Согласно историческим описаниям, когда-то в Авлабаре – центре старого Тифлиса, откуда, начинается его история, стояла албанская церковь посвящённая и монастырь Ходжаванк



Yüklə 190,67 Kb.
səhifə1/2
tarix15.04.2018
ölçüsü190,67 Kb.
#38702
növüYazı
  1   2

Yengi Ögə

Bəxtiyar Tuncay

Xalçalarımızda rast gəlinən həyat ağacı və doğum ilahəsi motivlərinin tarixi və mifoloji kökləri

M. Seyidov yazır ki, suya və bitkiyə (ağaca) inam türkdilli xalq­ların əski inamlar aləmi ilə bağlıdır. Su da, ağac da (Dünya ağa­cı) ilkindir. İnsan və həyat onlardan yaranmışdır (Seyidov, 1983, s. 118).

V. Radlov tərfindən yazıya kö­çürülmüş “Yaradılış” (Dünyanın yaranması haq­qın­da) dastanlarının birində belə deyilir:

«…Tanrı Qara xan dümdüz bir dünya yaratmşdı… Sonra yerdə doqquz budaqlı ağac bitirdi, hər budağın al­tın­da bir adam yaratdı ki, onlar doqquz insan irqinin ataları oldular. Er­lik insanların gözəlliyini, xoş həyatını görüb Tanrı Qara xan­dan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Erlik istəyindən dönmədi, insanları öz tərəfinə çək­mə­yə başladı. Qara xan insanların azğınlığını, Erliyə aldanma­la­rı­nı görəndə onları özbaşına buraxdı. Erliyi isə yer altındakı qa­ran­lıq dünyanın üçüncü qatına qovdu. Özü isə göyün on yed­din­ci qatını yaradıb, oraya çəkildi. Mələk­lərindən birini insanları qo­ru­maq üçün yer üzünə göndərdi…» (Cəfərov, 2004, səh 13).

Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın hey­kəlciklərinin xüsusi yeri olmuşdur. Belə heykəllər təd­qi­qat­çı­lar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qədər Azər­baycan, Şərqi Anadolu və Cənubi Tükmənistan ərazisində yü­zə yaxın belə heykəlcik tapılmışdır. Maraqlıdır ki, onların bir ço­xunun qarın nayihəsində ağac təsviri cızılmışdır (Bax: Şəkil 1). Bu fakt qə­dim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır. Məsələ bu­rasındadır ki, qədim türk miflərində ağac qadınla, doğum ila­həsi ilə birbaşa bağlıdır (Azərbaycan tarixi, 1994, s. 31-32).

Şəkil 1. Sibirdən və Türkmənistandan tapılmış Umay ana heykəlləri
M. Seyidov özünün «Azərbaycan mifik təfəkkürünün qaynaqları» adlı mo­noq­rafiyasında mövzu ilə bağlı çox maraqlı fikirlər söyləyərək bildirmişdir ki, «Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri ol­muşdur. Həmin pirlər əsasən uşaq – doğum pirləri kimi də məş­hurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib ta­pı­nar, səcdəyə düşərmişlər. Ağacın doğum piri olması, onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu ina­mın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Bizcə, ardıca və baş­qa ağaclara belə münasibət ağac onqonu ilə əlaqədardır, ağa­ca sitayişin əlamətidir. Bir çox axtarışlar göstərir ki, ağaca si­ta­yiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş olmuşdur. Bu mə­sələ ilə əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən mad­di-mədəniyyət nümunələri elmə xeyli maraqlı material verir. Era­dan əvvəl 4-3-cü əsrlərə aid edilən həmin sənət nümunələri içə­­risində bir əl-üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir.

Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olun­muş­dur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaz­nova qeyd etmişdir ki, burada doğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur. Dəsmaldakı təsvir sübut edir ki, qədim türklər, o cümlədən Altay türkləri ən qədim za­man­lardan ağaca müqəddəs şey kimi baxırmışlar» (Seyidov, 1983, s. 37-38).

Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə bir­gə təsəvvür etmişlər. Bu mifoloji baxımdan təbii haldır. Dün­ya ağacı bütün dünyanın, eləcə də yaradıcısı, hamisi sayılırmış. Be­lə inam hökm sürürdüsə, deməli, uşaqları himayə edən ilahə, yə­ni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi. «Məşhur tür­koloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı ma­terialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki, türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umayla ağac həmişə qo­şa xatırlanmışdır və bu hal XIX əsrin sonu – XX əsrin əv­vəl­lə­rinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən top­ladığı materiallarda deyilir: Biz ilkin atamız Ülgendən tö­rə­di­yi­miz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən en­miş­dir» (Seyidov, 1983, s. 38).

Bu sitatdan göründüyü kimi, qədim türklər ağacın doğum ila­həsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sö­zü­ge­dən inamın məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və hə­min düşüncə tərzinin də ən azı Eneolit dövründə formalaşdığını sü­but edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir.

Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cı­zıl­ma­sı da heykəlciklərin məhz Umaya aid olduğunu sübut edir. Mə­sə­lə burasındadır ki, qədim türk dilində ana bətninə, yəni qadın uşaq­lığına “umay” deyilmişdir. Bu fakt «Qədim türk lü­ğəti»ində də təsbit edilmişdir (Древнетюркский словарь, 1969, s. 631). Bu səbəbdən də ilahə heykəlciklərinin qarnında cı­zılan ağac təsvirləri ideoqrafiya nümunəsi kimi də gözdən ke­çi­rilə bilər.



Şəkil 2. Xalçalarımızda rast gəlinən doğum ilahəsi və həyat ağacı motivi
Qadının, daha doğrusu doğum ilahəsinin ağacla birlikdə və ya ağac formasına bənzər formada təsvirinə xalçalarımızda da rast gəlmək mümkündür ki (Bax: Şəkil 2), bu halda hər iki element naxış kimi çıxış edir. Bu elementlərin Qobustandakı ana-ilahə təsvirləri ilə müqayisəsi sözügedən motivin Mezolit və hətta Paleolit dövrlərinə qədər uzandığını tərəddüd etmədən söyləməyə əsas verir (Bax: Şəkil 3).


Şəkil 3. Qobustan təsvirlərində və xalça naxışlarımızda rast gəlinən doğum ilahəsi motivi


Şəkil 4. Doğum ilahəsinin Türk coğrafiyasının müxtəlif bölgələrindən əldə edilmiş təsvirləri
135-ci şəkildəki xalçanı mövzumuz baxımından maraqlı edən iki məqamın üzərində durmağa ehtiyac var. Bunlardan birincisi ana ilahəsinin eynən 134-cü şəkildəki xalçada olduğu kimi ağacla birlikdə təsvir edilmiş olması, ikincisi isə kompozisiyanın rombşəkilli fiqurlardan təşkil edilməsidir. Maraqlıdır ki, ağac kimi romb da ana ilahəsinin simvollarından biri kimi çıxış edir və bunun qədim Türk təsviri və dekorativ-tətbiqi sənət nümunələri içərisində çox sayda örnəyinin olduğu məlumdur (Bax: Şəkil 4). Həmin motivə bu və ya digər dövrlərdə əcdadlarımızın ayağı dəymiş başqa coğrafiyaların mədəniyyətlərində də rast gəlirik (Bax: Şəkil 6, 7).

Əski Türk yazı sistemində bəzən ortasında nöqtə qoyulmaqla təqdim edilən, «n» və «nq» (səğir nun, sonor «n») səslərini ifadə edən bu işarənin (Bax: Şəkil 5) də digər işarələr kimi piktoqrafiyadan ideoqrafiyaya, ideoqrafiyadan fonetik səsə qədər uzun bir təkamül mərhələsi keçdiyini və ideoqrafik işarə kimi «ana» kəlməsini ifadə etdiyini söyləyə bilərik (Yengi Ögə).



Şəkil 5. Orxon-Yenisey yazılarında «n» və «nq» səslərini ifadə edən hərfin rombşəkilli damğa
İtaliya ərazisindən tapılan və e.ə. V minilliyə aid edilən bir ilahənin üzərində eyni anda həm ağac ideoqramına, həm də rombşəkilli ana damğasına rast gəlirik (Bax: Şəkil 138).

Şəkil 6. İtaliyanın şimalından tapılmış Umay ana heykəli
Qədim türk-şaman mifologiyasında geniş yayılmış kult­lar­dan biri də ağacla bağlıdır. Özü də bu halda ağac totem kimi çı­xış edir və insanların yaradılışı bilavasitə onunla bağlıdır. V. Radlov tərfindən yazıya köçürülmüş “Yaradılış” dastanında (Dün­yanın yaranması haqqında) deyilir:
Günlərdən bir gün idi, Tanrı dolanır idi,

Baxdı, bir ağac gördü, göyə uzanır idi.

Qəribə ağac idi, qolsuz, budaqsız idi.

Tanrı bunu görüncə öz-özünə söylədi:

«Çılpaq qalmış bir ağac, belə qolsuz, budaqsız,

Gözləri heç oxşamır, görkəmi də çox dadsız».

Tanrı buyurdu: «Bitsin doqquz qolu hələlik».

Bitdi dərhal doqquz qol, doqquz budaq üstəlik.




Şəkil 7. Keltlərdə ana (doğum) ilahəsi
Heç kim bilmir, Tanrının düşüncəsi nə idi,

Soylar törəsin deyə belə bir əmr verdi:

«Doqquz kişi qılınsın doqquz qolun kökündən,

Doqquz oymaq törəsin həmin doqquz kişidən!»

Bir gün Erlik Tanrının yanında durmuş idi,

Tanrının qarşısında çöküb oturmuş idi.

Nəsə gurultu gəldi Tanrının sarayından,

«Bu nədir?» – deyə Erlik çatladı marağından.

Bunu eşidən Erlik dərhal dedi Tanrıya:

«Nədir bu gurultular, gəlirlər dışarıya?»

Tanrı dedi: «Nə olsun, sən də xansan, mən də xan,

Onlar mənim xalqımdır, mənim əmrimə baxan».

Şeytan bunu eşidib birdən-birə sevindi,

«Bu ulusu mənə ver, nə olar, Tanrı» – dedi.

Şeytanın bu sözündən Tanrı sezdi işi,

«Xeyr, vermərəm sənə» – deyib bitirdi işi.

Şeytan bu sözdən sonra qərq oldu düşüncəyə,

Min bir qurğu quraraq, əl atdı min hiyləyə:

«Bu işi görmək üçün min hiylə hörməliyəm,

Tanrının ulusunu yerində görməliyəm».

Varmış, yola düzəlmiş, uzun-uzun yürümüş,

Yetmiş bir günə çatmış, amma çox şeylər görmüş.

Baxmış Tanrının xalqı yarısı insana bənzər,

Yarısı quşa, yarısı da vəhşi heyvana bənzər.

Söyləmiş öz-özünə: «Tanrı bütün bunları

Nə etdi, necə aldı? Almalıyam onları.

Tanrının ulusunu ulusum etməliyəm».

Şəkil 8. Xalçalarımızda rast gəlinən rombşəkilli ana damğasının naxış forması
Öz-özünə söyləmiş bunu düşünən şeytan:

«Bəs nə yeyir, nə içir, bu qədər insan?»

Baxmış ki, xalq toplanıb bir ağacın solunda,

Meyvə yeyib, dururlar ağacın tək qolunda.

Yeməmiş heç biri üzbəüzdəki qoldan,

Yaxın getməmiş ora nə sağdan, nə də soldan.

Şeytan bunu görüncə, çaşıb qalmış, doğrusu,

Demiş barı soruşum, nə deməkdir görən bu:

«İndi gördüm mən burada sizlərə baxınca,

Niyə meyvə yeyirsiniz bu qollardan yalnızca?»

Tanrının ulusundan biri ona söyləmiş:

«Bu qollardan yeyirik, Tanrı bu əmri verdi,

Biz onun qullarıyq, Tanrı belə dedi.

Tanrı bizə söylədi: Görün bu dörd budağı,

Dəyməsin meyvələrin heç kimsənin dodağı.

Dedi: Gündoğan yöndə beş budaq da var daha,

Sizin aşınız odur, yeyin, gəlin iştaha.

Bunu deyən Tanrımız çıxıb göylərə getdi,

Bu ağacın dibinə iti gözətçi etdi.



Şəkil 9. Qaşqay türklərinə aid Ana damğa motivi ilə bir xalça
Gedəndə isə dedi; Saqın uyuyub qalma,

Əgər şeytan gələrsə, əsla yaxın buraxma.

Gözətçi it yanına təyin etdi bir ilan,

İlana da üstəlik Tanrı etdi elan;

Əgər şeytanı görərsə, möhkəmcə çal şeytanı!

Bərkitdi bu sözlərlə həm iti, həm ilanı,

Dedi: Gündoğan yöndə dörd budaq var heç kəsi

Buraxmayn yanna, qadağandır meyvəsi.

Uzaq tutun hamını, kimsə yaxın durmasın,

Budaqlara qoymayın kimsə əlin vurmasın.

Daha nə etmək olar, beş budaqdan yeyirik,

Tanrının əmridir bu, əmrinə baş əyirik».

Şeytan bunu eşidib, ağaca doğru vardı,

Törüngey adlı biri xalq içində yaşardı,

Şeytan ona yanaşıb al dili ilə söylədi:

«Tanrı sizə demiş ki, dörd qola yön almayın,

Sizin ağlınız varmı? Yalana inanmayın!

Bu dörd qolun meyvəsi yasaq edilmiş sizə,

Heç belə də söz olar? İnanmayın bu sözə!

Bu, böyük bir yalandır, gerçəklə nə işi var?

Meyvəsi qadağandır, heç belə də söz olar?»

Şeytan deyərkən bunu möhkəm yatırmış ilan,

Bixəbərmiş büsbütün baş verən əhvalatdan.

Şeytan girdi yavaşca lap qəlbinə ilanın,

Aldatmağa başladı, azmı onun yalanı?

Dedi: «İlan, uyuma! Dırmanıb çıx ağaca!»

İlan başlayıb birdən dırmandı sıx ağaca,

Bu yasaq meyvələrdən birinci daddı ilan,

Şeytana uyub oldu birinci qanun pozan.

Hanı? Törüngey adl bir ər kişi vardı ha,

Vurulmuşdu könüldən Eci adlı bir qıza.

Yasaq meyvə yeyərkən səsləndi birdən ilan:

«Ey Eci, Ey Törüngey, siz də yeyin bunlardan!»

Törüngey ağıllıydı, dedi: «Yeməm bunları,

Necə yeyə bilərik yemək yasaq olanı.

Tanrı bizə buyurmuş yeməyin ondan deyə,

Mən ağzıma vurammam, sən mənə versən belə».

İlan bunu eşitcək dərin düşüncəyə batdı,

Bir dənə meyvə alıb Eci qıza uzatdı.

Eci meyvəni alıb yardı, ikiyə böldü,

Meyvənin sularını sürtdü nişanlısına.

İnsanların bədəni o vaxt tamam tük imiş,

Bu meyvədən yeyincə tükləri də tökülmüş.

Qalmışlar hər ikisi çılım-çılpaq, apayaz,

Utanıb axtarmışlar gizlənəcək yer bir az.

Biri qaçıb gizlənmiş bir ağacın dalına,

O birisə gizlənmiş bir kölgənin ardına.

Tanrı gəlib baxmış ki, hamı qaçıb dağılmış,

«Ey, Eci, ey Törüngey, gəlin!» – deyə çağırmış,

«Haradasınz?» – deyərək Tanrı axtarmış yenə.

İnsanlar cavab vermiş bu sual üzərinə:

«Ağacın altındayıq, amma gələmmərik biz».

Tanrı demiş: «Törüngey, söylə nə etdiniz siz?»

Kişi demiş: «Ey Tanrı, Eci aldanıb durdu,

Yasaq olan meyvədən dodaqlarına vurdu».

Dönüb qadın tərəfə Tanrı demiş Eciyə:

«Mən nələr eşidirəm, belə etdin sən niyə?»

Qızsa demiş: «Ey Tanrm, mən baxmadm meyvəyə,

İlan söylədi mənə: “Bu meyvəni ye”, – deyə».

Tanrı ilana demiş: «Dinləmədin sözümü!»

İlan boynunu bükmüş: «Tutammadım özümü,

Bilmədim necə oldu, şeytan aldatdı məni».

Tanrı gözləmirdi heç şeytandan bu hiyləni.

Tanrı demiş: «Ey ilan şeytan sənin içinə

Necə oldu girdi ki, uydun şeytan işinə?»

İlan demiş: «Ey Tanrım, uymazdım hiyləsinə,

Qulağım səndə idi, hazırdm hər səsinə.

Mən burada yatarkən şeytan içinə girmiş,

Möhkəm aldadıb məni, bir xainə çevirmiş».

Tanrı üz tutmuş itə: «Ey köpək, sən nə etdin?

Şeytanı tutmayaraq niyə yuxuya getdin?»

Köpək demiş: «Vallahi, şeytan nədənsə mənim

Gözümə görülmədi, onu necə görəydim?»

Bunu eşidən Tanrı ilana demiş bir yol:

«Ey ilan, bundan sonra şeytanın lap özü ol!

İnsan düşmənin olsun, öldürüb canın alsın,

Pisliyin timsalı ol, adın da elə qalsın!»

Ən çox qıza hirslənmiş Tanrı belə söyləmiş:

«Vəfasız örnəyi, ey Eci adlı qadın,

Şeytan aşını yeyib onun sözünə qandın.

Mənim “yemə” dediyim meyvəni alıb yedin,

Üstəlik, Törüngeyə “sən də bunu ye” dedin!

Bundan sonra uşağı ancaq qadın doğacaq,

Onu doğum sancısı, iztirablar boğacaq!»

Tanrı ərə üz tutub, ona da belə demiş:

«Sən də qadına uydun, tutdun şeytan sözünü,

Şeytan aşını yeyib, itirdin sən özünü.

Şeytana möhkəm uydun, sözlərimi unutdun,

Demək, sən məni atdın, gedib şeytanı tutdun?

Mənə qulluq etməyən işığımla dolarmı?

Mənim sözümdən çıxan ehsanımı bularmı?

Sənin yerin nur deyil, qaranlıq yerlər olsun,

Qəlbin işıqla deyil, ancaq zülmətlə dolsun!

Yaxşı bilirsiniz ki, şeytan mənim düşmənim,

Şeytanla dostluq edən, utan, oldun düşmənim!

Nədir sənin etdiyin, rəva gördüyün mənə,

Sənin bu etdiyini düşmən də etməzdi sənə!

Əgər sən yeməsəydin şaytanın bu aşını,

Mənim sözümü tutub, döndərsəydin başını,

Olardın, eş, arxadaş Tanrı yanında tez-gec,

İndi artıq özünə öz yolunu özün seç!

Oğul-uşaq törədin, artırın soyunuzu,

Doqquz oğlan, doqquz qız törətsin boyunuzu.

Mən heç zaman yaratmam faydasız insan oğlu,

Şeytanın yol yoldaşı, vəfasız insan oğlu,

Şeytanın duasını alan sən insan oğlu!»

Tanrı şeytana sonra qəzəblə belə dedi:

«Sən necə aldadırsan insanı elə?» – dedi.

Şeytan tanrıya baxıb həyasızcasına demişdi:

«"Ulusundan ver”, – deyə xahiş etdim mən sənə,

Xahişimi rədd edib, “vermirəm” dedin mənə.

Mən də oğurluq etdim, hiylə silahın aldım,

Atla qaçanı belə düşürüb yerə saldım.

Qəlbinə fəsad əkdim araq, içki içənin,

Yumruqla canın aldım insanla döyüşənin.

Suya gedənlərin də kəsəcəyəm yanını,

Suyun dibinə basıb alacağam canını.

Ağaca çıxanların, qayaya çıxanların,

Ayağını büdrədib, olaram yıxanları».

Bunu eşidən Tanrı şeytana belə dedi:

«Sənə yer hazrladım üç qat yerin dibində,

Nə günəş var, nə də ay qaranlıqlar içində.

Səni göydən aşağı sürdürüb endircəyəm,

Səni yerin altına basıb sindirəcəyəm».

Bundan sonra da tanrı insana belə dedi:

«Məndən yemək gözləmə, məndən sənə kömək yox,

Çalışın özünüz aş bişirin, olun tox!

Bundan sonra mən sizə görünməm, hər şey bitir,

Mənim elçim May-Tərə sizinlə yerə gedir.

Hər nə lazımsa artıq sizə öyrədəcək,

Mənim elçim olacaq, xəbərlər gətirəcək!» (Ögəl, 2006, s. 448-450).

Şəkil 10. Vağ-vağı naxışı
Yuxarıda təqdim etdiyimiz əfsanədən belə görünür ki, ağac tək­cə insanın əcdadı kimi yox, bütün canlı varlıqların, o cüm­lə­dən heyvanların ulu əcdadı kimi gözdən keçirilir. Bu fakt Azərbaycan dekorativ sənətinin, xüsusən də xal­ça­la­rımızın əsas və əvəzsiz bəzək elementlərindən biri kimi çıxış edən “vağ-vağı” naxışının (Bax: Şəkil 10) daşıdığı mifoloji yükün semantik mənasını daha yaxşı dərk etməyimizə kömək edir:

…Baxmış Tanrının xalqı yarısı insana bənzər,

Yarısı quşa, yarısı da vəhşi heyvana bənzər.

Söyləmiş öz-özünə: «Tanrı bütün bunları

Nə etdi, necə aldı? Almalıyam onları.

Tanrının ulusunu ulusum etməliyəm».

Öz-özünə söyləmiş bunu düşünən şeytan:

«Bəs nə yeyir, nə içir, bu qədər insan?»

Baxmış ki, xalq toplanıb bir ağacın solunda,

Meyvə yeyib, dururlar ağacın tək qolunda…


Ağac bu­daq­la­rı­nı və hər budaqda meyvəni əvəz edən quş və heyvan baş­la­rın­dan ibarət olan bu naxış barədə Lətif Kərimov ətraflı məlumat ver­mişdir (Керимов, 1983, s. 92-93).

Bu süjetdəki digər maraqlı məqam həyat ağacını qoruyan ilanla ilan cildinə girən şeytan obrazları ilə bağlıdır. Həmin obrazlar ən qədim nümunəsinə Göbəklitəpədən əldə edilmiş möhür üzərində rast gəlinən (Bax: Şəkil 11) və xalçalarımızda da izləri qorunub saxlanan (Bax: Şəkil 12) bir mifoloji motivin semantik mənasını anlamaq üçün açar rolunda çıxış edir. Söhbət həyat ağacı ətrafındakı qoşa ilan təsvirindən gedir.



Şəkil 11. Göbəklitəpədən aşkar edilmiş möhür (e.ə. X-VIII minilliklər) və Azərbaycandan əldə edilmiş saxsı qab (erkən orta əsrlər) üzərində həyat ağacı və qoşa ilan təsvirləri

Şəkil 12. Həyat ağacı ətrafında qoşa ilan motivi. Solda XIX əsrə aid bədii tikmə (Şəki), sağda eyni əsrə aid Şirvan xalçası
Maraqlıdır ki, Altay türklərində Umay kimi qeydə alınmış və ağacla bağlı olduğuna inanılmış mifik varlıq saxa-yakut türk­lə­rinin mifik süjetlərində Ağ Ana kimi keçir. Bu da ondan qay­naq­lanır ki, Eneolit dövründə, yəni anaxaqanlığın hakim olduğu dövr­də bu iki obraz (Umay və Ağ Ana) fərqli türk soy və boy­la­rı­nın soy anası (ulu nənəsi) hesab olunmuşlar.

İnsanın həyat ağacı ilə bağlılığı motivi ilə bir qədər dəyişik for­mada Middendorfun topladığı “Ər Soqotox” adlı saxa-yakut dastanında da rastlaşırıq


İnsanın atasının adı Ər Soqotoxdu,

Çoxlu əziyyət çəkmiş, dərdləri də lap çoxdu.

Ərəydex – Buruydaxçı ləqəbini vermişlər,

Yalqız yaşadığından ona belə demişlər.

Bir oba ortasında böyük bir evi varmış,

Bu evin dörd yanını gümüş köşəylə sarmış.

Bu ev əlli qapılı, qırx pəncərəli imiş,

Evin çatısı isə otuz girişli imiş.

Evdən içəri girib-gedənlər şərq yönünə,

Ağac Xaqana rastlar, gələrmiş lap önünə.

Çox əski bir əsinti əsərdi hey başında.

Ağac xaqan böyükdü, hər şeyin anasıydı,

Varlıq ona bağlıydı, göylə yer binasıydı.

Kökləri qapadardı yeraltı dünyasını,

Zirvəsi dələrdi göyün doqquz qatını.

Tam yeddi ayaq idi ağacın yarpaqları,

Ondan daha böyükdü sarqan qozaları.

Ağacın tam kökündə görünürdü bir qaynaq,

Həyat suyu idi bu, axıb gedirdi apağ.

Ağ və qara inəklər qopqoca olmuşdular,

Bu sudan içənlərsə yeni can bulmuşdular.

Ağacda uçan quşlar yorğun, bitab olurdu,

Gəlib bu sudan içən yeni qüvvət bulurdu.

Bu müqəddəs ağacın bir sahibi var idi,

Bir dişi tanrıçaydı, saçları da qar idi.

Özü çox qocalmışdı, köksü tam alaca,

Görənlər sanardı, bir kəklik kimi qırca.

Məmələri böyükdü, aşağı sallanırdı,

Uzaqdan baxan adam iki tuluq sanırdı.

Əslində isə bu ağac adi boyda, kiçikdi,

Ana tanrı gəlincə, ona görə böyürdü.

Böyüyərkən səs çıxar, gurultu qopardı,

Bu səs yavaş-yavaş, getdikcə çoxalardı.

Ər Soqotox adlı ər, yalqız yaşayan adam,

Yakut türkünə görə, bu da bir növü Adəm,

Düşünmüş, «görən məni kimlər doğdu» deyə,

«Mənə bu canı verib, meydana qoydu» deyə.

Getmiş, sormuş ağacdan, «anam kimdir» deyə,

«Əlbət bir atam vardır, atam kimdir» deyə.

Ağac da dilə gəlib, soyunu sayıb tökmüş,

Ər Soqotox utanıb, sayqıyla diz çökmüş.

Göy Tanrısı Ər Toyon onun atasıymış,

Arvadı Gübey xatun onun anası imiş.

Əslində insanoğlu göydə doğmuş imiş,

Vücudu bütün müqəddəsliklərlə dopdolu imiş.

Amma gəlmiş bir gün ki, demiş ata-anası,

Haydı burdan enib get, topla darağı, tası.

Anası ona derkən ona «haydı, get sən elinə»,

Bir tuluq həyat suyu tutuşdurmuş əlinə.

Demiş ki, sən bu suyu sol qoluna al, gəzdir,

Bu sənə həyat verər, vaxtı gələcəkdir.

Aradan zaman keçmiş, bu insan bir ər olmuş,

Hərb meydanında savaşlar edər olmuş.

Necə olmuşsa, biri köksünü oxla deşmiş,

Vermiş son nəfəsini, həyatı sona yetmiş.

Həyat suyundan Tanrı bircə damcı sıçratmış,

Bir kiçicik damcıcıq qəlbə qonub islatmış.

İnsan dərhal dirilib, canına həyat dolmuş,

Doqquz dəfə daha çox güclü, qüvvətli olmuş (Ögəl, 2006, s. 112-114).

Şəkil 13. Çatal-Höyükdən tapılmış ana ilahəsi
Bu süjetdə diqqəti daha çox çəkən ən maraqlı məqam bəhsi keçən ağaca quşların dirilik suyu içmək üçün gəlməsidir. Elə bu məqam da dekorativ-tətbiqi sənət nümunələrində, o cümlədən xalçalarımızda tez-tez rast gəldiyimiz həyat ağacı və quş motivinin semantikasını anlamağımıza yardımçı olur. Hərçənd ki, burada Umay ananın simvolunun həm quş, həm də ağac olması faktını da unutmamalıyıq.

Diqqəti çəkən ikinci önəmli məqam Ağ Ananın «məmələri böyük və aşağı sallanan» qoca qarı kimi təsvir edilməsidir. Bu təsvir Çatal-Höyükdən tapılmış ana tanrıçası heykəllərini xatırladır (Bax: Şəkil 13).

Ər Soqotox dastanının ən yaxşı mətni məşhur alman linq­vis­ti O. Böhtlinq tərəfindən toplanmış variantı hesab edilir. Onun məzmunu belədir:

“Ər Soqotox adlı bir adam varmış. Anası-atası yox imiş. Göy­dənmi endiyini, yerdəmi çıxdığını özü də bilmirmiş. Bir qə­rib adam imiş. Boyu on geniş qarış, eni dörd geniş qarış, bir çiy­nin­dən də o biri çiyninə qədər beş qarış olarmış. Qolları quru­muş qayın ağacı kimi, gözləri isə at qantarğasının halqaları kimi yup­yumru imiş. Burnu da inəyin omba sümüyü qədər böyük imiş.

O ki qaldı gücünə, donmuş ağacları belə kökündən çı­xart­maq onun üçün heç nə imiş. Quru, azman qayın ağacından tutub, qır­maq ona ləzzət verirmiş. Bitmiş ağacları kökündən çıxarıb at­maq onun üçün bir heç imiş. Sözləri göy gurultusunu, nəfəsi kü­lə­yi, səsi fırtınaları, baxışı isə ildırımları andırırmış. Yurdundakı ça­yırlar qalay kimi parlar, meşələr isə misdən qayrılmış bir yer par­çasına bənzəyirmiş. Sular günəş kimi bərq vurarmış... Yur­dun­da bir süd dənizi varmış və heç qurumazmış. Ər Soqotox çay­larda yuyunar, meşələrdə ov edərmiş.

Həmin yurdun sərhəddində böyük bir dəniz də varmış. Bu də­nizin qumları şüşə parçası kimi, dağları da eynən ağ gümüş ki­mi parlarmış... Meşələrində aslanlar dolaşır, acıqlı ayılar gəzir və boz qurdlar olurmuş. Onun yurdunda heç quş yoxmuş. Ağac­la­rın üstündə qartallar qıy vurar, quşlar ötərmiş. Ağaclar yar­paq­la­rını heç tökməzmiş.



Yüklə 190,67 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə