Socar-üMİD” mmc-nin Kabel Karotajı (15kpsı quyuağzı avadanlığıyla birgə) xidmətinin aparılmasına olan tələbatını təmin etmək məqsədi ilə açıq müsabiqə (kk-002/2017) elan edir



Yüklə 37,68 Kb.
tarix11.04.2018
ölçüsü37,68 Kb.
#37710

c:\documents and settings\mmammadov\desktop\loqo.jpg

SOCAR-ÜMİD” MMC-nin



Kabel Karotajı (15kpsı quyuağzı avadanlığıyla birgə) xidmətinin aparılmasına olan tələbatını təmin etmək məqsədi ilə açıq müsabiqə (KK-002/2017) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);



  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;

  • Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır)

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş), məxfilik sazişi ən geci 10 Aprel 2017-ci il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Azərbaycan dilində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi 1 (bir) əsli və 2 (iki) surəti olmaqla 17 Aprel 2017-cı il, Bakı vaxtı ilə saat: 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan dilində əldə etmək istəyənlər 354 manat (ƏDV-ilə) məbləğdə valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I bəndində göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:30-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Bank: «Rabitəbank»  ASC Nərimanov  filialı


VÖEN:9900001061

H/h AZ56RBTA23400600100944102210

M/h AZ61NABZ01350100000000006944

Kod: 505442

SWIFT: RBТААZ22 


  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Təklifin təminatı:

  • İddiaçının təqdim etməli olduğu müsabiqə təklifinin təminatı müsabiqə təklifinin ümumi qiymətinin 2 (iki)%-dək məbləğdən aşağı olmamalıdır.

  • Avans ödənişin təminatının məbləği ən azı ödəniləcək avans məbləğinə bərabər olmalıdır.

  • Müqavilənin yerinə yetirilməsi təminatı satınalma müqaviləsinin qiymətinin 5% məbləğində müəyyənləşdirilir.



  • Müqavilənin icra müddəti:

Satınalma müqaviləsinin 1 ay ərzində yerinə yetirilməsi tələb olunur.





Satınalan təşkilatın ünvanı:

  • AZ 1029, Bakı şəhəri, Heydər Əliyev prospekti 121, 8-ci mərtəbə

Əlaqələndirici şəxs: Samir Orucov

“SOCAR-ÜMİD” MMC-nin Maddi Texniki təchizat şöbəsinin rəisi

Mob nömrəsi: (+994 50) 278 87 40

Elektron ünvan: procurement@socar-umid.com





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 17 Aprel 2017-ci il tarixdə, vaxtı ilə saat 11:00-da elanın VI qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.





Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

SOCAR ÜMİD” MMC-nin Satınalmalar qrupu.



(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-cı il

___________№


SOCAR ÜMİD” MMC -nin

Satınalmalar qrupunun rəhbəri cənab ______________,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR ÜMİD” MMC tərəfindən Kabel Karotajı (15kpsı quyuağzı avadanlığıyla birgə) xidmətinin satın alınması ilə əlaqədar elan keçirilən KK-002/2017 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________



(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

SATIN ALINAN MALLARIN (İŞLƏRİN və ya XİDMƏTLƏRİN) SİYAHISI

  1. Satın alınan işlərin həcmi:

Kabel karotajı vasitəsiylə Nasos Kompressor Borularının (NKB) daxilinin şablonlanması, mümkün geofiziki tətqiqat işləri, təkrar perforasiya və yeni perforasiya, mümkün 2-7/8” NKB-nin kəsilməsi

  1. Müsabiqədə iştirak edəcək şirkətdən aşağıdakı xidmət və avadanlıqlar tələb olunur:

15000psı-liq kabel karotajı üçün quyuağzı avadanlıq dəsti (o cümlədən preventor, lubrikator, üçboğaz, 4-1/16” keçiricisi, Çevikbirləşmə muftası (QTS), Yağvurucu başlıq (grease injection head) və s)

6500m dərinlikdə işləmək qabiliyyətinə malik karotaj kabeli

1.9” daxilindən keçə bilən muftalokator (CCL) və Gamma avadanlıqları

Müfaviq avtomatik ayrıcı avadanlığı – (ART, ERD)

Qiş və yay mövsümü üçün nəzərdə tutulmuş yağ (grease)

Personalın tərcümeyi halları

Personalın ən azı 2 il sahədə iş təcrübəsi mütləqdir

Sahə rəislərinin quyunuidarəetmə sertifikatları



Personalın quyuağzını yığabilmə sertikikatları

Avadanlıqların qaldırıcı nöqtələrinin sertifikatları
Yüklə 37,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə