SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

145 
 
Aristotelin  ölümündən  sonra  onun  ardıcılları  fəlsəfi 
və  elmi  araşdırmalarını  davam  etdirmişdilər.  Onların  ən 
başlıca  vəzifələrindən biri müəllimlərinin fəlsəfi əsərlərini 
şərh 
etməkdən 
ibarət 
idi. Miladi 
III 
yüzillikdə 
peripatetizm  yeni-platonçuluqla  (neoplatonizmlə)  qarışaraq 
ortadan çıxmışdır.  
Aristotelin  öyrəncilərindən  olan Teofrastus (yun. 
Θεόφραστος,  m.  ö.  370  –  285)  onun  irsinin  davamçısı 
olmuş  və müəlliminin göstərişi ilə peripatetik məktəbə 34 
il  rəhbərlik  etmişdir.  O,  bir  çox  kitabların  müəllifi  olmuş, 
ancaq onların çox az bir qismi zamanımıza gəlib çatmışdır 
(5, 197).  
Teofrastus  botanika  elminin  yaradıcılarından  biri 
olmuşdur.  Bizim  zamanımıza  qədər  onun "Bitkilərin 
tarixi" (lat.  Historia  plantarum)  və "Bitkilərin  səbəbi" (lat. 
De  causis  plantarum)  adlı  əsərləri  gəlib  çatmışdır. Bu 
kitablarda  bitkilərin  təsnifatı  və  500-ə  yaxın  bitki 
növlərinin özəllikləri verilmişdir. 
Onun fikrincə bitkilər diri varlıqdır, onlar həyatlarını 
sürdürmək  üçün  suya  və  istiliyə  möhtacdırlar.  Teofrastus 
hesab  edirdi  ki,  bitkilərin  həyatına  çevrə  (mühit)  və 
irsiyyət təsir edir. 
Teofrastus  bitki  elminə  aid  problemləri  həll  etməyə 
çalışaraq  onların  daxili  quruluşunu  araşdırmış,  bitkilərin 
heyvanlardan  nə  ilə  fərqləndiyi  sualına  cavab  tapmaq 
istəmişdir. O, bitkilərə canlı orqanizm kimi baxırdı.  
Teofrastusa görə çevrənin təsiri  və irsiyyət bitkilərin 
həyatında  böyük  rol  oynayır.  O  müşahidə  etməklə  belə 
qənaətə  gəlmişdir  ki,  çevrənin  təsiri  altında  heyvanların 


146 
 
rəngi dəyişə bilər. Bu kimi iddialar sonrakı dövrlərdə elm 
tərəfindən  təsdiq  olunmuşdur.  Ancaq,  bəzi  məqamlarda 
isə  onun  iddiaları  öz  təsdiqini  tapmamışdır.  Çünki.  onun 
zamanında  elm  indiki  qədər  inkişaf  etməmişdir.  Ancaq, 
Teofrastusun  araşdırmaları  nəticəsində  botanika  elmi 
inkişaf etməyə başlamışdır. Həmçinin o, bitkilərin praktik 
baxımdan  təsərrüfatda  işlənməsinə  dair  tövsiyələr  də 
vermişdir. (7, 186-189) 
 İdrak  problemlərinə  toxunan  Teofrastus hesab 
edirdi  ki,  elmi  nəzəriyyələr  düyğusal  (empirik)  əsaslara 
dayanmalıdırlar  (19).  Duyğu  vasitəsi  ilə  qavranılan  biliyi 
elmi  nəzəriyyələrə  zorla  uyğunlaşdırmaq  olmaz.  Deməli 
o,  düşüncəni  deyil,  duyğusallığı  idrakın  əsası  kimi  qəbul 
edirdi. 
Teofrastus  yunan  fəlsəfəsinə  ilk  dəfə  olaraq odu yer, 
su  və  hava  ilə  birlikdə  hər  şeyin  əsasında  duran 
ünsürlərdən  biri  hesab  etməmişdir  (21).  O  deyirdi  ki,  od 
sərbəst olaraq var ola bilməz, çünki onun var olması üçün 
yanacaq olmalıdır. Ünsür isə başqa şeylərə bağlı olmadan 
səbəbsiz var olmalıdır. Buna görə də od ünsür ola bilməz. 
Fizika  sahəsində  Teofrastus  kateqoriyalara  bir  qədər 
fərqli  yanaşırdı.  Əgər  Aristotel  hərəkəti  yalnız  keyfiyyət, 
mahiyyət, miqdar və yer kateqoriyalarına uyğun olmasını 
iddia  edirdisə,  Teofrastus  hərəkət  anlayışını  bütün 
kateqoriyalara,  o  cümlədən  münasibət  kateqoriyasına  da 
aid  edirdi.  Buna  dəlil  olaraq  oğulun  ölümü  ilə  atalığın 
başa  çatmasını  göstərmək  olar.  Şeylərin  keyfiyyət 
baxımından  dəyişməsi  bəzən  bir  an  içində  baş  verir. 


147 
 
Məsələn, ağ olan bir şey keçid mərhələsi olmadan qara ola 
bilər. 
Aristotel  kimi  Teofrastus  da  dünyanı  hərəkətə 
gətirən “İlk mühərrik” haqqında düşünürdü. Burada o, bir 
neçə 
aporiyaların 
(ziddiyyətlərin 
və 
çətinliklərin) 
yaranmasına  diqqət  yetirmişdir.  Məsələn  o,  belə  bir 
suallarla  çıxış  edərək  deyirdi  ki,  əgər  bir  mühərrik 
vardırsa, onda nəyə görə əşyaların  və cisimlərin (məsələn 
göy cisimlərinin) hərəkəti eyni deyildir? Əgər mühərriklər 
çoxdursa, onda  hərəkətdə olan olayların  ümumi ahəngini 
nə  ilə  izah  etmək  olar?  İlk  mühərrik  canlı  deyilsə,  onda  o 
necə  məqsədyönlü  fəaliyyət  göstərə  bilər?  Beləliklə, 
Teofrastus  Aristotelin  təlimində  ziddiyyətləri  açıqlamış, 
ancaq ümumiyyətlə onun fikirlərini rədd etməmişdir. 
Teofrastusun  Tanrı  haqqında  fikirləri  isə  ziddiyyətli 
idi.  O,  Tanrını  özünü  düşünən,  özündə  olan,  və  özünü 
dərk  edən  təfəkkür  kimi  qəbul  edirdi.  Başqa  tərəfdən  o, 
göyü  və  ulduzları  da  tanrılaşdırırdı  (8,  30).  Dünya  isə 
onun fikrincə əbədidir.  
Teofrastus  həm  də  bəzi  dini  ayinləri  tənqid 
edirdi. Xüsusən də o, qurbanların kəsilməsinə qarşı idi. O 
deyirdi  ki,  təbiətcə  insanlarla  heyvanlar  birdirlər,  onların 
davranışları, xasiyyətləri də bir-birinə bənzərdir. Ona görə 
də,  heyvanların  kəsilməsi  insan  tərəfindən  törədilər 
amansızlıq  və  qəddarlıqdır  (20).  Hətta  o,  buna  görə  ət 
yeməkdən də çəkinmişdir. 
Daha  sonra  Teofrastus  məqsədəuyğunluq  və  təsadüf 
probleminə  toxunmuşdur.  Bir  şey  başqa  şeyə  görə  ortaya 
çıxır,  ya  da  onun  varlığı  təsadüfi  xarakter  daşıyır?  Bu 


148 
 
suala  cavab  verən  Teofrastus  teleologiyanın
73
 təsirini 
kiçiltmiş,  onu  mütləqləşdirməmiş,  ancaq  tam  inkar  da 
etməmişdir. Canlı  və  cansız  təbiətdə  bir  çox  şeylər 
təsadüfən  baş  verir.  Belə  olmazsa  həyatda  baş  verən 
qanunauyğunsuzluğu 
və 
ahəngsizliyi 
izah 
etmək 
mümkün 
olmazdı. 
Yəni, 
bəzi 
hallarda 
təsadüf 
məqsədəuyğunluğa müdaxilə edərək onu pozur. 
Bununla  belə  o,  məqsədəuyğunluğu  tam  inkar 
etmirdi,  onu  botanikada  istifadə  edirdi.  O  göstərmişdi  ki, 
bitkilərdə  hər  bir  üzv  başqasının  varlığını  təmin  etmək 
üçün  mövcuddur.  Kök  onu  saxlamaq  və  qidalandırmaq, 
yarpaqlar  isə  günəş  istiliyinin  mənimsənilməsi  üçündür. 
Hər bir üzv isə tamlığı təşkil edir. 
Teofrastus  həyatın  məqsədini  xeyrə  qulluq  etməkdə 
görürdü.  Ancaq  bunu  edərkən  o,  aşırılığa  varmağın  və 
abid olmağın da  əleyhinə idi. Ümumiyyətlə  o düşünürdü 
ki,  xeyir  insan  xoşbəxtliyi  üçün  əhəmiyyətlidir. Həyatın 
bütün  zövqləri  keçicidir.  İnsan  yaşamağa  başlayan  kimi 
həyat  tez  bitir.  Ona  görə  də,  şöhrət  arxasınca  qaçmaq 
mənasızdır.  Ümumiyyətlə,  həyat  onun  üçün  boş  və 
mənasızdır. (5, 196-197)  
Teofrastus  həm  də  insanın  qüsurlu  xasiyyətləri  və 
özəlliklərini  araşdırmışdır.  O,  insanları  ikiüzlü,  yaltaq, 
                                                
73
 Teleologiya 
(yun. 
Τέλειος-sona  çatmaq  + 
λόγος-təlim)  – 
məqsədəuyğunluq,  məqsədyönlülük  haqqında  təlimdir.  Teleoloji  baxımdan 
təbiətdə hər şeyin bir məqsədi vardır. İnsandan fərqli olaraq başqa canlılar və 
əşyalar  düşünməyərək  ona  doğru  yönəlirlər.  İlk  dəfə  teleoloji  nəzəriyyə 
Aristotel  tərəfindən  irəli  sürülmüşdür.  O  hesab  edirdi  ki,  hər  bir  şeyin 
əsasında  bir  məqsədyönlülük  durur.  Bütün  məqsədlər  bir  yüksək  məqsədə 
tabedir və ümumdünya ahənginin bir hissəsidir.  


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə