SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə24/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

85 
 
canlılar yaradır (3,  166). Bu dulusçunun gildən  düzəltdiyi 
müxtəlif  şeylərə  bənzər  bir  prosesdir.  Məsələn,  “İlk 
mühərrik”  ilkin  olaraq  insanın  formasını  və  ya  Platonun 
ifadəsi  ilə  desək,  onun  ideyasını  düşünür.  Sonra  ona  öncə 
düşündüyü  görkəmdə  bədən  verir  və  bununla  da  insan 
yaranmış  olur.  Bütün  dünya  və  kainat  əslində  maddədən 
(materiyadan)  ibarətdir.  Beləliklə,  Aristotelin  istifadə 
etdiyi  forma”  anlayışı,  Platonun  “ideyasına”  çox  yaxın 
məna daşıyır.  
Aristotelə  görə  “İlk  mühərrik”  insanların  ibadət  et-
diyi  tanrı  deyildir.  O  maddə  də  deyil,  “Əqldir”  (yun. 
νοῦς).  Planonun  Demiurqosundan  fərqli  olaraq,  Aristotelin 
“İlk mühərriki” ideyalardan kənar olan bir gerçəklik kimi 
qəbul  edilir.  O  hər  zaman  fəaliyyətdədir  və  cansız  mate-
riyaları  formalaşdırır.  Bu  fikirlər  sonralar  xristian  və 
müsəlman fəlsəfəsində də istifadə edilmişdir. 
Ümumiyyətlə,  Aristotel  fəlsəfəsində  formaya  xüsusi 
əhəmiyyət vermiş və o təbiətlə eyniləşdirilmişdir (23, 430-
431).  Onsuz  materiya  yalnız  bir  imkandır  (potensiyadır). 
Məsələn, daşların bir araya yığılması imkan  verir  ki, bina 
tikilsin (forma alsın). Ancaq, o bina tikilməzsə daşların bir 
araya  yığılmasının  heç  bir  mənası  yoxdur.  Deməli, 
imkanın  varlığı  əhəmiyyətli  olsa  belə,  o  həlledici  amil 
deyildir.  Hərəkət  olmasa  imkan  keyfiyyətə  keçməz. 
Kainatı  təşkil  edən  materiya  da  belədir.  Ondan  formalar 
yaranmasa,  mənasız  bir  şey  olar.  Deməli  əslində  hər  şey 
materiya  formanın vəhdətindən ibarətdir (3, 154). 
Beləliklə,  Aristotel  formaları  şeylərdən  ayırıb,  onları 
substansiya  kimi  təsəvvür  edirdi.  Materiya  isə  Aristotelin 


86 
 
fəlsəfəsində “İlk mühərrik” kimi əbədidir, o yaradılmayıb 
və məhv edilməzdir. Onun əsasını dörd ünsür (od, hava, su 
və torpaq) təşkil edir. Bu ünsürlər həm də dərk edilməyən 
“İlk  mühərriklə”  reallıqda  mövcud  olan  və  duyulan  aləm 
arasında bir bağlantı və keçiddir. Duyulan şeylərin isə bir-
birinə zidd olan iki cüt xassəsi vardır. Biri isti-soyuq, digəri 
isə  quru-nəmdir.  Yuxarıda  qeyd  edilən  dörd  əsas  element 
isə  bunların  xassələri  vasitəsi  ilə  formalaşır.  Dünyada 
bütün  duyulan  şeylər  yuxarıda  qeyd  edilən  elementlərin 
kombinasiyalarının  nəticəsidir.  İlk  materiyadan  fərqli 
olaraq onlar dərk olunur  və əsas kateqoriyalar  vasitəsi ilə 
təyin edilir.  
Aristotel kateqoriyalar və idrak prosesi barəsində də 
xüsusi fikirlərlə çıxış etmişdir. Müəyyən bir şey haqqında 
tam  təsəvvür  yalnız  onun  mahiyyətinin  bilinməsindən 
sonra  yaranır.  Bu  da  Aristotel  fəlsəfəsinin  ən  əsas  mə-
qamlarından  birini  təşkil  edir.  O  hər  şeyin  mahiyyətinin 
izahını  vermək  üçün  kateqoriyaları  (yun.  κατηγορία  –  it-
tiham, xassə, deyim) tətbiq etmişdir. Kateqoriyalar hər bir 
anlayışın,  ifadənin,  həqiqətin  ən  ümumi  və  sadə  for-
masıdır  ki,  onların  əsasında  bir  tərəfdən  digər  anlayışlar 
(idrak  kateqoriyaları),  başqa  tərəfdən  isə  dərk  edilən  ob-
yektlərin gördüyümüz  varlıq formaları (varlıq kateqoriyası
ortaya  çıxır.  Başqa  sözlə,  kateqoriya  reallığın  ən  əhə-
miyyətli tərəflərini əks etdirən ümumi anlayışdır. Bununla 
da,  Aristotel  idrak  və  varlıq  kateqoriyalarının  müna-
sibətlərini  araşdıran  idrak  nəzəriyyəsinin  əsaslarını  qoy-
muşdur. Onun “Orqanon” (yun. Ὄργανον) əsərinin birin-
ci  kitabı  Kateqoriyalar  adlanır.  Orada  10  kateqoriya 


87 
 
göstərilmişdir:  1)  substansiya  (yun.  οὐσία),  2)  kəmiyyət 
(yun.  ποσόν),  3)  keyfiyyət  (yun.  ποιότης),  4)  münasibət 
(yun. τὸ πρός τί), 5) məkan (yun. τὸ που), 6) zaman (yun. 
τὸ  πότε),  7)  hal  (yun.  τὸ  κεῖσθαι),  8)  fəaliyyət  (yun.  τὸ 
ποιεῖν),  9)  məxsusluq (yun.  τὸ ἔχειν)  və  10) məruz  qalma 
(yun.  τὸ  πάσχειν)  (5,  5-6).  Aristotelə  görə  hər  bir  şeyin 
mahiyyətinin  açılmasının  əsasında  bu  kareqoriyalar 
durur. 
İdrak haqqında (idrak nəzəriyyəsində) Aristotel sub-
yektdən  asılı  olmayan  obyektiv  reallığın  mövcudluğu  möv-
qeyindən  çıxış  edirdi.  O  hesab  edirdi  ki,  ətrafımızda  olan 
şeylər  insanda  duyğular  vasitəsi  ilə  əks  olunur.  Həqiqi 
biliyi ideal aləmdə görən Platondan fərqli olaraq Aristotel 
hesab edirdi ki, insandan asılı olmayan real dünya vardır. 
Orada  olan  hər  bir  şeyi  insan  öncə  duyğu  vasitəsi  ilə 
qavrayır. Bilik və yüksək ağıl formaları isə duyğu yolu ilə 
əldə  edilmir.  Bunlar  daha  yüksək  əqli  fəaliyyətlə  əldə 
edilir.  
Aristotel  tərəfindən  kateqoriyaların  fəlsəfi  izahının 
verilməsi həm də məntiq elminin inkişafına təsir etmişdir. 
Çünki,  hər  bir  şeyin  mahiyyətində  duran  anlayışların 
müəyyən  edilməsi  o  şey  haqqında  tam  təsəvvür  yaradır. 
Beləliklə,  Aristotel  məntiq  elminin  inkişafında  müstəsna 
rol  oynamışdır.  Onun  üçün  məntiq  ayrıca  elm  deyil,  hər 
bir  elmin  əsasıdır.  Aristotelin  məntiq  haqqında  təlimi  də 
Orqanon” əsərində verilmişdir.  
Aristotel  hesab  edirdi  ki,  məntiq  sübutlar  haqqında 
elmdir.  Əqli  fəaliyyət  gerçəklikdə  var  olan  şeyləri  əks 
etdirir. Məntiqi mülahizə və əql yolu ilə əldə edilən nəticə, 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə