Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   4   5   6   7   8   9   10   11   ...   51

maddələri bədənlərinə sürtməyi xoşlayırdılar. Bu məlhəm və 
maddələr həm də pul kimi istifadə olunurdu. Şahlar  əldə edilmiş 
xam yağlarla mübadilə edər, torpaq, qızıl, qul və qadın alardılar. 
10-cu  əsr yazıçısı  Əbu  Əli Tənuhi yazırdı ki, şah və 
sultanlann xəzinələrində yüzlərlə nadir ətirli məlhəm dolçalan var. 
Öz ağırlıqlarında qızıla dəyən bu məlhəmlərin bəziləri Hindistan, 
Misir və Bizansdan gətirilmişdi. Tənuhi yazır ki, bir xəsis hökmdar 
dolçaları açar, ətirli məlhəmlərinə  fəxrlə baxar və sonra da “Bu 
sərvətə əl vura bümirəm'' deyərək onların ağzını bağlayardı. 
Müşk, qunduz yağı  və  ənbər kimi heyvan xassələrindən 
hazırlanan maddələr əsasən baha idi, çünki onlar Çin, Rusiya, İran 
körfəzi və Hindıstandan idxal olunurdu. Bu ətirlər təkcə qadınlan 
cəlb etmək deyil, həm də terapevtik xüsusiyyətlərə də malik idi. 
17-ci  əsr təbibi Həsən ibn Rza Şirvani hesab edirdi ki, 
ənbərdən - erkək kaşalot balinanın bağırsaq kanallarından alınan 
boz, muma bənzər maddədən - sürtmək beyni və ürəyi 
möhkəmlədir. Adətən bu maddəni tropik dənizlərdə tapmaq olar; 
Azərbaycana isə onu Hind və Sakit okeanlar sahili ərazilərindən 
ixrac edirdilər. 
İnanılırdı ki, müşkün iyi ürəyi və  əsəbi möhkəmlədir və 
qəmi yüngülləşdirir. Baş  ağrısını azaltmaq üçün müşk zəfəranla 
qatışdırılırdı; buruna bir damcı bu qatışıqdan tökmək kömək edir. 
Erkək qunduzlar tərəfindən dişiləri cəlb etmək üçun ifraz 
olunan maddə - qunduz yağı adətən müşkün  əvəzləyicisi kimi 
işlədilirdi. 
Inanılırdı ki, üzə və qollara sürtülmüş bir-iki damcı qunduz 
yağı insanı daha cəlbedici edər. 1311-ci ildə İbn Kabir Xoyi yazırdı 
ki, bir neçə damcı qunduz yağı tökülmüş sarğı baş  ağrıları üçün 
yaxşıdır. Qunduz yağı  və sirkə qatılmış içkilərdən qarın ağrılarını 
sağaltmaq üçün istifadə cdilirdi. 
14-cü  əsr Azərbaycan alimi Yusif ibn Isrnail Xoyi 
aromaterapiya ilə müalicənin 8 müxtəlif üsulunu göstərir: (1) İçi 
müalicəvi bitkilərlə doldurulmuş yastıqdan istifadə edin. (2) 
Özünüzlə qurudulrnuş müalicəvi bitkilər doldurulmuş kiçik kisəcik 
gəzdirin. (3) Müalicəvi bitkilərin qaynayan dəmləməsinin  buxarını 
nəfəsinizə  çəkin. (4) Xususi bağlarda çiçəklərin qoxusunu 
nəfəsinizə  çəkin. (5) Evin içindən müalicəvi ot topaları asın. (6) 
Yandınlmış müalicəvi bitkilərin  ətrini qoxulayın. (7) Ətirli 
məlhəmlərdən istifadə edin. (8) Ətirli vanna qəbul edin. 
 24


ƏTİRLİ VANNALAR. Müasir elm sübut edib ki, vanna 
qəbul etmək  əzələlərdə olan gərginliyi azaldır, qan damarlarını 
genişləndirir və ürək döyüntüsünü azaldır. Efir yağları qatılan 
vannalar da xeyirlidir. Ətirli vannalar bir çox xəstəlikləri sağaldır, 
kədəri yüngülləşdirir, dəri və saçları qidalandırır. 
Vannalar və  ətirli bitkilərlə terapiyaya dair ən ilkin mə-
lumat e.ə. 1500-cü ildə hind Vedalarında verilir. 
Orta  əsrlərdə  ən çox işlədilən aromaterapiya növləri  ətirli 
məlhəmlər və vannalar idi. Şərq hamamlarında çox vaxt ətirli mad-
dələr birbaşa hamam suyuna qatılırdı. 
Məsələn, 17-ci əsrdə  Məhəmməd Mömin yazırdı ki, şam 
ağacının iynələrindən hazırlanmış  dəmləmədə çimmək uşaqlıq və 
düz bağırsaq xəstəliklərinə qarşı yaxşıdır.  İbn Kəbir Xoyi inanırdı 
ki, dəfnədən hazırlanmış vannalar sidik yollan xəstəliklərinə qarşı 
effektlidir. 
Digər bir üsul isə  ətirli məlhəmi çimməzdən  əvvəl və ya 
sonra xəstənin bədəninə sürtmək idi. Məsələn, sidik kisəsində daş 
olan adama həkim çiməndən sonra şam ağacı qatranı, südləyən şirə-
si və bdelliumla (ətirli qatrana bənzər rezin saqqız) masaj məsləhət 
görərdi. Həmçinin çimən zaman ətirli maddələri nəfəsə  çəkrnək 
olar. Adətən, xəstə müşk və ya kamfara kimi rayihəli dərman və ya 
ətirin yanında oturardı. 
Inanılırdı ki, bu ətirli maddələr ürəyi möhkəmlədir və sakit-
ləşdirici rol oynayır. 
Müalicə prosesində suyun hərarəti və vanna qəbul etməyin 
davamlılığı da vacibdir. İbn Sina (Avisenna) deyir: "Vannada (isti) 
su xəstənin sinəsini və ürəyini örtməməlidir. Hesab edilirdi ki, 
xəstələr dəriləri qızarıb şişənə kimi çimməli idilər. Dəri solğunlaşa-
nadək çimmək məsləhət görülürdü. 
Azərbaycan xalq təbabətinə görə, isti hamamdan və ya 
mürgülədikdən sonra üzə və bədənə qızılgül, nərgiz və ya bənövşə-
dən hazırlanmış efir yağı sürtmək lazımdır. Bu yagları əsasən şərqli 
qadınlar çox xoşlayırdı. Çünki, onlar dərini yumşaq və ipək kimi 
zərif edirdi. 
ŞAM AĞACININ  İYNƏLƏRİ. Bəzi Azərbaycanlılar  şam 
budaqlarından çimmək üçün cövhər hazırlayır və bu maddə  əsəb 
sistemini möhkəmlədir.  Şamdan alınan efir yağı qatı sirop halına 
gətirilir, sonra qurudulur və həb şəklinə salınır. 
 25


ROZMARİN. Azərbaycanda aşağı qan təzyiqi olan şəxslərə 
rozmarinli vanna qəbul etmək məsləhət görülür. İnanılır ki, bu ətirli 
bitki qan dövranını  tənzimləyir və möhkəmləndirici vasitə rolu 
oynayır. Hətta onun resepti belə  sənədləşdirilib. Bu məhlulu 
hazırlamaq üçün dörd fincan qaynamış suyu beş qaşıq rozmarin 
yarpaqlan olan qazana tökün, ağzını bağlayın və 30 dəqiqə saxlayın. 
Qaşığı süzün və ilıq hamam suyuna qatın. Belə vannanı  maksimum 
yarım saat qəbul etmək yetirmək olar. 
LAVANDA. Azərbaycan xalq təbabətinə görə lavanda 
dəmləməsində çimmək spazm əleyhinə xeyirlidir və bu, sakitləş-
dirici effektə malikdir. Həmçinin ondan nevrasteniya və taxikardiya 
(ürəyin tez-tez döyünməsi) zamanı istifadə olunur. 
MƏRZƏ. Azərbaycan xalq təbibləri deyir ki, mərzə  dəm-
ləməsində çimmək yel və  əsəb xəstəlikləri üçün yaxşıdır və sidik 
qovucu rol oynayır. 
ƏMƏKÖMƏCİ. Azərbaycan xalq təbabətinə  əsasən,  əmə-
köməci dəmləməsi ürək xəstəlikləri, taxikardiya üçün xeyirlidir və 
o, qan təzyiqini azaldır. Hamam suyu isti deyil, ilıq olmalıdır. 
QOXUNUN GÜCÜ. Orta əsrlər Azərbaycan təbibləri 
inanırdı ki, bu ətirli maddələrin qoxusu azarları sağaltmağa kömək 
edir. Alimlər "gül bağlarının terapevtik istifadəsi" adlana bilən bir 
terapiya növü təklif edirdilər. Orta əsrlər hökmdarlarına və zadə-
ganlarına boş vaxtlarını müalicə və istirahət məqsədilə çiçəkli bağ-
larda keçirmək məsləhət görülürdü. İnanılırdı ki, çiçəklərin  ətrini 
nəfəslərinə çəkmək insanları sağaldar və yüngülləşdirər. 
Nəzərə alsaq ki, orta əsrlər Azərbaycan təbibləri müasir el-
mi təbabətin üstünlükləri olmadan işləyirdi, onda demək olar ki, 
aromaterapiya xəstələri asan əldə edilən təbii maddələrlə mualicə 
etməyin ixtirası yolu idi. Məsələn, həkimlər buxur və  ətirli 
qatrandan təbii antiseptik kimi istifadə etməyin yolunu taprmşdılar. 
Nanə və çoban yastığı kimi otlar antiseptik və sağaltma xü-
susiyyətləri ilə tanınırdı. Bu gün alimlərə  məlumdur ki, bu ətirli 
bitkilərin tərkibinə  mıkrobları öldürmək və yaralan təmizləmək və 
sağaltmaq qabiliyyətinə malik olan efir yağları daxildir. 
UNUDULMUŞ  BİTKİLƏR. Təəssüf ki, bu gün 
aromaterapiyadan istifadə Azərbaycanda geniş yayılmamışdır. 
Hətta Azərbaycan həkimlərindən bəziləri bu termin haqda heç 
eşitməyib. Bu təcrübədən yalnız çox az miqdarda kəklikotu, 
qızılgül və əmə-köməcinə etibar edən xalq təbibləri istifadə edir. 
 26


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə