SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə51/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   74

189 
 
insanların rəhbərliyi ilə bir ahəng təşkil etməlidir (13, 32). 
Belə olarsa hər bir növ diktaturanın və istibdadın qarşısını 
almaq mümkündür. 
Eyni  zamanda,  dövlətin  məqsədi  bütün  əmlak 
növlərinin  vətəndaşlar  üçün  açıq  olması  və  onların 
təhlükəsizliyinin  təmin  edilməsindən  ibarətdir. Qanun 
qarşısında  bütün  vətəndaşlar  sorumlu  olmalıdırlar  (13, 
24).  Qanunvericiliyin  əsasında  insanların  maraqları  deyil, 
təbii  qanunlar  və  ədalət  prinsipləri  durmalıdır  (14,  102-
103). Bütün insanların hissləri və yönəlmələri təbiətdəndir. 
Bunların  əsasında  insanın  başqa  insanlara  qarşı  sevgi 
duyğusu durur. Hansısa insanlar bunların qarşısını alıb öz 
istəklərini  yeritməməlidirlər.  Qanun  insan  təbiəti  ilə 
uzlaşmalıdır. 
Dövlət  xalqın  nailiyyətidir.  Xalq  isə  insanların 
düzənsiz  yığımı  deyil,  onların  maraqlarının  üst-üstə 
düşməsi  və  hüquq məsələlərində birliyə gəlməsi əsasında 
əldə olunan birlikdir (13, 20). 
"Akademiklərin  təlimi"  (lat.  Academica)  əsərində 
varlıq  və  idrak  məsələlərinə  münasibət  bildirən  Sisero 
şübhəçi (skeptik) mövqedən çıxış etmişdir. Əxlaqi  və dini 
mövzular isə onun fəlsəfi əsərlərində əsas yerlərdən birini 
tutur. O hesab edirdi ki, ilkin ümumi anlayışlar məfhumu 
vardır.  Onları  insana  təbiət  verir  və  onlar  həqiqidir.  Bu 
ilkin  ümumi  anlayışlar  tanrılar,  ruhlar  və  qədərə  inanc 
kimi şeylərdir. 
Sisero  əxlaqla  bağlı  məsələlərə  özəl  diqqət 
yetirmişdir.  Bu  barədə  o,  öz  fikirlərini "Xeyir  və  şərin 
hüdudları  barəsində" (lat.  De  finibus  bonorum  et  malorum


190 
 
əsərində  yazmışdır.  Xeyrin  mahiyyəti  problemi  onun 
diqqət  mərkəzində  olmuşdur.  Onun  fikrincə  Xeyir 
iradənin  vasitəsi  ilə  bütün  həyatın  çətinliklərinə  sinə 
gəlməkdir.  Fəlsəfə  bunu  anlamağa  yardım  edir.  İnsan 
ağıllı  varlıqdır  və  onda  tanrının  ruhu  vardır.  Siseronun 
fikrincə  hər  bir  fəlsəfi  cərəyan  son  olaraq  Xeyrin 
mahiyyətinin anlaşılmasına xidmət etməlidir. Belə olarsa o 
təlimlərin əsaslarını bir araya gətirmək, onları barışdırmaq 
və  onlardan  yararlanmaq  yaxşı  olardı.  Siserona  görə 
insanlar həyatlarını təbiətə uyğun olaraq yaşamalıdırlar. 
"Tanrıların  təbiəti  haqqında" (lat.  De natura deorum
və "Tale  haqqında" (lat.  De  fato)  əsərlərində  Sisero 
tanrılara  inanc,  dinlərin  mahiyyəti,  tale  və  azadlıq, 
mövhumatlar 
kimi 
problemləri 
fəlsəfi 
baxımdan 
araşdırmış,  ondan  öncə  yaşayan  filosofların  bu  barədə 
fikirlərini  açıqlamışdır.  O,  daha  çox  insan  azadlığına 
üstünlük  vermiş,  mövhumatlara,  ənənəvi  dini  baxışlara 
qarşı  çıxmışdır.  Onun  din  və  tanrı  haqqında  baxışları  və 
dünyagörüşü fəlsəfi düşüncəsinin əsasında qurulmuşdur. 
Sisero  yaradıcılığının  ən  uca  zirvəsi "Tuskulan 
söhbətləri" (lat.  Tusculanae  disputationes)  əsəri  sayılır.  Bu 
əsər  Sezara  qəsd  edən  Markus  Brutusa  həsr  olunmuşdur 
və  beş  kitabdan  ibarətdir: 1)  “Ölümə  qarşı  biganə  olmaq”, 
2) “Ağrıdan 
qurtarmağın 
yolu”, 3) “Kədərdən 
təsəlli 
tapmaq”, 4)  “Ehtiraslar  haqqında”,  5)  “Yetərli  olan  ərdəm 
haqqında”.  Bu  kitablarda  Sisero  çoxlu  fəlsəfi  və  əxlaqi 
məsələlərə toxunmuşdur. Onun fikrincə fəlsəfi düşüncəyə 
yiyələnmək  və  müdriklik  məqamına  çatmaq  həyatı 


191 
 
məzmunla  doldurur  və  bunlar  qocalıq,  ağrı,  ölüm,  itki 
kimi əzabları yüngülləşdirir. 
Bu  əsərdə  ölüm  qarşısında  qorxu  hissi  haqqında 
söhbət  açılır.  Həm  də  burada  ölümün  şər  olub-olmaması 
və  insan  ruhunun  mahiyyəti  haqqında  düşünülür.  Ölüm 
şər  ola  bilməz,  çünki  demək  olmaz  ki,  ölülər 
bədbəxtdirlər. Şər kimi anlayış yalnız bu dünyada  vardır. 
Burada  Sisero  ruhun  ölməzliyini  və  ruhların  bədənlə 
birlikdə  öldüyünü  iddia  edənlərin  fikirlərini  verərək  belə 
qərara gəlmişdir ki, hər iki halda ölümdən qorxmaq lazım 
deyildir.  Çünki,  ölməzliyin  tərəfdarları  haqlıdırlarsa, 
insanı ölümdən sonra həzzlərlə dolu gözəl həyat gözləyir; 
ruhun  ölümünü  iddia  edənlər  haqlıdırlarsa,  onda 
ölümdən  sonra  heç  bir  şey  olmayacaqdır  (2,  87-88). 
Bədənin  ölümündən  sonra  ruhların  əzabda  olması 
haqqında inancları Sisero rədd etmişdir. Çünki belə olarsa, 
onda  insanlar  əbədi  olaraq  əzablar  üçün  yaradılmış 
olardılar,  bu  isə  ədalətə  uyğun  deyildir  (2,  12).  Ona  görə 
də, Siseronun fikrincə bu kimi inanclar uydurmadır. 
Bu  əsərdə  həm  də  iddia  edilir  ki,  ağrı  əzablı  olsa  da 
rüsvayçılıq  və  abırsızlıq  qədər  şər  də  deyildir  (2,  106). 
Buna  görə  də  filosof  gərək  hər  bir  ağrıya  və  çətinliklərə 
qarşı  dayanıqlı  olsun,  öz  simasını  itirməsin  (2,  109). 
Əzablar dözülməz olsa da müdrik həyatına son qoymaqla 
onlardan qurtulmalıdır. 
Hər  bir  insanda  təbiətdən  verilmiş  xeyir  və  ərdəm 
vardır. 
Onları 
inkişaf 
etdirərək 
xoşbəxt 
olmaq 
mümkündür.  Ancaq,  insan  dünyaya  gələn  kimi  şərlə 
əhatə olunur və onlar onun canına hopur. Hər şey ailədən 


192 
 
başlayır,  sonra  cəmiyyətdə  davam  edir.  Kütlələr, 
qohumlar,  dostlar,  fərqli  mürşidlər  və  müəllimlər  də 
insanda  yanlışlıqları  artırır.  Beləliklə,  təbiətdən  yadlaşma 
baş verir. Belə bir təsəvvür yaranır ki, insan pul, şöhrət və 
hakimiyyəti əldə etmək  üçün  yaşamalıdır. Beləliklə, insan 
ərdəmlə  deyil,  şöhrətpərəstliyin  arzusu  ilə  yaşayır.  Xalq 
da  bu  hissləri  dəstəkləyir.  Hər  bir  bədbəxtliyin  səbəbi  də 
elə budur. Ona görə də, fəlsəfənin məqsədi ruhları tərbiyə 
etmək, onları təbii ərdəmə qaytarmaqdır. (2, 160-161) 
Bədbəxtliklərdən qurtulmaq üçün fəlsəfəyə müraciət 
edilməlidir.  Fəlsəfə  insanı  təbiətə  qaytarır.  Ancaq,  o  bir 
anda  əldə  edilmir.  Fəlsəfəyə  doğru  uzun  müddət 
gedilməlidir  ki,  o  məqam  gəlib  çatasan.  Bədbəxtlik  hər 
insan üçün böyük əzabdır. Ancaq, müdrik insan onu daha 
yüngül keçirir, çünki o ona hazırlıqlı olur. 
Siserona  görə  xoşbəxtliyə  çatmağa  ehtiraslar  mane 
olur.  Müdrik  insan  üzərində  kədər  hökmranlıq  etməz. 
Kədərdən  azad  olmaq  eyni  zamanda  qorxudan  da  azad 
olmaq  deməkdir.  Bundan  başqa  aşırı  sevinc  və  istəklər 
vardır.  Ancaq,  kədər  və  qorxuya  sinə  gələn  müdrik  üçün 
onlardan yayınmaq daha asandır. (2, 200-201)  
Xəsis,  qəzəbli,  həsəd  aparan,  vaxtını  eyş-işrətlə 
keçirən, 
qorxaq, 
arvadbaz, 
acgöz 
kimi 
insanlar 
bədbəxtdirlər,  çünki  yanlış  və  təbiətə  zidd  olan  ehtiraslar 
onlara  güc  gəlmişdir.  Ehtiraslarını  təmin  edən  və  onların 
hökmü ilə davranan insanı heç nə sevindirə bilməz, çünki 
ehtirasların sonu yoxdur. Birini təmin edən kimi başqasını 
təmin  etmək  istəyi  yaranır.  Sağlam  və  varlı  insan  belə 
xoşbəxtliyin mahiyyətini bilmirsə, bütün maddi nemətləri 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə