Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə6/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   2   3   4   5   6   7   8   9   ...   51

9-14-cü əsrlərdə musiqinin tibbi keyfiyyətləri Əbu Nəsr əl-
Fərabi,  əl-Xarəzmi,  Əbu Reyhan Biruni, Ibn Sina, Səfiyyədin 
Urmiyyəvi kimi tanınmış alimlər tərədinfən diqqətlə öyrənilmişdir. 
Onlar musiqinin müalicəvi gücünü nədə görürdülər? Orta 
Asiyalı dahi türk alimi Əbu Nəsr  əl-Fərabi (873-950) özünün 
“Musiqi barəsində böyük kitab”ında yazırdı: “Musiqi yaxşı  əhval-
ruhiyyə, mənəvi dərs, hisslərin tarazlığını və mənəvi inkişaf yaradır. 
O, fiziki sağlamlıq üçün lazımlıdır. Əgər ruh sağlam deyilsə, onda 
bədən də  xəstə olur. Ruhu müalicə edən musiqi bədənin də 
sağlamlığını bərpa edir. ” 
“Başınız ağrayır? Çiçək ləki və sakit axan fontanın yanında 
dincəlin və ya musiqiçi çağırın və sizin üçün çalmasını xahiş edin 
ki, dütarın (Şərq simli aləti) zərif sədaları altında yuxuya gedə 
biləsiniz, ” deyə dahi həkim Ibn Sina (980-1037) məsləhət görürdü. 
Yeddi əsr sonra Məhəmməd Yusif Şirvani (18-ci əsr) melanxoliya 
və yuxusuzluqdan əziyyət çəkən xəstələrə simli alətlərdə çalınan 
musiqiləri dinləməyi məsləhət görürdü. 
Məşhur həkim Sultan Qiyasəddin özünün “Kitab əs-Sənaət” 
(18-ci əsr) əsərində öz həmkarlarını musiqini örənməyə çağırırdı. O 
deyirdi: “Hindistan həkimləri mahnıları  və musiqi nəzəriyyəsini 
öyrənməyi məsləhət görmüşdülər. Elm həkimə  nəbzin müəyyən 
olunmasının incəliyini anlamaq üçün vacibdir. Bundan əlavə, bir 
sıra xəstəliklər xəstələrin bəzi mahnılara qulaq asması ilə müalicə 
oluna bilər.” 
Humayun və Maur-Hindi kimi bəzi tanınmış müğamlar hələ 
də Azərbaycanda ifa olunur. Hind mahnıları Azərbaycana buraya 
gəlib burada həmişəlik qalan hindli tacirlər və səyyahlar tərəfindən 
gətirilmişdir. Məsələn, Azərbaycanın Muğan düzənliklərindəki bəzi 
kəndlərdə buraya Şimali Hindistan və Pakistandan 17-18-ci əsrlərdə 
gələn türk tayfaları  məskunlaşmışdı. Bu tayfaların kişiləri  Şəfəvi 
şahlarının ordusunda vuruşurdu və bu xidmərtləri müqabilində 
şahlar onlara Azərbaycanda torpaq sahələri verirdilər. 
Sultan Qiyasəddinin məsləhətlərinə  əməl edən orta əsr 
həkimləri musiqinin müalicəvi gücü barədə  məlumatları  (elm  əl-
musiqi) toplamağa çalışırdılar, lakin bu o qədər də asan deyildi. 
Musiqi o qədər incə  və  dəqiq elm idi ki, Orta Asiya alimi əl- 
Xarəzmi (783-850) onu riyaziyyata bənzədirdi, və cəbr sahəsindəki 
ən məşhur əsərində tədqiq etmişdi. 
 18


Əbdül Qədir Marağayinin “Musiqi Barəsində Elmi Əsər” 
adlı kitabında və  Əbu Reyhan Biruninin (973-1048) “Tibbə aid 
geniş kitab” əsərləri riyaziyyat, həndəsi fiqurlar, musiqi alətlərinin 
rəsm və  şəkilləri ilə  zəngindir. Lakin görünür həkimlər musiqinin 
qüvvətli təsirini öyrənmək üçün çox vaxt sərf etməyin  əleyhinə 
deyildirlər, çünki onlar bunu xəstələrin sağlamlığı üçün çox dəyərli 
hesab edirdilər. 
MUSİQİ VASİTƏSİ İLƏ MÜALİCƏ. Orta əsrlər Azərbay-
canında həkimlər xəstələri müalicə etmək üçün hansı növ musiqi 
növlərindən istifadə edirdilər? Həmin dövrdə muğamın 12 əsas 
növü və 12 musiqi forması mövcud idi. Marağayi yazırdı: “Başqa 
muğamları öz bəstələrinə daxil etmələrinə baxmayaraq, türklər 
“usşaq”, “nova” və “busəlik” kimi növlərdə muğamlar bəstələməyə 
üstünlük verirdilər.” 
Şərəf-xan Bidlisi (16-cı  əsr) Azərbaycan  şahı  Şah Ismayıl 
Xətainin verdiyi bir məclisi belə  təsvir edirdi: “Xoş  səsli müğən-
nilər gözəl musiqiçilərin müşaiyyəti ilə həm yüksək, həm də alçaq 
səslərlə usşaq mahnısını ifa etməyə başladılar. Sonra ud və dütar-
ların naləsi həm yaşlı, həm də cavan dinləyicilərin könlünü aldı və 
ağlını apardı.” 
Musiqi bir sıra mistik elmlərin inkişafına da təkan verdi. 
13-cü əsrdə Fırlanan Dərvişlər (Məvləvi  təriqəti) hesab edirdilər ki
Allahı dərk etmək üçün xüsusi musiqiyə qulaq asmaqla transa  düş-
mək lazımdır. Onların öz oxu ətrafında fırlanması  mistik rəqsin bir 
növü sayılırdı. Sufi mistikasına yaxın olan Azərbaycan filosofu 
Süxraverdi (1191-ci ildə  vəfat edib) yazırdı: “Bilin ki, ruhun tər-
biyəsi işinə  cəlb olunan insanlar bəzən zərif musiqi və xoş rayi-
hədən istifadə edirlər. Buna görə onlar mənəvi işıq əldə edə bilirlər. 
Bu, uzun müddət davam edərsə, tədricən təsbitlənir və adət halına 
çevrilir.” 
10-cu  əsrin sonlarında  Şiə filosoflarının bir qrupu (Saflıq 
Qardaşları) musiqi və  təbiətin müxtəlif elementləri—heyvanlar, 
bitkilər, minerallar və  rənglər arasındakı münasibətlərə dair bir 
nəzəriyyə yaratdılar. Bu nəzəriyyəyə görə  hər bir musiqi səsi 
müəyyən bir rəngə uyğun gəlir və  hər hansı bir mineral, bitki, və 
heyvan ilə əlaqəlidir. Bəzi səslər parlaq rənglərlə, əlvan metallarla, 
gözəl çiçəklərlə və müəyyən heyvanlarla eyniləşdirilirdi. 
Bizim əcdadlarımız musiqi alətlərinin dərman bitkilərinə və 
ədviyyələrə uyğun gəldiyinə inanırdılar. Tar sağlamlığa yaxşı təsir 
 19


göstərən  ətirli zəfəran ilə müqayisə edilirdi. Nağara mixək və 
jenşenin müalicəvi gücü ilə müqayisə olunurdu. Ud valerian və 
bad-rəncin sakitləşdirici təsiri ilə assosasiya edilirdi. Zurna qüvvətli 
ko-fe ilə uyğunlaşdırılırdı. 
Bu və digər alətlərin tibbi xüsusiyyətləri haqqında məlumat 
aşağıda verilir. Musiqi alətlərinin müalicəvi xüsusiyyətləri 
Keykavus Ziyarinin “Qabusnamə”,  Əbdül-Qədir Marağayinin, 
Fərabinin, Səfiyəddin Urmiyyəvinin kitablarında sənədləşdirilib. Bu 
məlumat-lar bir qismi isə Azərbaycanın şifahi folklor nümunələrinə 
aid 19-20-ci əsr aşıq sənətindən qaynaqlanır.   
TAR. Tarda ifa olunan melodiyaların baş  ağrısının, 
yuxusuzluğun, melanxoliyanın müalicə olunmasına və eyni 
zamanda  əsəbiliyin,  əzələ  ağrılarının aradan qaldırılmasına yardım 
etdiyi hesab olunurdu. Bu musiqi alətinə qular asmaq insanda sakit 
və filosofik əhval-ruhiyyənin yaranmasına və bununla da 
dinləyicinin həyatı  dərk etməsinə  səbəb olurdu. Bu alətdə çalınan 
qəmli musiqi insanların rahatlaşmasına və onların yuxuya 
getməsinə səbəb olurdu. 
“Qabusnamə”nin (11-ci əsr) müəllifi musiqi pərdələrini 
seçərkən dinləyicinin temperamentini nəzərə almağı  məsləhət 
görürdü. O, bəm tonların  şən və laqeyd insanlar üçün, zil tonların 
isə qəzəbli və melanxolik temperamentə malik  adamlar üçün təsirli 
olacağını deyirdi. 
NEY. Neyin zərif səsi  əsəb sistemini sakitləşdirir, yüksək 
qan təzyiqini və yorğunluğu aradan qaldırır, yaxşı yuxu gətirir. Ney 
insanda düşünmək əhval-ruhiyyəsi yaradır və həmin insanın təbiəti 
qiymətlərndirməyə  və ondan ləzzət almağa vadar edir. Ney dərin 
fəlsəfi ideyalarla əlaqələndirilir. 
UD. Əcdadlarımız udun səsinə qulaq asmağın baş ağrısı və 
melanxoliyanın aradan qaldırıslmasına, 
əzələ 
ağrılarının 
azaldılmasına, və qüvvətli sakitləşdirici təsir göstərməsinə  
inanırdılar. Ud orta əsrlər Azərbaycanında  ən geniş yayılmış  və 
sevilən musiqi alətlərindən biri idi. O yunan arfası ilə əlaqləndirilir. 
Uda bənzər alətlər qədim misir freskalarında təsvir olunub. 
SAZ. Sazda ifa olunan musiqi əsəb sistemini sakitləşdirir və 
insanın  əhval-ruhiyyəsini artırır. O, melanxoliyanın müalicə 
olunmasına və pessimist hislərin aradan qaldırılmasına kömək edir. 
 20


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə