SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə31/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   27   28   29   30   31   32   33   34   ...   74

109 
 
naşmaq olmaz. Onunla münasibətlərdən ruhi məmnunluq 
alınmalıdır.  Hegesiasdan  fərqli  olaraq  o,  müdrik  insanın 
xoşbəxtliyə çatmağını mümkün saymışdır. 
Diogenes Laertiusa görə Kirena məktəbinin ardıcılla-
rından  biri  Teodorus  (yun.  Θεόδωρος,  m.  ö.  V  –  IV  yüz-
illiklər) olmuşdur (3, 93). Teodorus xalq arasında yayılmış 
tanrılar  haqqında  təsəvvürləri  inkar  etmiş,  buna  görə  də 
“Ateist”  adlandırılmışdır.  O,  bu  barədə  hətta  “Tanrılar 
haqqında” kitab da yazmışdır. 
Onun  fikrincə  sevinc  və  kədər  hissləri  vardır.  Bi-
rincisi düşüncədən, digəri isə düşüncəsizlikdən irəli gəlir. 
Xeyir  düşüncədəndir  və  ədalətdir,  şər  isə  onlara  əks  olan 
hər şeydir. Bunların ortası isə həzz və ağrıdır.  
Dostluq  əslində  yoxdur.  Maraqlar  sona  çatan  kimi 
dostluq da qurtarır. Müdrik insan isə özü özünə yetərlidir, 
ona dost lazım deyildir. Həmçinin ağıllı insan üçün bütün 
dünya vətəndir, hansısa bir yerə bağlı olmaq olmaz.  
Oğurluq, əxlaqsızlıq, müqəddəsliyə qarşı olmaq kimi 
əməllərdən  ikrah  doğuran  bir  şey  yoxdur.  Bu  anlayışlar 
təbiətdən  deyil,  yalnız  insan  cəmiyyətindən  irəli  gəlir. 
Buna  görə  də,  bu  anlayışlar  haqqında  cəmiyyətdə  qəbul 
olunmuş fikirlərlə razılaşmaq olmaz. Bu barədə müdrikin 
öz  fikri  olmalıdır.  Bu  əməllərə  görə  ictimai  qınaqlar  ağıl-
sızların  qarşısını  almaq  üçün  tətbiq  edilmişdir.  Bunlar 
müdrik insan üçün deyildir. 
Kirena məktəbinin daha bir ardıcılı Euhemerus (yun. 
Εΰήμερος,  təxminən  m.  ö.  340  –  260)  olmuşdur.  Euhe-
merus  Messena  şəhərindən  idi.  Bizim  zamanımıza  onun 
Panheya  adasına  səyahəti  haqqında  “Müqəddəs  siyahı” 


110 
 
(yun.  Ίερά άναγραφή)  adlı  utopik  hekayəsi  çatmışdır.  Bu 
əsərin  fraqmentləri  qədim  yunan  tarixçisi  Siciliyalı  Dio-
dorusun  (yun.  Διόδωρος  Σικελιώτης,  m.  ö.  90  –  30)  kita-
bında  verilmişdir  (9,  108-110).  Orada  Euhemerus  bir 
məbədin yanındakı sütun üzərində həkk olunan bir yazını 
görmüşdür.  O  yazıda  yunan  tanrılarının  siyahısı  verilmiş 
və  onların  keçmişdə  krallar  olduqları  haqqında  məlumat 
verilmişdir. 
Beləliklə,  Euhemerus  qədim  tanrıları  inkar  edirdi. 
Onun  fikrincə  bütün  tanrılar  əslində  ölümlərindən  sonra 
tanrılaşdırılan  krallar  və qəhrəmanlar  idilər (5, 71). Məsə-
lən, o, baş tanrı Zeusu Krit adasının kralı olduğunu, sonra 
isə  tanrılaşdırıldığını  iddia  edirdi.  Euhemerusun  bu 
fikirləri  “euhemerizm”  adlanmışdır  və  buna  görə  onu 
ateizmdə suçlamışdılar. Sonralar euhemerizm dinşünaslıq 
elmində bir nəzəriyyə kimi istifadə edilmişdir. 
 
1.9.3. Meqara məktəbi  
 
Meqara  məktəbi  (yun.  Μεγαρική  σχολή)  daha  bir 
Sokrat  ardıcılları  tərəfindən  yaradılan  məktəblərdən  biri 
idi  və  onun  adı  yerləşdiyi  şəhərlə  bağlı  olmuşdur.  Onları 
daha çox metafizika, məntiq və ərdəm kimi məsələlər ma-
raqlandırırdı.  Meqaraçıları  mübahisə  etməyə  meylli 
olduqlarına  görə  “eristiklər”
66
 və  ya  “dialektiklər”  də 
adlandırmışdırlar. 
                                                
66
 Eristika  (yun. 
ἐριστικὴ  τέχνη)  –  sofistlər  tərəfindən  tərtib  olunmuş 
mübahisə aparmaq sənəti, ustalığıdır. 


111 
 
Meqara  məktəbi  Sokratın  öyrəncilərindən  olan   Me-
qaralı Euklides
67
 (yun. Εὐκλείδης ὁ Μεγαρεύς, m. ö. 450 – 
360)  tərəfindən  yaradılmışdır.  O,  Sokrat  kimi  bir  çox  za-
manımıza  çatmayan  dialoqların  müəllifi  olmuşdur. Onun 
çoxlu öyrənciləri var idi. 
Euklides hesab edirdi ki, dünyada yalnız Xeyir vardır, 
ona  Həqiqət,  Ağıl,  Tanrı  da  deyilir.  İnsan  həyatının  ən 
yüksək  məqsədi  onu  dərk  etməkdir.  Dünyadakı  bütün 
başqa  şeylər  və  olaylar  əslində  yoxdur,  onların  var  olması 
aldadıcıdır.  Bir  olan  Xeyri  deyil,  başqa  xeyirləri  axtaranlar 
hər  zaman  ziddiyyətlərlə  qarşılaşırlar. Beləliklə,  Euklidesə 
görə varlıq birdir (3, 97).  
Euklides  həm  də  analogiyalarla  (bənzər  hallarla) 
nəyinsə haqqında qəti qərar verməyə qarşı çıxmışdır. Çünki, 
analogiya  nə  qədər  hansısa  olaya  yaxın  olsa  belə,  ondan 
fərqlənir və onun mahiyyətinə uyğun deyildir. Beləliklə, bir 
şey  haqqında  fikir  yürütmək  üçün  bənzərinə  deyil,  o  şeyin 
özünə müraciət edilməlidir (3, 97).  
Diogenes  Laertius  Meqara  məktəbinin  daha  bir 
görkəmli nümayəndəsi Stilpon (yun. Στίλπων, təxminən m. 
ö. 360 – 280) haqqında xəbər vermişdir (3, 100-103). O, fəlsəfi 
polemikanın  ustadlarından  biri  idi,  həm  də  siyasətlə  də 
məşğul  olurdu.  Misir  hökmdarı  Ptolemeus  Soter  ona  yaxşı 
münasibət  bəsləmiş,  ölkəsinə  dəvət  edərək  ona  çoxlu  pul 
təklif etmişdir. Ancaq, Stilpon hər şeydən imtina etmiş və o 
pulun isə çox az hissəni götürmüşdür.  
Meqarada  savaş  zamanı  Stilponun  evi  qarət  olun-
muşdur.  Makedoiya  kralı  Antiqonun  oğlu  Demetriusa  bu 
xəbər  çatdıqda  o  Stilpona  təklif  etdi  ki,  zərərin  qar-
                                                
67
 Rus ədəbiyyatında onun adı Evklid (Эвклид) kimi səslənir.  


112 
 
şılanması  üçün  qarət  olunmuş  əmlakının  siyahısını  gə-
tirsin. Kralın məqsədi ondan ibarət idi ki, ona itirilmişləri 
geri qaytarsın. Ancaq, Stilpon isə krala dedi ki, ona heç bir 
zərər  dəyməmişdir.  Çünki,  onun  malı,  mülkü  oğurlansa 
da, əxlaqı və ağlının ondan alınmamasını qeyd edərək, əsl 
zənginliyin də məhz bu olduğunu bildirmişdir.  
Stilpon  həm  də  tanrılara  və  dinə  qarşı  şübhəçi 
mövqedə dururdu. O demişdir ki, memar Fidiusun ərsəyə 
gətirdiyi  Afinanın  heykəli  onun  yaratdığı  incəsənət  in-
cisidir. Deməli o, tanrı ola bilməz (3, 101). Bu iddiaya görə 
onu mühakimə edib sürgün etmişdirlər. 
Stilpon  ümumi  anlayışların  var  olub-olmaması  haqqında 
düşünən  ilk  filosoflardan  biri  olmuşdur.  Onun  fikrincə 
“insan”  sözünü  deyən  heç  nə  demir,  onun  bu  ifadəsinin 
mənası yoxdur (3, 102). Çünki “insan” deyilən söz ümumi 
bir  şeydir;  nə  bu,  nə  də  o  adama  aid  deyildir.  Yuxarıda 
qeyd edildiyi kimi, ümumi anlayışların var olub-olmaması 
problemi  sonralar  formalaşan  ortaəsr  fəlsəfəsinin  ən 
maraq doğuran mövzularından birinə çevrilmişdir. 
Miletli  Eubulides  (yun.  Εὐβουλίδης,  m.  ö.  IV 
yüzillik)  də  Meqara  məktəbinin  tanınmış  nümayəndə-
lərindən idi. Onun fikrincə duyğularımız bizə ətrafımızda 
olan şeylər  haqqında yanlış bilgi  verir. İstənilən şeyin  hə-
qiqi  mahiyyəti  onun  görkəmində  deyil,  mahiyyətindədir. 
Məqsəd də o mahiyyətləri qavramaqdır. Bu kimi iddiaları 
irəli sürməklə o, Elealı Zenonun yolunu getmiş, bir çox zid-
diyyətləri  (paradoksları)  açıqlamış,  onların  vasitəsi  ilə  öz 
fikirlərini  əsaslandırmağa  çalışmışdır.  Bu  paradokslar 
haqqında  Diogenes  Laertius  xəbər  verərək  onlardan 




Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə