SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə56/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   52   53   54   55   56   57   58   59   ...   74

209 
 
Ümumiyyətlə, 
bütün 
kosmos, 
ulduzlar, 
planetlər 
canlıdırlar, dünyanın Ruhunu təşkil edirlər. (1, 23-24) 
Aristoteldə  olduğu  kimi,  Alkinous  yerin  dünyanın 
mərkəzində  yerləşdiyini  və  başqa  planet  və  ulduzların 
onun  ətrafında  fırlandığını  iddia  edirdi  (1,  25).  Yerin  özü 
də bir tanrıdır. Planetlərarası məkan isə efirlə doludur. 
İnsanı  tanrılar  yer,  od,  su  və  havadan  yaratmış,  ona 
ruh  vermişdirlər.  Bu  ruhun  bir  neçə  hissəsi  vardır  (1,  27). 
Birincisi  başda  yerləşən  düşünən  hissədir.  İkincisi  duyan 
hissədir  ki,  o  bir  qədər  aşağıdadır.  Bir  başqası  nəfsi 
hissədir ki, o qarından aşağıda yerləşir. Ölməz olan yalnız 
düşünən  hissədir  ki,  onu  tanrılar  birinci  Tanrıdan  alıb 
insanın  baş  tərəfinə  yerləşdirmişdirlər  (1,  31).  Bunu 
edərkən,  ona  bədənlə  birlikdə  ölən  “duyan”  və  “nəfsi” 
hissələrini  də  əlavə  etmişdirlər.  Bu  hissələr  bir-biri  ilə 
çarpışır deyə, insan birmənalı varlıq deyildir. 
Bu  kontekstdə  də  Alkinous  əxlaq  problemlərini 
araşdırmış və stoaçılar kimi belə bir nəticəyə gəlmişdir ki, 
xoşbəxtliyin  şərti  ərdəmdir.  Məqsəd  isə  ərdəmlə  dolu 
həyat sürərək tanrılara bənzəməkdir. (1, 40) 
Antik  dünyanın  ən  tanınmış  şair  və  yazıçılarından 
biri  olan  Apuleius  Lusius   (lat.  Apuleius Lucius, təxminən 
m. 125 – 170) da platonik məktəbin nümayəndəsi sayılır. O 
kahin  olmuş,  bir  çox  ədəbi  əsərlərin  yazarı  idi.  Onun 
ironik 
və 
satiristik 
roman 
janrında 
yazılmış 
Metamorfozlar”  (lat.  Metamorphoseon)  kitabı  antik 
dünyanın  ən  çox  yayılmış  və  başqa  dillərə  tərcümə 
                                                                                                     
hərəkət etdiyi fəzalar göylərdir. Göylərin yeddi qatdan ibarət olması haqqında 
Yəhudilik, Xristianlıq və İslamda da rəvayətlər vardır. 


210 
 
olunmuş əsəridir. Onu “Qızıl eşşək” (lat. Asinus aureus) də 
adlandırırlar  (9,  3-246).  Bu  əsərdə  eyş-işrətlə  dolu  həyat 
sürən  Lusius  adlı  bir  gənc  cadugərliklə  maraqlanmış  və 
onu  öz  üzərində  sınamaq  istəmişdir.  Bir  cadugər  qadın  o 
gənci  öz  xahişi  ilə  müvəqqəti  olaraq  quşa  çevirmək 
istəmiş, 
ancaq 
yanlışlıq 
nəticəsində 
onu 
eşşəyə 
çevirmişdir.  
Ancaq, eşşək olan Lusius insan düşüncəsində qalmış 
və  hər  şeyi  insan  kimi  anlamışdır.  Beləliklə,  o  müxtəlif 
adamların  (əkinçilərin,  quldurların,  varlıların,  kahinlərin) 
ev  heyvanı  olmuş,  onların  həyatlarını  içəridən  görmüş; 
insanların 
alçaqlığının, 
yalanlarının, 
xəyanətlərinin, 
ikiüzlülüklərinin,  cinayətlərinin,  əxlaqsızlıqlarının  şahidi 
olmuşdur.  Sahibləri  onunla  qəddarcasına  davranmış  və 
hər  zaman  alçaltmışdırlar.  Sonda  Lusius  tanrılardan 
yardım  diləmiş  və  tanrıca  İsis (İsida)  onu  yenidən  insana 
çevirmişdir.  Bundan  sonra  o,  gördüklərindən  nəticə 
çıxararaq Osiris və İsis kultlarının kahini olmuşdur. 
Fəlsəfi  əsərlərindən  biri  olan “Platon  və  onun 
təlimi” (lat.  De Piatone et eius dogmate)  kitabında  Apuleus 
özünəməxsus  şəkildə  oxucuları  Platonun  təlimi  ilə  tanış 
etmişdir.  Ancaq,  bir  çox  hallarda  onun  yazdıqları 
Alkinousun  verdiyi  bilgilərdən  fərqlənmişdir.  Bu  kitabda 
Platonun  kimliyi  açıqlanmış,  onun  ilk  dəfə  fəlsəfənin  üç 
bölümünü  birləşdirdiyi  bildirilmişdir.  Apuleusa  görə 
fəlsəfənin 
birinci 
bölümü 
kosmologia 
və 
antropologiyadan  ibarət olan fizikadır. İkincisi ilahiyyatdır 
ki, 
başlanğıclar (tanrı, 
maddə, 
ideya) 
və iki 
mahiyyət (düşüncə  ilə  qavranılan  və  duyğusal)  haqqında 


211 
 
bölümləri  əhatə  edir.  Fəlsəfənin  üçüncü  bölümü  olan 
məntiq  haqqında  isə  əsərdə  bilgi  verilməmişdir. 
Apuleusun  dünyanın  quruluşu  haqqında  baxışları 
(kosmologiası) 
Platotun “Timeus” əsərində 
olduğu 
kimidir. (16) 
Tale  (alın  yazısı)  problemi  üzrə  Apuleus  tanrının 
düşündüyünü  (sententia),  tanrı  qanunu  (fatum)  və  təsadüfü 
(fortuna)  fərqləndirir  (16).  Təsadüfə  yer  verməsi  onun 
tərəfindən azad iradənin tanınmasıdır. 
Baş  ya  da  birinci  Tanrı  duyulmaz  və  ulaşılmazdır 
(transsendentaldir).  Ona  görə  dünyanın  axarını  kiçik 
tanrılar  təmin  edir,  onlara  isə  demonlar  yardım  edirlər. 
Əxlaq xoşbəxt həyatın əldə edilməsi üçün gərəkli biliklərə 
yiyələnməkdir. 
Bu 
biliklər 
ərdəmlərin, 
xeyirlərin, 
qüsurların nədən ibarət olduğunu əhatə edir. (16) 
“Sokratın  tanrısı  haqqında” (lat.  De  Deo  Socratis
Apuleusun  daha  bir  mistikaya  yaxın  olan  fəlsəfi  əsəridir 
(6,  351-374).  Burada  “tanrı”  sözü  “demon”  mənasında 
işlədilir.  Bilindiyi  kimi  yunanlar  insanlarla  tanrıların 
arasında  duran  varlıqları  “demonlar”  adlandırırdılar. 
Onlar  kiçik  tanrılar,  ya  da  tanrıların  balaları  kimi  də 
təsəvvür  edilirdi.  Platona  görə  insanlar  tanrılarla  birbaşa 
bağlantı  yarada  bilməzlər.  Demonların  ataları  olan  ilk 
Tanrını  isə  təsəvvür  etmək  və  ona  çatmaq  mümkün 
deyildir. Bunu yalnız demonların vasitəsi ilə etmək olar. 
İnsan  bədənindən  imtina  etmiş  ruhlar  yüksək 
qatlarda  demonların  birliyini  təşkil  edirlər.  Platona  görə 
demonlar  hər  bir  insanı  həyatı  boyu  müşayiət  edir,  onun 
bütün əməllərinin şahidi olur. İnsan öldükdən sonra isə o 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə