Sof2007-Azeri doc



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə9/55
tarix05.02.2018
ölçüsü5,06 Kb.
#25274
1   ...   5   6   7   8   9   10   11   12   ...   55

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
25
BMT-nin Minilliyin İnkişafı  Məqsədlərinə nail olunmasının 135 milyard dollara başa 
gələcəyi gözlənilir; müqayisə üçün, İraqdakı müharibə üçün 600 milyard dollar xərclənib 
və ABŞ Konqresi tərəfindən təsdiqlənib, və digər 140 milyard dollar isə 2008-ci il üçün 
tələb oluna bilər.  
 
BƏT-in verdiyi məlumatlara əsasən, qadınlar tərəfindən tutulan qanunverici, dövlət və ya 
rəhbər vəzifələr 1995-ci ildə 25.6%-dən cüzi artaraq bu gün 28.3%-ə çatıb. Baxmayaraq 
ki, qadınlara qarşı ayrı-seçkiliyin hər hansı bir forması demək olar ki, bütün dünyada 
qəbul olunmur, amma yenə  də irəliləyiş çox müxtəlifdir. Təqribən 57% qadın 
iqtisadiyyatda çalışır, lakin cəmi 17% isə milli parlamentlərin üzvləridir. Hal-hazırda ibtidai 
məktəbdə oxuyan hər 100 oğlana 94 qız düşür. 1999-cu ildə isə bu göstərici 92 olub. 
2004-cü ildə əldə olunan məlumata əsasən 181 ölkədən təqribən 2/3-sində ibtidai təhsildə 
cinsi bərabərliyə nail olunub, lakin 177 ölkədən cəmi 1/3-ində orta təhsildə cinsi 
bərabərliyə nail olunub. 781 milyon yeniyetmə minimal savadlılıq bacarığından 
məhrumdur; bunlardan 2/3-si qadınlardır. Qadınların kişilər tərəfindən zorakılığa məruz 
qalması dünyada müharibələrin verdiyindən çox tələfatlara səbəb olmaqda davam edir. 
  
Hal-hazırda dünyada Afrika qul ticarətinin kulminasiya nöqtəsindəkindən daha çox qul 
var. Ehtimallar 12.3 milyondan 27 milyon arasında dəyişir. Qullar arasında Asiyalı 
qadınlar üstünlük təşkil edir. Dünya Bankının verdiyi məlumata əsasən, 1 trilyon dollardan 
çox pul hər il siyasi rüşvətlərə sərf edilir, bunlardan 20-40 milyard dolları inkişaf etməkdə 
olan və keçid iqtisadiyyatına malik ölkələrdə, 60-80 milyard dolları isə daha inkişaf etmiş 
ölkələrdə dövlət məmurları  tərəfindən alınır. Lakin, kütləvi informasiya vasitələrinin, 
bloqların, mobil telefon kameralarının, etik komissiyaların, və “Transperensi İnterneşnl” 
kimi təşkilatların vasitəsilə qeyri-etik qərarlar geniş  şəkildə ifşa edilir. Bununla belə, 
mənasız xəbərlər və  əyləncələr beynimizi əxlaqsız davranışlarla doldurur və insanların 
çoxu debatlarda qalib gəlməkdə  gələcəyimizi inkişaf etdirmək məqsədilə bütövlüyə nail 
olmaq üçün həqiqət axtarışlarına çıxmaqdan daha çox maraqlıdırlar. 
  
Elm və Texnologiyanın son 25 il ərzində müstəsna təsirləri növbəti 25 ildə baş 
verəcəklərlə müqayisədə çox cüzi görünəcək. Yeniliklərin sürətini tezləşdirən amillər 
özləri yüksək sürətlə  dəyişirlər.  İndi tranzistorlar işıq dalğalarından daha kiçikdirlər (65 
nanometr). “İntel”  şirkəti ilk proqramlaşdırıla bilən və saniyədə trilyon əməliyyat həyata 
keçirən 1 teraflopluq çiplər işləyib hazırlayıb. Beyin-kompüter əlaqəsi indi fikirləri 
proqramlı  şəkildə  hərəkət etdirir, nanohissəciklər və fibra liflər sinir böyüməsini 
stimullaşdırır və mini-biokompüterlər xüsusi fərdi hüceyrələri müalicə etməyə kömək edir. 
Fotonlar yavaşıyıb və sürətlənib, yetkin gövdə hüceyrələrin zədələnmiş toxumanı  bərpa 
etmə qabiliyyəti aşağı düşüb və mikrobial yanacaq elementi meydana çıxıb. Çin bu ilin 
sonlarında ay ətrafında dövr etməyi planlaşdıran 4-cü ölkədir (ABŞ, Rusiya və 
Yaponiyadan sonra). Bəziləri proqnozlaşdırırlar ki, molekulyar istehsalat və 3-ölçülü çap 
vaxt keçdikcə elə inkişaf edəcək ki, insanlar əvvəlcə dünyanın  ətrafında dövr etmiş 
yüksək texnologiyalı cisimləri  əks etdirə biləcəklər.  Əgər o gün gəlsə, onda atomların 
yerinə baytların yüklənməsi dünya sənaye ticarətini kəskin  şəkildə  dəyişəcək. “Lux 
Research” araşdırma  şirkətinin verdiyi məlumata  əsasən, 2006-cı ildə nanotexnoloji 
Tədqiqat və  Təkmilləşdirməyə 12.4 milyard dollar sərmayə qoyulub və nanotexnolji 
məhsullar 50 milyard dollardan çox qiymətə satılıb. Dünya - hökümət, korporativ, elmi, 
mühəndislik və tibbi resursları  Minilliyin 8-ci İnkişaf Məqsədinə nail olmağa və Gələcəyin 
Durumunda göstərilmiş 15 Qlobal Çağırışa cavab verməyə yönəldəcək bir prosesə 
ehtiyac duyur. Biz təsisatlararası idarəetməyə  və mediyanın köməyilə daha ciddi ictimai 
təhsilə ehtiyac duyuruq.  
 


Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
26
Milli səviyyədə  qərar qəbul edənlər qərar qəbul etmənin nəzəriyyə  və  təcrübəsində 
püxtələşməyiblər və çox az insan qərar qəbul etməkdə onlara kömək edə biləcək 
qabaqcıl proqram təminatları barədə məlumatlıdır. Qərar qəbul edənlər üçün formalaşmış 
etik və  qərar qəbul etmə  təlimləri qlobal qərarların keyfiyyətində  əhəmiyyətli inkişafla 
nəticələnə bilər. Qərarların necə qəbul etmək lazım olduğu barədə təlim keçməyə ehtiyacı 
olan siyasət qurucularından başqa, yerli, milli və beynəlxalq prioritetləri müəyyən edən 
proseslərdə  də  tərəqqiyə ehtiyac duyulur. Bilirik ki, dünya inanılmaz dərəcədə 
mürəkkəbdir və bir çox ciddi çağırışlar qlobal səciyyə daşıyır, lakin biz vəziyyəti ələ almaq 
üçün İnternet texnologiyalarına əsaslanan idarəetmə sistemlərini və konsepsiyaları kifayət 
qədər sürətlə inkişaf etdirməyi və həyata keçirməyi bilmirik.  
 
BMT-nin Baş Katibi olduğu müddətdə Kofi Annan bəşəriyyətin perspektivlərini inkişaf 
etdirmək üçün 5 prinsip müəyyən etmişdir: hamının təhlükəsizliyi hər kəsin 
təhlükəsizliyidir; biz bir-birimizin rifahı (qlobal həmrəyliyi) üçün məsuliyyət daşıyırıq; 
insanların bir-birinə hörməti insan haqları  və hüquq normaları ilə möhkəmləndirilməlidir; 
hökumətlər həm daxili, həm də beynəlxalq səviyyədə bir-birilərinə hesabat verməlidirlər 
(qarşılıqlı  məsuliyyət); və bu 4 prinsipə BMT kimi çoxtərəfli təşkilatların vasitəsilə nail 
oluna bilər.   
  
Baxmayaraq ki, bir çox insanlar qloballaşmanın potensial mədəni təsirlərini tənqid atəşinə 
tuturlar, lakin bu su kimi aydındır ki, qlobal çağırışlara cavab vermək üçün mədəni 
dəyişikliklər zəruridir. Həqiqi demokratiyanın inkişafı mədəni dəyişikliyi tələb edir, QİÇS-in 
qarşısının alınması mədəni dəyişikliyi tələb edir, sabit inkişaf mədəni dəyişikliyi tələb edir, 
qadınlara qarşı zorakılığın sona yetməsi mədəni dəyişikliyi tələb edir və etnik zorakılığın 
da başa çatması  mədəni dəyişikliyi tələb edir. İnternet, dünya ticarəti, beynəlxalq ticarət 
müqavilələri və xarici resursların cəlb olunması kimi qloballaşma alətləri insanların 
şəraitini yaxşılaşdırmaqla onların bəşəriyyətə özünəməxsus yardımlarını qoruyub 
saxlamaq yolu ilə  mədəniyyətlərin uyğunlaşmasına kömək etmək üçün istifadə 
olunmalıdır.   
 
Gələcəyin Durumu İndeksi 
 
İnsanlar həmişə  gələcəyin yaxşı  və ya pis olacağını, harada udduğumuzu və harada 
uduzduğumuzu, perspektivlərimizi inkişaf etdirmək üçün resursları hansı istiqamətdə 
birləşdirmək lazım olduğunu bilmək istəyiblər. Bütün bunları qlobal miqyasda həyata 
keçirmək qeyri-mümkün görünürdü. Dünya Bankı bu işləri iqtisadiyyatda, Beynəlxalq 
Səhiyyə Təşkilatı səhiyyə üçün, Beynəlxalq Atom Enerjisi Agentliyi enerji üçün görür. Bəs 
bütün bunları ümumilikdə  bəşəriyyətin gələcəyi üçün necə birləşdirmək lazımdır? 
Yanaşmalardan biri Gələcəyin Durumu İndeksidir. Bu, ümumilikdə gələcəyə baxışın onillik 
ölçüsüdür. O, yəqin ki, tarixdə gələcəklə bağlı ən böyük ümumi prosesdən meydana çıxan 
qlobal çağırışlarla əlaqəli əsas dəyişkənliklər və proqnozlarla qurulur. Gələcəyin Durumu 
İndeksi ilk dəfə Minilliyin Layihəsinin 2001-ci il üçün Gələcəyin Durumu hesabatında şərh 
edilib. O vaxtdan bəri Gələcəyin Durumu hesabatlarının GDİ  fəsli bütün səylərini 
məlumatların mənbəyində və metodun özündə təkmilləşdirmə aparmağa cəmləşdirib. Bu 
il 2-ci Fəsil 2006-07-ci illərdə həyata keçirilmiş GDİ araşdırmasının xülasəsini təqdim edir. 
Minilliyin Layihəsinin 29 əlaqə  mərkəzi tərəfindən dünyadan seçilmiş  iştirakçılar 
dəyişkənlikləri qiymətləndirmək,  ən pis və  ən yaxşı ssenariləri qiymətləndirmək, GDİ-yə 
daxil edilmək üçün yeni dəyişkənliklər təklif etmək,  ən azı  20  il  tarixi  məlumatlara malik 
mənbələri təklif etmələri üçün Real Time Delphi qaynar xətt vasitəsilə ilə sorğu-sual 
ediliblər. Nəticələr 29 dəyişkənliklə yeni qlobal GDİ qurmaq üçün istifadə olunmuşdur. 
Məlum olmuşdur ki, dünya inkişaf edir, lakin keçən 20 il ərzindəki kimi sürətlə yox. GDİ-lər 
həmçinin ölkələr üçün qurulublar - ən son Cənubi Koreya və Türkiyədə - enerji və ya fərdi 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə