SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə26/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

91 
 
Aristotelə görə insan həyatdan həzz almalıdır, bu da 
Xeyrə  çatmanın  nəticəsində  baş  verir.  Beləliklə,  insanın 
mənəvi  durumu  o  zaman  yüksək  olur  ki,  o  etdiyi  əməl-
lərin  doğru  və  xeyrə  uyğun  olduğunu  hiss  etsin.  Əxlaqlı 
hərəkət  isə  hər  hansı  bir  xeyirli  işin  görülməsi  ilə  dəyər-
ləndirilmir,  çünki  xeyir  əməllər  çoxdur  və  insanlar  onları 
eyni  dərəcədə  bütün  həyatları  boyu  etməlidirlər  ki, 
həyatdan həzz alsınlar (4, 74-79). Hər bir insan təbəqəsinin 
öz  əxlaqi  vəzifələri  vardır.  Eyni  zamanda,  ədalət  anlayışı 
kimi  hamı  üçün  bir  olan  xeyir  vardır  ki,  ona  hamı  əməl 
etməlidir.  Qeyd  etmək  lazımdır  ki,  hər  bir  əxlaqi  hərəkət 
şüurlu olaraq yerinə yetirilir. Deməli, əxlaq düşüncə ilə sıx 
bağlıdır  və buna görə də, insanın xeyirlə şəri bir-birindən 
ayırmaq imkanı vardır. 
Aristotelin  özəl  kosmologiası  olmuşdur.  Onun  kos-
mologiasının  əsasını  yermərkəzçilik  (geosentrizm)  təşkil 
edirdi.  Bu  da  yerin  kainatın  mərkəzində  yerləşməsi 
haqqında təsəvvürdür. O hesab edirdi ki, yer kürə forma-
sında  olaraq  hərəkətsizdir.  Onun  ətrafında  ay,  günəş, 
ulduzlar  və  göy  fırlanır.  Yermərkəzçilik  təlimi  orta  əsrlər 
fəlsəfəsində  kosmoloji  baxışların  formalaşmasında  çox 
böyük rol oynamışdır.  
Fizika  sahəsinə  toxunan  Aristotel  hesab  edirdi  ki, 
dünyanın  əsasını  beş  ünsür  təşkil  edir.  Onlardan  dördü 
torpaqsuhava və od bizim səmaaltı dünyadadır (12, 444). 
Onlar  hərəkətdədir  və  eyni  zamanda  formalarını  da  də-
yişdirə bilərlər. Buna görə də, dünyada müxtəlif proseslər 
baş verir  və dəyişikliklər müşahidə edilir. Bu  ünsürlər isə 
öz  növbəsində  iki  qütblü  və  ziddiyyətli  ikiliklərdən  ya-


92 
 
ranır. Belə ki, yer soyuqla istinin, hava quru ilə nəmin, su 
soyuqla istinin, od isə isti ilə qurunun əlaqələrindən doğur 
(12, 448).  
Aristotelə  görə  göydə  olan  nə  varsa  beşinci  ünsür 
olan  efirdən  əmələ  gəlmişdir  (14,  272).  Orada  yalnız 
planetlərin və ulduzların əbədi və bərabər dairəvi hərəkəti 
mövcuddur. Bütün bunları isə simasız tanrı kimi təsəvvür 
edilən  “İlk  mühərrik”  əmələ  gətirmişdir.  Onun  fikirlərinə 
görə, kosmos sonsuz deyildir, onun bitdiyi yerdən yoxluq 
başlayır (14, 284). 
Bu  fikirlər  orta  əsr  Xristian  və  İslam  teologiyasında 
(ilahiyyatında)  da  geniş  istifadə  edilmişdir.  Belə  ki,  orta 
əsrlərdə  ilahiyyatçılar  düşünürdülər  ki,  günah  yerlə  bağlı 
bir  şeydir,  ona  görə  də  göy  ünsürləri  yerdəkilərdən 
fərqlənməlidir. Çünki, ideal aləm olaraq efir Tanrı və onun 
məlaikələrinin  yeri  kimi  təsəvvür  edilirdi.  Bu  səbəbdən 
də,  varlığın  başlanğıcı  və  sonu  Tanrıdır.  Yoxluq  da  bu-
radan  başlayırdı.  Sonra  isə  elm  inkişaf  etdikcə  sübut 
olunmuşdur ki, əslində yer  və göy  ünsürləri arasında  heç 
bir  fərq  yoxdur.  Bu  da  onu  göstərirdi  ki,  Aristotelin  bu 
kimi fikirləri artıq köhnəlmişdir.  
Daha  sonra  Aristotel  dövlət  və  cəmiyyət  haqqında 
fikirlərini  ortaya  qoymuşdur.  O,  Platonun  ideal  dövlət 
haqqında  təlimini  tənqid  etmişdir.  Platonun  ideal  dövlə-
tindən  fərqli  olaraq  Aristotelin  dövləti  utopik  deyil, 
gerçəklik kimi təsəvvür edilir. Bu dövlət modelində insan-
ların  xoşbəxtliyi  əsas  şərtdir,  ancaq  burada  bütün  mü-
nasibətlər  gerçək  və  düşüncə  ilə  uyuşan  müddəalara 
əsaslanır (18, 414). 


93 
 
Dövlətin  başlıca  məqsədi  xeyrin  və  ədalətin  qurul-
masıdır. İnsan öz təbiətinə görə şüura malik ictimai heyvandır 
(4, 308). O yalnız  icma şəklində  yaşayıb tərbiyə oluna bilər. 
Buna isə yalnız dövlətdə nail olmaq mümkündür. Ona görə 
də, insan həm də siyasi varlıqdır (18, 378).  
Əsl  ədalət  qanunların  mövcudluğu  ilə  xarakterizə 
olunur.  Dövlətdə  yaşayan  insanlar  isə  mütləq  şəkildə  qa-
nunlara  tabe  olmalıdırlar.  Bu  isə  əslində  hər  bir  insanı 
ucaldır.  Ona  görə  də,  dövlət  inkişaf  etmiş  cəmiyyətlərin 
birliyidir.  
Eyni  zamanda,  cəmiyyətin  əsasını  həm  də  ailə  təşkil 
edir.  Ona  görə  də  onun  qanun  və  strukturunu  Aristotel 
dövlətlə  əlaqələndirirdi.  Onun  fəlsəfəsində  ailə  ictimai 
həyatın  ilk  mərhələsi  kimi  xarakterizə  edilir  (18,  380), 
cəmiyyət  və dövlət isə eynilik təşkil edir. Dövlətin məqsədi 
hər  bir  vətəndaşın  xoşbəxt  və  güvəncli  yaşamasını  təmin 
etməkdir (18, 591). 
Aristotel  quldarlıq  cəmiyyətinin  tərəfdarı  idi,  bu 
quruluşu  da  təbii  durum  kimi  dəyərləndirmişdir.  Tale  in-
sanların  bir  qismini  hakimiyyət  üçün,  digərlərini  isə  onlara 
xidmət etmək üçün yaratmışdır. Buna baxmayaraq Aristotel 
aşırı  olaraq  varlanmağa  da  qarşı  olmuşdur.  Həm  də  Pla-
tondan  fərqli  olaraq  Aristotel  insanların  şəxsi  mülkiyyətinə 
böyük  önəm  vermişdir  (18,  605).  O,  dövlətdə  yaşayan  azad 
insanları  mülkiyyətlərinə  görə  siniflərə  bölürdü.  Bunlar  da 
varlılarorta təbəqə və yoxsullar idilər
60
 (18, 511). Bu bölgüdə 
                                                
60
 Aristotelin  bu  fikirləri  sonralar  kommunist  və  başqa  solçu  təlimlərində 
istifadə  edilmişdir.  Orada  təbəqələşmə  burjua,  ziyalı  və  fəhlə-kəndli  sinfi 
kimi verilmişdir. 




Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə