-mexanik, 6 texnik-elektrik, 

2 texniki xidmət üzrə texnik və mexaniki işlər 

üzrə 1 növbə supervayzeri

YSPE texnologiyası

1 gün 


17 yan

12 operator, 2 mühəndis-texnoloq, 2 

supervayzer, və 2 texnik-mexanik 

18 yan


11 operator, 2 mühəndis-texnoloq, 2 

supervayzer və 2 texnik-mexanik 

19 yan

12 operator, 2 mühəndis-texnoloq, 2 



supervayzer və 2 texnik-mexanik

24 yan


13 operator, 2 mühəndis-texnoloq, 2 

supervayzer və 2 texnik-mexanik 

25 yan

12 operator, 2 mühəndis-texnoloq, 2 



supervayzer və 2 texnik-mexanik 

26 yan 


9 operator, 2 mühəndis-texnoloq, 2 supervayzer 

və 2 texnik-mexanik



SOCAR Polymer zavodunda keçirilmiş təlimlər 

“Tecnimont”  şirkəti  ilə  imzalanmış  EPC  müqaviləsində 

nəzərdə tutulduğu kimi, 28 avqust tarixindən etibarən “KT-

Kinetics  Tecnology”  şirkəti  hər  gün  təlimlər  keçirmişdir. 

Təlimlərin  2017-ci  ilin  avqust  ayından  2018-ci  ilin  fevral 

ayının  ortalarına  qədər  davam  edəcəyi  planlaşdırılmışdır. 

Zavodun  bütün  istismar  aspektlərini  əhatə  edən  bu  geniş 

təlim  proqramı  çərçivəsində  təlimlərin  həm  siniflərdə 

(cəmi  480  saat),  həm  də  bilavasitə  iş  yerlərində  (cəmi 

1500  saat)  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Sinif  təlimləri 

ofis  şəraitində  müxtəlif  mütəxəssis  və  təchizatçıların 

rəhbərliyi altında keçirilir. İş yerlərində təcrübəli texniklərin 

rəhbərliyi altında keçirilən təlimlər isə “SOCAR Polymer”də 

çalışan operatorların tam hazırlanması və zavodun effektiv 

surətdə  istismar  edilməsi  məqsədilə  zavod  sahəsində 

keçirilir. Təlimlər dörd əsas fəaliyyət kateqoriyasında təsnif 

olunmuşdur: elektrotexnika, NÖC, mexaniki hissə və istismar. 

Belə  təlimlər  “SOCAR  Polymer”  şirkətinin  personalına 

avadanlığın istismar prinsiplərini daha yaxşı başa düşməyə 

imkan  verir  və  nasazlıqların  aradan  qaldırılması  qaydaları, 

habelə  əsas  texniki  xidmət  növləri  haqqında  daha  ətraflı 

məlumat çatdırır.

Yanvar  ayında  obyektdə  keçirilmiş  bəzi  təlimlər  haqqında 

daha ətraflı məlumat aşağıdakı cədvəldə verilmişdir:

22



23  yanvar  2018-ci  il  tarixində  Niderland  Krallığının  səfiri 

Onno Kervers özünün ticarət məsələləri üzrə Böyük müşaviri 

Günel  Mahmudovanın  müşayiəti  ilə  “SOCAR  Polymer” 

layihəsinin  tikinti  meydançasını  ziyarət  etdi.  Qonaqları 

layihənin PMC podratçısı "Fluor" şirkətinin nümayəndələri - 

  Layihə  meneceri  Gi  Lombarts,  Baş  tikinti  meneceri  Con 

Ərrousmit  və  “SOCAR  Polymer”in  ictimaiyyətlə  əlaqələr 

şöbəsinin mütəxəssisi İlahə Hacıyeva qarşıladılar.

Qonaqlar  iki  ölkənin  neft-kimya  sektorları  arasında 

potensial  əməkdaşlıqda  maraqlı  olduqlarını  bildirdilər. 

Cənab  Lombarts  “Fluor”  şirkətinin  layihədə  oynadığı  rol 

haqqında  məlumat  verdi,  “SOCAR  Polymer”  şirkətinin 

hazırkı  və  gələcək  iddialı  layihələrini  təsvir  edən  iki  qısa 

video-təqdimatı  göstərdi  və  bu  günə  qədər  əldə  edilmiş 

nailiyyətlər  barədə  danışdı.  Cənab  Ərrousmit  “SOCAR 

Polymer”in  Sumqayıtdakı  tikinti  meydançasında  gedən 

işlərin  hazırkı  vəziyyəti  haqqında  məlumat  verdi  və 

operatorların  təlimləri,  təcrübə  proqramları,  ingilis  dili 

kursları  və  s.  daxil  olmaqla  ümumiyyətlə  yerli  kadrların 

fasiləsiz inkişafı üçün şirkətdə əməl edilən əsas prinsipləri 

vurğuladı.  Keçmişdə  Rumıniya,  Slovakiya,  Polşa,  Rusiya 

və digər ölkələrdə işləmiş C.Ərrousmit, təhsil baxımından 

Azərbaycanın  onun  əvvəllər  işlədiyi  digər  post-Sovet 

dövlətlərindən xeyli irəlidə olduğunu qeyd etdi. 

Maraqlı və canlı müzakirədən sonra görüş iştirakçıları FQV-

ləri  geyindilər  və  əlverişli  hava  şəraitindən  istifadə  edərək 

zavodla tanışlıq üçün sahəni gəzdilər.

Niderland səfiri “SOCAR 

Polymer” zavodunu ziyarət etdi

23



“SOCAR Polymer” şirkətinin 

“Məktəbliləri ruhlandıraq” 

təşəbbüsü

Bu ay “SOCAR Polymer” şirkəti kimyanı yenicə öyrənməyə 

başlayan  7-ci  sinif  şagirdləri  üçün  nəzərdə  tutulmuş 

“Məktəbliləri ruhlandıraq” adlı yeni təbliğat tədbirlərinə start 

verdi.

“Məktəbliləri ruhlandıraq” layihəsinin ideyası Prezident İlham 



Əliyevin  26  dekabr  2014-cü  ildə  imzaladığı  “Azərbaycan 

Respublikasında  sənayenin  inkişafına  dair  2015-2020-

ci  illər  üçün  Dövlət  Proqramının”  Tədbirlər  Planından 

götürülmüşdir. Həmin Proqramın əsas məqsədləri arasında 

“İnsan  resurslarının  yaxşılaşdırılması  və  elmin  inkişafı" 

(Maddə  5.4)  və  “Təhsil  müəssisələrində  kadrların  inkişafı 

proseslərinin  iş  bazarının  tələblərinə  uyğunlaşdırılması” 

(Maddə 5.4.5) kimi vacib məsələlər də var. Bu dövlət proqramı 

çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi 

Azərbaycan Respublikasının Təhsil Nazirliyinə tapşırılmış və 

özəl sənaye şirkətlərinin bu tədbirlərə cəlb edilməsi barədə 

göstəriş verilmişdir.

Proqram  çərçivəsində  “SOCAR  Polymer”  şirkətinin 

İctimaiyyətlə 

əlaqələr 

şöbəsi 


Təhsil 

Nazirliyinin 

nümayəndələri ilə görüşdü. İctimaiyyətlə əlaqələr şöbəsinin 

müdiri  Sona  Ramazanovanın  rəhbərlik  etdiyi    bu  layihə 

qrupuna  şöbənin  əməkdaşları  İlahə  Hacıyeva  və  Yelena 

Qaysina,  habelə  kiçik  mühəndis-texnoloqlar  Nizam  Zahidli 

24



və  Sevinc  Qafarlı  daxildir.  İT  şöbəsinin  müdiri  Ədalət 

Müslümov və İT mütəxəssisi Çingiz Balabəyov isə proqrama 

texniki dəstək təmin etdi.

Dərs  proqramına  daxil  ediləcək  kimya  ilə  əlaqədar 

müxtəlif  mövzuları  kollektiv  müzakirə  etmək,  “Powerpoint” 

formatında hazırlanmış təqdimatın məzmununu, tərtibatını 

və  ardıcıllığını  razılaşdırmaq,  dərslər  üçün  münasib  vaxt 

təyin etmək və ən yaxşı tədris metodlarını məşq etmək üçün 

layihə  qrupu  bir  neçə  görüş  keçirməli  oldu.  Aşağıdakılar 

məzmun baxımından əsas məqsədlər kimi müəyyən edildi:

• 

Kimya  dərslərində  əldə  edilən  biliklərin  həyatda  lazım 



olduğunun  və  praktiki  dəyər  kəsb  etdiyinin  şagirdlərə 

çatdırılması;

• 

Kimya  elminin  uşaqlara  darıxdırıcı  yox,  əyləncəli 



formada təqdim edilməsi; 

• 

Azərbaycanda  kimya  sənayesinin  inkişafına  maraq 



oyatmaq məqsədi ilə uşaqları üzvi kimya məfhumu ilə 

və konkret olaraq polimerlərlə tanış edilməsi.

Məktəblilərə  daha  güclü  təsir  bağışlamaq  üçün  layihə 

qrupu qərar verdi ki, bir vaxtlar Sevinc Qafarlının oxuduğu 

orta məktəb ziyarət ediləcək məktəblərin nəzarət siyahısına 

daxil  edilsin.  Beləliklə,  bu  layihəyə  Bakının  Binəqədi 

rayonunda yerləşən 244 saylı orta məktəbdə start verildi. 

Təhsil-tərbiyə  məsələləri  üzrə  direktor  müavini  Sevinc 

Süleymanova “SOCAR Polymer” şirkətinin layihə qrupunu 

7-ci  sinif  şagirdlərinə  təqdim  etdi.  O  qonaqlardan  birinin 

həmin məktəbin məzunu olduğunu, 2013-cü ildə məktəbi 

müvəffəqiyyətlə bitirərək ali məktəblərə qəbul imtahanında 

99,3% nəticə göstərməsini və 21 yaşında "SOCAR Polymer" 

şirkətində  mühəndis-texnoloq  vəzifəsində  işə  qəbul 

olunmasını qeyd edərək şagirdləri onun yolu ilə getməyə 

ruhlandırdı.  Uşaqlar  elektron  təqdimata  diqqətlə  qulaq 

asdılar və öz suallarını verdilər. Suallar kimya elminin şən 

və əyləncəli tərəfləri ilə bağlı idi. Sual-cavab prosesində ən 

fəal iştirak edən İsmayıl Sadıqzadə oldu. O, kimyaya həqiqi 

maraq nümayiş etdirdi və məlum oldu ki, slaym düzəltmək 

üçün  o  özü  kimyəvi  təcrübələr  aparmışdır.  Sual-cavabla 

birgə  təqribən  bir  saat  sürən  təqdimat  zamanı  hər  şeylə 

maraqlanan uşaqlara tamaşa etmək xoş idi. 

İlk təqdimatını uğurla həyata keçirən layihənin bundan sonra 

Bakının Qaradağ və Yasamal rayonlarında yerləşən daha 3 

dövlət və 1 özəl orta məktəbdə təqdimatların keçirilməsi ilə 

davam etdirilməsi planlaşdırılır.

Layihə qrupu bu layihənin məktəblilərin üzlərinə daha çox 

təbəssüm və maraq ifadəsi gətirməklə onlarda elmə həvəs 

oyadacağına ümid edir.

“Məktəbliləri ruhlandıraq” 

layihəsinin ideyası Prezident 

İlham Əliyevin 26 dekabr 

2014-cü ildə imzaladığı 

“Azərbaycan Respublikasında 

sənayenin inkişafına dair 

2015-2020-ci illər üçün Dövlət 

Proqramının” Tədbirlər Planından 

götürülmüşdir. 

25



Konkisürənlər polimer 

katoklardan 

həzz alır 

Buz üstündə konki və ya kirşə sürmə və onlarla digər buzüstü 

oyun adamları istər qapalı məkanlarda, istərsə də açıq havada 

qurulan və hər hava şəraitinə hesablanmış sintetik konkisürmə 

meydançalarına cəlb edən məşğuliyyət növüdür. 

Həqiqi buzdan fərqli olaraq polimer katokların mənfi temperatura 

ehtiyacı  yoxdur,  odur  ki,  valideynlər  soyuqdəymədən 

qorxmayaraq öz azyaşlı övladlarını konkisürməyə ürəklə gətirə 

bilər. Polimer katokda konkisürmənin qiyməti konkilərin icarəsi 

daxil  olmaqla  təqribən  5  dollar  təşkil  edir,  bu  isə  həqiqi  buz 

üstündə konki sürməkdən 2-4 dəfə ucuzdur. 

Polimer katokların istifadəsi ilə hər mövsüm qışa bənzəyə bilər - artıq 

bu ənənəvi qış idmanı ilə istənilən vaxt məşğul olmaq olar. Bu zarafat 

deyil, çünki hal-hazırda buz katoklar buza bənzəyən və buz təəssüratı 

yaradan yüksəksıxlıqlı polimerdən hazırlanır.

26



Sintetik buz

 

Sintetik  buza  bəzən  süni  buz  da  deyirlər.  Amma  bu 



termin  iki  məna  daşıyır,  çünki  süni  buz  həm  də  soyuducu 

avadanlıq vasitəsi ilə suyu donduraraq yaradılan konkisürmə 

səthlərinə deyilir. Metal tiyəli adi konki sürmək üçün istifadə 

olunan  sintetik  buz  bərk  polimer  materialdan  hazırlanır. 

Bu məqsədlər üçün ən çox istifadə olunan material YSPE-

dir  (yüksək  sıxlıqlı  polietilen).  Amma  son  zamanlar  bəzi 

istehsalçılar  UYMÇPE  (ultra  yüksək  molekulyar  çəkili 

polietilen)  materialından  istifadə  edir.  Bu  yeni  düstur 

əsasında  istehsal  edilən  materialın  sürtünmə  əmsalı  çox 

azdır,  o,  təbii  buzun  sürtünmə  əmsalından  cəmi  10-15% 

artıqdır. 

Katoklar biri-birinə keçirilən panellərdən hazırlanır. 

Bildiyimizə 

görə, 

buz 


üstündə 

konki 


sürmə 

meydançalarındakı  buzu  əvəz  etmək  məqsədi  ilə 

plastiklərdən ilk dəfə 1960-cı illərdə istifadə edilmişdir. O 

zaman  Duponun  1950-ci  illərin  əvvəllərində  icad  etdiyi 

polioksimetilen  plastikindən  istifadə  etmişdilər.  Qeyd 

etmək lazımdır ki, o vaxt istifadə olunan plastiklərin bir sıra 

ciddi nöqsanları var idi. 

1982-ci ildə Yüksəksıxlıqlı plastiklərdən istifadə edilməklə 

“Hı  Den  Ice”  ticarət  markası  altında  ilk  tam  ölçülü 

konkisürmə  katoku  istismara  verildi.  Biri-birinə  keçirilən 

yüksəksıxlıqlı  polietilen  panellərdən  hazırlanmış  həmin 

meydança  üzərinə  sürüşkən  maye  püskürdüldükdən 

sonra  əsl  katoka  çevrildi.  Katokun  səthini  ayda  bir  dəfə 

təmizləmək və üzərinə həmin mayedən püskürtmək lazım 

gəlirdi. Quru halda isə, panellərdən ibarət həmin səthdən 

qapalı  məkanlarda  keçirilən  digər  idman  yarışları  üçün 

istifadə etmək olurdu.

Sintetik  buzla  əlaqədar  aparılan  tədqiqatlar  və  bu  sahədə 

əldə  edilmiş  inkişaf  sintetik  buzun  sürüşkənlik  xassələrini 

təkmilləşdirdi.  Polimer  səthlərlə  işləmək  məqsədi  ilə  unikal 

sürtgülər icad edildi. Həmin sürtgülər polimer səthlərə hopur 

və  beləliklə  də  buza  bənzər  az  yapışan  səthlər  formalaşırdı. 

Panellərin arasındakı birləşmə tikişlərinin hamarlığı isə  istehsal 

və quraşdırma metodlarının təkmilləşdirilməsi hesabına təmin 

edilirdi.  Hesablamalara  görə,  sintetik  buzun  sürüşmə  əmsalı 

təbii buzun sürüşmə əmsalının 90%-nə bərabərdir. 

27



•  Hərarət təbii buzun istifadəsini 

praktiki olaraq qeyri-mümkün 

etdikdə polimer buzdan 

istifadə olunur 

•  Təlim-məşq zamanı  

müqaviməti artırır, çünki 

sürüşmək üçün idmançıdan 

daha çox güc tələb edilir 

•  Süni buz katoklarına alternativ 

olaraq istifadə oluna bilər, 

çünki heç bir soyuducu 

avadanlıq tələb etmir. 

•  Üzərində plastik 

yonqarı və cızıqlar 

formalaşır 

•  Sürüşmək üçün 

daha çox qüvvə 

tələb etdiyindən 

konkisürənlər 

rahat sürüşmək 

həzzindən məhrum 

olur 


•  Konkiləri daha tez 

sıradan çıxarır. 

28



Ailə əyləncəsi və fitnes: buz üstündə konkisürmə

Buz  üstündə  konkisürmə  get-gedə 

daha  çox  populyarlaşan  qış  bədən 

tərbiyəsi  növüdür.  Müvafiq  qaydada 

məşq etdikdə siz travma almamaq üçün 

düzgün  texnikanı  öyrənə  və  aerobika 

göstəricilərinizi  maksimuma  çatdıra 

bilərsiniz.  Buz  üstündə  konkisürməni 

özünüz  üçün  qış  idmanı  kimi  qəbul 

etməsəniz belə, katoka ailəvi ziyarətin 

öz ləzzəti var – bu həm gəzintidir, həm 

də əyləncə. 

Buz  üstündə  konkisürmə  digər 

qış  idman  növləri  ilə  müqayisədə 

ailənizin  daha  çox  fəal  və  hərəkətli 

olmağına  kömək  edər.  Kifayət  qədər 

ucuz  və  müxtəlif  məharət  səviyyəsi 

olan  adamlar  üçün  əlçatan  olan 

konkisürmə  başqa  idman  növlərinin 

yaratdığı məhdudiyyətlər olmadan sizə 

və övladlarınıza bir yerdə məşq etməyə 

imkan  verəcək.  Katokda  kimi  fiqurlu 

konkisürmə, kimi də sürətli konkisürmə 

ilə məşğul ola bilər. Kiçik stabilləşdirmə 

əzələlərinizi  çalışdıraraq  və  hərəkət 

koordinasiyanızı yaxşılaşdıraraq bu qış 

idmanının  faydalarını  bütün  mövsüm 

boyu görəcəksiniz. 

Buz  üstündə  konkisürmə  həm  ailə  ilə 

birgə əylənmək, həm də buz üstündə  

romantik  bir  qış  günü  və  ya  gecəsi 

keçirmək  üçün  əla  üsuldur.  Odur  ki, 

imkan  olduqda  konkinizi  götürün  (və 

ya  kirayə  götürün),  katoka  gedin  və 

həyatdan həzz  alın!

Azərbaycanda konkisürmə meylləri 

 

Bakıda təbii buz üstündə konkisürmə, konkilərin kirayəsi, geyim dəyişmə şkafları, təcrübəli məşqçi xidmətləri, habelə 



musiqi ilə müşayiət olunan isti kafe komfortu təklif edən bir neçə sayt var. Zabitlər Parkı və “Megafun” kompleksindəki 

bir neçə əyləncə mərkəzi qonaqların asudə vaxtlarını daha da maraqlı və yaddaqalan etmək üçün biri-biri ilə yarışır. İsti 

və günəşli ölkənin sakinləri olan azərbaycanlıların aktiv idman növlərinə daha böyük maraq göstərdiyinə baxmayaraq 

şəhərimizdəki buz katokları da kifayət qədər populyardır.



29


30

Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə