Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix04.07.2018
ölçüsü1,29 Mb.
#53150
1   ...   5   6   7   8   9   10   11   12   ...   51

Aromaterapiyaya aid orta əsrlər  əiyazmalannın  əksəriyyəti 
keçən  əsrdə  məhv edilmişdi. 1920-ci ildə bolşeviklər Bakını  işğal 
edib Sovet İmperiyasım qurduqdan sonra Azərbaycanlılar tarixi 
köklərini, adət-ənənə və inamlarını unutmağa məcbur edilmışdi. 
ƏRƏB  ƏLİFBASININ ARADAN GÖTÜRÜLMƏSİ. Bol-
şeviklər "zorakılığın köhnə Dünyasını” tamamilə  məhv edib öz-
lərinin daha ideal hesab etdiyi dünyalarını qurmağı  qərara aldılar. 
Sovetlər bütün islam təsirini aradan qaldırmağa can atdıqları üçün 
kitab yandırma kampamyasına başladılar. Lakin belə bir qaydanın 
qurbanı  təkcə Qur'an və dini əlyazmalar olmadı.  Ərəb  əlifbası ilə 
yazılan tibbi və elmi müşahidələrə  əsaslanan  əlyazmalar da 
yandınldı. (Mərhum Doktor Asəf Rüstəmovun yazdığı  məqalələrə 
bax: (1) "Ərəb  əlifbasının aradan götürulməsi: Tibbi biliyin 
itirilməsin (Aİ 3.4), Qış 1995. Həmçinin (2) “Yalnız usaqlar üçun: 
Onlar kitablarımızı yandırdıqları gün” (Al 7.3), Payız 1999). 
Stalin Sovet Sosialist Respublikalarında hər  şeyin yeni 
olmasını istəyirdi - yeni Sovet təbabəti, yeni Sovet elmi, yeni Sovet 
mədəniyyəti, yeni Sovet texnologiyası  və  sənayesi, yeni Sovet 
ziyalıları  və yeni Sovet xalqı. O özü bu yeni sahələr haqda çox 
cildli əsərlər yazmışdır; onun yasadığı dövrdə (1953-cu ilədək) bu 
əsərlər Sovet ideologiyasının  İncilinə çevrilmişdi. Qədim təbabət 
kitabları yandırılmış,  ənənəvi  əczaçılıq dükanları bağlanmış, xalq 
təbibləri isə  həbs edilmiş, türməyə salınmış  və  hətta bəzən 
öldürülmüşdü. 
Müalicəvi bitkilərə dair qədim kitablar qiymətləndirilmirdi. 
Milli adətlərə dair hər bir şey ideologiya baxımından vaxtı keçmiş, 
mənasız və  zərərli sayılırdı. Bizə bu gün qəribə  gəlsə  də Sovet 
rejimi dövründə  ərəb  əlifbası ilə yazılan qədim təbabət kitablarını 
oxuyan bir şəxsı casus kimi həbs edə bilərdilər. 
Stalinin ölümündən sonra belə xalq təbiblərinə qarşı Sovet 
qanunları  hələ  də ciddi idi. Hətta nisbətən sakit və mülayim dövr 
sayılan Brejnevin dövründə  də xalq təbibləri  şarlatan sayılırdı. 
Qədim reseptlərin köməyilə müalicə etmək ciddi surətdə qadağan 
olunmuşdu. 
Xəstələri yalnız Sovet təhsili almış  həkimlər müalicə edə 
bilərdi və onlara da aromaterapiya və digər  ənənəvi müalicə növ-
lərindən istifadə etmək icazə verilmirdi. Əgər hər hansı bir həkim 
qeyri-qanuni,  ənənəvi müalicədən istifadə etsəydi, o, məhkəmə 
 27


tərəfindən məhkum oluna, diplomundan məhrum edilə  və  hətta 
fırıldaqçı kimi bir neçə illiyə həbs oluna bilərdi. 
Ucqar kəndlərdə  bəzi yaşlı xalq təbibləri qeyri-qanuni və 
gizlin ətirli bitkilərlə müalicə etməyə davam edirdilər. Bəzən Sovet 
höküməti onlara fikir vermirdi və onları əhəmiyyətsiz hesab edirdi. 
Bu təbiblərin sayəsində Azərbaycan xalq təbabətinin bəzi 
əsasları saxlanıldı. Lakin ümumilikdə isə bu irs itirildi. 70 il Sovet 
hökmranlığı altında, bu sahəyə aid kitabların qadağan olunduğu, 
xalq təbiblərinin təqib edildiyi və bu ideyanın qeyri-elmi, vaxtı 
keçmiş  və  cəfəng ideya hesab edildiyi bir zəmanədə  ənənəvi 
aromaterapiya tamamilə necə saxlanıla bilərdi? 
ƏLİFBA DEYİŞİKLƏRİ. Buna səbəb olan digər bir faktor 
odur ki, 20-ci əsr ərzində Azərbaycan əlifbası üç dəfə dəyişdi: ərəb 
əlifbasmdan latına (1920-ci illər), latından kirilə (1927-ci il), və 
yenidən kirildən latına (1991-ci ildə) (Jurnalın "Əlifba və Dilin 
keçid dövrü" (Aİ 8.1), Yaz 2000 nömrəsinə bax). Nəticə etibarilə, 
bu gün Azərbaycan Respublikasında bizə  gəlib çatmış    ərəb 
əlyazmalannı oxumağı bacaran çox az insan var. Sadəcə olaraq, 
sonrakı  nəsillər onların  əcdadları  tərəfindən sənədləşdirilmiş tibbi 
biliklərdən təcrid olunmuşlar. 
Bu gün orta əsrlər tibbi əlyazmaları əsasında həmin ənənəni 
yenidən canlandırmaq çox vacibdir. Bu bizim irsimizdir. Zənnimcə 
orta  əsrlər Azərbaycan aromaterapiya təcrübələrindən imtina 
ediməməli, onlara etinasızlıqla yanaşılmamalı, əksinə onlar möhtə-
şəm elmi maarifçiliyinə görə ordan-burdan toplanmalıdır. Bu tibbi 
mətnlər yalnız tarixi baxımdan maraqlı deyil; onlar təkcə Azər-
baycanda yox, digər ölkələrdə  də  həyatın keyfıyyətini 
yaxşılaşdırmağa kömək edə bilər. 
AROMATERAPİYANIN BƏRPA EDİLMƏSİ. Aromate-
rapiya kimi altemativ təbabət təcrübələrini bərpa etmək asan iş 
olmayacaq.  İqtisadi böhran və Sovet höküməti dağıldıqdan sonra 
keçid dövrünün çətin olduğuna görə çoxları o qədər kasıbdır ki, 
yeni dəbdəbəli müalicə üsulları haqda heç fikirbşə  də bilmir 
(məqalə 2001 ildə yazılmışdır – red.)
Bundan başqa, Azərbaycan həkimlərinin bir neçə nəsli So-
vet universitetlərində təhsil alıblar. Onlar keçmiş Sovet İmperiyası 
dövrundə  qəbul edilmiş standart müalicə metodlarından istifadə 
edir. 
 28


Onlar  ərəb  əlifbasını bilmir və Azərbaycan orta əsrlər  əl-
yazmalarında olan qədim botanik və tibbi terminləri başa düşmür-
lər. Həkimlərin çoxu rus dilini bilsələr də ingilis dilini bilmir və 
buna görə də Qərb təbabətində  ən son meyllər və müasir dunyada 
aromaterapiyanın getdikcə populyarlasması haqda xəbərləri yoxdur. 
Yəqin ki, Azərbaycanda  ənənəvi təbabətin bərpası yalnız 
qədim təcrübəni müasir elmi biliklərlə birləşdirməyə  səy göstərən 
fəal və azad fıkirli yeni həkim nəslinin sayəsində mümkün olacaq. 
Bir zamanlar Azərbaycanlıların aromaterapiyaya dair geniş 
məlumatı var idi. Bu qədim irsin sirlərini aça bilsək onlar bu gün də 
yararlı ola bilər. 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva  
  
 
QƏDİM ŞƏRABLAR 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 8.3 (2000) © 2000. 
Azerbaijan International AZERI.org 
 
əşhur Azərbaycan alimi və cənubi Azərbaycanda yerləşən 
(indi Iranda) Marağa rəsədxanasınin banisi Nəsrəddin 
Tusi (1201-1274) yazırdı: "Ağıl və ayıqlıqdan yaxşı  cə-
hət, ağılsızlıq və içkiyə aludə olmaqdan isə qorxulu bəla yoxdur." 
Lakin buna baxmayaraq orta əsrlər alimləri müalicəvi tədbirlər 
üçün şərabın xüsusi növlərini məsləhət görürdülər. Qərbdə daha çox 
Avisenna kimi tanınan və ilk müfəssəl elmi-tibbi əsər olan "Tibb 
qanunlan"  əsərinin yaradıcısı  İbn Sina (980-1137) göstərirdi: "Əl-
bəttə ki, şərabdan qədərində istifadə  mədə  və digər orqanlar üçün 
xeyirdir, lakin ondan həddən artıq istifadə  zərərli və  təhlükəlidir. 
Siz dönə-dönə içkili şəxslər görmüşsunüz və onlara qarşı nifrət hiss 
etməyinizdə haqlı olmuşsunuz." 

ŞƏRAB  İSTEHSALININ TARİXÇƏSİ. Azərbaycanda 
şərab istehsalı ta qədimdən mövcuddur. Qədimdən bəri Yaxın Şərq 
ərazisində müxtəlif növ üzüm yetişdirilib. Məsələn, arxeoloqlar 
Azərbaycanın Xanlar rayonunda eramızdan əvvəl (e.ə.) 2-ci minil-
liyə aid içərisində  şərab qalıqları ilə basdırılmış küplər tapmışlar. 
E.ə. yeddinci əsr Assuriya mixi mənbələrində indiki cənubi 
 29


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə