SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə13/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

45 
 
kinmək  lazımdır  (2,  351-352).  Burada  isə  qeyd  etmək  la-
zımdır  ki,  Pifaqorun  bu  kimi  yanaşması  ilə  hind  dünya-
görüşü arasında bənzərliklər vardır. 
Pifaqor  və  onun  ardıcılları  hakimiyyət  məsələlərinə 
də  diqqət  yetirirdilər.  Onların  fikrincə  cəmiyyət  hakimiy-
yətsiz yaşaya bilməz. Bu baxımdan da ən yüksək hakimiy-
yət  tanrılara  məxsusdur.  Onlara  hamı  ibadət  etməlidir. 
Tanrılardan  sonra  hökmdarlar,  hörmətli  insanlar,  vali-
deynlər  və  ən  sonda  qanunun  aliliyi  gəlir.  Beləliklə,  ha-
kimiyyət iyerarxik
39
 sistemlə qurulmalıdır. 
Pifaqor  məktəbinin  təliminə  görə  biliyin  mənbəyi 
vardır. Bunu da “matemata” adlandırırlar. Onun hikmətini 
isə  yalnız  yüksək  məqama  çatmış  müdriklər  bilir.  Onlar 
bu  biliyi  özləri  bildikləri  kimi  öyrəncilərinə  ötürürdülər. 
Öyrəncilər  də  bu  bilikləri  sual  vermədən  dəlilsiz  qəbul 
etməli  idilər.  Buna  da  “akusmata”  deyirdilər  (3,  13).  Bu 
prinsiplər  sonralar  dinlərin,  mistik  təriqətlərin,  mənəvi 
qardaşlıqların qaydalarında təkrarlanmışdır. 
Pifaqorun  və  onun  ardıcıllarının  kosmoqonik  ba-
xışlarına  görə,  hər  şey  4  ünsür:  od,  su,  yer  və  havadan  ya-
ranmışdır.  Yer  isə  kürə  şəklindədir  (2,  348).  O  sonsuz  və 
əbədi  boşluqdan  yaranıb,  o  boşluqla  nəfəs  alır.  Bunun 
nəticəsi  olaraq  dünya  genişlənir  və  daralır.  Bu  səbəbdən 
məkan,  zaman,  göy  cisimləri  və  onların  hərəkəti  yaranır. 
Dünyanın  mərkəzində  od,  baş  tanrı  Zeusun  məbədi  və 
təbiətin  qanunu  (“fatum”  və  ya  “loqos”)  durur.  Sonra  isə 
                                                
39
 İyerarxia  (yun. 
ἱεραρχία  –  müqəddəs  hakimiyyət)  –  hansısa  bir  silsilə 
sistemdə hər bir üzvün özündən öncə gələnə tabe olmasıdır. 


46 
 
oddan  yaranmış  və  onun  ətrafında  fırlanan  yer,  planetlər 
və ulduzlar gəlir.  
Beləliklə,  Pifaqorun  ardıcılları  yeri  kürə  şəklində 
təsəvvür  etmiş  və  onu  dünyanın  mərkəzində  yerləşdir-
mişdirlər. Bu baxışlar isə orta əsrlərin sonuna qədər dünya 
elmi  və  fəlsəfəsində  qüvvədə  olmuşdur.  Ancaq  sonra 
Nikolay  Kopernik  (XVI  yüzillik)  yer  kürəsinin  dünyanın 
mərkəzində  olmasını  inancını  şübhə  altına  almışdır.  Son-
ralar isə inkişaf edən elm sübut etmişdir ki, yer dünyanın 
mərkəzində yerləşmir.  
Pifaqorun  çox  maraqlı  rəqəmlər  fəlsəfəsi  olmuşdur.  O 
hesab  edirdi  ki,  dünya  və  çevrəmizdə  olan  şeylər  heç  də 
bizim  gördüyümüz  və  duyduğumuz  kimi  deyildir.  Onlar 
duyğularımızla  yox,  düşüncəmizlə  qavranıla  və  anlaşıla 
bilər.  Hər  şeyin  arxasında  bir  birlik  durur.  Əlbəttə  dağ 
dağdır,  insan  insandır,  daş  daşdır.  Ancaq,  bu  kimi 
müxtəlifliyin  bir  başlanğıcı,  birləşdirici  nöqtəsi  vardır.  Bu 
da  rəqəmlərdir.  Onlar  hər  şeyin  pərdə  arxası  və  baş-
lanğıcıdır,  çünki  istənilən  şeyi  rəqəmlə  göstərmək  müm-
kündür, hər şeyin rəqəmlə ölçülən ölçüsü vardır. Məsələn, 
suyun  miqdarını  litrlə,  ağırlığın  çəkisini  kiloqramla,  bit-
kilərin sayını ədədlə göstərmək olar. Deməli, rəqəmlər hər 
şeyin əsasında durur.  
Beləliklə,  dövrünün  başqa  filosoflarından  fərqli  ola-
raq  Pifaqor  hər  şeyin  ilkin  səbəbini  maddədə  deyil,  dərk 
olunmayan  şeylərdə  axtarırdı.  Sonralar  bu  fikri  Platon 
daha  da  inkişaf  etdirərək  ideyalar  haqqında  təlimlə  çıxış 


47 
 
etmişdir.  Bu  baxımdan  Pifaqoru  fəlsəfi  idealizmin
40
 yara-
dıcısı  hesab  etmək  olar.  Ancaq  onu  da  qeyd  etmək  la-
zımdır  ki,  bu  kimi  fikirlər  ondan  öncə  Misir  və  Babil 
kahinlərinin  arasında  da  yayılmışdır.  Ehtimal  olunur  ki, 
Pifaqor mistikanı məhz onlardan öyrənmişdir.  
Eyni  zamanda,  rəqəmlər  həndəsi  mənada  da 
anlaşılırdı.  Nöqtə  Bir  rəqəmini  ifadə  edirdi.  Bu  rəqəm  isə 
hər  şeyin  başlanğıcı  və  əsası  hesab  edilirdi.  Pifaqor  üçün 
Bir  rəqəmi  həm  də  Tanrıdır.  Başqa  şeylər  isə  müxtəlif  rə-
qəmlərin cəmidir. Belə  ki, iki  nöqtədən düz  xətt alınır,  üç 
nöqtə isə artıq düz müstəvidir. Dörd nöqtə isə fəzadır. Bu 
rəqəm  dörd  ünsür  olan  od,  yer,  su  və  havanın  təməlində 
durur ki, bu da hər şeyin başlanğıcında duran səbəbdir.  
Həmçinin, bu  nöqtələrdən  üçbucaq, dördbucaq və s. 
fiqurlar  yaranır. Üçbucaq dünyaya gəlmənin  və  hər şeyin 
yaradılmasının  səbəbidir.  Dördbucaq  Tanrı  təbiətinin  tə-
cəssümüdür.  Pifaqorun  ardıcıllarının  rəmzi  isə  pentaqram 
(yun.  πεντάγραμμον    beş  guşəli  ulduz)  olmuşdur.  Bu 
gizli rəmz vasitəsi ilə onlar bir-birini tanıyırdılar. 
Pifaqorun  ardıcıllarının  müqəddəs  rəqəmi  36  idi  (4, 
69).  Çünki,  36  rəqəmi  1+2+3  kombinasiyasından  yaranır. 
Bir  dünyanın  birliyinin  rəmzidir.  Hər  şey  ondan  başlayır 
deyə, o Tanrı ilə eynilik təşkil edir. İki hər şeyin xeyir-şər, 
işıq-qaranlıq  kimi  dualistik  göstəricisidir.  Üç  isə  kamil 
rəqəmdir. Çünki onda başlanğıcorta və son vardır. Həm də 
36  rəqəmində  elə  sirlər  var  ki,  onlar  başqa  rəqəmlərdə 
yoxdur (örnək: 1+2+3+4+5+6+7+8=36). 
                                                
40
 İdealizm  –  hər  şeyin  əsasında  ideyanın  durduğu  haqqında  fəlsəfi 
təsəvvürdür. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə