SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə47/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   43   44   45   46   47   48   49   50   ...   74

173 
 
Başqa  stoaçılarda  olduğu  kimi  o,  həyatın  son  məqsədini 
“təbiətə  uyğun  yaşamaqda”  görürdü  (15,  300).  Bunu  da 
dünyanı  dərk  etmək,  başqa  insanlarla  ünsiyyət  qurmaq, 
mənəviyyatı yüksəltmək, həyatı düzənləməklə əldə etmək 
olur. 
Qədim  stoaçıların  etik  təlimlərində  xeyrə  doğru 
yönəlmək  xoşbəxtliyə  aparan  yoldur.  Bunu  da  onlar  bir 
mənəvi  hal  kimi  görürdülər.  Ancaq  Panetius,  romalıların 
dünyagörüşünə uyğunlaşaraq xoşbəxtliyə aparan yol kimi 
həm də bədənin sağlamlığı və rifahın artması kimi maddi 
durumları  da  əlavə  etmişdir.  Falçılıq  və  öncədəngörənlik 
onun tərəfindən rədd edilirdi (1, 314). 
Qədim  stoaçılar  hesab  edirdilər  ki,  müdrik  insanın 
sözündən  və  davranışlarından  hər  kəs  örnək  almalıdır. 
Panetius 
isə 
bunu 
vətəndaşın 
dövlət 
qarşısında 
sorumluluğu ilə əvəz etmişdir. 
Orta 
stoa 
dövrünün 
daha 
bir 
görkəmli 
nümayəndəsi Posidonius (yun.  Ποσειδόνιος,  m.  ö.  140  – 
50) Suriyanın  Apameya  şəhərində  anadan  olmuşdur. 
Sonra  Afinaya  köçmüş,  orada  Panetiusun  öyrəncisi 
olmuşdur.  O,  uzun  müddətli  səyahətlərə  çıxmış,  müxtəlif 
ölkələrə səfər etmişdir. Eyni zamanda o, elmlə də məşğul 
idi. 
Bütün 
bu 
amillər 
onun 
dünyagörüşünü 
zənginləşdirmişdir. (5)  
Posidonius  qırx  yaşında  olarkən  Rodos  adasında  öz 
fəlsəfi  məktəbini  açmışdır.  Sonra  Romaya  gələrək  orada 
bir  çox  tanınmış  adamlarla  münasibətlər  qurmuşdur. 
Daha  sonra  isə  Rodosa  qayıdaraq  orada  elmi  və  fəlsəfi 
fəaliyyətini  davam  etdirmişdir.  Məşhur  Roma  filosofu 


174 
 
Sisero və tanınmış siyasi  xadim Pompeus Podosda ondan 
dərs almışdırlar.  
Səksən  yaşı  tamam  olduqdan  sonra  Posidoniusun 
yenidən  Romaya  gayıtmış  və  orada  da  dünyasını 
dəyişmişdir.  
O,  “Okean  haqqında”,  “Fizika  haqqında  fikirlər”
“Kosmos haqqında”“Əxlaq haqqında fikirlər” kimi çoxlu 
kitablar  qələmə  almışdır.  Ancaq,  zamanımıza  onların 
yalnız bəzi fraqmentləri gəlib çatmışdır. 
Posidonius  müxtəlif  elmlərlə  məşğul  olmuşdur. 
Riyaziyyat,  fizika,  astronomiya,  coğrafiya,  tarix  kimi 
elmlər  onun  maraq  dairəsinə  daxil  idi.  Demək  olar  ki  o, 
antik dövrün ən bilikli alimlərindən biri olmuşdur.  
Posidonius  stoaçılığın  həqiqəti  əks  etdirən  yeganə 
təlim  olduğunu  inkar  etmiş  və  oraya  platonizmin 
ideyalarını  da  qatmışdır.  O  həmçinin,  Platonun  məşhur 
“Timeus” əsərinə şərhlər də yazmışdır.  
Posidoniusun 
fizikası 
monizmin 
əsasında 
qurulmuşdur.  O  hesab  edirdi  ki,  bütün  dünya  boşluqları 
olmayan tam vahid bir varlıqdır; onun sonu yoxdur, kürə 
şəklindədir  və  hərəkətsizdir  (1,  311).  Onu  cisimsiz  boşluq 
əhatə  edir.  Bu  baxımdan  onun  fikirləri  Parmenidesin 
fəlsəfəsinə yaxınlaşırdı.  
Ancaq,  Posidoniusun  monizmi  qədim  stoanın 
monizmi  kimi  ardıcıl  deyildi.  Əgər  qədim  stoaçılarda 
tanrılar, əql və tale eynilik təşkil edirdilərsə, Posidoniusda 
bu  eyniliyi  baş  tanrı  Zeus  və  başqa  təbiət  və  tale 
təcəssümü  olan  tanrıların  örnəyində  görürdü.  Dünya 
əslində  tanrının  hal  dəyişməsidir  və  odlu  nəfəs  (pnevma) 


175 
 
şəklində  mövcuddur  (1,  312).  Odlu  pnevmadan  isə 
dünyada  olan  hər  şeyin  əsasını  təşkil  edən  “toxumlar” 
ayrılır  (6,  485). Əslində  tanrı  bir  şəxs  deyil,  odlu 
pnevmadır. Onun şəxsiyyəti yoxdur; həm hər şeyə çevrilə, 
həm də şeyləri özünə bənzədə bilər.  
Beləliklə,  Posidonius  dünyanı  vəhdətdə  və  eyni 
zamanda bir olan tanrı kimi təsəvvür edirdi. Bu dünyanın 
(vahidin,  tanrının)  içində  isə  başqa  tanrılar  da  vardır. 
Onlar  pnevmadan  yaranıb  onunla  birlikdə  ideal  aləmi 
təşkil edirlər. Burada Posidonius Platon idealizminin təsiri 
altına  düşmüşdür.  Sonralar  isə  bu  fikir  yeni-platonçu 
Plotinin  fəlsəfəsinin  əsasını  təşkil  etmişdir.  Posidonius 
Platonun  ideyalarını  təkcə  dərk  olunmaz  və  uzaq 
məkanlarda  deyil,  bu  dünyada  və  təbiətdə  də  görürdü. 
Odlu  pnevma  insanın  və  təbiətin  nəfəs  aldığı  isti  axındır. 
İnsan  ruhu  da  həmin  ideyalar  aləminə  aiddir.  O,  odlu 
nəfəsin  daha  da  incə  formasıdır.  Bu  cür  fikirlər  Platonun 
ikili dünya (maddi və ideal) prinsipini pozurdu.  
Posidoniusun 
ruhlar 
haqqında 
fikirləri 
pifaqorçuların təsəvvürlərinə yaxın idi. Bu da ilk növbədə 
metempsixoz  (ruhların  köçməsi)  inancına  aid  idi.  Onun 
fikrincə  yenidən  dünyaya  gəlmə  prosesi  daim  baş  verir. 
Ölümdən  sonra  ruh  ayüstü  məkanlara  qalxır.  Orada  o 
dünya  həyatında  yığdığı  bütün  pisliklərdən  təmizlənir. 
Sonra  təmizlənmiş  ruh  daha  yüksək  aləmlərə  qalxır. 
Orada  təbiətinə  uyğun  olaraq  ideyaları  seyr  edir  və  zövq 
alır.  Ruh  orada  dünyanın  yenidən  yanğına  bürünməsinə 
qədər qalacaqdır. Bundan sonra dünya yenidən qübbələrə 


176 
 
bölünəcək  və  ruh  özü  üçün  yeni  bədən  tapıb  dünyaya 
qayıdacaqdır. 
Posidoniusa görə insan ruhla bədənin birliyidir. Ruh 
isə tanrının bir hissəciyidir. İnsan ruhu daim hərəkətdədir. 
Maddi dünyada həyat bitdikdən sonra, o bədəndən ayrılıb 
göylərdə  gözəl  məkanlarda  olur.  Bütün  ruhlar  bədənin 
yaranmasından öncə də mövcud idilər.  
Qədim  stoaçılar  kim,  Posidonius  tale  ilə  bağlı 
məsələlərə  də  böyük  önəm  verirdi  (1,  313-314).  Tale  həm 
təbiət  qanunu,  həm  də  insanın  onu  yönəldən  iradəsidir. 
Bununla  bərabər  insan  azadlığı  da  vardır,  o  da  birbaşa 
onun  düşüncəsi  ilə  bağlıdır.  Hər  şeyi  tale  həll  etdiyinə 
baxmayaraq  insan  bəzən  onu  dəyişə  də  bilər.  Taleyi 
dəyişdirmə yollarını isə müdriklər bilir.  
Posidoniusun  insan  haqqında  təlimində  stoisizmin 
ideyaları  ilə  birlikdə  platonçuluğun  da  əlamətləri  vardır. 
O,  insanın  ikili  təbiətli  olduğunu  vurğulayırdı.  Onun 
fikrincə  insan  müxtəlif  səmavi  və  dünyəvi  aləmlərin 
arasında  yer  tutur.  Cismi  baxımdan  o  ən  yetkin  varlıqdır 
və  insan  bədəni  başqa  canlıların  bədənindən  daha 
üstündür.  Ancaq,  onun  ruhu  heç  də  yetkin  (kamil) 
deyildir.  Onun  ruhundan  daha  yüksək  qatlarda  isə 
demonlar  və  tanrılar  durur.  İnsanın  bədbəxtliyi  ondadır 
ki,  o  heyvanlara  bənzər  həyat  sürür,  hər  şeydən  üstün 
olan  ruha  önəm  vermir.  Halbuki  ruh  onun  daxili 
tanrısıdır, dünya pnevmasının bir hissəsidir. (16)  
Posidonius  tarixin  fəlsəfəsi  ilə  bağlı  da  fikirlər  irəli 
sürmüşdür.  Onun  fikrincə  bəşər  tarixinin  iki  mərhələsi 
olmuşdur.  Birincisi  ən  yaxşısıdır  -  “qızıl”  dövrdür.  O 




Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə