SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə42/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

153 
 
gəlirdi.  Bir  çox  yazılarında  o,  pifaqorçulara  və  onların 
təlimlərinə üstünlük verirdi. 
Aristoksenus 
peripatetizmə 
pifaqorçuluğun 
ənənələrini gətirmişdir. O, duyğularla alınan biliyin yanlış 
olmasını  iddia  edənlərə  qarşı  çıxış  edirdi.  Keçmişdə 
musiqiçi  olduğuna  görə  Aristoksenus  hesab  edirdi  ki, 
musiqi 
həm 
duyulmalı, 
həm 
də 
düşüncə 
ilə 
qavranılmalıdır.  Onun  fikrincə  duyğular  idrakın  əsasında 
durur.  Bunu  iddia  edərkən  o,  pifaqorçulara  qarşı  çıxış 
edirdi.  Pifaqorçular  hesab  edirdilər  ki,  duyğular  idrakın 
yalnız  başlanğıcında  durur,  düşüncə  isə  onu  tamamlayır. 
Aristoksenus  isə  idrak  prosesində  düşüncəni  yalnız 
duyğulardan  sonra  gələn  ikinci  dərəcəli  amil  kimi  qəbul 
edirdi. (9, 66-67) 
Aristoksenusa görə musiqi həm də insanlarda igidlik 
hisslərini  oyatmalıdır.  O,  hətta  musiqi  ilə  xəstəliklərin 
müalicə  edilməsini  də  mümkün  saymışdır.  Onun  fikrincə 
dəbdə  olan  bayağı  musiqi  ilə  bunları  etmək  olmur,  onlar 
əxlaq pozuntusuna gətirib çıxardır. (9, 66-67) 
Daha  bir  tanınmış  peripatetik Dikearxus (yun. 
Δικαίαρχος,  təxminən  m.  ö.  365  –  300)  olmuşdur. 
Aristotelin  və  Teofrastusun  öyrəncisi  idi. O,  psixologiya, 
tarix,  mədəniyyət,  dilçilik  və  siyasət  elmlərini  əhatə  edən 
bir çox elmi kitablar yazmışdır. 
Dikearxus  ruhun  varlığını  və  ölməzliyini  inkar 
edirdi.  “Ruh  haqqında”  (yun.  Περὶ ψυχῆς)  kitabında  o 
yazırdı  ki,  ruh  materiyanın  formalarından  biridir, 
cisimdir.  Dünyada  bütün  varlıqlar  dörd  ünsürdən  əmələ 


154 
 
gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi 
bədəni canlandırmaqdır (4, 17). 
“Trifoniusun  məbədinə  eniş”  (yun.  Εἰς  Τροφωνίου 
κατάβασις)  əsərində  Dikearxus  din  xadimlərini  tənqid 
etmişdir.  Həmin  bu  əsərdə  o,  falçılığı  rədd  edərək  yalnız 
ilham və röyaları inkar etməmişdir (13). 
Dikearxus mədəniyyət tarixi elminin yaradıcısı hesab 
edilir.  O,  “Yunanıstan  həyatı”  (yun.  Βίος  Ἑλλάδος
kitabında 
yunan 
mədəniyyətinin 
icmalını 
vermiş, 
yunanların inkişafını Şərqin mədəni həyatı ilə bağlamışdır 
(13). 
Onun 
fikrincə 
insanlar 
təbii 
yaşamdan 
heyvandarlığa, sonra isə əkinçiliyə keçmişdilər. 
Dikearxus  siyasi  məsələləri  də  araşdırmışdır. 
“Tripolitikus” (yun. Τριπολιτικός) adlı yazısında o hesab 
edirdi  ki,  dövlətin  idarəçilik  metodu  demokratiya, 
monarxiya 
və  aristokratiyanın  qarışığından  ibarət 
olmalıdır (13).  
Dikearxus  həm  də  təbiətşünas  olmuş,  xəritələr 
çəkmişdir  (23,  107).  “Yeri  dolaşmaq”  (yun.  Γῆς περίοδος
kitabında  o,  yerin  kürə  formasında  olmasını  iddia  etmiş, 
bəzi dağların hündürlüyünü ölçməyə çalışmışdır. 
Peripatetik  məktəbin  daha  bir  nümayəndəsi Falerli 
Demetrius (yun.  Δημήτριος  Φαληρεύς,  lat.  Demetrios 
Phalereus,  m.  ö.  350  –  283)  olmuşdur.  O,  Teofrastusun 
öyrəncisi  idi.  Demetrius  həm  də  siyasi  xadim  kimi 
tanınmış,  bir  zaman  Afina  hökmdarı  olmuşdur  (18,  378). 
Ancaq  sonra  o,  təqiblərə  məruz  qalmış  və  Misirə  qaçmalı 
olmuşdur.  Demetrius  tarix,  siyasət,  bəlağət  və  başqa 


155 
 
sahələrdə çoxlu  əsər yazmışdır (5, 210-211), ancaq onların 
çoxu zamanımıza gəlib çatmamışdır. 
Onun  bəzi  əxlaqa  aid  fikirlərini  Diogenes  Laertius 
qələmə  almışdır.  O  deyirdi  ki,  gənclər  evdə  öz  ata-
anasının,  küçədə  yoldan  keçənlərin,  təklikdə  isə  özlərinin 
qarşısında abırlarını saxlamalıdırlar (5, 212). 
Misir  hökmdarı  I  Ptolemeusun  dövründə  Demetrius 
İskəndəriyyədə elmi-mədəni mərkəz olan "Museyonun" və 
orada 
yerləşən 
məşhur 
kitabxananın 
yaradılması 
təşəbbüsü  ilə  çıxış  etmişdir  (6,  518).  Eyni  zamanda  o, 
yəhudilərin  müqəddəs  kitabı  olan  Əhdi-Ətiqin  yunan 
dilinə  çevrilməsinin  təşəbbüskarı  idi.  Bu  tərcümə 
“Septuaginta” 
adlanmışdır. 
Bundan 
sonra 
yunan 
düşüncəsinə  yəhudiliyin  birbaşa  təsiri  dövrü  başlamışdır. 
Bu  proses  sonralar  Avropada  xristianlığın  yayılması  ilə 
nəticələnmişdir. 
Sonrakı  dövrlərdə  peripatetik  məktəb  tənəzzül 
dövrünü  yaşamış  və  böhrana  uğramışdır. O  zamandan 
başlayaraq  peripatetik  məktəbin  ardıcılları  artıq  orijinal 
fikirlər ortaya qoya bilməmişdilər. Onlar ancaq Aristotelin 
əsərlərinin  toplanması,  yayılması  və  onlara  şərhlərin 
yazılması ilə məşğul olmuşdurlar. 
Bu  dövrün  ən  tanınmış  filosoflardan  biri Rodoslu 
Andronikus (yun.  Ἀνδρόνικος  ο  Ρόδιος,  m.  ö.  I  yüzillik) 
olmuşdur.  O,  peripatetik  məktəbə  başçılıq  etmişdir. 
Andronikusun  ən  böyük  xidməti  ondan  ibarət  idi  ki,  o, 
Aristotelin  və  Teofrastusun  əsərlərini  yenidən  toplamış, 
redaktə  etmiş  və  yayımlamışdır.  Elə  bu  şəkildə  də  onlar 
bizim zamanımıza çatmışdır (1). 


156 
 
Afrodisialı 
Aleksandr 
(yun. 
Ἀλέξανδρος 
ὁ 
Ἀφροδισιεύς,  II  –  III  yüzilliklər)  da  Aristotelin  əsərlərinə 
şərhlər  yazanlardan  biri olmuşdur.  O,  həm  də  Aristotelin 
təlimini 
başqa 
məktəblərin 
nümayəndələrinin 
tənqidlərindən müdafiə edirdi. Buna görə də sonralar ona 
“Şəhrçi” adını 
vermişdirlər. 
Aleksandrın 
məqsədi 
Aristoteli  tanıtmaq,  onun  əsərlərindəki  ziddiyyətləri 
ortadan  qaldırmaq  olmuşdur.  Məlumdur  ki  o,  Aristotelin 
“Metafizika”, 
“Meteorologiya”, 
“Topika”, 
“Ruh 
haqqında”, “Göy haqqında” kimi  əsərlərinə ətraflı şərhlər 
yazmışdır.  Onun  bir  çox  əsərləri  zamanımıza  ərəb 
tərcümələri vasitəsi ilə gəlib çatmışdır. Çünki orta əsrlərdə 
ərəbdilli filosoflar Aristotelin və onun şərhçilərinin irsi ilə 
çox maraqlanmış və bu ənənəni davam etdirmişdirlər. (10) 
Aleksandr öz şərhlərini özünəməxsus şəkildə verirdi. 
O,  Aristotelin  kitabından  hansısa  bir  sətri  olduğu  kimi 
verdikdən  sonra,  onun  altında  böyük  həcmli  şərhini 
yazmış və sonra başqa sətrə keçirdi. Beləliklə, bütün kitab 
şərh olunurdu. 
Aleksandr  Aristoteli  peripatetik  ənənəyə  dayanaraq 
şərh  edən  sonuncu  şərhçi  olmuşdur.  Ondan  sonra 
peripatetik 
məktəbin 
ardıcılları 
platonçularla 
qarışmışdırlar. 
Aristotelin şərhçisi kimi tanınmış Aleksandrın özünə 
məxsus  fikirləri  də  olmuşdur.  Məsələn,  "Tale  haqqında" 
(yun. Перὶἐἱμαρμένης, lat. De fato) əsərində o tale, azadlıq 
və təsadüf anlayışları haqqında düşünmüşdür. Aleksandr 
taleyin  hər  şeyi  həll  etməsini  iddia  edən  stoaçılarla 
razılaşmırdı.  Onun  fikrincə  tale  qanunauyğunluqdur, 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə