SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə57/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   53   54   55   56   57   58   59   60   ...   74

212 
 
demon  onu  axirətə  aparır  və  ölən  mühakimə  olunanda 
onun  əməlləri  haqqında  deyilənləri  təsdiq  ya  da  inkar 
edir
85
.  Buna  görə  də,  hər  kəs  öz  demonu  ilə  bağlantı 
yolunu  axtarmalı,  ona  itaət  etməli  və  onu  duymalıdır. 
Bunu  edərsə  onda  onun  demonu  ona  yol  göstərər, 
müxtəlif  yollarla  (məsələn  yuxularla)  bilgilər  verə  bilər. 
Məhz  bunu  da  Sokrat  etmiş,  müdrikliyin  yüksəkliklərinə 
çata  bilmişdir.  Son  olaraq  Apuleus  məsləhət  görür  ki, 
Sokratın  etdiyini  hamı  etsin  və  bu  yolla  tanrılara  bənzər 
həyat sürsün. 
Orta  Akademiya  məktəbinin  daha  bir  tanınmış 
nümayəndəsi Berqamalı  Qalen  (yun.  Γαληνός,  lat. 
Claudius  Galenus,  təxminən  m.  129  –  200)  olmuşdur.  O, 
yunan  soylu  romalı  idi.  Həkim  kimi  tanınmış,  Roma 
əsilzadələrini  müalicə  edir  və  imperator  Markus 
Aureliusun saray həkimi kimi tanınmışdır.  
Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların 
müalicə  yollarını  araşdırmış,  təbabət  və  anatomiya  üzrə 
çoxlu  bilgilər  əldə  etmişdir.  Onlardan  Avropa  təbibləri 
1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakalogiya 
elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman 
dünyasında  təşəkkül  tapmış  təbabət  elminin  də 
inkişafında  əhəmiyyətli  rol  oynamışdır.  Müsəlman 
təbibləri  və  düşünürləri  onun  əsərlərini  tərcümə  etmiş  və 
öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər. 
                                                
85
 Müqayisə  üçün,  İslama  görə  də  iki  mələk  hər  bir  insanın  yaxşı  və  pis 
əməllərini  yazır.  Qiyamət  günü  onların  yazdıqlarının  əsasında  insan 
mühakimə ediləcək. 


213 
 
Qalen  həm  də  filosof  kimi  tanınmışdır.  O,  Platon 
məktəbinin  nümayəndələrindən  biri  sayılır.  Fəlsəfə  üzrə 
bir  sıra  kitabların  müəllifi  olmuş,  ancaq  onların  çoxusu 
bizim zamanımıza çatmamışdır. Qaleni fəlsəfədə daha çox 
məntiq,  təbiət  fəlsəfəsi 
və  ruh 
haqqında  təlim 
maraqlandırırdı.  Çünki,  bu  sahələr  təbabətlə  daha  çox 
bağlı  idilər.  Qalen  deyirdi:  “Yaxşı  həkim  filosof  olmalıdır”
Onun  eyni  adlı  əsəri  də  olmuşdur.  Orada  Qalen  qeyd 
edirdi  ki,  həkimlər  xəstəliyin  mənşəyini  bilmək  və  onu 
düzgün müalicə etmək üçün məntiqi yaxşı bilməlidirlər.  
Sofizmlər  haqqında”  (lat.  De  captionibus)  və 
Dialektikaya  giriş”  (lat.  Institutio  logica)  Qalenin  fəlsəfə 
və  məntiq  üzrə  zamanımıza  çatan  kitablarıdır.  Burada  o, 
Aristotelin  davamçısı  kimi  çıxış  etmiş,  onun  sillogizm 
haqqında  təliminə  əlavələr  etmişdir  (24,  215-216). 
Aristoteldən  fərqli  olaraq  Qalen  elmlərdə  daha  çox 
empirik metoda üstünlük verirdi. Onun duyğusal təbabəti 
üç  prinsipdən  ibarət  idi:  birbaşa  müşahidə,  keçmiş 
müşahidələr  haqqında  xatirələr  və  bənzərdən  bənzərə  induktiv 
əqli nəticələrin çıxarılması (18).  
Əsas  əsərlərindən  biri  olan  Hippokrates  və 
Platonun  rəyləri  haqqında”  (lat.  De  placitis  Hippocratis  et 
Piatonis)  kitabında  Qalen  iddia  edirdi  ki,  bu  filosofların 
baxışları  bir-birinə  uyğun  olmuşdur.  Hətta,  ona  görə 
birinci 
filosof 
təbabət 
elminin 
əsaslarını 
qoyan 
Hippokratesdur
86
,  Platon  isə  öz  fəlsəfəsinin  bir  çox 
                                                
86
 Hippokrates  (yun. 
Ἱπποκράτης,  lat.  Hippocrates;  təxminən  m.  ö.  460  – 
377)  –  ən  tanınmış  qədim  yunan  həkimi  olmuşdur.  Onu  “təbabətin  atası” 
adlandırmışdırlar. O, həm də təbabətdə əxlaq məsələlərinə toxunaraq həkimin 


214 
 
məqamlarını  ondan  almışdır.  Kitabın  I  –  IV bölümlərində 
insan  və  canlıları  yönəldən  təbiət  güclərindən  söhbət 
açılır,  V  –  IX  bölümlərində  isə  duyğular  vasitəsi  ilə  idrak 
problemlərinə  toxunulur.  Burada  Qalen  Platon  kimi  ruhu 
üç səviyyədə: əqliduyğusal və ehtiraslı olaraq təsvir edirdi. 
Eyni  zamanda  o,  ehtirasları  düşüncənin  səhvi  kimi 
təsəvvür edən və buna görə duyğusal və ehtiraslı ruhların 
varlığını inkar edən stoaçıları tənqid edirdi. 
“Bədən 
üzvlərin 
vəzifəsi 
haqqında” (yun. 
Περὶ χρείαςμορίων)  əsərində  Qalen  canlıların  bədənində 
bütün  üzvlərin  yetkin  olduğunu  vurğulayırdı.  Onların 
quruluşu  və  öz  vəzifələrini  tam  olaraq  icra  etməsi  onu 
deməyə  əsas  verir  ki,  bunlar  özbaşına  yaranıb  fəaliyyət 
göstərə bilməz. Deməli, bunların bir yaradıcısı vardır, onu 
da  Qalen  Demiurqos  adlandırmış  və  onu  təbiətlə 
eyniləşdirmişdir (19, 538-539). 
Qalenin fikrincə keçmişin filosofları dərin elm qoyub 
getmiş,  ancaq  onların  ardıcılları  onları  düzgün  başa 
düşməmişdirlər.  Ona  görə  də,  Qalen  Platona  üstünlük 
versə  də,  özünü  heç  bir  məktəbin  ardıcılı  saymamışdır. 
Son  olaraq  Qalen  öz  fəlsəfi  fikirlərini “Mənim  baxışlarım 
haqqında” (yun. 
Περὶ τῶν ἰδίων 
δοξάντων) kitabında 
toplamışdır.  Ancaq,  zamanımıza  onun  yalnız  bəzi 
fraqmentləri gəlib çatmışdır. (18) 
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus 
Tyrius;  II-ci  yüzillik)  də  platonik  məktəbin  nümayəndəsi 
sayılır. O, Romada istedadlı natiq kimi tanınmışdır. Onun 
                                                                                                     
davranış qaydalarına dair fikirlərini açıqlamışdır. “Hippokrat andı”nda hər bir 
həkimin riayət edəcəyi əxlaqi məsələlər öz əksini tapmışdır. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə