Ümumdünya BMT Assosiasiyaları Federasiyası,
Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
92
Təhsil sistemi kökündən dəyişdirilə və təhsil inkişaf etdirilə bilər. Tədqiqatlar göstərir ki,
öyrənmə prosesi mahiyyətcə sosial bir prosesdir. Açıq-mənbə, bilik əmələ gətirən birliklər
və kütləvi əməkdaşlıqlar, geniş istifadə olunan informasiya ilə sosial paylaşmayla və
“Wikipedia”, “YouTube”, “MySpace”, “FaceBook”, və “SecondLife” kimi tədqiqi mənbələrin
yaranması ilə nəticələndi. Yeni strukturlaşdırılmış biliklərin davamının şəbəkədə
Wikipedia kimi proqramların vasitəsilə işlənib hazırlandığı üçün, öyrənmə prosesi əsasən
Şəbəkədə həyata keçirilərdi. Bu da insanlara öz ilkin biliklərini
qiymətləndirməyə və
onların öz öyrənmə templəri ilə, idarə olunan öyrənmə təcrübəsi qazanmaq üçün girməli
olduqları xüsusi bilik mühitində yerləşdirilməyə imkan verərdi.
Bunun baş verməsinə nə mane olur?
Bəzi ideologiyalar siyasi cəhətdən ziddiyətli olan idraka müdaxilə edirlər. Bura idraki
fərqləri əhatə edən məsələlər, idraki bacarıqların irsiliyi, keyfiyyətin artırılması üçün bio-
təbabətdən istifadə və fərd və dövlət arasındakı münasibətlər daxildir. Qlobalizasiyaya
qarşı mübarizə aparan siyasətçilər, mühafizəkar fikirlərə malik
dini qruplar və status kvo-
da dəyişikliklərin olunmasını istəməyən digər şəxslər kimi qərar qəbul etmə prosesinə
cəlb edilmiş və ideyanı puça çıxaracaq insanların sayının artırılmasına meyl edən təhsil
proqramlarının ortaq bir qərar nöqtəsinin olmaması.
Bu imkana əngəl ola biləcək bəzi digər anlayışlar gələcəkdə “real” görünə biləcək
faydalarla əlaqədar artmaqda olan xərclərdən, əsas diqqətin hisslərə yönəldilməsi ilə
romantik anti-elm yönümlü geri reaksiya, tədris və dəyərin formalaşdırılması prosesinin
real olaraq necə baş verə biləcəyi ilə əlaqədar inanclarda əhəmiyyətli
dəyişiklərin edilməsi
potensialının olmaması və artmaqda olan məlumatlılıq metodları ilə bağlı “məxfilik
nəzəriyyələri”ndən ibarətdir. Müharibə, aclıq, epidemiyalar, iqtisadi tənəzzül, sosial
iğtişaşlar, xəstəliklər, yoxsulluq, cəhalət, dini xürafatlar və digər
fəlakətlər kollektiv
intellekti inkişaf etdirməyə əngəl ola bilər. Bu isə öz növbəsində qüsurlu bir dövrə və
özünüməhvə gətirib çıxara bilər.
Hansı mənfi nəticələr ola bilər?
İntellektin artırılmasını öz qarşılarna milli məqsəd kimi qoymayan ölkələr əsasən,
“intellekt fərqlərinə”, varlılar və kasıblar araısndakı fərqlərin artmasına və kütləvi şəkildə
aşağı səviyyədə olma komplekslərinə və “geridə qalma” qorxusuna gətirib çıxaran zəif
iqtisadiyyata malik ölkələrdir. Əgər texniki üsullar məharətlə həyata keçirilsəydi, bu
qüsurlu rəqabətə, əsas təhsilə əhəmiyyət verilməməsinə, seçimlərə nəzarət olunmasına
və şəxsi həyata müdaxiləyə və fikirlərin idarə olunmasına gətirib çıxara bilərdi. Fərdiliyin
və müəllifliyin azaldılmasının psixoloji təsirləri tələbələrin “kollektivin”
bir hissəsi olmamaq
üçün üsyana qalxmalarına səbəb ola bilərdi. Əgər təkmilləşdirilmiş idrak ənənəvi
dəyərlərin qəbul olunmasını azaltsaydı, bu siyasi pozuntulara gətirib çıxarardi, idrakın
artırılmasının digər formaları isə ideoloji məqsədlərə doğru yönəldilmiş nəzərə çarpan və
ya çox da nəzərə çarpmayan manipulyasiya cəhdləri ilə təchiz oluna bilərdilər.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
93
2. Vaxtında bilik (elm) ə öyrənmə (tədris)
Mexaniki yaddaş üsulu ilə öyrənmə 2030-cu ilədək öz əhəmiyyətini itirib. Qlobal
hesablamalar və ömürlük təhsil sayəsində, “vaxtında bilik” normaya çevrilib
2
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Bu, mexaniki yaddaş üsulu ilə öyrənmənin təhsil məqsədlərinə nail olmaması ilə,
fərdiləşdirilmiş öyrənməyə olan istəyin olması, süni intellektdə davamlı irəliləyişlərin
mövcudluğu və bunun bütün sahələrdə sürətlə dəyişən biliklə ayaqlaşmanın
yeganə yolu
olduğunu anlamaqla baş verə bilər. Həyat çox mürəkkəbdir və məhz buna görə insanın
nəyi bilməli olduğunu və nə zaman bilməli olduğunu bilmək çətindir. Ona görə baş vermə
səbəbi zərurət olduqca ortaya çıxacaq. Dünyada müəllimlər və tələbələr üçün həftədə 7
gün, gün ərzində 24 saat istifadə oluna bilən infrastrukturlar tikiləcək.
Nanotexnologiya, nevrologiya, süni intellekt və interaktiv obyektə əsaslanan süni onlayn
dünyalarda baş verən irəliləyişlərin birləşməsi 2030-cu ilədək təhsili daha da
empirikləşdirəcək və cəlbedici edəcək. Mexaniki yaddaş üsulu ilə öyrənmə davam
edəcək, çünki o beyni “məşq” etdirir, “vaxtında bilik” isə bizə istədiyimizi çatdırmaq üçün
fəaliyyət göstərir. Yeni bilklərin və hadisələrin daim yeniləndirilməsi zərurəti,
tədrisin
sürətli, praktiki öyrənmə prosedurları və yeni tədris metodları sayəsində xüsusi
subyektlərdən, xüsusi məqsədlər üçün lazım olan subyektlərə keçirilməsini tələb edəcək.
Biz necə öyrənmək, və informasiyadan necə istifadə etmək haqqında biliklər toplamalı
olacaq və xüsusi məlumatların və ya subyektlərin öyrənilməsinə daha az vaxt sərf
edəcəyik.
Hansı müsbət nəticələr ola bilər?
Hər kəs bu proqamın həyata keçirildiyi istədiyi yerdə təhsil alma imkanına malik olacaq.
İnsanlar daha özünəinamlı və daha səlahiyyətli, kommersiya fəaliyyəti daha səmərəli
məşğul olacaq, ölkələr öz iqtisadi inkişaflarını təkmilləşdirəcək və cəmiyyətlər daha
bacarıqlı, effektiv və ahəngdar olacaqlar. Təhsil və təlim xərcləri azaldılacaq. İnsan
qaynaqlarından daha çox faydalanmaq mümkün olacaq və işi dəyişmək asanlaşacaq.
Mexaniki yaddaş üsulu azalmağa davam edəcək və öz yerini zəruri öyrənmənin əsası
olan reflektiv düşünməyə verəcək.
Vaxtında bilik və öyrənmə, insan rəqabətini və intellekti geniş şəkildə artıra,
daha təhsilli
ictimaiyyət yaratmaqla demokratiyanı genişləndirə, məsul qlobal vətəndaşların sayını
artıra, qabaqcıl bilik və öyrənmə şəbəkələrinin yaradılmasını sürətləndirə, elmi
təkəbbürün “gücünü” azalda, və növbəti bir intibah dövrünün başlanmasına səbəb ola
bilər. Bir çox ənənəvi təhsil sistemləri İnternet-əsaslı sistemlərlə əvəzlənəcək, idarəolunan
tədrisi açıq mənbə əsaslı birliklər və ya ödənişlərinin əsası sürət və effektivlik olmaqla,
qiymətləndirilə bilən biliyin qazanılması və saxlanılmasını təmin edilməsi üzrə rəqabət
aparan tərəflər həyata keçiriləcəkdir. Müəllimlər və tələbələr, müəllimin məlumatlar
məcmusunun koordinatoru olduğu komandanın bir hissəsi olmalıdırlar.
2
RT Delphi istinadları:
Monica Sambataro, “Vaxtında Tədris,” Computerworld, 3 April 2000-ci il; Vaxtında Təhsil:
Qlobal İnformasiya Əsrində Tədris, 2000-ci il; “Vaxtında Tədris: Zərurət yarandıqca Bilik və ya Bacarıqların əldə
olunması,” Word Spy, 1 iyun 1998-ci il.