SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə25/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

88 
 
fikir və terminlər bir-birinə zidd olmamalıdır. Bu fikirlərin 
əsasında  isə  sonralar  sillogizm  (yun.  συλλογισμός
haqqında  təlim  yaranmışdır  (6,  199-201).  Bu  təlimə  görə, 
hər  hansı  bir  ümumi  növ  ya  cins  haqqında  irəli  sürülən 
fikir  o  növə  və  ya  cinsə  aid  olan  ayrıca  fərd  haqqında  da 
irəli  sürülməlidir.  Buna  görə  də,  sillogizmlər  böyük  və 
kiçik  önərmə  (mülahizə)  və  qərardan  ibarətdir.  Önərmə 
qərarın  verilməsinin təməlində duran iddia və ya fikirdir. 
Böyük  önərmə  ümumi  nəticəni,  kiçik  önərmə  isə  subyekt 
haqqında  nəticəni  açır.  Sillogizmin  örnəyi  kimi  belə  bir 
üçlü  mülahizəni  gətirmək  mümkündür:  “Hər  bir  insan 
ölməlidir (böyük önərmə). Sokrat da insandır (kiçik önərmə)
Deməli, Sokrat da ölməlidir (qərar)”.  
“Sofistlərin  təkzib  edilməsi”  kitabında  Aristotel 
yazırdı  ki,  bütün  məntiqi  yanlışlıqların  kökü  sillo-
gizmlərdə  olan  yanlışlıqlardadır.  Bu  yanlışlıqlar  isə  ikiyə 
bölünür:  bir  qismi  dilin  xətaları,  digəri  isə  anlamların 
təhrifidir. Dildəki xətalar sözlərin çoxmənalılığından, vur-
ğuların  düzgün  qoyulmamasından  irəli  gəlir.  Məna 
xətalarının  isə  səbəbi  şeylərin  mahiyyətinə  deyil,  onların 
təsadüfi  tərəflərinə  varmaq,  mütləqlə  nisbini  fərqlən-
dirməmək,  sualları  düzgün  qoymamaq  kimi  amillərdən 
irəli gəlir (21, 560-562). 
Daha  sonra  Aristotel  “Orqanon”  əsərinin  “Topika” 
(yun.  Τοπικά)  kitabında  həqiqət  anlayışını  izah  edən 
məntiqi  dialoqlarını  vermişdir.  Burada  o  həqiqətin  açıl-
ması  üçün  hər  bir  şeyin  ilkin  durumunun  açılmasını  və 
onun mahiyyətinin  üzə çıxarılmasını tövsiyə  etmişdir (21, 
349-350).  Onun  fikrincə  mülahizələrin  istiqaməti  də  buna 


89 
 
doğru  sürülməlidir.  Yəni  həqiqi  fikir  mahiyyətə  yö-
nəlməlidir.  Çoxmənalı  söz  haqqında  fikir  söylədikdə  onu 
irəli sürülən iddianın mənasına uyğunlaşdırmaq lazımdır. 
Məsələn, “təbiət” sözünü insan və ya çevrəmizdə olan bü-
tün  canlılar  mənasında  işlətmək  mümkündür.  Ona  görə 
də, istifadə edilən söz irəli sürülən fikrə uyğun olmalıdır. 
Aristotelə görə məntiqi dialoqda sistem də olmalıdır. 
Öncə  problem  ortaya  qoyulmalı,  sonra  mülahizənin 
induktiv
58
ya  deduktiv
59
 metodlarla  irəli  sürülməsi  yolları 
haqqında  düşünülməli,  məsələlərin  bənzər  və  fərqli  tə-
rəflərinə  diqqət  yetirilməlidir.  Suallar  doğru  və  konkret 
qoyulmalı,  cavabların  isə  strategiyası  olmalıdır  (21,  363-
364). 
Platon kimi Aristotel də ruh haqqında düşünmüşdür. 
O, ruhu həyatın əsası hesab edirdi. Ruh maddə və bədənin 
forması,  onların  hərəkətlərinin  səbəbi  və  məqsədidir.  O 
bitki,  heyvan  və  insanlarda  yaşayır.  Ruh  bədənlə  birlikdə 
var  olsa  belə,  ondan  daha  üstündür.  Beləliklə,  Aristotelə 
görə bədən ruha tabedir (13, 131-135). 
Platonda  olduğu  kimi,  Aristotel  də  ruhların  səviy-
yələri  haqqında  söhbət  açmışdır.  Onun  fikrincə  ruhların 
üç səviyyəsi vardır. Birincisi bitkiseldir (nəbatidir) ki, onun 
sayəsində  fiziki  inkişaf  baş  verir.  İkincisi  səviyyə  nəfsani 
(heyvanidir).  Bu  səviyyədə  ruh  artıq  görmək,  eşitmək, 
duymaq,  toxunmaq;  ehtirasa  və  iştaha  gəlmək  kimi 
                                                
58
 İnduksiya  (lat.  inductio)  –  tək-tək  hallardan  ümumi  nəticələrə,  ayrı-ayrı 
faktlardan ümumiləşdirmələrə gətirən məntiqi nəticənin çıxarılmasıdır. 
59
 Deduksiya  (lat.  deductio)  –  ümumi  müddəa  ya  da  qanunlardan  fərdi 
nəticənin çıxarılmasıdır. 


90 
 
xüsusiyyətlərini  təmin  edir.  Üçüncüsü  isə  düşüncəvidir ki, 
o ruhun ən yüksək səviyyəsidir (13, 145-147). 
Aristotelə  görə  bitkilərdə  ruhun  yalnız  bitkisel,  hey-
vanlarda nəfsani, insanlarda isə həm bitkisel, həm nəfsani, 
həm  də  düşüncəvi  səviyyəsi  vardır.  Məhz  düşüncəvi 
səviyyəsini  inkişaf  etdirən,  xeyrə  yönələn,  mənəvi  cə-
hətdən yüksələn, müdrikliyə çatan insanlar xoşbəxt olurlar.  
Heyvanlar  xoşbəxtliyin  nə  olduğunu  bilmir,  tanrılar 
isə  daim  xoşbəxt  həyat  keçirirlər.  Yalnız  insan  öz  xoş-
bəxtlik  yolunu  seçmək  ya  da  onu  inkar  etmək  imka-
nındadır.  Aristotelə  görə  xoşbəxt  olmaq  üçün  ruhun  dü-
şüncəvi  səviyyəsini  inkişaf  etdirmək  lazımdır  ki,  insan 
heyvanlardan seçilsin.  
Aristotel  əxlaq  haqqında  fikirlərini  də  ortaya 
qoymuşdur.  Onun  fikrincə  əxlaqın  məqsədi  ruhun  Xeyrə 
yönəlməsidir  (4,  265-267).  Bu  isə  insanı  xoşbəxtliyə 
çatdırır.  Bu  yolda  ruhun  əqli  səviyyəsi  bitkisel  və  nəfsani 
səviyyələri  üstələyir.  Bunu  əldə  etmək  üçün  insan  özünü 
Xeyrə yönəltmə istiqamətdə tərbiyələndirməlidir ki, bu da 
sonra  vərdiş  halını  alsın  və  zaman  keçdikcə  insanın 
xüsusiyyətinə çevrilsin. Bununla belə xoşbəxt olmaq üçün 
sağlamlıq,  yaxşı  görkəm,  müvafiq  maddi  durum  kimi 
keyfiyyətlər də olmalıdır. 
Xeyrin  özəlliyi  isə  hər  bir  aşırılıqdan  uzaqlaşmaqdır 
(4,  121-123).  Məsələn,  qorxaqlıq  və  məğrurluq  aşırı-
lıqlardırsa, bunların arasında olan comərdlik əxlaqın əsası 
olan Xeyirdir. Yenə də israfçılıq və xəsislik aşırılıqlardırsa, 
qənaətçilik məqsədəuyğun əxlaq nümunəsidir (4, 56-57). 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə