SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə62/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   74

231 
 
29. 
Ориген. 
Против 
Цельса, 
апология 
христианства  Оригена,  учителя  александрийского  / 
Перевод Л. И. Писарева. Одесса: Экуменический центр 
апостола Павла, 1996. 
30. Платоновские вопросы // Плутарх. Сочинения 
/  Перевод  Т.  Г.  Сидаша.  СПб.:  Санкт-Петербургский 
университет, 2008. 
 
2.7. Ellinizm və Roma dövrlərində dini-
fəlsəfi təlimlər 
 
Qədim 
romalıların 
dünyagörüşünün 
əsasını 
politeizm  (çoxtanrılıq)  təşkil  edirdi.  Onlar  inanırdılar  ki 
hər  bir  şeyin,  eləcə  də  təbiət  hadisələrinin  tanrıları  və 
ruhları  vardır.  Bundan  başqa,  qədim  Romada  ölmüş 
əcdadların  ruhlarına  pərəstiş  kultu  və  magiya  da 
yayılmışdı.  Romalılar  ovsun,  sehr  və  cadulara  öyrəncəli 
idilər. Tanrılara tapınma rituallarını, cadugərliyi  və başqa 
adətləri  kahinlər  icra  edirdilər.  Avqurlar  adlanan  kahinlər 
gələcəkdə  nəyin  baş  verəcəyini  quşların  uçuşuna  görə 
müəyyənləşdirirdilər.  Qaruspik adlanan  kahinlər  isə  bunu 
qurbanlıq  heyvanların  daxili  orqanları  ilə  yerinə 
yetirirdilər.  
Kahinlər 
yaşadıqları 
cəmiyyətlərdə 
nüfuzlu 
təbəqənin  üzvləri  hesab  olunurdular.  Ən  tanınmış  və 
hörmətli kahinlər pontifekslər (lat. pontifex) heyətini təşkil 
edirdilər.  Bu  heyətin  başçısı  Baş  kahin  vəzifəsini  tuturdu. 
Günümüzdə də Roma Papasının adlarından  biri də məhz 
pontifeksdir. 


232 
 
İlkin dövrlərdə romalılar tanrıları təsvir etmir, onları 
yalnız  xüsusi  rəmzlərlə  (simvollarla)  ifadə  edirdilər. 
Məsələn,  savaş  tanrısı  Marsın  simvolu  nizə,  işıq  və 
ildırımın simvolu olan Yupiterin rəmzi isə ox idi. Sonrakı 
dövrlərdə  yunan  mədəniyyətinin  təsiri  ilə  Romada 
tanrıların panteonu (tanrılar toplumu) yaranmışdır. Yunan 
baş  tanrısı  Zeus’la  eyniləşdirilən  Yupiter  panteonun 
başında dururdu. Başqa Roma tanrıları da yunan tanrıları 
ilə:  Hera  Yuno  (Yunona)  ilə,  Minerva  Afina  ilə,  Venus 
(Venera) isə Afrodita ilə eyniləşdirilmişdir. 
M.  ö.  IV  yüzillikdən  başlayaraq  Romada  yunan  dili, 
adətləri  və  mədəniyyəti  yayılmağa  başlamışdır.  Bununla 
da  inkişaf  etmiş  yunan  dili,  mədəniyyəti,  elmi,  fəlsəfəsi 
Romanın ənənəvi latın dili və mədəniyyəti ilə qarışmışdır. 
Digər 
tərəfdən 
romalıların 
istila 
siyasəti 
genişləndikcə  Romada  digər  mədəniyyətlərin,  xüsusi  ilə 
Şərq  mədəniyyətinin  və  dinlərinin  də  təsiri  güclənmişdir. 
Məsələn, orada iranlıların Mitra, misirlilərin İsis (İsida) və 
Serapis,  finikiyalıların  Astarta  tanrılarına  ibadət  edilirdi. 
Eyni  zamanda,  Fələstinin  istilasından  sonra  romalılar 
yəhudi monoteizmi ilə də tanış olmuşdurlar. 
Müxtəlif dinlərin axını ilə birlikdə Doğudan Romaya 
çoxlu  ovsunçular,  sehrbazlar,  cadugərlər  gəlmiş  və  orada 
fəaliyyət  göstərmişdirlər.  Bunun  da  nəticəsində  əhali 
arasında  müxtəlif  dinlər,  inanclar,  mövhumatlar,  mistik 
təlimlər  daha  geniş  miqyasda  yayılmışdır.  Bu  durumla 
əlaqədar  zamanla  Roma  imperiyasında  həm  siyasi-
iqtisadi,  həm  də  mənəvi  böhran  dərinləşmişdir.  Belə  ki, 
dinlərin və inancların çoxluğu cəmiyyəti parçalamışdır. 


233 
 
 
2.7.1. Hermetizm 
 
Hermetizm  ellinizm  dövründə  yaranmış  dini-fəlsəfi 
cərəyan  olmuşdur.  Neoplatonizmin  cərəyanı  olmasa  da, 
onun yaranmasına təkan verən təlimlərdən biri idi. Bir çox 
yeni-platonçu  filosofların  astrologiya,  mistika,  teurgiya
87

cadugərliyə meylləri də Hermetizmdən qaynaqlanırdı. 
Bu  təlimin  adı  Misir  tanrısı Totla bağlıdır  (3,  158). 
Yunanlar  ona Hermes və  ya Üç  Kərə  Ulu  Hermes (yun. 
Ἑρμῆς ὁ Τρισμέγιστος, lat. Hermes Trismegistus) deyirdilər. 
Mistik  mətnə  görə,  bu  ad  dünyanın  mistik  yönlərini 
özündə ifadə edir (1, 863-875). Romada Hermes Merkurius 
tanrısı ilə eyniləşdirilməsinə görə, ona Ulu Merkurius (lat. 
Mercurius  ter  Maximus)  deyirdilər.  Onun  təlimi  Yunan, 
eləcə  də  Şərq  fəlsəfəsi  və  inanclarının  qarışığından 
(sinkretizmdən)  ibarət  idi.  Hermetizm  yeni-platonçuluq 
fəlsəfəsinin  yaranmasına,  daha  sonra  isə  orta  əsrlər 
mədəniyyətinə,  gələcəkdə  isə  ortaya  çıxan  mistik 
təlimlərin yaranmasına təsir etmişdir. 
Hermetizmin 
yazılı 
qaynaqları “Korpus 
Hermetikum”  (lat.  Corpus  Hermeticum)  adlanır.  O  tanrı 
Hermesin apardığı dialoqlar şəklində yazılmış 16 kitabdan 
ibarətdir.  Onları  gizli,  yalnız  yüksək  biliklərə  (loqosa) 
çatanlar  üçün  ünvanlanmış  ədəbiyyat  hesab  edirdilər.  Bu 
kitablarda  tanrı  Hermes  bütün  dünyanın  sirlərini  açır. 
                                                
87
 Teurgiya  (yun.  Θεός-tanrı  + 
ργια-mərasim)  –  tanrıların  rəğbətini 
qazanmaq  üçün  onların  iradəsinə  təsir  etmək  sənətidir.  Magiyanın  bir 
növüdür. 


234 
 
Korpus  Hermetikum  m.  ö.  III  və  ya  II  yüzilliklərdə 
yazılmış  və  münəccimlik,  okkultizm,  cadugərlik,  fəlsəfə  və 
mistika  sahələrini  əhatə  etmişdir.  Ancaq  bir  çox 
araşdırmaçılar  hesab  edirlər  ki,  bu  kitablar  artıq  Xristian 
dövrünün ilk yüzilliklərində (m. 100 – 300) hansısa qədim 
rəvayətlərin  əsasında  yazılmışdır  (2,  3).  Çünki,  qədim 
yunan  ədib  və  filosofları  onlara  istinad  etməmişdirlər. 
Hermetizmin nisbətən sistemli dünyagörüşü o kitablardan 
biri 
olan “Poemandres” (yun. 
Ποιμάνδρης
əsərində 
verilmişdir (5, 502-511). 
Orada  hər  şeyin  başlanğıcında  Ata  Tanrı  (Əql
durmuşdur. O zülmətdən çıxan maddi təbiətdən öncə var 
olmuş,  sonra  Əqldən  emanasiya  (işıqsaçma)  baş  vermiş  və 
onun Söz (Kəlam-Loqos) adı ilə tanınan Oğlu yaranmışdır. 
Bu baxımdan Ata ilə oğul eynidirlər. 
“Tanrı Sözü gözəl imiş”, ona görə də bütün varlıqlar 
ona  bənzər  şəkildə  yaranmış,  sonra  yeddiyə  bölünmüş 
dünyanın  yeddi  Hökmranı  xəlq  edilmişdir.  Daha  sonra 
Tanrı  Sözü  yaradılmış  təbiətə  vararaq  Demiurqosla 
(Yaradıcı  ilə)  birləşmişdir.  Bu  birləşmədən  isə  aşağı 
qatlarda  olan  maddi  təbiət  və  heyvanlar  yaradılmışdır. 
Beləliklə, yer göydən ayrılmışdır. 
İlk  İnsanı  Ata  Tanrı  özünə  bənzər  şəkildə  yaradıb, 
onu  sevmiş,  onun  hökmünə  bütün  təbiəti  vermişdir.  O 
yaradıcı  olmaq  istəmiş  və  ona  bunun  üçün  bütün 
imkanlar  verilmişdir.  İlk  İnsanda  kişi  və  qadın  birləşmiş, 
təbiət  onlardan  həmən  qarışıq  cinsdən  olan  daha  yeddi 
insan  yaratmışdır.  Müəyyən  vaxtdan  sonra  kainat  bağları 
qırılmış və bütün varlıqlar iki cinsli olmuşdur. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə