SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə22/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

79 
 
yətlə,  ideyalar  intuisiya
55
 vasitəsi  ilə  dərk  edilir  və  bu 
həqiqi bilikdir. Maddi aləmin təzahürləri isə  yalnız təsəv-
vürlərdir. Bu təsəvvürlər isə heç də həqiqi bilik deyildir.  
Platon fəlsəfəsində sevgi hissinə də böyük əhəmiyyət 
verilir.  Onun  təsiri  o  qədər  böyükdür  ki,  onsuz  heç  nə 
təsəvvür  edilməz.  Hətta,  gözəlliyə  və  xeyrə  olan  sevgi 
hissi  insan  ruhunun  ideyasıdır.  Ən  böyük  güc  isə  sevgi 
tanrısı  Erotdur  (17,  86).  Onun  verdiyi  güc  heç  nə  ilə 
müqayisə  edilə  bilməz.  Erot  təkcə  insanda  deyil,  bütün 
təbiətdə  yaşayır  və  onu  idarə  edir  (17,  94-97).  Hər  şey 
sevgidən  yaranır  və  ondan  doğulur.  Ona  görə  Erota  ən 
böyük sayğı bəslənilməlidir. Eyni zamanda, Erot bəlkə də 
tanrı da deyildir. Sadəcə insan təbiətini tanrılarla bağlayan 
bir  gücdür.  Ola  bilsin  ki,  Erot  gözəl  də  deyildir,  sadəcə 
gözəlliyə  və  xeyrə  yönəlir.  Çünki,  onda  olmayan  bir  şeyi 
əldə  etməyə  çalışır.  Həmçinin  Erot,  cismani  və  mənəvi 
sevgini birləşdirən bir gücdür.  
Bədənə  qarşı  olan  bir  sevgidə  bayağılıq  olsa  belə,  o 
lazımdır.  Çünki,  öncə  gözəl  bədənə  vurulan  insan,  sonra 
onun  ruhunda  olan  Xeyri  və  mənəvi  gözəlliyi  axtarır  və 
ona  qovuşmaq  istəyir.  Sonra  isə  sevgi  gücü  insanı  İdeal 
Gözəlliyə  yönəlməklə  tərbiyələndirir,  elmini  artırır  və  onu 
yüksək  dəyərlərlə  yaşamağa  vadar  edir.  Beləliklə,  sevgi 
hissi bizi mənəvi cəhətdən də təkmilləşdirir. Nəticədə, bu 
hisslər ədəbiyyatda əks olunur. Ona görə də, sevgi xeyrin 
təcəssümüdür. 
                                                
55
 İntuisiya  (lat.  intuitio  –  seyr  etmək)  –  həqiqətə  məntiqi  təhlil  və 
düşüncənin nəticəsində deyil, duyğu, öncədəngörənlik və təsəvvür vasitəsi ilə 
çatmaqdır. 


80 
 
Platonun  sevgi  haqqındakı  fikrini  sonrakı  dövrlərdə 
müxtəlif  xristian  və  müsəlman  (sufi)  mistik  təlimləri  mə-
nimsəmişdirlər. Ancaq, onlar sevgini yalnız mənəviyyatda 
görmüş,  onu  Tanrıya  qovuşma  yolunda  əsas  vasitə  kimi 
dəyərləndirirdilər.  Elmdə  isə  Platonun  bu  fikirlərini 
Ziqmund  Freyd  istifadə  etmişdir.  Onun  psixoanalizində 
Sevgi hissi insan təbiətinin aparıcı güvəsidir. 
Platon  öz  fəlsəfəsində  dövlət    cəmiyyət  məsə-
lələrinə də böyük  əhəmiyyət vermişdir. Bu  məsələlər əsa-
sən  insan  və  ruh  fəlsəfəsi  aspektində  açıqlanır.  O  hesab 
edirdi  ki,  insanlar  yetkin  cəmiyyəti  fərdi  şəkildə  qura 
bilməzlər.  Ona  görə  də,  dövlətə  və  qanunlara  ehtiyac 
vardır.  Ancaq  dövlət  öz  vəzifəsini  yerinə  yetirmək  üçün 
ideala  yaxın  olmalıdır.  Bu  məqama  çatmaq  üçün  isə 
idarəçilik  üsullarının  və  qanunun  müəyyən  tələblərə 
cavab verməsi lazımdır.  
Ümumiyyətlə,  Platon  insanları  üç  təbəqəyə  böl-
müşdür.  Birinci  təbəqədə  ağıl  sahibləri  olan  insanlar  yer 
almaqdadır  (10,  253).  Çünki,  onların  mənəviyyatında 
düşüncə  digər  duyğuları  üstələyir.  Bu  səbəbdən  də  ağıl 
sahibi  olan  insanlarda  ideyaların  ardıcıllığı  ilə  ahəngi  əks 
olunur  və  bu  kimi  insanlar  ideal  gözəlliyi  də  dərk  edə 
bilirlər.  Onlar  həmçinin  Xeyrə  doğru  yönələrək  ədalət  və 
həqiqət  tərəfdarları  olub,  dünyanın  aldadıcı  özəlliklərinə 
aldanmırlar.  Məhz,  ağıl  sahibi  olan  insanlar  müdrik 
filosoflardır və onlar dövləti idarə etməlidirlər. 
İkinci təbəqəni emosianal insanlar (10, 190) təşkil edir. 
Onların  mənəviyyatında  emosianallıq  (affektlik)  payı 
daha çox olur. Bu kimi insanlar əsasən özlərinə qapanırlar. 


81 
 
Ancaq, bu təbəqədən olanlar igidlik və mərdlik örnəyi də 
ola  bilərlər.  Onlar  əsasən  orduda  qulluq  etməli,  ictimai 
asayışı  qorumalı,  öz  xidməti  borclarını  yerinə  yetir-
məlidirlər. 
Üçüncü  təbəqəni  isə  dünyaya  bağlı  olanlar  təşkil 
edirlər  (10,  189).  Onların  ruhları  maddi  aləmdən  həzz 
almağa meyllidir. Bu təbəqədən olan insanlar əsasən fiziki 
əməklə  məşğul  olmalı,  dövlətin  maddi  vəziyyətini 
yaxşılaşdırmalı, ölkəyə qulluq etməlidirlər
56
.  
Platona  görə  bir  neçə  dövlət  quruluşu  vardır  (10, 
333-354). Bunlar əsasən aşağıdakılardır: 
1.  Aristokratiya  (yun.  ἀριστεύς-sayğın  soydan  olan 
+  κράτος-hakimiyyət)  –  azlığı  təşkil  edən  ən  yaxşı 
vətəndaşların ədalətli hakimiyyəti;  
2.  Timokratiya  (yun.  τῑμή-dəyər  +  κράτος-ha-
kimiyyət) – azlığı təşkil edən hərbiçilərin və başqa dəyərli 
insanların ədalətsiz hakimiyyəti;  
3.  Oliqarxiya  (yun.  ὀλίγος-azlıq  +  κράτος-ha-
kimiyyət)  –  azlığı  təşkil  edən  varlıların  ədalətsiz 
hakimiyyəti;  
4.  Demokratiya  (yun.  δῆμος-xalq  +  κράτος-ha-
kimiyyət)  –  çoxluğun  həm  ədalətli,  həm  də  ədalətsiz 
hakimiyyəti;  
5. Tiranlıq (yun. τυραννίς-istibdad) – bir nəfərin əda-
lətsiz hakimiyyəti. 
                                                
56
 Qeyd  etmək  lazımdır  ki,  insanların  təbəqələrə  bölünməsi  prinsipi  hind 
fəlsəfəsində də vardır. Orada bu kimi təbəqələr “varna”lar adlanır. Varnalar 
dörddür: kahinlər (brahmanlar), hərbçilər (kşatriyalar), tacirlər və sənətkarlar 
(vayşyalar), aşağılanan və heç bir hüquqları olmayanlar (şudralar). 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə