SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə20/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   16   17   18   19   20   21   22   23   ...   74

71 
 
yətinə  varmaq  üçün  həmsöhbətlərindən  onun  tərifinin 
verilməsini tələb edirdi. 
Bu  mərhələlərdən  keçdikdən  sonra  həmsöhbətlər 
hamı  üçün  bir  olan  həqiqəti  üzə  çıxardırdılar.  Ancaq, 
sonra o həqiqət şübhə altına qoyulardısa, yenə də ironiya, 
maevtika  və  induksiya  yolu  ilə  yeni  həqiqət  ortaya  çı-
xarılırdı. Bu proses də hər zaman baş verir. Beləliklə, Sok-
rat  sofistlərin  biliyin  nisbilik  nəzəriyyələrinə  qarşı  ob-
yektiv həqiqətin var olması və onun çıxarılması metodunu 
ortaya qoymuşdur. 
Fəlsəfə  Sokrat  üçün  təbiət  haqqında  nəzəri  fikirlər 
toplusu  deyil,  həm  də  “Həyat  necə  olmalıdır?”  sualına 
cavab  verən  bilikdir.  Ona  görə  də  o,  fiziklərə  qarşı  çıxış 
edərək  onların  təkcə  duyğularla  dünyanın  dərk  edilməsi 
iddialarına  şübhə  ilə  yanaşırdı.  Sokrat  hesab  edirdi  ki, 
insan yalnız özünün hökmündə olan şeylər haqqında bilik 
əldə  edə  bilər.  Kainat  ya  da  dünya  insanın  hökmündə 
deyil.  Onun  hökmündə  olan  yalnız  onun  öz  ruhudur. 
Buna  görə  də  insan  özünü  tanımalıdır.  Sokratın  məşhur 
kəlamı  olan:  “Özünü  tanı”  sözləri  sonralar  Delfada  Apol-
lon məbədinin divarlarında həkk olunmuşdur. 
Fəlsəfəni  insanın  özünə  doğru  yönəldən  Sokrat, 
əxlaqi  problemlərə  önəm  verirdi.  Ona  görə  fəlsəfə  xeyir  və 
şərin nə olmasını araşdırır. Xeyir bilikdə, şər cəhalətdədir; 
var-dövlət isə heç bir xeyir gətirmir (7, 69). Bu kimi əxlaqi 
rasionalizm  Sokrat  təliminin  əsasını  təşkil  edir.  İnsan 
əxlaqsız  hərəkətin  nə olduğunu bilsə  heç  vaxt pis hərəkət 
etməz.  Pis  hərəkət  onun  fikrincə,  insanın  yanılması  və 
səhfidir. Səhfi isə heç kəs bilərəkdən etməz.  


72 
 
Bu səbəbdən fəlsəfənin “biliyə doğru yönəlmə” kimi 
anlaşılması  xeyirli  və  yetkin  insanın  yetişdirilməsi,  eləcə 
də  ədalətli  cəmiyyətin  yaradılması  üçün  vasitədir.  Xeyir 
haqqında bilik əldə etmək ona doğru yönəlmək deməkdir. 
Bu isə insanı və toplumu xoşbəxt etməkdədir. 
Sokratın  dünya  fəlsəfi  fikrinin  inkişafına  çox  böyük 
təsiri  olmuşdur.  Onun  ardıcılları  sonrakı  dövrlərdə  yeni 
fəlsəfi  məktəblər  yaratmışdılar.  Bunlar  kirena,  kinik  və 
meqara kimi məktəblər idilər.  
Müasir  tədqiqatçılar  qədim  yunan  fəlsəfəsi  tarixini 
sokratöncəsi və sokratsonrası dövrlərə bölürlər. Beləliklə, 
Sokrat  qədim  yunan  fəlsəfə  tarixinin  mərkəzində  duran 
bir şəxsiyyətdir. 
Klassik  yunan  fəlsəfəsinin  ikinci  nümayəndəsi  olan 
Platon (yun.  Πλάτων) təxminən  m.  ö.  427  – 347-cı  illərdə 
Afinada  dünyaya  gəlmiş,  orada  yaşayıb  yaratmışdır.  O, 
Sokratın  öyrəncisi  olmuşdur.  Onun  dünyagörüşünün 
formalaşmasına qədim Misir elmi, mədəniyyəti, inancı  və 
düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdir (8, 232-233). 
Çünki, Platon bir zaman Misirdə olmuş, kahinlərdən dərs 
almış, sonra Siciliya  və Cənubi İtaliyaya səfərlər etmişdir. 
Orada olarkən Elea məktəbinin və pifaqorçuların təlimləri 
ilə  də  tanış  olmuş,  sonra  isə  öz  fəlsəfi  fikirləri  ilə  çıxış  et-
mişdir. M. ö. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada 
Akademiya  (yun.  ‘Ακαδήμεια)  adlanan  bir  məktəb  təsis 
etmişdir (8, 233).  
Platonun bir çox əsərləri dövrümüzə gəlib çatmışdır. 
Onları şərti olaraq “Corpus Platonicum” adlandırırlar. Bu 
əsərləri  ilk  dəfə  m.  ö.  III  yüzillikdə  İskəndəriyyə  kitab-


73 
 
xanasına  başçılıq  edən  Bizanslı  Aristofanes  (m.  ö.  I  –  m.  I 
yüzilliklər)  və  yeni-platonçu  filosof  Trasillus  yığmışdılar. 
Timeus”  (yun.  Τίμαιος),  “Kritias”  (yun.  Κριτίας),  “Fe-
don”  (yun.  Φαίδω),  “Dövlət”  (yun.  Πολιτεία)  və  s.  kimi 
əsərlərin çoxusu dialoq formasında yazılmışdır. 
Platon  öz  fəlsəfəsində  əsas  diqqəti  ontoloji  məsə-
lələrə  eləcə  də,  dövlət  və  cəmiyyət  problemlərinə  yönəlt-
mişdir.  Sokratın  ideyalarını  davam  etdirərək  o,  sofistlərin 
iddialarına qarşı çıxmış və obyektiv biliyin əldə edilməsini 
mümkün hesab etmişdir.  
Platon özündən öncəki filosoflardan fərqli olaraq hər 
şeyin  əsasını  hər  hansı  bir  maddədə  deyil,  ideyada  (yun. 
ἰδέα)  görürdü  (20,  455-466).  O  hesab  edirdi  ki,  bizim 
yaşadığımız  və  duyduğumuz  dünya  gerçək  deyil,  çünki 
dəyişkəndir.  Bütün  şeylərin  əsl  mahiyyəti  onların  gö-
rüntülərində  yox,  səbəblərində  və  ya  ideyalardadır  (2,  246-
248).  Deməli,  bu  dünyada  hər  bir  şey  ideya  ilə  müqayisədə 
tanınır.  İdeyalar  sanki  qəliblərə  bənzəyir,  hər  şey  onların 
formalarında  olur.  Eyni  zamanda,  duyğu  aləmində  hər 
şey  ideyalara  doğru  yönəlir,  onlara  can  atır.  İdeyaları 
duymaq  olmaz,  onları  yalnız  düşüncə  ilə  dərk  etmək 
mümkündür. 
Buna örnək kimi at, qoyun, bəbir və siçanı göstərmək 
olar.  Onların  hər  biri  fərqli  varlıq  olmasına  baxmayaraq, 
biz  onların  hamısını  “heyvan”  adlandırırıq.  Halbuki, 
onların  hər biri fərqli  varlıqlardır: biri at, başqası  siçan  və 
s.  Ancaq  Platona  görə  həmin  “heyvan”  anlayışı  təkcə 
bizim  beynimizin  məhsulu  deyildir.  O  müəyyən  bir  mə-
kanda  doğrudan  da  vardır.  At,  siçan,  bəbir,  qoyun  və  s. 


74 
 
onun  görüntüləridirlər.  Deməli  o  “heyvan”  bunların 
pərdə arxasında olan ideyasıdır. 
Platona  görə  bu  dünyanı  yalnız  ideyalar  aləmini 
dərk  etməklə  anlatmaq  mümkün  deyildir.  Hər  şey  mü-
vəqqəti və keçici olduğuna görə, burada “varlıq”dan başqa 
“yoxluq” da vardır. Bununla da o, Parmenidesin fəlsəfəsinə 
zidd  getmiş,  yoxluğun  maddə  olduğunu,  ideyaların  isə 
onda təcəssüm etdiyini iddia etmişdir. Deməli, yuxarıdakı 
örnəkdə  sözü  keçən  at,  qoyun,  bəbir  və  siçan  əslində 
yoxdur.  Onlar  ideya  olan  həqiqi  varlığın  yansımasıdırlar 
(əks  olunmasıdırlar).  Beləliklə,  Platonun  fəlsəfəsində 
varlıq ideya, yoxluq isə materiyadır (20, 455-466). Bu dün-
ya əslində varlıq olan ideyalarla, yoxluq olan materiyanın 
(maddənin)  arasındadır.  Bir  tərəfdən  onun  var  olması 
ideyalar  aləmindən  xəbər  verir;  başqa  tərəfdən  isə  o  həm 
də yoxluqdur, çünki bu dünya keçicidir və onun üzərində 
olan hər şey ölümə, həmçinin məhv olmağa məhkumdur.  
İdeyalar  aləmi  Platonun  fəlsəfəsində  çoxpilləli  və 
piramida  şəkilindədir.  Bu  piramidanın  başında  xeyir  və 
həqiqət rəmzi olan Əql (yun. νοῦς) durur, hər şeyin məq-
sədi  də  odur  (1,  17-19).  Əbədi  olan  ideyalar  da  Əqldədir. 
Eyni  zamanda,  ideyalar  yaradılmamış  və  ölməzdirlər, 
zaman və məkandan asılı deyil, dəyişməzdirlər. Duyğular 
aləmində  isə  hər  şey  əksinə  cərəyan  edir,  orada  hər  şey 
keçici  və  ölümə  məhkumdur.  Bundan  başqa  bu  dünya 
zaman  və  məkandan  asılıdır.  Həyatın  məqsədi  ideyalar 
aləminə (Tanrıya) yaxınlaşmaq, ona bənzəmək, müvəqqəti 
xarakter daşıyan maddi aləmdən uzaqlaşmaqdır (1, 37-38). 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə