SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə34/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

121 
 
əsrlərdə  miladi  VII  yüzillikdə  bu  kitabxananın  ərəblər 
tərəfindən  də  yandırılması  haqqında  əfsanələr  də 
yayılmışdır.  Ancaq  bu  əfsanələr  həqiqəti  əks  etdirmir, 
çünki o zaman kitabxana artıq yox idi. 
Miladdan  öncə  III  yüzillikdən  başlayaraq  Aralıq 
dənizi  hövzəsini  əhatə  edən  ərazilərdə  Romanın  nüfuzu 
artmağa  başlamışdır.  Miladdan  öncə  265-ci  ildə  Roma 
güclənib bütün İtaliyanı özünə tabe etdirə bilmiş, sonra isə 
başqa ölkələrlə uzunmüddətli qanlı savaşlara başlamışdır. 
Yüz  ildən sonra güclənmiş Roma Kartacanı (Karfageni) və 
Makedoniyanı  yenərək  bütün  Aralıq  dənizi  hövzəsini  öz 
hakimiyyəti  altına  almışdır.  Miladdan  öncə  64-cü  ildə 
Romalılar  Selevkoslar,  31-ci  ildə  isə  Ptolemeuslar 
dövlətlərini  məğlub  edərək  onların  ərazilərini  öz 
dövlətlərinə  qatmışdılar.  Bu  olaylardan  sonra  ellinizm 
dövrünə son qoyulmuşdur. 
Beləliklə,  ellinizm  dövründən  sonra  antik  dünyanın 
lider  mədəniyyət  Roma  olmuşdur.  Təxminən  miladi  II 
yüzillikdə 
antik 
dünyada 
Xristianlıq 
yayılmağa 
başlamışdır. IV yüzillikdə isə bu din bütün başqa inancları 
sıxışdırıb  Roma  imperiyasının  dövlət  dininə  çevrilmişdir. 
Bununla da antik dövrə son qoyulmuşdur. 
Ellinizm  və  Roma  dövründə  fəlsəfi  fikrin  inkişafı 
davam 
etdirilmişdir. 
Bu 
dövrdə 
akademiklər, 
peripatetiklər,  stoaçılar  və  başqa  fəlsəfi  məktəblərin 
ardıcılları  fəaliyyət  göstərirdilər.  Görkəmli  düşünürlər 
yunanların vasitəsi ilə fəlsəfə ilə tanış olmuşdurlar.  
O zamanlar filosoflar əxlaqla bağlı problemlərə daha 
da  çox  önəm  verilirdilər.  Filosoflar  artıq  şeylərin  və 


122 
 
olayların  mahiyyətinin  nədən  ibarət  olması  probleminə 
əhəmiyyət  vermirdilər.  Onları  daha  çox  xeyrə,  ərdəmə, 
xoşbəxtliyə hansı yollarla çatmağın mümkünlüyü ilə bağlı 
məsələlər maraqlandırırdı.  
Bir  çox  fəlsəfi  məktəblər  həm  də  müxtəlif  mistik  və 
dini  təlimlərin  təsiri  altına  düşmüşdürlər.  Bununla  belə, 
bəzi  filosoflar  dinlərə  və  mövhumatlara  qarşı  çıxış 
edirdilər. 
Xristianlıq  Roma  imperiyasında  dövlət  dininə 
çevriləndən  sonra  bütün  fəlsəfi  məktəblərin  fəaliyyətinə 
son qoyulmuşdur.  
 
2.2. Skeptisizm 
 
Skeptisizm  (yun.  σκεπτικός  –  araşdıran)  ya  da 
şübhəçilik  Ellinizm  və  Roma  dövrünün  ən  çox  yayılmış 
fəlsəfi  məktəblərindən  biri  idi.  Onun  ardıcılları  obyektiv 
həqiqətin  dərk  olunmasının  mümkünlüyünü  şübhə  altına 
alırdılar  (7).  Skeptiklər  hesab  edirdilər  ki,  iki  iddia 
yetərincə dəlillərlə əsaslandırılırsa, onda onlardan hansısa 
birinə  üstünlük  verərək  onu  qəbul  etmək  olmaz.  Bu  fikir 
də  onların  təliminin  əsasını  təşkil  edirdi.  Aşırı  şübhəçilik 
aqnostisizmə  və  nihilizmə
69
yaxınlaşır,  hətta  onu  onların  bir 
növü kimi dəyərləndirmək də mümkündür.  
Skeptisizm  fəlsəfəsi  ellinizm  dövründə  quldarlıq 
quruluşunun  böhranı  sonrası  yaranmışdır.  Onun  iki 
böyük  qolu  olmuşdur.  Onlardan  biri  m.  ö.  IV  –  III 
                                                
69
 Cəmiyyətdə qəbul edilmiş hər bir dəyərin inkar edilməsidir. 


123 
 
yüzilliklərdə  Yunanıstanda  Pirron,  başqası  isə  miladi  II 
yüzillikdə 
Roma 
imperiyasında 
Sekstus 
Empirikus 
tərəfindən  yaradılmışdır.  Skeptisizmin  ideoloji  əsasları 
daha da qədim təlimlərə əsaslanır. Məsələn, hələ ilk yunan 
məktəblərinin  nümayəndələri  hər  şeyin  nisbi,  keçici  və 
axıcı  olduğunu  iddia  edirdilər.  Bu  kimi  ideyalar 
sofistlərin,  eleaçıların,  eləcə  də  Platonvə  Demokritin 
fəlsəfəsində  öz  əksini  tapmışdır.  Ancaq,  o  zaman  bu 
ideyalar  tam  formalaşmamış,  təlim  kimi  yalnız  ellinizm 
dövründə  yaranmış  və  “skeptisizm”  adlandırılmışdır  (2, 
5-6). 
Skeptisizmin  yaradıcısı  Pirron  (yun.  Πύρρων,  m.  ö. 
365  –  275)  hesab  olunur.  O  Peloponnesus  yarımadasının 
Elida şəhərindən idi. 
Diogenes  Laertius  Pirronun  dünyagörüşü  haqqında 
xəbər vermişdir (1, 407-420). O hesab edirdi ki, heç bir şey 
haqqında  qəti  iddia  yürütmək  olmaz,  çünki  hər  bir  insan 
və ya hər hansı bir varlıq onu fərqli qavrayır (dərk edir və 
duyur). Eyni şey biri üçün xeyirli, başqası üçün ziyanlı ola 
bilər.  Bu  da  o  deməkdir  ki,  xeyir  və  şər  əslində  yoxdur. 
Həm  də  xarici  amillər  də  şeylərin  özəlliklərinə  təsir  edir. 
Məsələn, daş suda yüngül olur,  havada isə ağırdır. Bu da 
o  deməkdir  ki,  onun  çəkisi  haqqında  qəti  fikir 
yürüdülməz.  Buna  görə  də,  dünyanı  dərk  etmək  olmaz. 
Belədirsə, onda hər bir iddiaya qarşı onu təkzib edən iddia 
yürütmək  olar  və  onların  heç  biri  başqasından  üstün 
deyildir.  Şeylərin  təbiətini  anlamaq  imkansızdırsa,  onda 
insan  da  bu  barədə  düşünməməli  və  həyatını  adətlərlə 
gələn  qanunlar  üzərində  qurmalıdır.  Pirrona  görə  insan 


124 
 
hər şeyin həqiqi yada yanlış olduğunu təyin edir və o hər şeyin 
ölçüsüdür
Pirron öz fəlsəfəsində xoşbəxtliyin hansı yollarla əldə 
olunması  probleminə  diqqət  yetirmişdir.  Onun  fikrincə 
xoşbəxtlik  təmkinlik,  sakitlik  və  iztirabların  yoxluğu 
halıdır,  bu  da  ataraksiya  adlanır  (5,  406).  Bu  hala  isə 
yalnız skeptiklərin dünyagörüşünə yiyələnərək nail olmaq 
olar.  Pirrona  görə  xoşbəxt  olmaq  istəyən  insan  üç  suala 
cavab verməlidir:  
1.  Çevrəmizdə  olan  şeylərin  mahiyyəti  nədən 
ibarətdir və onların tərkibi nədir?  
2. Bizim onlara münasibətimiz necə olmalıdır?  
3.  Onlara  münasibət  bildirməyimizdən  biz  nəyi 
qazanırıq? (5, 407) 
Birinci  suala  insan  cavab  tapa  bilməz,  çünki  hər 
hansı  şeyin  mahiyyəti  ya  da  onun  var  olub-olmaması 
haqqında  heç  bir  iddia  yürütmək  olmaz.  Hər  bir  iddiaya 
qarşı  onu  inkar  edən  iddia  vardır.  Deməli,  biz  bir  şey 
haqqında  fikir  yürüdürüksə,  onun  həqiqi  ya  da  yanlış 
olduğu haqqında heç nə deyə bilmərik.  
İkinci  suala  gəldikdə  isə  insan  heç  nəyə  birmənalı 
münasibət bildirməməlidir. Bu o demək deyil ki, hər hansı 
bir  şey  və  ya  olay  haqqında  bizim  bilgimiz  ola  bilməz. 
Onlar 
haqqında 
bizə 
duyğularımız 
xəbər 
verir. 
Yanlışlıqlar  isə  onlar  haqqında  iddialar  ortaya  qoyanda 
ortaya çıxır.  
Üçüncü  suala  cavab  verərkən  Pirron  deyirdi  ki, 
xoşbəxtliyi  axtaran  kəs  gərək  hər  hansı  bir  şey  haqqında 
iddia 
ortaya 
qoymaqdan 
çəkinsin. 
Bununla 
da 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə