SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə29/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

102 
 
tisfenes  öncə  Qorgiasın  öyrəncisi,  sonra  isə  Sokrat  təli-
minin  ardıcılı  olmuşdur.  Onun  fəlsəfəsində  ümumi 
anlayışların  mövcudluğu  inkar  edilir.  O  hesab  edirdi  ki, 
yalnız fərdi şeylər  vardır. Antisfenes  deyirdi:  “Mən atı gö-
rürəm, atlığı yox” (12, 64) və iddia edirdi ki, insanı görmək 
mümkündür,  insanlığı  yox.  Hər  bir  fərdi  şey  haqqında 
demək  olar  ki,  o  vardır.  Məsələn,  “at  atdır”,  “fil  fildir”. 
Ümumi  şeylər  isə  yoxdur,  onlar  yalnız  insan  düşün-
cəsindədir  (7,  31).  Bu  baxımdan  Antisfeni  ilk  nominalist
63
 
adlandırmaq  mümkündür.  Bu  problem  sonralar  ortaəsr 
fəlsəfəsinin əsas mövzularından biri olmuşdur. 
Antisfenesə  görə  fəlsəfənin  vəzifəsi  insanın  iç  alə-
minin  araşdırılmasından  ibarətdir.  Ərdəmə  çatmaq,  xe-
yirlə həyat sürmək həyatın mənasıdır ki, buna da abidliklə 
çatmaq mümkündür (3, 220-221). İnsan öz təbiətinə uyğun 
yaşamalı,  şəxsi  maraqlarını  cəmiyyətin  maraqlarından 
üstün  saymalıdır. Heyvanların (özəlliklə də  itlərin) həyatı 
insanlar üçün təbii yaşamın nümunəsi olmalıdır. Ona görə 
də,  Antisfenesa  “İt”  (yun.  κῠνικοί  –  kinik)  ləqəbini  ver-
mişdirlər  (3,  221).  Bu  səbəbdən  sonralar  onun  bütün  ar-
dıcılları kinik adlandırılmışdır. Ancaq başqa bir məlumata 
görə  məktəbin  adı  Antisfenesin  dərs  dediyi  yerin  adı  ilə 
bağlıdır. 
Eyni  zamanda,  Antisfenes  özünü  hansısa  dövlətin 
deyil,  bütün  dünyanın  vətəndaşı  elan  etmişdir.  Dini  və 
ictimai qanunlar da onun tərəfindən inkar olunurdu. 
                                                
63
 Nominalizm  (lat.  nominalis)  –  ümumi  anlayışların  gerçəklikdə  deyil, 
yalnız insan düşüncəsində olduğunu iddia edən fəlsəfi təlimdir. 


103 
 
Sinoplu Diogenes (yun. Διογένης ὁ Σινωπεύς, m. ö. 
412  –  323)  da  kinik  məktəbinin  tanınmış  təmsilçisi,  An-
tisfenesin  öyrəncisi  idi.  Onun  barəsində  əsasən  Diogenes 
Laertius yazmışdır (3, 224-248). 
Sinoplu  Diogenes  özünü  açıq  şəkildə  ictimai  əxlaqa 
qarşı  qoyan  adam  olmuşdur.  Buna  da  epataj  deyilir.  Onu 
epataj  üslubunun  ilk  fəlsəfi  nümayəndəsi  saymaq  müm-
kündür.  Məsələn,  günlərin  birində  Diogenes  meydanda 
fəlsəfi  nitq  söyləyərkən  insanların  onu  dinləmədiklərini 
görmüş və buna görə də onların diqqətini cəlb etmək üçün 
quş  səsləri  çıxarmışdır.  O  zaman  hamı  susub  onu  din-
ləməyə  başlamış  və  bunun  qarşılığında  Diogenes  onlara 
demişdir:  “Bu  da  sizin  ağlınız.  Mən  ağıllı  şeylər  haqqında 
danışanda  məni  dinləmədiniz,  indi  isə  ağılsız  quşun  səslərini 
çıxardıram, siz də ağzıaçıq məni eşitməyə başladınız”. 
Bir  kərə  çəlləkdə  oturan  Diogenesin  yanına  Ma-
kedoniyalı İskəndər gəlib demişdir ki, “məndən dilədiyin bir 
şey varmı?”.  Diogenes  isə  cavabında:  “Sən mənim isindiyim 
günəşin  önünü  kəsdin;  ona  görə  istəyim  odur  ki,  qarşımdan 
çəkiləsən”. 
Bundan  başqa  Diogenes  bir  çox  cəmiyyət  tərəfindən 
qınanılan  hərəkətləri  hamının  qabağında  edirdi.  Bununla 
da  öz  azadlığını  sərgiləyirdi.  Diogenesin  fikrincə  əxlaq 
nisbi  anlayışdır.  O, bu  hərəkətləri  ziyan  vermək  üçün  de-
yil,  insanların  diqqətini  müxtəlif  problemlərə  cəlb  etmək 
üçün  edirdi.  O  həm  də,  hər  şeyi  üzə  deyən  kobud  insan 
olmuşdur.  Ona  görə  Platon  ona  “Dəli  Sokrat”  demişdi. 
Diogenes  dünyadan  ayrılaraq  abid  həyatı  keçirdirdi.  O 
hətta,  evini  tərk  edib  çəlləkdə  yaşamış  və  orada  olarkən 


104 
 
dünya  haqqında  fikirlərə  qapanmışdır.  Diogenes  zən-
ginliyə nifrət edib və köhnə geyimlərdə gəzirdi. Həmçinin 
o,  evlənməyə  qarşı  idi.  O  deyirdi  ki,  kişilərlə  qadınların 
münasibətləri azad olmalıdır. 
Diogenesə  görə  xeyrə  yönəlmək  ictimai  qanunlara 
riayət  etməkdən  üstündür.  O,  dövləti  və  dini  də  inkar 
edərək  onları  bəzi  demaqoq  insanların  uydurması  hesab 
edirdi. 
Tanınmış  kiniklərdən  biri  də  Bion  Boristenes  (yun. 
Βίων  ὁ  Βορυσθενίτης;  m.  ö.  325  –  250)  olmuşdur.  Bion 
Boristenes öncə bir neçə fəlsəfi məktəblərin ardıcılı olmuş, 
ancaq  sonra  kinik  olaraq  əyninə  xirqə,  əlinə  əsa  alaraq 
gəzən  abid  həyatını  yaşamışdır  (3,  174).  Bion  sadə  xalq 
kütlələri  arasında  fəlsəfi  fikirləri  ədəbi  üslub  vasitəsi  ilə 
yayırdı. Bunun üçün o parodiyaistehzaironiyasarkazm və 
kinayədən  istifadə  edirdi.  Beləliklə,  başqa  kiniklər  kimi 
Bion  “diatriba”
64
 adlanan  ədəbi  janrının  yaradıcılarından 
biri  olmuşdur.  Bu  janrda  ciddi  və  dərin  mövzular  sadə 
xalq  dilində  anlaşıqlı  olaraq  təqdim  edilir;  həmçinin, 
burada müqayisələrdən, əsatirlərdən, xalq deyimlərindən, 
istehzadan, bayağı xalq sözləri və zarafatlarından da geniş 
istifadə  edilirdi.  Bion  öz  diatribalarında  insanların  nöq-
sanlarını,  varlanmaq  istəklərini  və  ağılsızlıqlarını  tənqid 
etmiş;  tanrıları  və  onlara  yönələn  duaların  əhəmiyyətini 
inkar etmişdir.  
Filosof  Kerkidasın  (yun.  Κέρκιδᾰς)  da  Misirdə  tapı-
lan  və  “meliambalar”  adlanan  poetik  üslubu  diatribalara 
                                                
64
 Diatriba (yun. διατριβή) – sarsıdıcılıqla dolu söz, “yıxıb sürümək”dir. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə