SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə55/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   74

206 
 
Orta  platonizmin  tanınmış  nümayəndələrdən  biri 
Alkinous
83
   (yun.  Ἀλκίνους;  m.  II-ci  yüzilliyi)  olmuşdur. 
O,  müəllimlərin  istifadə  etdiyi  “Platon  fəlsəfəsinin 
dərsliyi”  (yun.  Ἀλκινόου  Διδασκαλικὸς  τῶν  Πλάτωνος 
δογμάτων)  adlı  kitabın  müəllifi  idi.  Bu  kitab  günümüzə 
qədər  platonizmin  ən  dəyərli  qaynaqlardan  biri  hesab 
olunur.  Bu  kitabda  məntiq,  fizika  və  əxlaq  sahələri  üzrə 
fəsillər  vardır  və  onlar  orta  platonizm  haqqında  kifayət 
qədər dolğun təsəvvür yaradır. 
İlk  olaraq  Alkinous  filosofun  özəlliklərindən  söhbət 
açır  və  qeyd  edir  ki,  ən  başlıcası  onun  fəlsəfəyə  təbiət 
tərəfindən  verilmiş  vergisi  olmalıdır.  Onun  vasitəsi  ilə  o 
dünyanın  dəyişkən  və  axıcı  olan  şeyləri  haqqında  deyil, 
düşüncə  ilə  qavranılan  biliklərə  yiyələnməlidir  (1,  3). 
Bundan  başqa  filosof  ədalətli  olmalı,  həqiqəti  sevməli, 
müstəqil  mülahizələr  irəli  sürə  bilməli,  yalana  yol 
verməməli,  xırdaçılıqdan  uzaq,  ləyaqətli  və  təvazökar 
olmalı, həm də onun yaxşı qavrama qabiliyyəti və yaddaşı 
olmalı, 
mənəvi 
sıxıntılara 
düşdükdə 
sakitliyini 
itirməməlidir.  Bütün  bu  keyfiyyətlər  tərbiyə  və  savadla 
birlikdə,  filosofu  ərdəmə  və  düşüncəli  həyata  sahib 
olmağa  gətirib  çıxarmalıdır.  Təcrübi  həyata  qatılmağa  isə 
filosof  məcbur  olunur.  Çünki  ,o  hiss  edir  ki,  bununla  o 
düzənsizliyi və qarışıqlığı ortadan qaldıra bilər (1, 3-4). 
Filosof üç şeylə məşğul olur: o düşünərək mahiyyətə 
varır, xeyir verir və nəzəri cəhətdən cümlələrin mənalarını 
incələyir.  Mahiyyəti  bilmək  nəzəriyyə,  davranışın  necə 
                                                
83
 Rus ədəbiyyatında onun adı Alkinoy (Алкиной) kimi səslənir. 


207 
 
olması təcrübə, cümlələrin mənalarını bilmək isə dialektika 
adlanır.  Beləliklə,  fəlsəfə  nəzəri,  təcrübi  və  dialektik 
hissələrə  bölünür.  Nəzəri  ilahiyyat,  fizika  və  riyaziyyatı
təcrübi  xasiyyətin  tərbiyə  edilməsi,  məişət  və  dövlət 
quruculuğunu;  dialektik  hissə  isə  hər  şeyi  təyin  etmə
induksiya və sillogizmi əhatə edir (1, 4-5). 
Dialektika  nitqin  mahiyyətini  bilməkdir.  Hər  bir 
insanda  çevrədəki  şeylər  haqqında  hökm  verən  onun 
düşüncəsi  (mülahizə  yeritməyin  mənbəyi)  və  təfəkkürüdür 
ki,  onlar  da  təbiət  tərəfindən  verilib.  Onların  vasitəsi  ilə 
həqiqət  yanlışlıqdan  ayrılır.  Təfəkkürün  də  iki  tərəfi 
vardır:  birincisi  dərk  edilmir,  ancaq  həqiqidir  və  bu 
Tanrıya  aiddir;  ikincisi  şeyləri  seçəndir  və  o  həm  də 
insanda  vardır.  İnsanda  olan  təfəkkür  də  ikilidir:  bəzi 
şeyləri  insan  ağılla,  bəzilərini  isə  duyğularla  qavrayır. 
Ağılla  dərk edilən elmi bilikdir. Duyğularla  dərk edilən  isə 
yaddaşla  birləşərək rəy yaradır.  Düşüncə  bacarığı  və 
duyğular  düşüncə  ilə  qavranılan  və  rəyin  əsasını  təşkil 
edir.  Duyğu  bədəndə  ruhun  elə  bir  durumudur  ki,  o 
bədənə  edilmiş  hər  bir  təsirə  reaksiya  verir.  Bu  təsir 
zaman  keçdikcə aradan qalxmazsa yaddaşa çevrilir. (1, 6-
8) 
Daha  sonra  Alkinous  düşüncəni,  duyğu  ilə 
qavranılanı  və  yaddaşı  Platon  və  Aristotelin  təlimi 
əsasında  təhlil  etmişdir.  Belə  ki,  Platon  fəlsəfəsində  hər 
şeyin 
mahiyyəti 
kimi 
dəyərləndirilən 
dialektika 
Aristotelin  sillogizmlər  haqqında  təlimi  ilə  birlikdə 
araşdırılmışdır. 


208 
 
Nəzəri  fəlsəfəni  açıqlayan  Alkinous  riyaziyyatdan 
başlayır.  Riyaziyyat  dialektikadan  fərqli  olaraq  ilk 
başlanğıclarla bağlı deyil, ancaq bu elm rəydən  üstündür, 
çünki sağlam düşüncə sahəsinə aiddir (1, 13-14). 
Dünyanın  yaranması  problemi  üzrə  Alkinous 
Platonun  “Timeusuna”  uyğun  olaraq  əzəldən  olan  və 
yaradılmamış  üç  başlanğıc  haqqında  söhbət  açır. 
Bunlar maddə“qəlib” (ya  da  ideya)  və "Atadır" (ya  da 
səbəbdir). Maddəni qəliblər əsasında formalaşdıran səbəb 
vardır. İdeya (qəlib) hər bir təbii şeyin nümunəsi, Tanrının 
(Atanın,  səbəbin)  düşündükləri,  bizim  tərəfimizdən  ilk 
dərk  ediləndir.  Çünki,  hər  bir  şeyi  yaradan  sənətkar  ilk 
olaraq onun obrazını (qəlibini) özü-özündə yaradır, sonra 
ona uyğun o şeyi ortaya qoyur (1, 16). Deməli, bu qəliblər 
(ideyalar)  Tanrıdadır  və  ona  görə  onunla  eyniləşir.  Tanrı 
Aristotelin  “İlk  mühərrikidir”  və  eyni  zamanda  Platonun 
yaradıcı  tanrısı Demiurqosdur.  O  ilk  Əqldir,  hərəkətsizdir 
və hər şeyin səbəbidir. 
Alkinous  Əql  və  Ruh  anlayışlarını  fərqləndirirdi. 
Ona görə, Tanrı ilə eyniləşdirilən Əql  əbədidir  və  yüksək 
dairələrə aiddir; o aktiv deyil, özü özündədir. Əqldə olan 
ideyaları  gerçəkləşdirən  isə  Ruhdur.  O  bütün  kainatı 
bürüyür  və  onun  vasitəsi  ilə  Tanrı  bu  dünyada  hər  şeyi 
oluşdurur.  "Timeusda"  olduğu  kimi,  Tanrının  Ruhu  kiçik 
tanrılar  dairəsinə  enir  və  onlar  təbiətdə  olan  şeyləri 
yaradır.  O  tanrılar  göyün  yeddi  qatında
84
 yerləşir. 
                                                
84
 Göyün  yeddi  qatının  olması qədim zamanlarda  yerin  kainatın mərkəzində 
durması;  günəşin,  ayın  və  daha  5  planetlərin  onun  ətrafında  fırlanması 
inancından  yaranmışdır.  Həmin  inanca  görə,  onların  tutduğu  məkan  və 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə