SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə5/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   74

15 
 
yer tanrıcası Qaia
15
, yeraltı məkan Tartarus və sevgi tanrısı 
Eros yaranmışdır. Gün gecədən doğmuşdur.  Qaiadan göy 
tanrısı  Uranus  və  dəniz  Pontus  yaranmışdır.  Sonra  Qaia 
Uranusla  evlənmişdir.  Bu  evlilikdən  titanlar  adlandırılan 
ilk  tanrılar,  təpəgözlər  və  əlli  başlı  div  olan  hekatonxeirlər 
(yun.  εκατογχείρες)  doğulmuşdurlar.  Bundan  sonra 
müxtəlif  nimflər  və  başqa  mifoloji  varlıqlar  yaranır.  Tan-
rılar  zaman-zaman  bir-biri  ilə  hakimiyyət  uğrunda  savaş-
mışdırlar.  Öncə  titanlar  Uranusu  devirmiş,  sonra  isə 
onlara  Zeus  qalib  gəlmişdir.  Bundan  sonra  titanlar  Tar-
tarusa  atılmış,  Zeus  isə  baş  tanrı  olmuşdur.  Apollon
Artemis
16
,  Hermes  və  başqa  məşhur  tanrılar  ondan  törə-
mişdirlər.  Dionisus  və  Herakles  isə  Zeusun  insan  cin-
sindən olan arvadlarından doğulmuş oğulları idilər.  
İnsanların  yaradılması  haqqında  Hesiodos  heç  nə 
yazmamışdır.  Ancaq,  onun  adına  yazılan  bəzi  yazılarda 
onları  Prometeus adlı  bir  titan  torpaqdan  yaratmış,  yunan 
tanrıcası  Afina  isə  onlara  nəfəs  vermişdir.  Öncə  tanrılar 
insanları  sevməmiş,  onları  incitmişdirlər.  Hətta,  Zeus 
insanlara  odu  belə  verməmiş,  onu  gizlətmişdir.  Ancaq 
Prometeus  onu  oğurlayıb  insanlara  vermişdir.  Buna  görə 
də,  Zeus  qəzəblənərək  Pandora  adında  qadına  bir  qutu 
verərək onu insanların yanına göndərmişdir. Ancaq yolda 
Pandora  qutunu  açmış  və  dünyaya  şər  və  bədbəxtliklər 
yayılmışdır.  Bundan  sonra  insanlar  tanrılara  ibadət 
etməyə başlamış və münasibətlər düzəlmişdir. 
                                                
15
 Rus ədəbiyyatında onun adı Geya (Гея) kimi səslənir. 
16
 Rus ədəbiyyatında onun adı Artemida (Артемида) kimi səslənir. 


16 
 
M. ö. VII yüzillikdə Krit adasında Epimenides (yun. 
Ἐπιμενίδης)  adlı  bir  müdrik  insan  yaşamışdır.  Onun 
haqqında  deyirdilər  ki,  o  çoxlu  möcüzələr  göstərmişdir. 
Bir  rəvayətə  görə  gənc  yaşlarında  Epimenides  bir  ma-
ğarada  yuxuya  getmişdir.  Ayıldıqdan  sonra  geri  qayı-
danda  isə  görmüşdür  ki,  doğma  şəhəri  dəyişmişdir
17

Sonra bilinmişdir ki, o 57 il yatmışdır (2, 50). Elə o zaman 
da ona özəl biliklər verilmişdir. Bundan sonra Epimenides 
tanınmış və siyasətlə məşğul olmuş, kahinlik etmişdir. 
Epimenides ilk  dəfə  insanlar  tərəfindən  iddia  edilən 
fikirlərdə  daxili  ziddiyyətlərin  olmasına  fikir  vermişdir 
(10). O, bir kritlinin  “Bütün Krit sakinləri yalançıdır” iddiası 
haqqında  düşünərkən  belə  qərara  gəlmişdir  ki,  bunu 
deyən  özü  yalançıdır.  Əgər  bütün  kritlilərin  yalançı 
olduğunu  iddia  edən  özü  də  kritlidirsə,  deməli  onun 
dediyinə  inanmaq  olmaz.  Çünki  belə  olarsa  o,  özü  də 
yalançı  olur.  Beləliklə,  buna  bənzər  iddiaların  daxilində 
ziddiyyət  vardır  və  onlara “antinomiya”  deyilir. Sonralar 
isə  Zenon  və  Eubulides  kimi  filosoflar  buna  bənzər 
ziddiyyətlərin çoxlu örnəklərini ortaya çıxara bilmişdilər. 
Yunan fəlsəfəsinin yaranmasında “Yeddi müdrikin” 
(yun.  Οἱ  ἑπτὰ  σοφοί)  çox  böyük  rolu  olmuşdur.  Bu 
insanlar  öz  müdriklikləri  ilə  seçilmiş,  yunan  ictimai 
fikrində  dərin  iz  qoya  bilmişdirlər.  Tarixçilər  “Yeddi 
müdrik”  kimi  Fales,  Pittakus,  Bias,  Solonun  adını  qeyd 
                                                
17
 Bu  əfsanənin  Quranda  “Əshabi-Kəhf”  haqqında  rəvayəti  (18-ci  surə)  ilə 
müəyyən  qədər  bənzərliyi  vardır.  Mağarada  yatmış  və  uzun  illərdən  sonra 
ayılıb şəhərlərinə qayıtmış gənclər haqqında rəvayətlər xristian ənənəsində də 
vardır. 


17 
 
edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. 
Məsələn,  Platona  görə  (“Protaqoras”  dialoqu)  onlar 
KleobulosMisonXilon’dur. Başqa müəlliflər Misonu deyil, 
Perianderi müdrik kimi göstərmişdirlər. 
Diogenes  Laertius
18
 (yun.  Διογένης  ὁ  Λαέρτιος)  isə 
bir  çox  müdrik  insanların  adlarını  çəkmişdir  ki,  onların 
arasında  həmin  “Yeddi  müdrik”  sayılanlar  da  ola  bilərdi 
(2,  21-22).  Onların  hamısı  m.  ö.  VII  –  VI  yüzilliklərdə 
yaşamışdılar. 
“Yeddi  müdrik”  hesab  edilən  insanlar  həyatın  təc-
rübəsindən  bəhrələnərək  hikmətli  sözlər  və  kəlamlar 
demişdirlər. Bu da onların müdrikliklərindən irəli gəlirdi. 
Bu  əxlaqi  kəlamlar  xalqın  yaddaşında  qalmış,  nəsillərin 
tərbiyə  edilməsində  böyük  rol  oynamışdır.  Onların  fərq-
ləndirici  xüsusiyyətlərindən  biri  də  odur  ki,  bu  kəlam-
larda dini və mifoloji məzmun olmamışdır. Bu da o zaman 
ənənəvi  yunan  dünyagörüşünün  böhran  keçirməsindən 
xəbər  verir.  Burada  tanrılar  və  igidlər  aləminə  qar-
şı qnome’lər (yun.  γνώμη  –  fikir)  adlanan  qısa  aforizmlər 
şəklində  verilmiş  müdrik  ifadələr  yer  almışdır.  Bununla 
da  əsatirlər  və  dini  inanclardan  asılı  olmayan  dünya-
görüşünün  əsasları  qoyulurdu  ki,  bu  da  fəlsəfənin  yaran-
ması  üçün  çox  vacib  amil  olmuşdur.  “Yeddi  müdrikin” 
qnomelərinin nümunələri bunlardır:  
“Görkəminlə deyil, əməlinlə seçil” (Fales);  
                                                
18
 Miladi III yüzillikdə yaşayan yunan yazarı, “Filosofların  həyatı,  təlimləri 
və kəlamları” (yun. Βίοι κα
ὶ γνῶμαι τῶν ἐν φιλοσοφίᾳ εὐδοκιμησάντων) adlı 
kitabın  müəllifi  idi.  Bu  kitab  bizim  zamanımıza  çatan  antik  dövrün  fəlsəfə 
tarixi mövzusunda yazılmış ən mükəmməl kitablardan biridir. 




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə