SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə59/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   74

218 
 
da yaranmış deyil, o diridir: bir tərəfdən materiyaya, digər 
tərəfdən isə Tanrıya bağlıdır. (30, 11-12) 
Beləliklə,  Plutarxa  görə  yaradıcı  (ikinci)  tanrı  olan 
Demiurqos  dünyanı  yaradanda  ilk  başlanğıc  (substansiya) 
kimi maddəni deyil, o maddənin şər olan ruhla qarışığını 
yaratmışdır.  Deməli,  “şər ruh”  da  əbədi  olaraq  hər  zaman 
olmuşdur.  Buna  görə  də  hər  şey  hərəkətdədir.  Ancaq. 
Plutarxın  Platon  fəlsəfəsini  bu  kimi  yorumları  başqa 
platonçular tərəfindən qəbul edilməmişdir. Bu  iddia daha 
çox  zərdüştiliyin  şər  tanrısının  varlığına  bənzərdir.  Buna 
baxmayaraq  “şər  ruhu”  inkar  etsələr  belə,  platonçuların 
bir çoxu maddənin özünü şərlə eyniləşdirirdilər. 
Plutarx  hesab  edirdi  ki,  dünya  ilə  insan  ruhu 
arasında bağlantı vardır. Göylərdə qünəş-ay-yer iyerarxiası 
insanda  düşüncə-ruh-bədən  üçlüyündə  əks  olunur.  Günəş 
tanrıdır,  işıqdır,  əqldir;  yer  isə  zülmətdir,  ruhsuzdur. 
Bunların  arasında  ay  yerləşir,  ona  görə  də  onun  təbiəti 
ikilidir.  Bir  tərəfi  günəşə  yönəlir  deyə,  tanrıya  bənzərdir. 
Başqa  tərəfi  isə  yerə  yönəlir  və  ona  görə  qaranlıqla 
doludur. 
Maraqlısı 
budur 
ki, 
Plutarx 
yerin 
kainatın 
mərkəzində  durmasını  inkar  edirdi;  onun  fikrində  kainat 
sonsuzdur  və  ona  görə  də  onun  mərkəzi  ola  bilməz  (11). 
Həmçinin  o,  Samoslu  Aristarxusun  “yer  öz  oxu  ətrafında 
fırlanır”  fikrini  də  təsdiqləmişdir  (11,  20-21) .  Bu  fikirlər 
bizim zamanımızda təsdiqini tapmışdır. 
Plutarx  həm  də  insanın  bədənini,  düşüncəsini  və 
ruhunu  fərqləndirirdi.  Onun  fikrincə,  düşüncənin  ruhun 
tərkibində  olmasını  iddia  edənlər  yanılırlar.  Ruhla 


219 
 
bədənin qarışması ehtirasların yaranmasına gətirib çıxarır. 
Bu isə ehtiras və həzz alma duyğularıdır. Ruhun düşüncə 
ilə  birləşməsi  isə  təfəkkür  yaradır.  Bu  da  ərdəmin,  xeyrin 
və qüsurların səbəbidir. Ruh öz varlığını düşüncədən alır 
və  sonra  onu  bədənə  verir.  Düşüncənin  mənşəyi  günəş, 
ruhların  ay,  bədənlərin  isə  yerdir.  İnsan  öldükdə  onun 
ruhu ondan ayrılıb aya qalxır. Orada onun ikinci ölümü baş 
verir  və  ruhdan  düşüncə  ayrılır.  Demonlar  da  ayda 
yaşayır və oradan yerə düşür. (11, 28-30) 
Plutarx  bir  sıra  əxlaqla  bağlı  məsələlərə  də 
münasibət  bildirmişdir.  O,  stoaçıları  öz  dediklərinə  əməl 
etməməsində  suçlamışdır.  Onlar  siyasətdən  çox  danışır, 
ancaq əslində ondan çəkinib Epikürçular kimi həzzlə dolu 
həyat  sürürlər;  ya  da  siyasətə  gəlib  öz  əqidələrinə  zidd 
işlər  görürlər  (27,  130).  Burada  nəzəriyyənin  təcrübə  ilə 
uyğunlaşmasının zəruriliyi vurğulanır. 
Plutarx  hesab  edirdi  ki,  ərdəmə  insanları  öyrətmək 
olar,  ona  görə  də  onun  yazılarının  bir  çoxu  nəsihət 
xarakterlidir.  Tanrılara  baxışlarında  o  mövhumatı 
qınamış,  onları  mənəvi  bir  obrazlar  kimi  qəbul  etmiş, 
qədim  dinlərdəki  tanrıların  qısqanc  və  kinayəli  olması, 
qisas  alması,  xırdaçılıq  etməsi  kimi  sifətlərini  rədd 
etmişdir. 
Plutarxa görə cəmiyyətin əxlaqını dəyişmək çətindir. 
Bunu etmək istəyənin özünün də yüksək əxlaqı və nüfuzu 
olmalıdır.  Ona  görə  də  hər  bir  insan  özünə  tənqidi 
yanaşmalı,  ilk  olaraq  öz  danışığı  və  davranışına  fikir 
verməlidir.  Bizim  hamımızın  teatrda  artistlərə  bənzər 
olduğumuzu  yaddan  çıxartmamalıyıq.  Ona  görə  də,  bizi 


220 
 
hamı  görür  və  dəyər  verir.  Əgər  insan  bütün 
qüsurlarından  qurtarmaq  üçün  çətinlik  çəkirsə,  onda  heç 
olmasa  başqalarının  gözlərinə  görünən  qüsurlardan 
qurtarmalıdır. (12, 161-162) 
Plutarx  insanlara  qarşı  dost  münasibət  bəsləməyin 
tərəfdarı  idi.  O  qeyd  edirdi  ki,  insanların  halı  ilə 
maraqlanmaq  lazımdır  ki,  onlara  kömək  edə  biləsən. 
Başqa  insanlara  qarşı  ədəbli,  xeyirli  və  mərhəmətli  olmaq 
lazımdır.  Bu  hisslər  heyvanlara  və  başqa  canlılara  da 
bəslənilməlidir. (12, 283-285) 
M. ö. I yüzillikdən sonra antik fəlsəfəyə Yəhudi, sonra 
isə  Xristian  dinlərinin  təsiri  artmağa  başlamışdır.  Antik 
filosoflar  bir  tərəfdən  öz  fəlsəfələrində  monoteizmin  bəzi 
məqamlarından  istifadə  etmiş,  digər  tərəfdən  isə  onu 
tənqid etməklə məşğul olmuşdurlar. 
Platon  məktəbinə  yaxın  olan  yəhudi  soylu 
İskəndəriyyəli Filon (yun. Φίλων τοῦ 'Αλεξανδρείας, lat. 
Philon Alexandreus; təxminən m. ö. 25 – m. 50) antik fəlsəfi 
ənənələrini  Tövratın  təlimi  ilə  uyğunlaşdırmaq  yolunu 
tutmuşdur.  Ancaq,  bir  filosof  kimi  Tövratda  müəyyən 
qədər  ziddiyyətli  məqamların  olduğunu  görərək  onları 
məcazi  mənada  antik  fəlsəfi  kateqoriyalardan  istifadə 
etməklə  yorumlamışdır.  Onun  fikrincə  Tövratın  gizli 
(batini)  mənaları  vardır  və  onlar  açılmadan  bu  kitabı 
düzgün anlamaq mümkün deyildir (13, 170-171). 
Əhdi-Ətiqin  Tanrısı  hər  bir  çoxluğun  üzərində 
yüksəlmiş 
mütləq 
monadadır 
(varlığın 
bölünməz 
vahididir).  Tanrı  elə  bir  vahiddir  ki,  onun  yanında  başqa 
vahidlər  yoxdur,  o  kamil  və  bölünməzdir  (13,  81-84). 


221 
 
Tanrının  həqiqi  mahiyyətini  düşüncə  ilə  qavramaq 
mümkün  deyildir.  İnsanlar  onun  varlığı  haqqında  bilik 
əldə edə bilərlər, ancaq onun nə olduğunu bilə bilməzlər.  
İnsan  dili  kamil  deyil  və  onun  vasitəsi  ilə  Tanrının 
bütün  özəlliklərini  dilə  gətirmək  mümkün  deyildir.  Ona 
görə  də  demək  olar  ki,  Tanrının  heç  bir  şeyə  ehtiyacı 
yoxdur,  O  bənzərsiz,  bölünməz  və  dəyişməzdir  və  s. 
Beləliklə,  hər  şeyi  inkar  edərək  elə  bir  nəticəyə  gəlirdi  ki, 
Tanrı  haqqında  heç  bir  şey  söyləmək  olmaz.  Bu  hala 
çatanlar öz “Mən”inin xaricinə çıxaraq, ekstaz halına daxil 
olur,  sonra  isə  daha  da  yüksək  mistik  məqamlara  qədəm 
qoyur.  Bu  məqama  çatan  adam  Tanrı  ilə  görüşür,  ancaq 
onu  qavraya  bilmir,  çünki  onun  nuru  insanın  düşüncə 
imkanını  bağlayır. Bu  hal  içki  içmədən  sərxoş  olmağa 
bənzərdir. (10) 
Filon  fəlsəfəsində  Tanrı  yaratdığı  dünyadan  daha 
ucadır.  Ona  görə  o,  yaradılışı Loqos vasitəsi  ilə  həyata 
keçirir. Loqos Tanrının sözüdür, onun sifətidir. O əvvəllər 
Tanrının özündə olub, sonra isə ondan ayrılaraq sərbəstlik 
qazanıb. Antik  dünyaya məlum olan Loqosu (Sözü) Filon 
Tövratın  birinci  kitabında “Tanrı  dedi”  (Yaradılış  1:  3) 
sözlərində görürdü. Loqos haqqında Filonun fikirləri antik 
fəlsəfi  irsinin  yəhudi  ənənəsi  ilə  qarışmasından  irəli 
gəlmişdir. 
Yunan  fəlsəfəsində  olduğu  kimi  Loqos  dünya 
düzəni,  gözəllik  və  harmoniyadır.  Ondan  hər  şeyin  təbii 
əlaqələri  və  forma  müəyyənliyi  yaranır.  Eyni  zamanda, 
Loqos  ideyaların  toplusudur.  Dünya  bu  ideyaların  obrazı 
(qəlibi) ilə Tanrı tərəfindən yaradılmışdır.  


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə