SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə23/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   74

82 
 
Platonun  fəlsəfəsində  ədalətli  və  kamil  dövlət  ən 
yüksək  idealdır.  Bu  dövlətdə  hamı  öz  vəzifəsini  yerinə 
yetirməlidir.  O  hesab  edirdi  ki,  şəxsi  mülkiyyət  və  ailə 
toplumda  qarşıdurmaların  yaranmasına  gətirib  çıxardır. 
Bu isə toplumun və dövlətin birliyini pozur. Ona görə də, 
hakimiyyətdə  olan  təbəqənin  və  əskərlərin  mülkiyyəti  və 
qadınları ümumi olmalıdır (10, 327).  
Klassik  yunan  fəlsəfəsinin  üçünçü  nümayəndəsi 
Aristotel  (yun.  Ἀριστοτέλης,  m.  ö.  384  –  322)  olmuşdur. 
Frakiyanın  Stagira  şəhərindən  idi.  Aristotel  Platonun 
öyrəncisi  olmuş,  müəlliminin  ölümündən  sonra  bir 
müddət  Kiçik  Asiyada  yerləşən  Atarne,  sonra  isə  Lesbos 
adasındakı  Militena  şəhərində  yaşamışdır.  Gənc  yaş-
larından elmə və fəlsəfəyə böyük maraq göstərmişdir.  
Aristotel m. ö. 367-ci ildə Afinaya  köçmüş, Platonun 
Akademiyasında  fəaliyyət  göstərmişdir.  M.  ö.  343-cü  ildə 
Makedoniya  kralı  Filippin  dəvəti  ilə  Makedoniyaya 
köçmüş,  onun  sarayında  gənc  şahzadə  Aleksandrın  (Ma-
kedonlu İskəndərin) müəllimi olmuşdur. M. ö. 335-ci ildə 
Afinaya  qayıtmış,  orada  Likeion
57
 (yun.  Λύκειον)  adlanan 
öz  fəlsəfi  məktəbini  açmışdır.  Onu  “Peripatetik”  (ərəbcə 
“məşşai”) məktəb də adlandırırlar.  
Aleksandrın  ölümündən  sonra  Afinada  make-
doniyalıların  tərəfdarlarını  təqib  etməyə  başlamışdırlar. 
Ona  görə  Aristotel  m.  ö.  322-ci  Euboia  adasında  yerləşən 
Xalkida şəhərinə köçmüş və orada dünyasını dəyişmişdir. 
                                                
57
 Yaxınlığında  yerləşən  yunan  tanrısı  Likeionlu  Apollonun  adı  ilə 
adlanmışdır. Latınca “lyceum” (liseum) kimi səslənir. Günümüzdə “liseylər” 
adlanan məktəblər Aristotelin likeionunun adını daşıyır. 


83 
 
Aristotel  qədim  dünyanın  ən  böyük  filosoflarından 
biri  olmuşdur.  Onun  elmi  fəaliyyəti  nəticəsində  qədim 
yunan  fəlsəfəsi  ən  parlaq  dövrlərini  yaşaya  bilmişdir.  O, 
ilk  dəfə  insan  düşüncəsinin  bütün  sahələrini  əhatə  edən 
fəlsəfi  sistem  yarada  bilmişdir;  məntiq,  təbiət,  metafizika, 
ontologiya, əxlaq, dövlət, ritorika, poetika və s. sahələrinə 
aid  əsərlər  yazmışdır.  Onların  arasında  Metafizika (yun. 
Μετὰ  τὰ  φυσικά),  Fizika  (yun.  Φυσικὴ  ἀκρόασις),  Göy 
haqqında  (yun.  Περὶ  οὐρανοῦ)  Nikomaxus  əxlaqı  (yun. 
Ἠθικὰ 
Νικομάχεια), 
Meteorologiya 
(yun. 
Τα 
μετεωρολογικά),  Kateqoriyalar  (yun.  Κατηγοριῶν), 
Sofistlərin  təkzib  edilməsi  (yun.  Περὶ  τῶν  σοφιστικῶν 
ἐλέγχων),  Ruh  haqqında  (yun.  Περὶ  ψυχῆς),  Politika 
(yun.  Πολιτικά)  kimi  bütün  dünyada  tanınan  və  sonrakı 
dövrlərdə  elmin  inkişafında  misilsiz  rol  oynayan  kitablar 
vardır.  Ümumiyyətlə,  o  bəşəriyyət  tarixində  ilk  insandır 
ki,  elmlərə  sistemli  yanaşmış  və  onların  təsnifatını 
vermişdir.  
Aristotelin  çoxlu  əsərləri  zamanımıza  gəlib  çat-
mışdır. Bundan başqa Aristotelin fəlsəfi düşüncələri onun 
öyrəncilərinin  və  başqa  yazarların  əsərlərində  də  ve-
rilmişdir.  Bir  sıra  tədqiqatçılar  ehtimal  edirlər  ki,  onun 
müəllifliyi  ilə  tanınan  bəzi  əsərlər  ola  bilsin  Aristotelin 
deyil, başqa müəlliflər tərəfindən yazılmışdır.  
Aristotel “metafizika” sözünü birbaşa işlətməsə belə, 
mənaca  bu  anlayışın  əsasını  qoyan  ilk  filosof  kimi  ta-
nınmışdır.  Metafizika  fəlsəfənin  predmeti  olaraq  təbiət 
üstü  aləmlə  bağlı  problemlər  haqqında  təsəvvürlərdir. 
Metafizika  həm  də  dialektikaya  qarşı  durur.  Metafizikanı 


84 
 
fəlsəfənin  predmeti  kimi  ilk  dəfə  fəlsəfi  ədəbiyyata  daxil 
edən və onun ilkin anlamını verən də Aristotel olmuşdur.  
Aristotel Platonun  ideyalar  haqqında təlimini tənqid 
etmişdir  (3,  19-22).  Onun  “Platon  mənim  dostumdur,  ancaq 
həqiqət dostluqdan üstündür” kimi məşhur kəlamı da vardır. 
Aristotelə  görə  ideyalar  və  gerçək  dünya  bir-birindən 
fərqli  məkanlarda  mövcud  ola  bilməz.  Çünki,  bir  şeyin 
kölgəsi  başqa  məkanda  deyildir.  Onların  hər  ikisi  bir 
yerdə  olmalıdırlar.  Ona  görə  də,  onlar  birlikdə  vəhdət 
təşkil edirlər.  
Eyni  zamanda,  Platonun  ideyaları  bu  dünyadakı 
hərəkəti,  eləcə  də  şeylərin  və  canlıların  yaranması,  inki-
şafı,  məhv  olması  və  ölümünü  izah  etmir.  Çünki,  onlar 
(ideyalar)  gerçək  aləmdən  uzaq  olan  başqa  aləmdədirlər 
və  daha  çox  sükunəti  təcəssüm  etdirirlər.  Bundan  başqa 
Platonun nəzəriyyəsi dünyadakı şeylərin dərk olunmasını 
imkansız edir, çünki onların əsl mahiyyəti özlərində deyil, 
bizim duymadığımız ideyalarda olur.  
Bu  səbəblər  üzündən  Aristotel  varlığı  başqa  çür 
təsəvvür  edirdi.  Onun  fikrincə  hər  şeyin  əsasında  hər 
zaman var olan materiya durur. O elə bir cansız və ruhsuz 
bir maddədir ki, ondan hər şeyi yaratmaq mümkündür (3, 
90-92).  Bu  yaradılış  prosesini  də  “İlk  mühərrik”  (yun. 
τὸ πρῶτον κινοῦν)  adlanan  bir  başlanğıc  həyata  keçirdir. 
Aristotel  onun  varlığını  hərəkətin  varlığı  ilə  əsas-
landırmışdır,  çünki  bir  şey  hərəkətdədirsə  onda  bu  hərə-
kətə  təkan  verən  olmalıdır.  Hər  şeyi  hərəkətə  gətirən  “İlk 
mühərrikin”  özü  isə  hərəkətsizdir  (23,  372). O  materiyanı 
canlandırır  və  ondan  bitki,  heyvan  və  insanlar  kimi 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə