SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix17.11.2018
ölçüsü2,8 Mb.
#80534
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

105 
 
çox  yaxın  idi  (13,  94).  Kerkidas  aristokratlardan  idi,  ona 
görə  də  başqa  kinik  filosoflarından  fərqli  olaraq  daha  da 
mötədil  mövqedə  durmuşdur.  Meliambalarda  Kerkidas 
təvazökarlığın  və  sadəliyin  carçısı  kimi  çıxış  etmiş,  var-
dövlətə nifrət hissləri aşılamış, insanları ədalətə və yüksək 
əxlaqa  çağırmışdır.  Ona  görə  də  sonralar  bəzi  Xristian 
ataları onu hörmətlə yad edirdilər. 
Kinik  məktəbinin  daha  bir  tanınmış  nümayəndəsi 
Diogenesin öyrəncisi Krates (yun. Κράτης) və onun həyat 
yoldaşı Hipparxia  (yun. Ἱππαρχία) olmuşdur. Məlumdur 
ki,  onlar  da  abid  həyatı  sürmüşdürlər.  Onların  ikisi  də 
varlı  ailədən  olduqlarına  baxmayaraq  hər  şeydən  imtina 
etmiş, abid həyatı yaşamışdırlar (3, 251 və 254-255). Onlar 
hesab  edirdilər  ki,  zənginliyi  və  şöhrəti  dəyər  kimi  qəbul 
etmək  olmaz.  Çünki,  müdrik  insan  üçün  bütün  bunlar 
şərdən  başqa  bir  şey  deyildir.  Krates  və  Hipparxia  cə-
miyyətdə hökm sürən ictimai əxlaq qaydalarına istehza ilə 
yanaşır,  imkan  olduqda  onları  hamının  gözü  önündə 
kobudcasına pozurdular. 
 
1.9.2. Kirena məktəbi 
 
Daha bir sokratçı məktəb Kirena şəhərində yerləşmiş 
və  o  məktəbin  ardıcılları  isə  kirenaçılar  adlandırılmışdır 
(yun.  Σχολή  της  Κυρήνης).  Onlara  ilk  hedonistlər
65
 də 
deyirlər.  
                                                
65
 Hedonizm  (yun. 
ἡδονή)  –  həyatın  məqsədini  həzz  almaqda  görən  əxlaqi 
təlimdir. 


106 
 
Kirenaçıların  çoxusuna  görə  insan  çevrəsindəki 
dünyanı  duyğular  vasitəsi  ilə  qavrayır  (dərk  edir);  ona 
görə  də  duyğu  qavramın  (idrakın)  əsasında  duran  əsas 
amildir  (8,  99).  İnsana  xoş  gələn  duyğular  qəbul  edilməli, 
gəlməyənlər isə rədd edilməlidir. 
İnsanın  məqsədi  həyatdan  həzz  almaq  və  ağrıdan 
çəkinməkdir (3, 89). Həzz keçmiş və gələcəyə deyil, yalnız 
indiki  mövcud  zamana  aid  edilə  bilər.  Məhz,  bu  kimi 
həzzə  can  atılmalıdır.  Keçmiş  və  gələcək  isə  bizim  hök-
mümüzün  xaricindədir.  Ona  görə  nə  keçmişdəki  gü-
nahlarımızdan  peşman  olub  üzülmək,  nə  də  gələcəyin 
sınaqlarından  qorxmaq  lazımdır.  Azadlıq  xoşbəxtliyə 
aparan nemətdir. 
Kiniklər  kimi  bir  çox  kirenaçılar  da  əxlaqi  qa-
dağanların  insan  təbiətinə  zidd  olduğunu  iddia  edib, 
onlara riayət edilməsini vacib saymırdılar (3, 93-94). Hətta, 
“xeyir” və “maddi zənginlik” kimi anlayışlar əslində həzz 
almaq  üçün  vasitədirsə,  onda  gərəkli  və  yararlı  sayıla 
bilərlər. Belə olmasa onda onlar mənasızdır. 
Kirenalılar  dinə  qarşı  da  inkarçı  mövqedə  dur-
muşdular.  Ona  görə  də  onların  bəzilərini  “ateist”  ad-
landırırdılar.  Onların  fikrincə  vətənə  bağlanmaq  yox, 
dünya  vətəndaşı  olmaq  lazımdır.  Onlardan  bəziləri  bu 
dünyada  yaşamağın  mənasız  olmasını  və  intihar  etməyin 
üstünlüyünü də iddia edirdilər. 
Eyni  zamanda,  kirenalıların  mötədilləri  də  olmuş-
dur.  Mötədillər  bu  kimi  aşırı  fikirləri  qəbul  etmirdilər. 
Onların  fikrincə  insan  cəmiyyətdə  yaşamalı,  onun  qa-
nunlarına  tabe  olmalıdır.  Ancaq  eyni  zamanda  bacardığı 


107 
 
qədər  həyatından  həzz  də  almalı,  narahatlıqlardan 
qaçmalıdır.  
Kirena  məktəbinin  yaradıcısı  Aristippus  (yun. 
Ἀρίστιππος,  təxminən  m.  ö.  435  –  355)  olmuşdur.  Dio-
genes  Laertiusa  görə,  Aristippus  üç  hissədən  ibarət  olan 
“Liviyanın  tarixi”  və  bir  çox  dialoqların  müəllifi 
olmuşdur (3, 88).  
Aristippusa  görə  biz  yalnız  öz  duyğularımıza  əsas-
lanaraq  bu,  ya  digər  şey  haqqında  hökm  veririk.  Halbuki 
bu heç də o demək deyil ki, duyğularımız o şey haqqında 
doğru bilgi verib. Deməli, əslində şeylərin əsl mahiyyətini 
açmaq olmaz və təbiətin öyrənilməsi imkansızdır. 
Təbiətdə isə hər şeyi yalnız “xeyir” və “şərə” bölmək 
mümkündür. Ona görə də, onlara müvafiq dəyərlər ancaq 
“yaxşı”  və  “pis”  ola  bilər.  Bu  səbəbdən  də,  Aristippus  bu 
anlayışlar arasında fərq qoymayan riyaziyyatı inkar edirdi 
(1,  51).  Aristippusa  görə  həyatın  məqsədi  həzz  almaqdan 
ibarətdir. Bununla belə, bunu edərkən aşırılığa yol vermək 
və həzzlərin köləsi olmaq olmaz.  
Aristippus  şəxsi  azadlığı  yüksək  dəyərləndirmişdir. 
Onun  fikrincə,  hansısa  ölkənin  vətəndaşı  olmaq  vacib 
deyildir.  İnsana  yetər  ki,  hər  yerdə  yadelli  kimi  yaşasın 
(11,  40).  Çünki,  var-dövlət  insan  azadlığını  məhdudlaş-
dırır.  Ona  görə  də,  onun  miqdarı  gəmi  qəzası  anında 
apara biləcəyin qədər olmalıdır. 
Hegesias  (yun.  Ἡγησίας,  m.  ö.  320  –  280)  və  onun 
ardıcıllarının fikirlərini də Diogenes Laertius açıqlamışdır 
(3,  89-92).  Onlar  hesab  edirdilər  ki,  həzz  və  ağrı  hissləri 
vardır. Məqsəd ağrıdan qaçıb həzzə doğru yönəlməkdir.  


108 
 
Əslində  nə  dostluq,  nə  ərdəm,  nə  kimdənsə  razılıq 
kimi  hisslər  yoxdur.  Biz  onlara  hansısa  məqsədlər  üçün 
yönəlirik, çünki məqsədlər olmasa bu hisslər də olmaz. 
Xoşbəxtliyi  əldə  etmək  mümkün  deyildir.  Çünki, 
həyat  istənilən  arzuların  qarşısını  alır.  Həzz  almaq  üçün 
varlı  və  ya  yoxsul  olmağın  fərqi  yoxdur.  Çünki,  həzz 
alırsansa  hər  iki  durumda  onu  ala  bilirsən.  Əgər  həzz  ala 
bilməsən,  o  zaman  var-dövlətin  heç  bir  əhəmiyyəti 
yoxdur. 
Bizim  duyğularımız  dəqiq  biliyə  gətirib  çıxartmır. 
Ona  görə  ağılımıza  güvənməliyik.  Başqa  adamların 
yanlışlıqlarını  bağışlamaq  lazımdır.  Çünki  onlar  bilmirlər 
ki, yanılırlar. Ona görə insanlara davranışlarına görə nifrət 
etməkdənsə,  onları  öyrətmək  yaxşıdır.  Beləliklə  də,  başqa 
adamların  davranışlarına  və  hərəkətlərinə  qarşı  biganə 
(yun.  άδιαφορία)  olmaq  lazımdır.  Biganəlik  isə  iztirabın 
qabağını ala bilməyəndə, onda insana ancaq ölmək qalır.  
Son  olaraq  Hegesias  belə  bir  nəticəyə  gəlmişdir  ki, 
həzzə çatmaq mümkün  deyildir. Ona görə də, yaşamağın 
mənası  yoxdur.  Bu  fikri  inkişaf  etdirərək  o,  “Aclıqla 
özünü  öldürmək”  (yun.  ἀποκαρτερνῶ)  kitabını  yazmışdır 
və  buna  görə  də  ona  “Ölüm  müəllimi”  adı  vermişdilər. 
Onun  bir  çox  öyrəncisi  intihar  etməklə  həyatlarına  son 
qoymuşdular. 
Daha  bir  kirenaçı  Annikeris  (yun.  Ἀννίκερις,  m.  ö. 
III – II yüzilliklər) olmuşdur. Annikeris və onun ardıcılları 
haqqında da Diogenes Laertius xəbər vermişdir (3, 92-93). 
Onun  fikrincə  dostluq,  valideynlərə  ehtiram,  vətənə  qul-
luq  hissləri  reallıqda  vardır.  Dosta  yalnız  maraqlarla  ya-


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə