SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə32/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

113 
 
bəzilərinin başqa meqaraçı Diodorus Kronosa aid olduğunu 
qeyd  etmişdir  (3,  99).  Həmin  paradoksların  ən 
tanınmışları  “Yalançı”,  “Keçəl”, “Qalaq”,  “Elektra”  və 
Buynuzlu”  adlanır.  Günümüzə  qədər  elmi  ədəbiyyatda 
onların  çözülməsi  haqqında  müxtəlif  fikirlər  irəli  sürülür 
(6, 287-295). 
“Yalançı” (yun.  Ψευδόμενον)  adlı  paradoksda  “Mən 
yalan danışıram” iddiası araşdırılır. Bir tərəfdən bunu iddia 
edən  kəs  heç  də  yalan  danışmır,  həqiqəti  deyir.  Çünki, 
yalan danışdığını etiraf edir. Digər tərəfdən isə bu iddiada 
o  adamın  yalan  danışdığı  iddia  edilirsə  onda  o  yalandır. 
Beləliklə,  danışan  yalan  deyirsə  düz  danışır.  Düz 
danışırsa, yalan deyir. 
Daha  bir  paradoks “Keçəl” adlanır.  Burada  Eubu-
lides  deyir  ki,  bir  tükü  itirən  keçəl  olmaz,  ikincisini  itirsə 
də  olmaz.  Bəs  onda  neçənci  tükün  tökülməsindən  başla-
yaraq insanı keçəl saymaq olar?  
Buna  bənzər  daha  bir  paradoks “Qalaq” adlanır.  Bir 
ya  iki  taxıl  dəni  qalaq  deyil.  Bəs  neçənci  dəndən  qalaq 
başlanır? 
Bir  başqa  paradoks  “Elektra” adlanır.  Elektra  adlı 
qadının  qarşısında  örtük  altında  onun  qardaşı  durub.  O, 
öz  qardaşını  tanıyır.  Ancaq  o,  o  örtüyün  altında  kimin 
olduğunu  bilmir.  Deməli,  Elektra  öz  qardaşını  eyni  za-
manda həm tanıyır, həm də tanımır. 
“Buynuzlu” adlanan  paradoks  isə  daha  da  çox  so-
fizmə yaxınlaşır. Burada Eubulides iddia edir ki, insan bir 
şeyi  itirməmişdirsə,  deməli  o  şey  onda  var.  Əgər  o 
buynuzları  itirməyibsə,  deməli  buynuzludur.  Burada  bir 


114 
 
tərəfdən demək olar ki, olmayan şeyi itirmək olmaz, ancaq 
digər  tərəfdən  “məndə  olmadığı  şeyi  heç  vaxt  itirə  bil-
mərəm” də demək mümkündür. 
Meqara  məktəbinin  məşhur  nümayəndələrdən  biri 
misirli Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV 
yüzillik)  idi.  O,  Elea  məktəbinin  nümayəndələri  kimi  hə-
rəkətin  olmasını  inkar  edirdi.  Onun  fikrincə  hərəkətin 
özünü yox, onun nəticələrini dərk etmək mümkündür.  
Hərəkət  hər  hansı  bir  yeri  əhatə  etməlidir.  Ancaq 
bununla  belə,  hər  hansı  bir  yerdə  olan  hər  bir  şey  hə-
rəkətsizdir.  Deməli,  hansısa  şey  hərəkət  edirsə  həmin 
anlarda  hansısa  bir  yeri  tutur  və  ona  görə  də  hə-
rəkətsizdir.  Ya  da  hərəkət  edən  şey  olduğu  və  olmadığı 
yerdə  düşünülə  bilər.  Ancaq,  olan  yerdə  o  hərəkətsizdir, 
olmayan  yerdə  isə  hərəkət  olmaz.  Beləliklə,  o  zaman 
hərəkətdən  deyil,  yerdəyişmədən  söhbət  gedə  bilər  (8, 
375-376).  
Daha  sonra  Diodorus  ehtimal  edilən  şeyləri  var 
olmuş  kimi  sayırdı.  Ancaq,  oluşan  (həyata  keçirilən)  eh-
timallar  haqqında  söhbət  açmaq  mümkündür.  Oluş-
mayanlar  isə  mövcud  deyildir.  Yəni,  gələcəkdən  keçmişə 
baxanda  məlum  olur  ki,  həyata  keçirilən  ehtimallardan 
başqa digər ehtimallar olmamışdır. Belə olanda bu ehtimal 
deyil,  həqiqətdir.  Ancaq,  bu  gündən  gələcəyə  baxdıqda 
bizə elə gəlir ki, bir neçə ehtimallar vardır. 
Diodorusa görə mövcud olmaq  və mümkünlük eyni 
anlayışlardır. Çünki, mümkünlük mümkünsüzlüyə çevrilə 
bilməz,  bu  anlayışlar  bir-birinə  ziddir.  İki  hadisədən  biri 
baş  vermişdirsə,  deməli  ikincisi  mümkünsüz  imiş.  Çünki, 


115 
 
o  öncədən  mümkün  olsaydı,  onda  mümkünsüzlük  müm-
künlükdən  doğmazdı.  Belədirsə,  onda  deməli  öncədən  bu 
mümkün  olmamışdır.  Beləliklə,  ancaq  mövcud  olan  şey 
mümkün  ola  bilər.  Məsələn,  “Dünya  var”  və  “Dünya  yox-
dur” bir-birinə qarşı olan iddialardır. Ancaq biz görürük  ki, 
dünya  var.  Deməli,  onun  olmaması  imkansızdır.  An-caq, 
dünyanın  yoxluğu  mümkün  olsaydı,  onda imkan  imkan-
sızlığa  çevrilərdi.  Bu  isə  ola  bilməz.  Deməli,  dünyanın  yox 
olması ehtimalı heç vaxt olmayıb (2, 117). 
 
1.9.4. Eretriya məktəbi 
 
Bu  məktəbi  həm  də  Elida-Eretriya  məktəbi  də  adlan-
dırırlar,  çünki  o  Elidada  yaranmış,  sonra  isə  Eritreyada 
fəaliyyətini davam etdirmişdir. 
Eretriya  məktəbinin  fəlsəfəsi  haqqında  zamanımıza 
çox az  məlumat çatmışdır. Ümumiyyətlə demək olar  ki, bu 
məktəbin  filosoflarının  dünyagörüşü  Meqara  mək-təbinin 
nümayəndələrinə  yaxın  idi.  Meqaraçılar  kimi  ere-triyaçılar 
da deyirdilər ki, həqiqi Xeyir birdir və ondan başqa xeyirlər 
yoxdur.  Xeyirlə  Həqiqət  eynilik  təşkil  edirlər.  Xeyri  yalnız 
ağılla dərk edib, ona yönəlmək olar. (14) 
Məktəbin  yaradıcıları Elidalı  Fedon (yun.  Φαίδων,  m. 
ö.  IV  yüzillik)  və Eretriyalı  Menedem (yun.  Μενέδημος
təxminən  m.  ö.  345-261)  olmuşdurlar.  Platonun  məşhur 
dialoqlarının  biri  olan “Fedon” Elidalı  Fedonun  adını  da-
şıyır. Fedon və Menedem haqqında bir neçə pərakəndə fraq-
mentlərdən  başqa  heç  bir  məlumat  zamanımıza  çat-
mamışdır. (14) 


116 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Kiniklər  kim  olmuş,  onların  həyat  tərzi  necə 
olmuşdur?  
2.  Kiniklərin  təlimlərinin  əsas  müddəaları  nədən 
ibarət idi? 
3.  Kiniklərin  ictimai  qanunlara  münasibətləri  necə 
olmuşdur? 
4.  Antisfenes  ümumi  anlayışların  mövcud  olmasını 
nəyə istinad edərək inkar etmişdir? 
5.  Antisfenesə  görə  insan  həyatını  necə  yaşamalı, 
hansı dəyərlərlə üstünlük verməlidir? 
6.  Sinoplu  Diogenesin  dünyagörüşünün  özəllikləri 
nədən ibarət olmuşdur? 
7.  Bion  Boristenes  və  Kerkidas  öz  fəlsəfi  fikirlərini 
açıqlayaraq hansı üslubdan istifadə etmişdilər? 
8. Krates və Hipparxia nəyi təbliğ etmişdilər? 
9. Kirenaçıların fəlsəfəsinin əsas müddəaları hansılar 
idi? 
10.  Aristippusa  görə  həyatın  mənası  nədən  ibarətdir 
və insan dünyanı necə dərk edir? 
11. 
Aristippus 
insan 
azadlığı 
haqqında 
nə 
düşünürdü? 
12.  Hegesiasa  görə  həyatın  mənası  nədədir  və 
xoşbəxtliyə necə çatmaq olar? 
13.  Hegesias  öz  fəlsəfəsində  hansı  nəticəni  əldə 
etmişdir? 
14. Annikeris hansı fikirlərlə çıxış etmişdir? 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə