SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə27/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

94 
 
Aristotel  ən  çox  orta  təbəqəyə  əhəmiyyət  verirdi.  Çünki, 
varlılarla  yoxsullar  arasında  davamlı  ziddiyyətlər  vardır. 
Ona  görə  də  o,  dövlətin  sabitliyi  üçün  orta  təbəqənin 
möhkəmlənməsini  vacib  bilirdi.  Aristotel  düşünürdü  ki, 
dövlətdə  yoxsulların  sayı  artmamalıdır,  çünki  belə  olarsa 
sabitlik pozula bilər
61
 (18, 529). 
Aristotelə  görə  siyasət  insanların  dövlətdə  öz  hə-
yatlarını yüksək səviyyədə qurmaq və yönləndirmək üçün 
istifadə  etdikləri  vasitədir.  Onun  məqsədi  insanları  xeyrə 
doğru yönəltməkdir (18, 590-591). Ancaq, insanların çoxlu 
əskiklikləri  də  vardır.  Ona  görə  də  siyasətin  məqsədi 
onları  tərbiələndirməkdir.  Beləliklə,  hər  bir  vətəndaş 
qanunlara  və  hakimiyyətə  tabe  olmalı,  öz  vətəndaşlıq 
borcunu  yerinə  yetirməlidir.  Bu  məqsədlə  də  dövlət  cə-
miyyətə uyğun olan siyasi quruluşu seçməlidir. 
Aristotel dövlətdə insanlar nemətlər əldə etmək üçün 
birləşirlər.  Dövlət  vətəndaşlara  həddən  artıq  varlanmaq 
imkanı  verməməlidir.  Hər  hansı  bir  şəxsin  həddən  artıq 
hakimiyyət  əldə  etməsinin  də  qarşısı  alınmalıdır.  Dövlət 
həm  də  kölələri  öz  tabeçiliyində  saxlamalıdır.  Varlı  və-
təndaşlardan  fərqli  olaraq  kölələr  və  yoxsullar  dövlət 
işlərində iştirak edə bilməzlər.  
Onu da qeyd etmək lazımdır ki, Aristotelin dövlət və 
siyasət  haqqında  fikirləri  yunanlara  ünvanlanmışdır.  Baş-
qa  millətləri  o  barbar  hesab  etmiş,  onların  kölə  ruhlu 
olduqlarını iddia etmişdir (18, 475). O qeyd edirdi ki, əgər 
                                                
61
 Günümüzdə  də,  siyasi  quruluşlarda  stabilliyin  davamlı  olması  üçün  orta 
təbəqənin  formalaşdırılması  və  möhkəmləndirilməsi,  bununla  da  varlı  və 
yoxsul təbəqə arasında ziddiyyətlərin yumşadılması yolu tutulmuşdur. 


95 
 
yunanlar  obyektiv  səbəblər  üzündən  yaşadığı  yerlərdə 
məqsədəuyğun  dövləti qura bilmirlərsə, onda onlar xarici 
qüvvələrə  müraciət  edə  bilərlər.  O,  burada  əsasən  make-
doniyalıları  nəzərdə  tuturdu.  O  düşünürdü  ki,  onların 
vasitəsi  ilə  İran  məğlub  edilməli  və  bu  ərazilərdə  yeni 
yunan  dövlətləri  yaranmalıdır.  Bunu  isə  öyrəncisi  Make-
donlu İskəndər reallaşdırmışdır. 
Aristotelə  görə  bir  necə  dövlət  quruluşu  vardır.  On-
lar  düzənli  (nizamlı)  və  düzənsiz  (nizamsız)  olmaqla  iki 
yerə  bölünürlər.  Düzənli  quruluşlar  monarxiya,  aristok-
ratiya  və  politiyadır.  Monarxiya  bir  adamın  (kralın), 
aristokratiya  isə  yüksək  imtiyazlı  siniflərin  hakimiyyətidir. 
Burada  tək  adamın  deyil,  azlığın  hakimiyyəti  həyata 
keçirilir.  Politiya  çoxluğun  maraqlarını  əks  etdirən  çoxlu-
ğun  hakimiyyətidir,  bu  həm  də  mötədil  demokratiyadır. 
Bu  idarəetmə  sistemi  çox  az  millətlərdə  ola  bilər.  Orada 
hər  şey  (əxlaq,  rifah  və  s.)  mötədildir,  hədlər  aşılmır, 
aşırılıqlara yol verilmir (18, 502-503). 
Düzənsiz  dövlət  quruluşu  isə  tiraniya  (istibdad), 
oliqarxiya  və  demokratiya  kimi  idarə  etmə  üsullarına  bö-
lünür.  Burada  hakimiyyəti  əldə  etmişlər  öz  şəxsi  maraq-
larını  güdürlər.  Tiraniya  belə  bir  monarxiya  quruluşudur 
ki,  orada  bir  nəfər  hakimiyyəti  öz  şəxsi  maraqları  üçün 
istifadə  edir.  Oliqarxiya  öz  maraqlarını  güdən  imtiyazlı 
siniflərdən  olan  azlığın  hakimiyyətidir.  Demokratiya  isə 
cəmiyyətdə 
çoxluqda 
olan 
yoxsulların 
və 
azad 
vətəndaşların  hakimiyyətidir.  Bununla  belə,  demokratiya 
başqa  düzənsiz  hakimiyyətlərin  arasında  ən  yaxşısıdır. 
(18, 457) 


96 
 
Monarxiyadan  yayınma  tiraniyaya,  aristokratidan 
yayınma  oliqarxiyaya,  polisiyadan  yayınma  demok-
ratiyaya,  demokratiyayadan  yayınma  isə  oklokratiyaya 
gətirib  çıxardır.  Oklokratiya  isə  demokratiyanın  aşırı  for-
masıdır.  Bu  quruluşda  boşboğazların  (demaqoqların)  idarə 
etdiyi  kütlə  öz  istəyi  və  nəfsinə  uyğun  olaraq  hakimiyyət 
qurur  (18,  496-497).  Bu  kimi  quruluş  əsasən  ölkələrdə 
qarışıqlıq zamanı ortaya çıxır.  
Aristotelin  fəlsəfi  irsi  bəşəriyyətin  düşüncə  tarixində 
çox  böyük  izlər  buraxmışdır.  Ellinizm  və  Roma  dövrləri, 
sonra  isə  orta  əsrlər  boyu  filosoflar  və  alimlər  Aristotelin 
əsərlərindən  bəhrələnmiş,  öz  dünyagörüşlərini  forma-
laşdırmışlar. Peripatetiklər adlanan bu filosoflar onun fəl-səfi 
irsinə müraciət edərək onu inkişaf etdirmişdirlər.  
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Sokrat  kim  olmuş,  hansı  şəxsi  keyfiyyətləri  ilə 
fərqlənmişdir? 
2. Evristika nədir, onun hansı tərkib hissələri vardır? 
3.  Sokrat  fəlsəfəsində  ironiyanın  rolu  və  onun 
mahiyyəti nədən ibarətdir? 
4.  Maevtika  və  indiksio  nədir,  Sokratın  fəlsəfəsində 
onların əhəmiyyəti nədən ibarətdir? 
5. Sokrat fəlsəfəsi hansı istiqamətə yönəlmişdir? 
6.  Sokratın  əxlaqi  problemlərə  münasibəti  necə 
olmuşdur? 
7.  Platon  fəlsəfəsində  hansı  problemləri  qaldırmış, 
onun hansı əsərləri olmuşdur? 


97 
 
8. Platonun ideyalar haqqında təlimi nədən ibarətdir? 
9. Platon materiyanı necə təsəvvür edirdi? 
10. Platon tanrını necə təsəvvür edirdi? 
11. Platonun hipotezlərinin məzmunu nədir? 
12.  Platon  ruhlar,  onların  öncədən  olması  və  köçməsi 
haqqında nə düşünmüşdür? 
13. Platon sevgi hissinə nə dərəcədə əhəmiyyət verirdi? 
14.  Platonun  dövlət  və  cəmiyyət  məsələlərinə 
münasibəti necə olmuşdur? 
15. Platona görə insanlar hansı təbəqələrə bölünürlər? 
16. Platona görə hansı dövlət quruluşları vardır? 
17.  Aristotel  kim  olmuş,  dünya  fəlsəfəsinə  və  elminə 
hansı töhfələr vermişdir? 
18. Metafizika nədir?  
19.  Aristotel  Platonu  tənqid  edərək  hansı  müddəalar 
irəli sürmüşdür? 
20. “İlk mühərrik” və onun vəzifəsi nədir?  
21.  Aristotelin  fəlsəfəsində  materiya  və  forma  nədir, 
onların vəhdəti necə təsəvvür edilir? 
22.  Aristotelin  fəlsəfəsində  “kateqoriyalar”  nədir  və 
onlar hansılardır? 
23. Aristotelin idrak nəzəriyyəsi nəyə əsəslanırdı? 
24.  Aristotelin  məntiq  təliminin  əsasları  nədən 
ibarətdir? 
25. Sillogizm nədir? 
26.  Aristotel  ruh  haqqında  hansı  fikirlərlə  çıxış  etmiş, 
onun hansı çeşidləri haqqında söhbət açmışdır? 
27. Aristotel əxlaq haqqında nə demişdir? 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə