SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə49/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   74

181 
 
Senekanın  əxlaqi  fikirləri  sonralar  daha  da  inkişaf 
etdirilib,  ortaəsr  dövrünün  fəlsəfəsi  və  ilahiyyatına  təsir 
etmişdir. Məsələn, xristian Kilsə xadimləri  və düşünürləri 
Senekanın  əxlaqi  təlimini  çox  yüksək  dəyərləndirirdilər. 
Məşhur  xristian  kilsə  xadimi  Tertullian  Senekanı 
Xristianlığa  çox  yaxın  olan  bir  şəxs  adlandırmışdı.  Başqa 
ilahiyyatçı Laktantius  deyirdi  ki,  heç  bir  xristian  Tanrı 
haqqında Senekadan daha doğru danışa bilməz. 
Daha  sonra  Senekanın  xristian  olmasını  sübuta 
yetirmək  cəhdləri  də  olmuşdur.  Hətta,  onun  həvari 
Paulusla
78
 məktublaşması  da  tapılmışdı  (3,  479-480).  Bu 
məktublar haqqında kilsə müqəddəsi Auqustinus Aurelius
79
 
da  yazmışdı.  Ancaq  sonra  bilinmişdir  ki,  bu  məktublar 
saxta imiş. 
Senekanın  əxlaqi  fikirləri  təktanrılı  ibrahimi  dinlərin 
(Xristianlığın və İslamın) bir çox müddəalarına yaxınlaşır. 
Ona 
görə 
F. 
Engels 
onu 
“Xristianlığın 
dayısı” 
adlandırmışdır (12, 307). 
Senekanın  əxlaqi  fikirləri  ilə  onun  tale  haqqında 
təlimi əlaqədədir. O hesab edirdi ki, təbiətdə zərurət (tale) 
hökm sürür. Bütün baş verən olaylar ona tabedir. Bu həm 
də  təbiətin  qanunudur.  Taledən  qaçıb  gizlənmək  olmur. 
Taleyə  tabe  olmayanı  o  məcbur  etdirərək  özünə  tabe 
etdirir  (9,  270). O  elə  bir  təbii  qanundur  ki,  onu  hətta 
tanrılar və ya onlara edilən dualar belə dəyişə bilməz. Nə 
olmalıdırsa, o da olacaqdır. Bu cür fikirlər fatalizm adlanır. 
                                                
78
 Ruslar ona Pavel (Павел) deyirlər. 
79
 Rus  ədəbiyyatında  adı  Müqəddəs  Avqustin  (Блаженный  Августин)  kimi 
çəkilir. 


182 
 
Tale 
kortəbii 
fəaliyyət 
göstərmir, 
onun 
məqsədyönlülüyü bir düzəni vardır, o hər şeyi əhatə edir. 
Beləliklə, Senekanın fəlsəfəsində tale tanrılaşır və hər şeyə 
hökmranlıq  edir.  Onu  heç  nə  dəyişə  bilməz.  Buna  görə 
həyatın  hər  bir  çətinliyinə  və  bədbəxtliyə  qarşı  dözümlü 
olmaq  lazımdır.  Burada  Seneka  təbiətə  də  tabe  olmaqdan 
söhbət açmışdır. İnsan yalnız təbiətə tabe olaraq xeyrə çata 
bilər.  Əxlaqlı  insan  təbiət  qanunlarına  və  taleyə  tabe 
olmalıdır. 
Başqa  stoaçılar  kimi  Seneka  dünyanın  və  çevrənin 
qavranılmasında  sensualizmə  (duyğuçuluğa)  üstünlük 
verirdi.  O  hesab  edirdi  ki,  çevrədə  olan  şeylər  insanın 
duyğu orqanlarına təsir edir və bunun nəticəsində də dərk 
etmə  prosesi  baş  verir.  Düşüncə  isə  duyğuların  verdiyi 
bilikləri emal edərək nəticələr ortaya qoyur. 
Senekanın 
fizikası 
Heraklit 
fəlsəfəsinin 
müddəalarını təkrar edir. Hər şeyin əsasında duran od ilk 
maddədir (6, 490). O təmizliyin  rəmzi olaraq göylərdədir. 
Aşağı  qatlara  enərək  od  getdikcə  bərkiyir,  yerə  çatdıqda 
isə  daşlara  dönür.  Tanrıların  və  insan  ruhlarının  da 
cisimləri  vardır.  Ruh  göylərdə  olan  təmiz  odun 
hissəciyidir  və  ona  doğru  yönəlmək  istəyir.  Müdrik 
insanda bu proses surətlə baş verir və o ən yüksək mənəvi 
məqamlara çatır; ancaq belə insanlar az olur. 
Senekanın  tanrı  haqqında  fikirləri  ziddiyyətli 
olmuşdur.  O  həm  od,  həm  yaradıcı,  həm  sevgi  ilə  dolu 
Atadır.  Onun  siması  yoxdur,  o  sadəcə  “İlk  başlanğıcdır”
Fatalizm  (taleçilik)  Senekanı  həm  də  panteizmə  gətirir. 
Onun fəlsəfəsində Tanrı ilə təbiət eyniləşir. Tanrı  hər şeyi 


183 
 
bir məqsədə yönəldən qüvvədir. Bu kimi baxışlar ibrahimi 
(təktanrılı)  dinlərdəki  Tanrı  təsəvvürlərindən  fərqlidir. 
Senekanın  tanrısı  təbiətdən  yadlaşan  dünyanı  odda 
yandırır. 
Bundan  başqa  Senekanın  dünyagörüşündə  mistik 
məqamlara da rast gəlmək mümkündür. Məsələn o hesab 
edirdi  ki,  insan  həyatı  ulduzlardan  asılıdır.  O  həm  də 
falçılığı fəlsəfi baxımdan əsaslandırmağa çalışırdı. 
Roma  stoaçılarının  daha  bir  tanınmış  yunandilli 
nümayəndəsi Epiktetus (yun.  Έπίκτητος,  m.  50  –  138) 
olmuşdur.  O,  Senekanın  öyrəncisi  idi.  Öncə  kölə  olmuş, 
sonra  azadlığa  buraxılmışdır.  Epiktetus  94-cü  ildə  Epir 
adasının  Nikopol  şəhərində  öz  fəlsəfi  məktəbini 
yaratmışdır.  Onun  mühazirələrini  dostu  olan  Arrianus 
qələmə almışdır. 
Müəllimi 
Seneka 
kimi 
Epiktetus 
da 
əxlaqi 
problemlərə  önəm  verirdi.  O  hesab  edirdi  ki,  insanın 
mənəvi  baxımdan  azad  olması  problemi  onun  özündən 
asılıdır.  Əgər  qul  bütün  əzablara  sinə  gəlirsə,  o  əzablar 
haqqında  düşünüb  həyatı  anlayırsa,  o  zaman  sahibindən 
mənəvi  baxımdan  daha  çox  azad  olur.  Əslində  isə  kölə 
deyil,  məhz  onun  sahibi  öz  ehtiraslarının  və  nəfsinin 
quludur. Beləliklə, kölənin mənəvi azadlığı ondan heç kəs 
ala bilməz. 
Epiktetusun fikrincə təbiətin dərk edilməsi prosesi üç 
mərhələlidir.  Birincidə  insan  öz  bilməməzliyini,  cahilliyini 
dərk edir. İkincidə o elmlərlə, nəzəri təlimlərlə məşğul olur
xeyirlə  şəri  bir-birindən  fərqləndirir.  Sonuncu mərhələ  isə 


184 
 
müdriklikdir, o mərhələdə müdrik insan bütün  insanlığın 
öndəri (müəllimi) olur. 
Başqa  stoaçı  filosoflar  kimi  Epiktetusun  fəlsəfəsi  də 
üç hissəyə (toposa) bölünür; bunlar fizikaetika və məntiqdir 
(10,  13).  Birinci  topos  insan  təbiətini,  onun  hüdudlarını, 
eləcə  də  arzu  və  istəklərinin  qanunauyğunluğunu  təyin 
edir. İkinci toposda insanın düzgün davranışı, tərbiyəsi və 
əxlaqı  məsələlərinə  baxılır.  Üçüncü  topos  isə  insanın 
yanılmaması, 
düzgün 
mülahizələr 
irəli 
sürməsi, 
düşüncəsinin 
iti 
olması 
kimi 
problemlərə 
həsr 
edilmişdir. Toposların  hamısının  ümumi  məqsədi  isə 
insana xoşbəxtlik yolunu göstərməkdir. 
Epiktetus 
hesab 
edirdi 
ki, 
dünya 
vahid 
substansiyadan yaranıb və onda dövr etmə qanunu hökm 
sürür.  Hər  bir  şey  vaxtı  çatdıqda  məhv  olur,  onun  yerini 
başqa  şey  tutur.  Ölüm  isə  şeylərin  ilkin  elementlərə 
parçalanması prosesidir. 
Epiktetus  taleyin  hökmranlığını,  eləcə  də  tanrıların 
çoxluğunu  etiraf  edirdi,  onların  vasitəsi  ilə  dünyanın 
təbiətini  və  hərəkətini  izah  etməyə  çalışırdı.  Dünyanın 
qavranılması  məsələlərində  isə  o,  duyğuçu  (sensualist) 
kimi çıxış edirdi. 
Epiktetusun  fikrincə  insan  təbiətdə  və  cəmiyyətdə 
gedən  prosesləri  dəyişə  bilməz;  yalnız  həmin  proseslərə 
öz  münasibətini  bildirib,  onlardan  mənəvi  cəhətdən  azad 
ola bilər. Ona görə də, insan bədəninə deyil, ruhuna qayğı 
göstərməlidir.  O  maddi  deyil,  ruhun  zənginliyinə  can 
atmalıdır. 
İnsanın 
əsl 
mahiyyəti 
isə 
onun 
düşüncəsindədir. (7, 159) 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə