SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə46/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   74

169 
 
Stoaçıların 
özünəməxsus 
teoloji 
baxışları 
(ilahiyyatları)  da  olmuşdur.  Bu  baxışlara  görə  dünyanı 
yaradan  Tanrı  öz  ilahi  substansiyasının  bir  hissəsini  hava 
və  suya  çevirir.  Sonra  suyun  bir  hissəsi  oda,  daha  bir 
hissəsi  isə  havaya  çevrilir.  Beləliklə,  dünyanın  bədəni 
yaranır. Bu bədəndə tanrı yaradıcı od kimi mövcud olur və 
ruh, əql, eləcə də tale kimi özünü göstərir. 
Digər  tərəfdən  stoaçıların  təlimində  dünya  ilk 
materiyanın  qatılaşıb  seyrəlməsindən  yaranır.  Bunun 
nəticəsində də ortaya ünsürlər çıxır. 
Onlara görə dünyanın əvvəli və sonu vardır. Sonda o 
böyük  yanğında  məhv  olur  və  oda  çevrilir.  Dünyanın 
inkişafı isə səbəb və nəticə qanunlarına uyğun şəkildə baş 
verir.  Səbəbsiz  heç  nə  olmur.  Məhv  olduqdan  sonra 
dünyalar  yenidən  yaranır.  Bu  proseslər  də  sonsuzluğa 
qədər  baş  verir.  Bütün  olaylar  zərurət,  tale  və 
qanunauyğunluq nəticəsində ortaya çıxır. 
Stoaçıların  fəlsəfəsində  ruh  isti  və  odlu  pnevmadır 
(kosmosun nəfəsidir). Onun tərkib hissələri vardır. Zenon 
hesab  edirdi  ki,  ruh  səkkiz  hissədən  ibarətdir  və  onun 
razılıq,  istək,  anlamaq,  qavramaq  kimi  özəllikləri  vardır. 
Onlar da pnevmanı duyğu orqanlarına doğru  yönəldir və 
insanda duyğu hissləri yaranır. 
Bəzi  stoaçılara  görə  ruh  bədənin  ölümündən  sonra 
bir  müddət  yaşayır,  sonra  isə  ümumdünya  ruhuna 
qovuşaraq  fərdi  varlığını  itirir.  Müdriklərin  ruhları  daha 
çox  yaşayır,  ancaq  dünyanın  sonunda  onlar  da  ölürlər. 
Ancaq,  bəzi  stoaçılar  ruhun  ölməz  və  öncədən  olduğunu 
iddia edirdilər. 


170 
 
Tanrı  (Zeus)  dünyanın  dağılmasından  sonra  məhv 
olmur.  O,  başqa  tanrılardan  fərqli  olaraq  ölməzdir.  Eyni 
zamanda,  Zeus  və  başqa  tanrılar  bir  məcaz  kimi  də 
təsəvvür  edilirdi.  Məsələn,  Hrisippus  deyirdi  ki,  Zeus 
əslində  hər  şeyin  ümumi  təbiəti,  taleyi  və  zərurətidir. 
Başqa  tanrılar  isə  odu,  ayı,  günəşi  və  yeri  təcəssüm 
etdirirlər. 
Stoaçıların  təlimində  dünya  insanlar  və  tanrılar 
üçündür.  Onlar  tanrının  varlığını  teoloji  dəlillərlə  sübuta 
yetirməyə  çalışırdılar.  Onların  fikrincə,  əgər  bir  şeyin 
təbiəti  başqa  şeyin  təbiətindən  daha  yetkindirsə,  onda  ən 
yetkin  təbiətə  malik  olan  Tanrı  vardır.  Bu  fikirdən 
gələcəkdə  Anselm  (XI  yüzillik)  və  Dekart  (XVII  yüzillik) 
kimi Avropa düşünürləri də istifadə etmişdilər. 
Daha  sonra  stoaçılar  şərin  təbiəti  haqqında 
düşüncələrini  irəli  sürmüşdürlər.  Onların  fikrincə  şərin 
dünyada olmasına görə Tanrı sorumlu deyildir. Çünki şər 
anlayışı  nisbidir  və  yalnız  insan  fəaliyyətinin  nəticəsində 
yaranır.  Mütləq  şər  isə  yoxdur.  Deməli  Tanrı  onu 
yaratmamışdır.  
Stoaçılar  həqiqi  ərdəmi  təbiətə  uyğun  olan  həyat 
sürməkdə  görürdülər.  İnsanı  xoşbəxtliyə  aparan  tək  bir 
yol yaxşılıq və ərdəmlilikdir. Buna qarşı olan anlayışlar isə 
qüsurlardır.  Ərdəmin  dörd  əsas  çeşidi  vardır:  ağıl
mülayimlik,  ədalət  və  igidlik.  Bunlara  qarşı  duran  qüsurlar 
isə  ağılsızlıq,  azğınlıq,  ədalətsizlik  və  qorxaqlıqdır.  Bütün 
başqa  anlayışlar  isə  etinasızlıq  hissi  doğuran  şeylərdir. 
Yalnız  ərdəm  və  qüsur  insanın  hökmündədir  və  onun 
tərəfindən  könüllü  olaraq  seçilir.  Başqa  şeylərin  üzərində 


171 
 
isə  insanın  hökmü  yoxdur  və  o,  onlara  təsir  edə  bilmir, 
həmin  şeylərin  üzərində  yalnız  yüksəlmək  olar.  Deməli, 
insan  öz  taleyi  qarşısında  acizdir  və  onunla  barışmalıdır. 
O yalnız kosmik qanunauyğunluğa tabe olmalı, özü  üçün 
hökmündə olmayan şeyləri arzulamamalıdır. 
Stoaçıların  etik  idealı  ataraksiyaya  (rahatlığa) 
çatmaq  və  səbrli  (anateya)  olmaqdır.  Stoaçı  müdrik  əqlin 
təcəssümüdür.  O,  səbirli  və  təmkinli  olmalıdır.  Onun 
xoşbəxtliyi  heç  bir  xoşbəxtlik  arzusunda  olmamasıdır. 
Bundan  da  belə  nəticə  çıxır  ki,  insan  istənilər  olayın 
qarşısını  ala  bilməz  və  yalnız  öz  içində  ona  münasibət 
bildirə  bilər.  Buradan  da  görünür  ki,  stoaçılar  taleçiliyə 
(fatalizmə) böyük önəm vermişdilər. Taleyin qanunlarının 
əsasında  baş  verən  olaylara  qarşı  insan  yalnız  öz  daxili 
aləminə, mənəviyyatına arxalana bilər.  
 
2.5.2. Orta stoa 
 
Orta  stoaçılar  bir  çox  hallarda  qədim  stoaçıların 
ənənələrindən aralanırdılar. Bunun səbəbi birinci növbədə 
onların ünvanına söylənilən tənqidlər olmuşdur. Digər bir 
səbəb  isə  stoa  məktəbinin  ənənələrinin  Romanın 
gerçəkliklərinə  uyğunlaşması  idi.  Beləliklə,  orta  dövrün 
stoaçıları  öz  təlimlərini  nəzəri  müstəvidən  həyatın 
problemlərinə yönəltmiş, nəzəri fəlsəfəni tətbiqi fəlsəfə ilə 
əvəz 
etmişdirlər. 
Orta 
stoaçılığın 
ən 
görkəmli 
nümayəndələri Panetius və Posidonius olmuşdurlar.  
Panetius (yun.  Παναίτιος,  m.  ö.  180  –  110)  soyca 
Rodos  adasından  idi.  Sonra  Afinaya  köçmüş,  orada 


172 
 
stoaçılar  məktəbinin  ardıcıllarından  biri  olmuş,  sonralar 
isə  ona  başçılıq  etmişdir.  Ancaq  o,  klassik  stoa  təliminə 
peripatetik  və  platonik  məktəblərinin  elementlərini  də 
qatmışdır. 
Daha  sonra  Panetius  Romaya  köçmüş,  orada 
fəaliyyətini  davam  etdirmiş,  həmçinin  tanınmış  Roma 
dövlət xadimi və filosofu Siseronun müəllimi olmuşdur. 
Panetius  həm  də  “Siyasət  haqqında”,  “Vəzifələr 
haqqında”,  “Tale  haqqında”  kimi  bir  çox  kitablar 
yazmışdır.  Ancaq,  zamanımıza  onların  yalnız  bəzi 
fraqmentləri gəlib çatmışdır. 
Panetius  stoa  fəlsəfəsini  romalıların  dünyagörüşünə 
uyğunlaşdırmışdır.  O  hesab  edirdi  ki,  platonizmin, 
peripatetizmin  və  stoaçılığın  mənşəyi  eynidir,  onlar 
Sokratdan başlayır. Buna görə də o, stoaçılığa yeni fikirlər 
gətirmişdir.  Belə  ki,  Panetius  başqa stoaçıların  kosmosun 
zaman-zaman  odda  yanıb  məhv  olması  və  onun  yenidən 
yaranması fikrini qəbul etməmişdir (4, 134). O, Aristotelin 
dünyanın  əbədi  olması  fikrinə  üstünlük  verirdi.  Həm  də 
Platondan  fərqli  olaraq  o,  Panetius  ruhun  ölməzliyini 
inkar edirdi (2, 57).  
Keçmişdə  yaşayan  stoaçılar  ruhu  bədənlə  kəskin 
olaraq  fərqləndirmiş,  onların  bir-biri  ilə  qarşıdurmada 
olmalarını iddia etmişdilər. Ancaq, Panetius insanı ruh və 
bədən  vəhdətində  olan  yetkin  bir  varlıq  kimi  təsəvvür 
edirdi.  Eləcədə  o,  taleyin  önəmini  inkar  etməyərək  insan 
azadlığının da əhəmiyyətini vurğulayırdı (6, 482). 
Panetiusun  fikrincə  hər  bir  insanda  4  əsas  yönəlmə 
vardır: müdrikliyəmüstəqilliyəkamilliyə və özünü qorumağa


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə