Socar-üMİD” mmc avtomatik Yanğınsöndürmə Sisteminin avadanlıqlarına və onların quraşdırma işlərinin aparılmasına olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (su-001/2016) elan edir


Qeyd: Alternativ təkliflərə baxılmır



Yüklə 255,2 Kb.
səhifə2/2
tarix20.09.2017
ölçüsü255,2 Kb.
#779
1   2

Qeyd: Alternativ təkliflərə baxılmır.
* Tələb olunan avadanlığın Ekoloji və Texniki təhlükəsizlik standartlarına uyğun olması vacibir.

Lot 2 - Avtomatik yanğınsöndürmə sisteminin əsas idarəetmə paneli:

s/s

Avadanlığın adı, spesifikasiyası

Ölçü vahidi

Lazımi miqdarı



1

Avtomatik yanğınsöndürmə sisteminin əsas paneli:

Giriş analoq siqnalları 112,

Çıxış analoq siqnallar 0,

Giriş rəqəmsal siqnalları üçün RS-485 interfeys əlaqəsi 0,

Çıxış diskret siqnallar 138,

Giriş diskret siqnallar 149,

Sahə avadanlıqları üçün qidalanma çıxışları 0.
Qeyd:

1) Siqnalların hesablanması zamanı 20%-ə bərabər olan ehtiyat nəzərə alınsın

2) Bu 20%-ə bərabər olan ehtiyatı Sifarişçi azalda və ya artıra bilər.

3) Sistem IEC 61511 standartına cavab verməlidir.

4) PLC-lərin “SİL 3 rated” olmasına üstünlük verilir.
Daxildir: Layihənin idarə olunmasi; Avtomatlaşdırılmış Yanğınsöndürmə Panelinin layihəsinin hazırlanması; Avtomatlaşdırılmış Yanğınsöndürmə Panelinin dizaynı; Avtomatlaşdırılmış Yanğınsöndürmə Panelinin hazırlanması; Qəbul prosedurasının hazırlanması və panelin zavodda qəbulu; Panelin özüldə qəbulu və sazlanması; Layihə sənədləri; Servis və test işləri; Təlimatlandırma


ədəd


1


Lot - 3 Satın alınan mallar üçün işlərin siyahısı:

Sıra №-si

Xidmətlərin adı

Ölçü vahidi

Miqdar

1

Avtomatik yanğınsöndürmə sisteimi avadanlıqlarının və idarəetmə panelinin quraşdırılması (Lot 1 və Lot 2 üzrə) və həmin avadanlıqların idarəetmə panelinə montajı və sazlanması

Dəst

1


Qeyd (Lot 1 və Lot 2 üzrə) :


  1. Satın alınan mallara ən azı 12 (on iki) ay texniki təminat verilməlidir.

  2. Satın alınan malların istehsal tarixi 01.01.2015-cü il tarixdən əvvəl olmamalıdır və malların saxlanması qeyd olunmuş standartların tələblərinə tam cavab verməlidir. Bu bənddə göstərilmiş tələblərin pozulması halları aşkarlanarasa, Satınalan təşkilat müqavilə üzrə tədarük edilmiş malları qəbul etməmək hüququnu özündə saxlayır.

  3. Satın alınan mallar istifadə edilməmiş olmalıdır.

  4. Tədarük zamanı satın alınan malların qablaşdırılması tələb olunan standarta uyğun olmalıdır, daşınma və saxlanma zamanı onların təhlükəsizliyini, asan yerdəyişməsini təmin etməlidir;

  5. Satın alınan malların minimal istismar müddəti ən azı 10 (on) il olmalıdır.

  6. Avropa və Amerika avadanlıqlarına üstünlük verilir.

  7. Təklif edilən məhsulların texniki göstəriciləri (cizgiləri, zəmanət verilən istismar müddətinə dair məlumat, istismar xərcləri və diqər məlumatlar) Azərbaycan (və ya rus) dilində tərtib olunub təklif zərfinə əlavə edilməlidir.

- cizgilər

- zəmanət verilən istismar müddətinə dair məlumat

- keyfiyyət sertifikatı

- standart sertifikatı

Qeyd olunan sənədlər təklifə əlavə olunmamışdırsa, həmin təklif formal tələblərə cavab verməyən təklif kimi kənarlaşdırıla bilər.


  1. İstehsalçı müəssisənin satın alınan malların tələb olunan standarta uyğun istehsal edəcəyini əsaslandıran və satınalma müqaviləsinin icra müddəti ərzində qüvvədə olan müvafiq uyğunluq sertifikatı olmalıdır. Uyğunluq sertifikatının notariusda müvafiq qaydada təsdiq olunmuş surəti müsabiqə təklifinə əlavə olunmalıdır.

  2. Satın alınan mallar 90 təqvim günü ərzində Satınalan təşkilatın ünvanına / və ya təyinat məntəqəsinə çatdırılmalıdır.

  3. Müsabiqə təklifləri qiymətləndirilən zaman müxtəlif ölkələrdən təklif olunan mallara görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş gömrük rüsumları nəzərə alınacaqdır.

  4. Təkliflər qiymətləndirilən zaman satın alınan mallara zəmanət verilən istismar müddəti və istismar müddəti ərzində ona çəkilən istismar və istifadə xərcləri nəzərə alınacaq. Bununla əlaqədar Şərtlər Toplusunun Qoşma 6-da bu məlumatlara aid xanaların doldurulması vacibdir.

  5. Müsabiqədə qalib gələn malgöndərən ilə satınalma müqaviləsi bağlanarkən aşağıda qeyd olunan sənədlərin mallarla birlikdə və ya mallar göndərildikdən sonra satınalan təşkilata təqdim edilməsi öhdəliyi müqavilədə öz əksini tapacaq:

- Malın mənşə sertifikatı (əsli);

- Keyfiyyət sertifikatı, sınaq sertifikatı (əsli);

- İstehsalçının lisenziyası, uyğunluq sertifikatı və ya standart sertifikatı (surəti);

- Malın texniki pasportu, istismar müddətinə dair məlumat və istismar təlimatı (əsli);

- Malın göndərilməsini təsdiq edən sənəd-nəqliyyat qaiməsi (əsli) ;

- Malın sığortalanmasını təsdiq edən sənəd (CİF şərti olduqda) (əsli);



- Qaimə-faktura (əsli).

  1. Müsabiqə təklifi tam, yəni müsabiqə predmetinin bütün mövqelərinə sıra sayı pozulmadan verilməlidir. Natamam, yəni tələb olunan mövqelərdən ən azı birinə qiymət verilməmiş təkliflər baxılmadan kənarlaşdırılacaq

  2. Təklif olunan malları üçün Satınalan təşkilat iddiaçının bu bəndə əsasən adını göstərəcəyi istifadəçilərdən referans (tövsiyyə məktubu) məktubu tələb edə bilər. Bu istifadəçi siyahısından seçilmiş şirkətlər üçün malların istifadəsi ilə bağlı əlavə məlumat almaq hüququnu Satınalan təşkilat özündə saxlayır. Eyni zamanda, bu bəndə uyğun olaraq, tələb olunan məlumatları göstərməyən və tələb olunan referans məktublarını vaxtında təqdim etməyən iddiaçının təklifini kənarlaşdırmaq hüququnu Satınalan təşkilat özündə saxlayır.

  3. Hər bir iddiaçı yalnız bir təklif vermək hüququna malikdir. Alternativ təkliflərə baxılmır.

  4. Təklif olunan malları istehsal edən şirkətlərin istehsal etdikləri məhsullar Avropa Birliyi ölkələrində, MDB ölkələrində və ya digər ölkələrdə istismar və ya istifadə edilmiş olmalıdır.

  5. Malgöndərən (podratçı) təklif etdiyi mallara istismar müddəti ərzində texniki xidmət göstərilməsi üçün Azərbaycan Respublikası ərazisində mövcud olan müvafiq xidməti göstərən, ixtisaslı kadrlara və zəruri texniki imkanlara malik xidmət mərkəzi (müəssisə və ya ofis) təklif etməlidir.

  6. Satınalan təşkilat gömrük qanunvericiliyi və seçilmiş beynəlxalq tədarük şərtləri ilə nəzərədə tutulmayan xərclərə görə məsuliyyət daşımır.

  7. Avadanlığın xidmət gostərnə (Quraşdırana) avadanlığı satan şirkətin iştirakı ilə təhvil verillməlidir. Bu vaxt aşkar olunan çatışmamamzlığa gorə məsuliyyəti satan tərəf daşıyır.


Qeyd (Lot 3): Sahə cihazlarının quraşdırılması ilə əlaqədar aşağıdakı qeydlərin əlavə olunması zəruridir

  1. Quraşdırmada iştirak edən işçilərin partlayışdan mühafizə oluna bilən avadanlıqlarla işləyə bilməsini təstiqləyici sertifikatının olması

  2. Yanğınxəbərverici cihazlarla işləyə bilmələri üçün bütün kalibrasiya və tənzimləyici avadanlıqların mövcudluğu (uyğunluiq sertifikatı ilə birlikdə)

  3. Həm yüksək həm də alçaq gərginlikli sistemlərdə işləyə bilən işçilərə sahib olması

  4. İş təklifi üçün podaratçıya lazım olacaq əlavə məlumatlar (cizgi və s.) müsabiqə müddəti boyunca Sifarişçi tətfindən təqdim olunacaq

  5. Avadanlıqları quraşdıran şirkət quraşdıracağı avadanlıqalrı Aktla sifarişcidən alır və onun daşınmasına( iş yerinə) , quraşdırlmsına və sınaq vaxtı yararlığına cavabdedehlik daşıyır.

  6. Avadanlığın xidmət gostərnə ( Quraşdırana) avadanlığı satan şirkətin iştirakı ilə təhvil verillməlidir. Bu vaxt aşkar olunan çatışmamamzlığa gorə məsuliyyəti satan tərəf daşıyır.

Yüklə 255,2 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə