SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə64/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

239 
 
tikilmiş, orada insanlar ona tapınmışdırlar. Bütün bunlara 
görə  də  sonralar  qalib  gəlmiş  Xristianlıq  onun  kitablarını 
tonqallarda  yandırmış,  məbədlərini  isə  darmadağın 
etmişdirlər. 
Filostratusun  romanından  belə  nəticəyə  gəlmək  olar 
ki,  Apollonius  pifaqorçuluğa  xas  olan  çətin  riyazi 
problemlərlə  deyil,  daha  çox  dini  və  əxlaqi  məsələlərə 
önəm  vermişdir.  O,  ruhların  bir  bədəndən  digərlərinə 
köçməsinə  inanırdı.  Eləcə  də  Apollonius  hesab  edirdi  ki, 
qanlı  qurbanların  kəsilməsi,  ətin  yeyilməsi,  çaxırın 
içilməsi, ailə həyatı müdrik insana yaraşmayan əməllərdir. 
Həyatın  mənası  Tanrını  anlamaq,  onu  duymaqdır.  Onun 
fikrincə  bütün  dinlərdə  həqiqət  vardır  və  onların  hamısı 
Tanrıya  aparan  yollardır.  Bununla  belə,  o  tanrılar 
haqqında  Yunan  və  Misir  xalq  dinində  olan  ibtidai 
təsəvvürləri  də  pisləyirdi.  Apollonius  öz  həyat  yolunu 
mömin insanın örnəyi kimi təqdim edirdi. 
Gerasalı  Nikomaxus  (yun.  Νικόμαχος  ὁ  Γερασένος
II  yüzilliyin  birinci  yarısı)  da  yeni  pifaqorçuluğun 
tanınmış  nümayəndələrində  biri  olmuşdur.  O,  daha  çox 
riyazi  məsələlərlə  məşğul  olmuş,  rəqəm  düzənini 
ilahiləşdirmiş, ona ilahiyyat məzmununu qazandırmışdır. 
Onun  əsərlərindən  biri  “Arifmetik  ilahiyyat”  (yun. 
Θεολογούμενα ἀριθμητικῆς)  adlanır
89
.  Orada  Nikomaxus 
ona  qədər  olan  rəqəmlərin  mistik  mənalarını  verirdi. 
Kitabın  birinci  hissəsində  birdən  dördə  qədər  olan, 
ikincisində  isə  qalan  rəqəmlər  haqqında  düşünülür  (14). 
                                                
89
 Bəzi  araşdırmaçılara  görə  bu  kitabın  yazarı  Yamblix  da  ola  bilərdi.  Belə 
olsa da, o Nikomakhusun əsərindən istifadə etmişdir. 


240 
 
Hər  bir  rəqəm  əxlaqi,  təbii  və  ilahi  obrazlarla 
uyğunlaşdırılır,  onların  arasında  qanunauyğunluqlar 
araşdırılırdı.  
Tanrı  bir  rəqəminə  uyğundur,  çünki  ondan  hər  şey 
başlanır,  həm  də  bir  rəqəmi  başqa  rəqəmlərin  əsasında 
durur.  Ona  görə  də,  ona  uyğun  olan  Tanrı  hər  şeyin 
“əvvəli, ortası və sonudur”.  
İki  rəqəmindən  başlayaraq  çoxluq  başlanır.  O 
materiyaya  uyğunlaşdırılır  və  bir  olan  Tanrıya  qarşı 
durur.  Bütün  ziddiyyətlər  ikilidir:  isti-soyuq,  xeyir-şər, 
işıq-qaranlıq və s. 
Üç  rəqəmində  isə  əvvəl,  orta  və  son  vardır.  O  hər 
şeyin  tamlığının  təcəssümüdür.  Hətta  canlılar  üç  cürdür: 
uçanlar,  yeriyənlər  və  suda  üzənlər.  İnsanın  yaşam 
dövrləri da üçdür: gənclik, yetkinlik və qocalıq. Tanrıya üç 
kərə  dualar  edilir  və  ümumiyyətlə  hər  şeyin  üç  dəfəsi  ən 
mükəmməldir.  Üç  ahəng,  barış  və  dostluqdur.  O  həm  də 
bütün ziddiyyətləri bir-birinə yaxınlaşdırır. 
Bu  birinci  üç  rəqəm  başqalarının  əsasını  təşkil  edir. 
Bundan sonra gələnlər onların kombinasiyalarıdır. Kainat, 
kosmik  təsəvvürlər,  dairələrin  bölgüsü  dörd  rəqəmində 
təcəssüm  olunur.  Bunların  mahiyyətini  anlamaq  və 
onların üzərində riyazi hesablamalar aparmaq üçün onları 
xaç  şəklində  olan  dörd  hissəyə  bölürlər.  Bu  bölgüyə 
əsasən  elmlər  arifmetika,  həndəsə,  harmoniya  və 
astronomiya;  canlılar  isə  məlaikələr,  şər  qüvvələr,  diri 
canlılar  və  bitkilər  olmaqla  dördə  bölünürlər.  İnsanın  da 
dörd hissəsi vardır: baş, bədən, əllər və ayaqlar. 


241 
 
Beş  rəqəmində  ilk  cut  və  tək  rəqəmlər  (2  və  3) 
birləşir.  O  həm  də  on  rəqəminə  qədər  olan  ortadır.  İki 
beşin  cəmi  ilk  tamlıq  olan  ondur.  Kainatın  beş  ünsürü 
vardır. Bunlar  hava, od, su, torpaq və efirdir. Əxlaqda da 
beş rəqəmi ədalətin təcəssümüdür. 
Altı rəqəmi birin,  ikinin  və  üçün cəmindən,  eləcə  də 
ikinin  üçə  vurulmasından  ibarətdir.  Bu  da  kişi  və  qadın 
başlanğıcı,  eləcə  də  evliliyin  rəmzidir.  Həm  də  altı  iki 
əvvəli,  ortası  və  sonu  olan  üçlüklərdən  ibarətdir.  Bu  da 
kosmosun  təcəssümüdür  ki,  Yaradan  Tanrı  onu  altılıqla 
kamilləşdirir. 
Yeddi  rəqəminin  özəllikləri  çoxdur.  Dörd  yeddinin 
cəmindən  kamil  olan  28  rəqəmi  yaranır.  Bu  da  ay 
təqviminin  günləridir.  Antik  dövrlərdə  məlum  olan  və 
tanrılar kimi tanınan planetlərin sayı yeddi idi. Hərəkətlər 
də  yeddidir:  önə,  arxaya,  yuxarı,  aşağı,  sağa,  sola  və  öz 
oxu  ətrafında.  Yeddi  musiqi  səsi  (notlar)  vardır.  Yeddi 
yaşam  dövrü  vardır:  uşaqlıq,  gənclik,  yetkinlik,  kişilik, 
ahıllıq  və  qocalıq.  Məhz  yeddinci  ayda  uşaq  doğulmaq 
üçün  hazır olur. Toxum da  yerə  düşəndə təxminən  yeddi 
günə bitməyə başlayır. 
Səkkiz  rəqəmi  iki  rəqəminin  kubudur  (2x2x2). 
Deməli,  qütblülüklər  və  ziddiyyətlər  olan  2  rəqəmi  onun 
əsasında  durur.  Bu  isə  həm  sevginin,  həm  də  doğuluşun 
əlamətidir.  Səkkizlik  göydə  də  özünü  göstərir,  çünki 
ulduz dairələri də səkkizdir. 
Doqquz  rəqəmi  üçün  kvadratıdır  (3x3)  O  onluğun 
içində ən böyük rəqəmdir ki, ondan sonra heç nə yoxdur. 


242 
 
Ona  görə  də,  ondan  sonra  dairəvi  hərəkət  baş  verir.  Hər 
şey ona doğru gəlir və sonra ondan uzaqlaşır. 
On  rəqəmi  isə  təbiətdə  olan  tamlıq,  düzənlik  və 
müvazinətin rəmzidir. Onun içində bütün başqa rəqəmlər 
vardır.  Beləliklə,  onluq  bütün  dünya  və  kainatdır.  Ondan 
yüksək heç bir təbii rəqəm yoxdur. Çünki yüz on, min isə 
yüz onluqdan ibarətdir. 
Yeni pifaqorçuluğun daha bir tanınmış nümayəndəsi 
Apameyalı  Numenius  (yun.  Νουμήνιος  ὁ  ἐξ  Ἀπαμείας
m.  II-ci  yüzilliyin  ikinci  yarısı)  olmuşdur.  Onun  fikrincə 
tam  olan  varlığın  üç  əsası  vardır  (8,  158-162).  Birincisi İlk 
Tanrıdır. O 
özünə 
qapanmış 
halda 
mövcuddur. 
İkincisi İkinci  Tanrıdır.  O  maddə  ilə  münasibətdə 
olan Demiurqosdur; bir tərəfdən İlk Tanrıya, digər tərəfdən 
isə  əbədi  olan  maddəyə  yönəlir.  Varlığın  üçüncü  əsasını 
isə kosmos təşkil edir. 
Başqa  məlumatlara  görə,  o  varlığın  üçüncü  əsasını 
kosmosda  deyil, Dünya  Ruhunda görürdü  (12).  Ondan 
insan  ruhunun  ölən  hissəsi  yaranmışdır.  İnsan  ruhunun 
əqli hissəsi isə ölməzdir və dünya Əqlinə yönəlir. 
Numenius 
platonçuluğu 
Müqəddəs 
kitabın 
(Bibliyanın) dünyagörüşünə, eləcə də Hind, Misir və digər 
dini  təlimlərlə  yaxınlaşdırmaq  və  uyğunlaşdırmaq 
istəmişdir.  Hətta  o,  Platonu  Musaya  bənzədirdi  (7,  449). 
Bunun da zərurəti ondan doğmuşdur ki, o zaman Romada 
ənənəvi yunan-roman dini böhranda idi və eyni zamanda 
imperiyada  çoxlu  dinlər  ortaya  çıxmışdır.  Onlardan  biri 
də  sonralar  dövlət  dininə  çevrilmiş  Xristianlıq  idi.  Buna 
görə  də,  o  dövrün  filosofları  bu  həqiqətləri  nəzərə  alıb 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə