SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə71/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   74

268 
 
Eustathius (yun. 
Εὐστάθιος 
Καππᾰδόκης
m. 
IV 
yüzillik), Efesli  Maksim (lat.  Maximus  Ephesius,  ölüm  ili 
m. 377/378) kimi nümayəndələri də Yamblix kimi mistika, 
teurgiya  və  hətta  cadugərliklə  məşğul  olmuşdurlar. 
Ancaq, fəlsəfəni bu istiqamətə yönəldənlərə qarşı çıxanlar 
da 
olmuşdurlar. 
Onlardan 
biri 
həmin 
məktəbin 
ardıcılı Mindioslu  Eusebius (yun.  Εὐσέβιος  Μύνδιος,  m. 
IV  yüzillik)  idi.  O,  cadugərlik  və  teurgiyaya  qarşı  çıxış 
edərək  deyirdi  ki,  həqiqət  dialektik  mülahizələrdə  açılır. 
Fəlsəfənin məqsədi isə insanı məntiqə yönəltmək və onun 
beynini təmizləməkdən ibarətdir. 
Yeni-platonçuluğun  Perqama  məktəbinin  tanınmış 
nümayəndələrindən 
biri 
Sallustius (lat. Sallustius
IV yüzillik)  olmuşdur.  Onun  kimliyi  haqqında  bilgi 
yoxdur.  Ancaq,  Sallustiusdan  zamanımıza  “Tanrılar  və 
dünya  haqqında”  çox  önəmli  bir  əsər  gəlib  çatmışdır. 
Burada  yeni-platonçuluq  təliminin  ontoloji  əsasları 
sistemli və anlaşıqlı şəkildə verilmişdir. 
Sallustiusa  görə  bütün  şeylər  kosmosdan  yüksək 
qatlarda 
olanlara 
və 
kosmik 
varlıqlara 
bölünürlər. 
Kosmosdan  yüksək  qatlarda  olan  hər  bir  şeyin  əvvəlində 
İlk  başlanğıc  durur;  onu  dərk  etmək  mümkün  deyildir(9, 
24-27).  
Kosmik  tanrılar  isə  onikidir  və  üçlüklərə  bölünürlər 
(9, 28-31). Üçlüklərdən birincisi dünyanı yaradanlar (Zeus
Poseidon,  Hefestos),  ikincisi  onu  ruhlandıranlar  (Demeter
Hera,  Artemis),  üçüncü  ona  düzən  verənlər  (Apollon
Afrodita,  Hermes),  dördüncüsü  isə  onu  qoruyanlardırlar 


269 
 
(HestiaAfinaAres). Digər tanrılar isə bunların xidmətində 
duranlardırlar.  
Hava, günəş, ay və planetlər kimi Kosmik dairələr də 
onikidir  və  onların  hər  biri  bu  əsas  tanrılarla  bağlıdırlar. 
Bütün  kainat  tanrılar  kimi  əbədidir,  onu  heç  kəs 
yaratmamışdır.  Tanrılar  imkandır,  dünya  isə  o  imkanın 
gerçəkləşməsidir.  Deməli,  dünya  və  tanrılar  birlik  təşkil 
edirlər. 
Sallustiusa  görə  tanrılar  ideal  aləmdədir  və  onların 
məkanında  şər  yoxdur.  Dünyada  isə  şər  ona  görə  vardır 
ki,  həmin  ideal  dünya  burada  tam  olaraq  əks  olunmur, 
olunsa da onun işığı bu aləmə qismən çatır. 
İnsan o tanrılara ibadət etməli, qurbanlar kəsməlidir 
ki,  onlar  onun  ehtiyaclarını  ödəsin.  Tanrıların  isə 
insanların  ibadətlərinə  ehtiyacı  yoxdur.  Onların  razılığını 
qazanmaq üçün insan həm də xeyirli həyat sürməlidir. Bu 
kimi insanların ruhları ölümdən sonra məmnunluqla dolu 
həyat sürəcəkdir. 
Sallustius  əsatirlərin  yorumlanması  və  anlaşılması 
probleminə  də  toxunmuşdur.  Onun  fikrincə  eyni  əsatiri 
ilahiyyat,  təbiət,  mənəviyyat,  maddiyyat  və  bunların 
qarışığı baxımından yorumlamaq olar. Məsələn, bir əsatirə 
görə  yunan  tanrısı  Kronos  öz  balalarını  yemişdir.  Bunu 
ilahiyyat  baxımından  izah  edərkən  bu  olay  Əqlin  özünün 
özünə  qayıtması  deməkdir,  çünki  burada  məcaz  var  və 
Kronos  Əqlin  təcəssümüdür.  Həmin  əsatiri  təbiət  (fiziki) 
baxımından  izah  etdikdə  Kronosun  öz  balalarını  yeməsi 
zamanın  dünyada  hər  şeyi  aşındırması  kimi  başa 
düşülməlidir.  Əsatiri  mənəvi  baxımdan  izah  etdikdə  isə 


270 
 
Kronosun  öz  balalarını  yeməsi  onun  mənəviyyatının 
özündə  qalması  deməkdir.  Maddi yorumlara  gəldikdə  onu 
bilmək  lazımdır  ki,  daşlar  ya  da  heyvanlar  kimi  maddi 
şeylər  tanrı  deyillər,  onlar  hansısa  tanrıları  yalnız 
təcəssüm edə bilərlər. (9, 13-23)  
Perqama məktəbinin daha bir tanınmış nümayəndəsi 
isə  Roma  imperatoru Yulian (lat.  Flavius  Claudius  Iulianus 
Augustus,  332  –  363)  olmuşdur.  Onun  hakimiyyətə 
gəlməsindən  öncə  Xristianlıq  dövlət  dininə  çevrilmişdir. 
Bundan sonra bütpərəst sayılan antik inanclar və fəlsəfələr 
təqiblərə məruz qalmışdır. Yulian isə bu prosesin qarşısını 
almağa  çalışmışdır.  O  öncə  xristian  olmuş,  ancaq  sonra 
antik  inancları  qəbul  edərək  Yamblixin  və  Efesli  Maksimin 
öyrəncisi olmuşdur. Buna görə də ona xristian ənənəsində 
Dinindən Dönmüş Yulian deyirlər.  
Öz qısa hakimiyyəti dövründə (m. 361 – 363) Yulian 
bütün  dinlərin  bərabərliyini  elan  etmişdir.  Yulianın 
əmrinə  əsasən  xristianlar  bütpərəstlərdən  ələ  keçirtdikləri 
məbədləri və əmlakı kahinlərə qaytarmalı və məktəblərdə 
tədris  sistemindən  uzaqlaşdırılmalı  idilər.  Onun  məqsədi 
Xristianlığın  təqibi  deyil,  onunla  rəqabət  apara  bilən 
islahatlardan  keçmiş  antik  dinin  bərpa  edilməsi  idi. 
Ancaq,  Yulian  bu  məqsədə  çata  bilməmişdir.  Az  sonra  o 
İranla 
aparılan 
savaşda 
döyüşlərin 
birində 
öldürülmüşdür.  Onun  həmin  döyüşdə  öz  xristian 
döyüşçüləri  tərəfindən  öldürüldüyü  də  güman  edilir. 
Yulianın  ölümündən  sonra  Xristianlıq  yenidən  dövlət 
dininə  çevrilmiş  və  bu  proses  artıq  geriyə  dönməz 
olmuşdur. (25) 


271 
 
Xristianlığın  güclənməsi  zamanı  yaşayan  Porfirius, 
Yamblix,  Proklus  kimi  yeni-platonçular  antik  dini 
zəmanəyə uyğunlaşdırmağa çalışırdılar. Onlar təktanrılığı 
özlərinə  məxsus  şəkildə  təqdim  etmiş,  mənəvi  və  əxlaqi 
məsələlərə  toxunmuşdular;  bununla  belə  antik  irslə 
bağlılıqlarını  kəsməmiş,  mistik  fəlsəfələrə  və  teurgiyalara 
önəm vermişdilər. 
Bir  çox  Şərq  dinlərində  günəş  tanrılaşdırılırdı.  O 
zaman  Romada  Mitra  adlı  İran  tanrısının  qnostik  kultu 
yayılmış,  bu  din  orduya  və  Romanın  hakim  dairələrinə 
nüfuz  etmişdir.  Yulian  da  günəşi  tanrı  hesab  etmiş,  onu 
təbiətin  əsası  və  həyatın  mənası  kimi  dəyərləndirmişdir. 
Ancaq  onu  gördüyümüz  çıxan  və  batan  günəşlə 
eyniləşdirmirdi.  Yuliana  görə  gördüyümüz  günəş  həqiqi 
tanrı  işığının  qismən  yansımasıdır  (əks  olunmasıdır). 
Həmçinin  Yuliana  görə  ümumiyyətlə  bizim  gördüyümüz 
dünya  həqiqət  deyildir.  Həqiqətə  çatmaq  üçün  şeylərin 
həqiqi mahiyyətinə varmaq lazımdır. Mənəvi təkmilləşmə 
də  bundan  ibarətdir.  Onun  bu  yanaşması  Platonun 
ideyalar 
haqqında 
təliminə 
uyğun 
idi. 
Plotinin 
emanasiyasına  uyğun  olaraq  Yulianın  təlimində  bütün 
tanrılar  və  mövcud  olan  varlıq  günəş  işığından  yaranır. 
(18, 454-471) 
Yulian  zamanımıza  yalnız  bəzi  “Xristianlara  qarşı” 
kitabından  fraqmentlər  gəlib  çatmışdır.  Bu  kitabda  o, 
xristian 
rəvayətlərində 
olan 
məntiqi 
ziddiyyətləri 
açıqlayaraq  Xristianlığın  Tanrıdan  gəlmədiyini  sübuta 
yetirmək  istəmişdir.  Eyni  zamanda  o,  yunan  dinində  də 
çoxlu  məntiqsizliklərin  və  nağılların  olduğunu  etiraf 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə