SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə37/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

133 
 
iddia  edirdi  (4,  242-244).  Beləliklə  Epikür  həm  zərurətin, 
həm  də  təsadüfün  var  olması  fikrini  irəli  sürmüş, 
Demokritin 
providensializm 
(qədərçilik) 
ilə 
razılaşmamışdır.  Mahiyyətcə  isə  atomlar  əbədi,  dəyişməz 
bölünməz  və  məhv  olunmazdırlar.  Atomların  və  onların 
hərəkət etdikləri boşluqların sayı sonsuzdur. 
Epikürün  kosmoqonik  fikirləri  də  maraq  doğurur. 
Onun fikrincə kainat sonsuzdur və onda sonsuz miqdarda 
atomlar  vardır.  Bütün  dünya  cisimləri  atomların 
qasırğasından  yaranmışdır.  Onlar  isə  atomların  hərəkəti 
və 
birləşmələrindən 
ortaya 
çıxır. 
“Herodotusa 
məktubunda”  Epikür  yazmışdır  ki,  dünyanı  heç  kəs 
yaratmayıb,  bütün  olaylar  isə  təbii  qanunauyğunluq 
səbəbi  ilə  baş  verir;  yoxluqdan  heç  nə  yarana  bilməz  (1, 
437). 
Epikürün  fəlsəfəsində ruhlar  materiyanın  özəl  bir 
formasıdır  və  atomlardan  ibarətdir (1,  447).  Ona  görə  də 
ruhlar  ölməz  deyil,  sonludurlar.  Bədənin  ölümündən 
sonra  ruhlar  da  ölür.  Epiküra  görə  ölümdən  qorxmaq 
lazım deyil, çünki o yalnız duyğuların kəsilməsidir.  
“Kanonika” adlandırdığı 
idrak 
və 
dünyanın 
qavranması  ilə  bağlı  məsələlərdə  Epikür  sensualizmə 
(duyğuçuluğa)  üstünlük  verərək  duyğunu  həqiqətin  əsas 
meyarı elan etmişdir. Onun fikrincə düşüncənin fəaliyyəti 
tam  olaraq  insanın  düyğularından  asılıdır.  Ətrafda  olan 
şeylərdən onların obrazları (yun. εἴδολα) ayrılır. Onlar incə 
atomlardan  ibarətdir  və  o  şeyləri  əks  etdirir.  Bu  obrazlar 
insanın duyğu orqanlarına daxil olur, onlarla təmasa girir 
və insan öz ruhu vasitəsi ilə hiss etməyə başlayır. 


134 
 
Eyni zamanda, bu obrazlar insan orqanlarına birbaşa 
təsir  etməyə  də  bilərlər.  Onlar  havada  yayılarkən  bir-biri 
ilə qarışır və yalnız sonra insan tərəfindən qavranılır. Belə 
olduqda  insanda  gerçəkliyə  uyğun  olmayan  fantastik 
təsəvvürlər yaranır. Məsələn, kentavr kimi mifik heyvanın 
təsəvvürü  insan  və  at  obrazının  qarışığından  yaranır. 
Ancaq reallıqda isə belə bir şey yoxdur. 
Duyğu  ilə  əldə  edilən  bilgilərdən  fərdi  təsəvvürlər, 
onların 
əsasında 
isə prolepsislər (yun. 
προλήψεις
adlandırılan  ümumi  anlayışlar  yaranır.  Prolepsislər 
duyğulara  gələn  şeylər  haqqında  xatirələrdir  və  onlar 
təcrübə  yolu  ilə  əldə  olunur.  Məsələn,  qabağımızda  at  ya 
inəkdir  sualına  düzgün  cavab  vermək  üçün  insan  öncə 
onların vücudunu xatırlamalıdır (1, 436). 
Bundan  başqa  Epikür  həqiqətin  meyarını  həm 
də “düşüncə sıçrayışında” (yun. τὰς φανταστικὰς ἐπιβολὰς 
τῆς διανοίας) görürdü. Bu da intuisiyadır ki, yuxularda ya 
da  sayıqlama  kimi  hallarda  üzə  çıxır.  Onlar  gerçək 
obrazlardan  yaransa  da  insanın  subyektiv  aləmi  və  ya 
xəyalları ilə qarışır və buna görə də yanlış olur. 
Duyğularla  alınan  bilgi  yanlış  ola  bilməz  və 
düşüncənin  onları  təkzib  etməsi  imkansızdır,  çünki 
düşüncə  həmin  duyğulara  əsaslanır  (1,  235).  Yanlışlıq 
düşüncənin  onun  haqqında  çıxaran  qərarlarından  və 
hökmlərindən irəli gəlir. 
Demokritdən  fərqli  olaraq  Epikür  etik  (əxlaq) 
məsələlərə  böyük  önəm  verirdi.  Onun  etik  təliminin 
əsasında  duyğusallıq  dururdu.  Epikürün  fikrincə  əgər 
insanın  duyğuları  varsa,  onda  onlar  əxlaqın  əsas 


135 
 
meyarıdır. Çünki, ümumiyyətlə onun fəlsəfəsində idrakın 
əsasını  duyğular  təşkil  edir.  Xeyir  və  şər  anlayışları 
duyğularla əldə olunur. Ən  yüksək  nemət isə həzz, zövq, 
məmnunluq və ləzzət hissləridir. İnsan bunlara mane olan 
hər  bir  şeydən  çəkinməlidir.  Həyatdan  həzz  alma  və 
iztirablardan  çəkinmə  hər  bir  insanın  məqsədi  olmalıdır. 
(1, 471) 
Müdrik  insan  ölümdən  qorxmamalıdır,  çünki  ölüm 
yalnız  duyğuların  sona  çatmasıdır.  Ondan  sonra  əbədi 
“olmamazlıq”  başlanır.  İnsan  mövcud  olduqda  onun 
məqsədi  həzz  almaqdan  ibarət  olur.  “Olmamazlıqda”  isə 
duyğular  yox  olduğundan  həzz  almaq  mümkün  olmur. 
Ona  görə  də,  hər  iki  hal  bir  sabitlikdir:  biri  duyğuların 
olması, digəri isə olmaması kimi. (1, 468-469) 
Xoşbəxt  olmaq  üçün  möhkəm  və  dayanıqlı  ləzzət 
halını  yaşamaq  lazımdır.  Epikür  mənəvi  ləzzəti  üstün 
bilsə də, cismi ləzzəti də inkar etmirdi. Həzz alaraq insan 
xoşbəxt  olur  və  bunun  üçün  tanrılara  ibadət  etməyə 
ehtiyacı  olmur.  Bu  kimi  fikirlərə  görə  sonralar  xristianlar 
Epikür 
məktəbinin 
ardıcıllarını 
əxlaqsızlıqda 
suçlayırdılar. Ancaq  Epikürün  özü  deyirdi  ki,  həzz  alma 
heç  də  əxlaqsızlıq  demək  deyildir,  o  bədənin  əzablardan 
azad  olmasıdır.  Qadınlarla  yaxınlıq  etmək  ya  da  yemək 
kimi  cismani  həzzlər  bizim  həyatımızı  gözəlləşdirmir. 
Onu gözəlləşdirən isə bizim istəklərimizi yönəldən sağlam 
düşüncədir  ki,  o  ruhumuzda  olan  rahatsızlığı  ortadan 
qaldırır (1, 471-473).  
Epikürə görə müdriklik və xoşbəxtlik insan ruhunun 
müstəqil  və  sakitlik  məqamına  çatmasıdır.  Bu  məqama 


136 
 
çatan  müdrik  insan  ona  zərər  verən  hər  bir  şeydən 
uzaqlaşır, ona xeyir verən şeylərdən həzz almağa başlayır. 
Həzz alma məqamına çatmanın zəruri şərti ataraksiyadır 
(yun.  ἀταραξία –  ruhun  sakitliyi)  (1,  453-454). Ataraksiya 
halına  dünyanın  xarici  təsirindən  və  ehtiraslardan  azad 
olduqdan  sonra  çatmaq  mümkündür.  Fəlsəfə  ilə  məşğul 
olmaq  isə  ruha  ən  böyük  həzz  və  məmnunluq  hissləri 
verir (7, 133). Bu baxımdan Epikür fəlsəfəsinin bu məqamı 
da  sonrakı  dövrlərdə  tənqid  olunaraq  eqoizm  kimi  başa 
düşülmüşdür. 
Həzz  alma  prinsipi  Epikürün  ictimai  baxışlarına  da 
təsir  etmişdir.  O  hesab  edirdi  ki, cəmiyyət  üzvləri  bir-
birinə  zərər  verməmək  haqqında  anlaşmışdırlar  (1,  477). 
Çünki,  zərər  əzabdır,  ona  görə  də  həzzə  qarşı  durur.  Bu 
anlaşmaya  əməl  etmə  ədalət,  bundan  çəkinmə  isə 
ədalətsizlikdir. Dostluq  müdrik  insanın  ən  yüksək 
məqamıdır (1, 477). 
Siyasətdə  epikürçülər  quldarlıq  demokratiyasının 
tərəfdarları idilər. Epikürün fikrincə müdrik insan (filosof) 
siyasi fəaliyyətdən çəkinməlidir. 
Epikür tanrılar haqqında da fikirlər irəli sürmüşdür. 
O,  tanrıların  varlığını  inkar  etmir,  ancaq  hesab  edirdi  ki, 
onlar aləmlərarası məkanlarda yaşayıb, təbiət hadisələrinə 
və  insan  həyatına  müdaxilə  etmir.  İnsanlar  isə  özü-
özlərinin  problemlərini  həll  etməli,  bu  barədə  tanrılara 
yalvarmamalıdırlar.  Əgər  tanrılar  insanların  bütün 
yalvarışlarını  qəbul  etsəydilər,  onda  bəşəriyyət  məhv 
olmalı  idi.  Çünki,  insanlar  bu  yalvarışları  bir-birinə  qarşı 
edirlər. (7, 70) 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə