Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   2   3   4   5   6   7   8   9   10   ...   51

ZURNA. Bu musiqi aləti insanda döyüş  əhval-ruhiyyəsini 
və  bəzən təcavüz və müharibə xarakterlərini oyadır. Zurna səsi 
insanda apatiyanı, laqeydliyi azaldır və qan təzyiqini qaldırır. 
NAĞARA. Bu alət həkimlərə pis əhval-ruhiyyə, melan-
xoliya, intelektual və fiziki yorğunluq və eyni zamanda aşağı qan 
təzyiqi ilə mübarizə aparmağa yardım edirdi. Belə hesab edilirdi ki, 
nağara bir sıra dərman bitkiləri və  ətirli mixək kimi ədviyyatları 
əvəz edir. Nağaranın ritmlə çalınmasının ürəyin gücləndirilməsinə 
səbəb olduğuna inanılırdı. Nağara ilkin orta əsrlər Azərbaycan 
ədəbi dastanı olan “Kitabi Dədə Qorqud” kitabında təsvir 
olunmuşdur. Nağaraya oxşayan alətlər qədim Misirdə  də istifadə 
olunurdu. 
Beləliklə,  əcdadlarımızın zəngin elmi və musiqi mirasına 
əsasən demək olar ki, onlar musiqiyə yalnız şənlənmək və istirahət 
üçün qulaq asmır, musiqini həm də müxtəlif xəstəliklərin qarşısının 
alınmasında və müalicəsində qüvvətli bir vasitə kimi qəbul 
edirdilər. 
  
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən tərcümə etdi: Aytən 
Əliyeva.Yoxladı: Ülviyyə Məmmədova. Redaktə edən: Aydan Nəcəfova 
 
 
ƏTİRLƏRLƏ MÜALİCƏ 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 9.1 (2001) © 2001. 
Azerbaijan International AZERI.org 
 
romaterapiya nədir? Bu gün bu termin adətən efir yağları ilə 
müalicəyə aid edilir. Bu rayihəli cövhərlər qızılgül, bə-
növşə, kəklikotu, lavanda və  mərzə kimi çiçək, meyvə  və 
bitkilərdən alınır və onlar adətən ya nəfəsə  çəkilir, ya da dərinin 
üstünə sürtülür. 

"Aromaterapiya" sözünün ilk dəfə 1937-ci üdə fransız 
kosmetik kimyaçısı Rene-Maurice Gattefosse tərəfındən 
işlənməsinə baxmayaraq bu üsulun bir neçə min il yaşı var. 
QƏDİM İNAMLAR. Bir vaxtlar indiki cənubi Azərbaycan 
ərazisində yerləşmiş  qədim Manna (eramızdan  əvvəl 9-7-ci əsrlər) 
və Atropatena (e.ə. 4-1-ci əsrlər) dövlətlərində  əhali inanırdı ki, 
yuksək mənəviyyat  əldə etmək uçün onlar təmiz və gözəl olmalı 
 21


idilər. Bu məqsədlə  qədim Azərbaycanlılar büxur, ətirli qatran, 
galbanum, rozmarin, çödükotu, səna, darçın və  nərd çiçəyi kimi 
rayihəli yağlardan istifadə cdirdilər. 
Bəzi rayihəli bitki və  ağaclardan dini məqsədlərdə istifadə 
ediliıdi. Məsələn,  ətirli iynələri olan sərv agacı peyğəmbər 
Zərdüştün ağacı kimi tanınırdı.  İnanılırdı ki, efir yağlarının 
yayılması havanı təmizləyir və mənfi qüvvələrdən müdafiə edir. 
Qədim turk inamlarına görə bütün ətirli çiçəklər Mavi 
Səmanın ali tanrısı olan Göy Tanrı tərəfindən yaradılıb. Bütün ot və 
ağaclarm tanrıçası Öləng onun arvadı idi. Öləng həm də təbiblərin 
himayədarı sayılırdı. Hər il türk xalqları bu tanrıçanın  şərəfinə 
təntənəli festivallar keçirər və yovşan kimi rayihəli bitkilər yan-
dırardılar. 
Qədim türk əfsanələrində deyilirdi ki, bütün uşaqların 
ruhları güllərin içində əmələ gəlir və sonra da analanmn bətnlərinə 
daxil olur. 7-ci əsr  əfeanəsində  Dədə Qorqud deyir: "Mən çiçəyin 
içində yarandım... sonra anamın bətninə düşdüm və ala gözlü div 
pəridən anadan oldum." 
Azərbaycanhlar xəstəlikləri və yaralan ətirli maddələrlə 
sağaldırdılar. Belə hadisəni təsvir edən səhnələrdən biri 
Azərbaycanın  əfsanələr toplusundan ıbarət olan epik "Dədə 
Qorqud" dastanında vardır. 
Dastanın 11-ci əsrdə yazıya alınmasına baxmayaraq orada 
6-7-ci  əsrlərə aid hekayələr də var. Səhnələrin birində yaralanmış 
gənc bir oğlam sağaltmaq üçün ətirli çiçəklərdən istifadə edilməsi 
təsvir olunur:" Qırx incə  qız yayılıb, dağ çiçəyi topladı… Dag 
çiçəyi ilə südü oğlanın yarasına çəkdilər. Oğlanı həkimlərə tapşırıb, 
Dirsə xandan gizlətdilər." Yəqin ki, həmin güllər antiseptik və 
sağaltma xüsusiyyətlərinə görə tanınan çoban yastığı  və yarpız 
olub.  Ətirli bitkilər yalnız sağaltmaq üçün deyildi. Məsələn, 
eramızın 4-cü əsrində Qafqaz Albaniyasının (indiki şimali 
Azərbaycan)  əhalisi kəklikotudan həm mohkəmləndirici, həm də 
cinsi həvəs oyadan vasitə kimi istifadə edirdilər. 
EFİR YAĞLARI. 7-ci əsrdə Azərbaycanlılar efir yağlarının 
kimyəvi xüsusiyyətlərini öyrənməyə başladılar. Onlar müsəlman 
kimyaçısı Cabir ibn Xəyyanın təcrübəsindən (702-765) və distilə 
etmə prosesini inkişaf edən və saflaşdıran digər alimlərdən öyrənir-
dilər. 
 22


O vaxtlar Azərbaycanhlar asanlıqla bütün Şərq aləmində 
məşhur maddələr olan qızılgül yağını əldə edib ondan qızılgül suyu 
hazırlaya bilirdilər. Orta əsrlərdə Azərbaycanlılann işlətdikləri digər 
efır yağları şüyüd, əməköməci, nanə, cövüz, tərxun, çoban yastığı, 
darçın, cökə, portağal, bergamot, limon, ətirli qatran, keşniş, qara 
cirə, yovşan, toz ağacı, sidr ağacı, sərv, mərsindən hazırlanan yağlar 
idi. 
Azərbaycan  əlyazmalarına  əsasən o vaxt aromaterapiyada 
ən azı 60 bitki ədviyyəsi işlədilib. Hətta bu günkündən fərqli olaraq 
o zaman ətirli heyvan ədviyyatindan da istifadə edilirdi. Sənədləri-
mizdə onlann 8-nin adı çəkilir. 
Efır yağlarını öyranməklə orta əsrlər Azərbaycan təbibləri 
aromaterapiya və onun xəstəlikləri sağaltmaq qabiliyyəti haqda olan 
biliklərini genişləndirə bildilər. Müəyyən xəstəlikləri sağaltmaq 
üçün səciyyəvi yağlardan istifadə olunurdu. Məsələn inanılırdı ki, 
reyhan yağı  əzələləri yumşaldır və sakitləşdirici effektə malikdir. 
Məlhəm kimi o, yaraları, kəsikləri və  sızanaqlan sağaldırdı. Unla 
qatışdırılmış reyhan və kamfara əqrəb çalmasına qarşı istifadə 
olunurdu. Bergamot kökü isə həşərat çalmasım yüngülləşdirmək və 
həşərat əleyhinə dərman kimi xususiyyətlərinə görə tanınıb. 
Şairlər Nizami Gəncəvi (1141-1203) və  Məhəmməd 
Füzulinin (1495-1556) verdiyi məlumata görə qızılgül yağından baş 
ağrılarına qarşı dərman və xarici antiseptik kimi istifadə olunurdu. 
Məhəmməd Yusif Şirvani (18-ci əsr) isə  xəncər yaraları üçün cirə 
məlhəmindən istifadə etməyi məsləhət görürdü. Baxmayaraq ki, 
hələ o zaman antibiotik anlayışı mövcud deyildi, təbiblər cirə, bal 
və çiy soğan  şirəsindən hazırlanmış  məlhəmləri xarici antiseptik 
kimi istifadə edirdilər. 
Məlumdur ki, ardıc yağından da antiseptik kimi istifadə 
edilib. 17-ci əsr təbibi Hacı Süleyman İrəvani yaraları sağaltmaq 
üçün ardıc yarpaqlarından düzəldilmiş  məlhəmdən istifadə etməyi 
məsləhət görür. Sərvdən sidik yolları xəstəliklərini sagaltmaq üçün 
sidikqovucu kimi də istifadə olunurdu. Soyuqdəyməsi olan və bumu 
axan  şəxsə  həkimlər kəklikotu, yarpız və nanədən hazırlanmış 
qatışığın buxarını nəfəslərinə çəkməyi məsləhət görürdü. 
TƏMTƏRAQLI MÜALİCƏLƏR. Bu müalicələri heç də 
hamı edə bilməzdi. Bənövşə yağı  və  qızılgül suyu kimi maddələr 
ucuz olduğu halda idxal edilən efir yağları baha idi və onları yalnız 
dövlətli  şəxslər ala bilərdi. Dovlətli  şəxslər  ətirli məlhəm və 
 23


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə