SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

30 
 
1.3. Milet məktəbi 
 
Mifoloji  və  dini  dünyagörüşlərindən  fərqli  ola-
raq   fəlsəfi  dünyagörüşü  daha  çox  sağlam  düşüncənin, 
intellektual  fəaliyyətin,  təhlilin  üzərində  qurulmuşdur.  Belə 
olduqda  xalq  arasında  yayılmış  miflərə,  əsatir  və  rəva-
yətlərə,  sağlam  düşüncəyə,  məntiqə  və  həqiqətə  uyuşan 
yorumlar  verilmiş  və  bununla  da  cəmiyyətdə  oturuşmuş 
ənənələr dəyişkən dünyaya uyğunlaşdırılmışdır.  
Milet fəlsəfi məktəbi qədim yunan fəlsəfi məktəblərinin 
ilki  olmuşdur.  Milet  şəhəri  (yun.  Μίλητος)  müasir 
Türkiyənin  Qərbində,  Ege  dənizinin  sahilində  yerləşirdi. 
Bu  məktəbi  təmsil  edən  filosoflar  ilk  dəfə  dini  inanc  və 
əsatirlərdə  olan  kosmoqonik
28
 və  kosmoloji  baxışlara  elmi 
praktiki  yöndən  baxmağa  başlamışdılar.  Onlar  üçün 
bütün  bunlar  artıq  inanc  və  adətlər  deyil,  araşdırma 
obyekti  olmuşdur.  Məhz  ona  görə  də,  miletlilər  müasir 
fizika, astronomiya, meteorologiya, biologiya, coğrafiya və 
başqa elmlərin təməllərini qoymuşdular.  
Milet  filosoflarının  irəli  sürdüyü  ilk  problem 
ontologiya
29
 olmuşdur.  Bu  da  təbiidir,  çünki  düşüncə 
fəaliyyəti  birinci  növbədə  varlıq  probleminə  yönəlir.  On-
dan  isə  müxtəlif  məsələlər  ortaya  çıxır.  Məhz  bu  ba-
xımdan,  ilk  filosoflar  dünyanın  yaranması  probleminə 
önəm  vermiş,  bununla  bağlı  anlayışların  tərifini  və  an-
lamını izah etməyə çalışmışdırlar. Beləliklə, bu filosofların 
                                                
28
 Kosmoqoniya – dünyanın yaranması haqqında nəzəriyyələrdir. 
29
 Ontologiya – varlıq haqqında təlimdir. 


31 
 
fəaliyyətləri  nəticəsində mif  və onun əsasında formalaşan 
dinə baxış bucağı dəyişmişdir.  
Milet  filosofları  hesab  edirdilər  ki,  dünyanın  və  var-
lığın başlanğıcında müəyyən bir ilk maddə durur. Onlar, bu 
ilk  maddənin  nə  olduğu  haqqında  düşüncələrini  də  irəli 
sürmüşdülər.  Çünki,  ətrafda  olan  müxtəlifliyə  baxmayaraq, 
dünya  bir  tamlıq  və  vahidlik  durumundadır.  Ona  görə  də, 
dünyanın  bir  başlanğıcı  olmalıdır.  Ancaq  bu  filosoflar 
dünyanın  yaradılışı  məsələsində  yaradıcı  Tanrı  haqqında 
heç nə demirdilər. Çünki onlar hesab edirdilər ki, dünyanın 
əsasında  yaradıcı  qüvvə  deyil,  maddi  ünsürlər  durur. 
Tanrılar  və  insanlar  isə  artıq  var  olan  materiyadan  hər  şeyi 
yaradırlar. Məhz bu baxımdan da Milet filosofları ilk maddə 
haqqında  fərqli  fikirlər  irəli  sürmüşdülər.  Onu  da  qeyd 
etmək  lazımdır  ki,  dünyanın  əsasında  hansısa  maddənin 
durması  haqqında  rəvayətlərə  Misir  və  Babil  mifologi-
yasında  da  rast  gəlmək  müm-kündür.  Ancaq,  miletlilər  bu 
kimi  mifoloji  təsəvvürlərə  fəlsəfi  baxımdan  yanaşmağa 
başlamışdılar. 
Eyni  zamanda  qeyd  olunmalıdır  ki.  miletlilər  dün-
yanın  yermərkəzçi  (geosentrik)  quruluşu  haqqında  qədim 
təsəvvürlərə  fəlsəfi  baxımdan  yanaşırdılar.  Bu  baxımdan 
onlar  hesab  edirdilər  ki,  yer  kainatın  mərkəzində  durur. 
Yerin  kainatın  mərkəzində  durması  inancı  dünya  elmində 
orta  əsrlərin  sonlarına  qədər  hakim  olmuşdur.  Yalnız 
Renessans
30
 dövründə  bu  inanc  şübhə  altına  alınmış,  daha 
sonra isə iflasa uğramışdır. 
                                                
30
 Renessans  (fransızca  renaissance  –  dirçəlmə)  Avropanın  inkişafında 
müstəsna  rol  oynayan,  antik  zamanların  nailiyyətlərinin  dirçəlməsi  ilə 
müşayiət edilən və orta əsrləri əvəz edən bir tarixi dövrdür. 


32 
 
Bundan  başqa  miletlilər  canlı  aləmin  yaradılışı  haq-
qında  ilk  elmi  nəzəriyyələr  irəli  sürmüşdülər.  Bu  nəzəriy-
yələrdə  canlıların  təkamül  nəticəsində  formalaşması  ehti-
mallarına da rast gəlinir. 
Milet  fəlsəfi  məktəbinin  fəaliyyətinə  miladdan  öncə  V 
yüzillikdə  son  qoyulmuşdur.  O  zaman  Milet  şəhəri  Əhə-
mənilər  tərəfindən  ələ  keçirilmişdir.  Buna  baxmayaraq 
onların təlimi başqa yunan şəhərlərinə yayılmış və inkişaf 
etmişdir.  
Milet  məktəbinin  birinci  filosofu  Fales  (yun.  Θαλής
təxminən m. ö. 640 – 548) olmuşdur. O öz dövrünün ən bi-
likli  adamlarından  biri  hesab  edilirdi.  Fales  bir  çox 
ölkələrə  səfərlər  etmiş,  öz  dünyagörüşünü  genişləndir-
mişdir. Buna görə də o, öz biliklərinin əsasında dünyanın 
yaranması  və  quruluşu  haqqında  düşüncələrini  irəli  sürə 
bilmişdir.  
Falesin  fikrincə,  varlıq sudan yaranmışdır  (3,  15).  Bu 
iddiaya  qədim  Misir  miflərində  də  rast  gəlinir.  Ona  görə 
də  tədqiqatçılar  hesab  edirlər  ki,  Fales  qədim  Meso-
potamiya  və  Misir  dünyagörüşü  və  elmindən  geniş 
istifadə etmişdir.  
Falesin fikrincə yer yastıdır və suyun üzərində durur 
(2,  8),  o  hər  tərəfdən  su  ilə  əhatələnmişdir.  Kainatda  hər 
şey  suyun  buxarlanmasından  yaranır.  Suyun  və  ondan 
yaranan  şeylərin  həyatverici  ruhu  vardır,  onlar  ölü 
deyildirlər  (3,  15).  Bunu  əsaslandırmaq  üçün  Fales  maq-
nitin dəmiri özünə doğru çəkməsini örnək kimi göstərirdi 
(1,  17).  Bu  fikir  sonralar  hilozoizm  (maddi  aləmin  canlı 
olması) adlandırılmışdır. 


33 
 
 Fales  ilk  dəfə  olaraq  ay  işığının  əslində  günəş  şüa-
larının yansıması (əks olunması) olduğunu iddia etmişdir. 
O  həm  də,  günəşin  tutulmasının  səbəbi  kimi  ayın  onun 
qabağına  keçməsini  göstərmişdir.  O,  həndəsə  elmində 
Fales teoremi” adlanan qanunauyğunluğu kəşf etmişdir. 
Milet 
məktəbinin 
ikinci 
tanınmış 
filosofu 
Anaksimander (yun. Ἀναξίμανδρος, təxminən m. ö. 610 – 
547)  olmuşdur.  O,  dünyanın  yaranması  və  quruluşu 
haqqında  fikirlərini  “Təbiət  haqqında”  (yun.  Περί 
φύσεως)  adlı  kitabında  açıqlamışdır.  Bu  kitab  yunanların 
ilk elmi kitabı hesab edilir. Ancaq günümüzə onun yalnız 
bəzi fraqmentləri gəlib çatmışdır.  
Anaksimander  də  öz  dönəminin  ən  bilikli  adam-
larımdan  biri  olmuşdur.  O  ilk  dəfə  “qanun”  anlayışını 
cəmiyyətə  deyil,  həm  də  elmə  və  təbiətə  aid  etmişdir  (6, 
15).  O,  Yunanıstanda  ilk  dəfə  olaraq  günəş  saatını  kəşf 
etmiş,  həm  də  günümüzə  çatmayan  dünya  xəritəsini 
çəkmişdir. 
Anaksimanderə  görə  yer  kainatın  mərkəzində  yer-
ləşir,  silindr  formasındadır  və  bir  sütuna  bənzəyir.  Onu 
hər  tərəfdən  od  bürüyür.  Hər  şey  apeiron  (yun. 
απειρον) adlanan ilk maddədən yaranmışdır (7, 26). O da 
özündə bütün varlığın əsaslarını birləşdirir. Bu baxımdan, 
kainat  canlıya  bənzər  varlıqdır.  O  yaranır,  yaşayır,  sonra 
yenidən  yaranmaq  üçün  məhv  olur.  Sonda  isə  hər  şey 
yenidən “apeirona” qayıdır. 
Onun  fikrincə  həyat  dənizdən  başlamışdır  (7,  26). 
Sonra təkamül  nəticəsində bütün canlılar yaranmışdır. İlk 
olaraq  sudan  iynə  dərili  heyvanlar  əmələ  gəlmiş,  sonra 
onlar lildən çıxaraq iynələrini itirmişdir. İnsan isə çox zəif 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə