SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.

səhifə60/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
1   ...   56   57   58   59   60   61   62   63   ...   74

222 
 
İnsan torpaqdan Tanrının obrazına bənzər yaradılıb. 
Onun  düşüncəsi  də  ilahi  Loqosa  bənzərdir.  Yəni  kosmos 
və insanda olan loqoslar mahiyyətcə birdir və birlik təşkil 
edirlər.  Belə  olan  təqdirdə,  insanın  məntiqi  baxımından 
çevrənin  qavranılması  və  onun  barəsində  düşüncələr 
ortaya  qoyması  yaradılmışdan  Tanrıya  doğru  atılan 
addımlardır.  Dünyanın  varlığı  və  gözəlliyi  insanı  Tanrı 
varlığının  anlamasına  gətirməlidir.  Beləliklə,  məntiqi  fikir 
İlahi ilham kimi də qəbul edilə bilər. 
Buna  görə  də,  Filona  görə  yunan  fəlsəfəsi  və  ilahi 
vəhy olan Əhdi-Ətiq bir-birinə zidd deyildirlər, çünki hər 
ikisi  Loqosun  məhsuludur.  Əhdi-Ətiqdə  Loqos  özünü 
peyğəmbərlərə  vəhy,  filosoflara  isə  məntiq  və  düşüncə 
vasitəsi  ilə  açmışdır.  Ona  görə  də,  Musa  və  Platonun 
müdrikliyinin  mənbəyi  birdir.  Ancaq  buna  baxmayaraq, 
Platon  və  Pifaqor  təkcə  öz  düşüncələri  ilə  Tanrının  bir 
olması  fikrinə  gəlməmişdirlər.  Filonun  fikrincə  onlar 
Əhdi-Ətiqlə  tanış  idilər.  Bu  fikri  sonrakı  xristianlar  da 
təkrarlamışdırlar. 
Filon  Loqosu  “Tanrının  oğlu”,  “Səmavi  Adəm”  və 
başqa adlarla adlandırırdı. Bu adlar onun Tanrı ilə dünya 
arasında bir vasitəçi olduğuna işarə edir. 
Loqosa  bu  cür  baxış  Filona  Müqəddəs  Kitabı 
alleqorik yorumlara məruz qoyma imkanını yaratmış, onu 
fəlsəfələşdirmişdir. Bu baxımdan onu ortaəsr ilahiyyatının 
yaradıcısı adlandırmaq mümkündür. 
Tədqiqatçılara  görə  sonralar  xristianlar  Filonun 
Loqosunu  simalaşdırıb  İsa  ilə  eyniləşdirmişlər.  Bu  ideya 
Yəhya İncilində öz əksini tapmışdır. Xristianlıqda olan Ata 


223 
 
(Tanrı) 
– 
Oğul 
(Loqos) 
münasibətləri 
Filonun 
fəlsəfəsindən başlayır. 
Daha bir platonçuluğa yaxın olan filosof Selsus (yun. 
Kέλσον,  lat.  Celsus,  Iiyü  zillik)  Xristianlığın  Romada 
yayılması dövründə yaşamış və onun tənqidçilərindən biri 
olmuşdur.  Onun  haqqında  zamanımıza  çox  az  bilgi  gəlib 
çatmışdır. 
Məlumdur 
ki, 

imperator Markus 
Aureliusun dostu idi.  
Selsus “Doğru söz” (yun. Λόγος άληθής) adlı kitabın 
müəllifi  olmuşdur.  Bu  əsərin  orijinal  mətni  zamanımıza 
çatmamışdır.  Ancaq,  Selsusla  çəkişməyə  girən  xristian 
ilahiyyatçısı  Origen  onun  fikirlərinə  rəddiyələr  yazaraq 
“Doğru  sözün”  bir  çox  fraqmentlərini  özünün  “Selsusa 
qarşı” (lat. Contra Celsum) əsərində vermişdir. 
Selsus  dini  təlimləri  öz  düşüncəsinin  dəlilləri 
baxımından  təhlil  edərək  belə  bir  nəticəyə  gəlmişdir  ki, 
Xristianlıq  heç  də  başqa  dinlərdən  fərqlənmir.  Çünki, 
başqaları kimi xristianlar da öz ehkamlarına düşünmədən 
inanmağa  çağırırlar  (29,  7-8).  Onun  fikrincə,  İsa  tanrı  ola 
bilməz,  çünki  Tanrının  xüsusiyyətləri  başqadır.  İsa 
tanrıdırsa,  o  yerə  enə  bilməz,  çünki  belə  olarsa  öz  taxtını 
tərk  etmiş  olardı  və  dünya  düzəni  dağılardı.  Daha  sonra 
Selsus  yazırdı  ki,  İsa  Loqos  (Tanrı  sözü,  kəlamı)  da  ola 
bilməz, çünki Loqos insan ola bilməz, çünki o insanlıqdan 
daha  uca  olan  Tanrı  sözüdür  (29,  45-46).  Onun  fikrincə 
Xristianlığın  bütpərəstliyi  inkar  etməsi  müstəsna  bir  şey 
deyildir.  Çünki,  doğrudan  da  insanların  düzəltdiyi 
təsvirlər  və  heykəllər  heç  də  tanrılar  deyildirlər.  Hələ 
xristianlardan  çox-çox  qabaq  Heraklit  kimi  filosoflar 


224 
 
demişdilər  ki,  bütlərə  tapınmaq  divarlarla  danışmağa 
bənzərdir. Son olaraq Selsus  hesab etmişdir ki, Xristianlıq 
dövlət üçün təhlükədir. 
Smirnalı  Teon  (yun.  Θέων  6  Σμνρναΐος,  m.  II 
yüzilliyin birinci yarısı) da orta dövrün akademiklərindən 
(platonçularından)  biri  olmuşdur.  O,  “Platonun  əsərlərini 
oxuyarkən  riyazi  predmetlərin  icmalı”  (yun.  Τα  κατά 
μαθηματικόν χρήσιμα εις την Πλάτωνος ανάγνωσιν)  adlı 
əsərin  müəllifi  idi.  Həmin  kitaba  latın  dilində  qısaldılmış 
olaraq  “Expositio”  deyilir.  Bu  kitab  antik  dövrün 
məktəblərində  tədris  edilmək  üçün  yazılmış  və  orada 
riyaziyyat, 
musiqi 
nəzəriyyəsi 
və 
astronomiya 
elmlərindən  bilgilər  verilmişdir.  Mətni  yazarkən  Teon, 
keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir. 
Əsərin  riyazi  bölümündə  Teon  “bir”  və  “vahid” 
anlayışlarının  fərqləndirilməsini  zəruri  bilirdi,  çünki  hər 
bir  rəqəm  “birlərin”  cəmidir.  “Vahid”  isə  hər  bir  çoxluq 
çeşidlərindən  aralanmış  təklikdə  olan  ideal  başlanğıcdır 
ki, onu yalnız düşüncə ilə qavramaq mümkündür və onun 
bölünməsi  imkansızdır.  Daha  sonra  Teon  tərəfindən 
rəqəmlərin  tək  və  cüt,  sadə  və  mürəkkəb  və  s.  növləri 
araşdırılmışdır. (15, 12-14) 
Əsərin  musiqi  bölümündə  nəğmələrdə  rəqəmlər 
ahənginə  riayət  edilməsinin  vacibliyi  vurğulanmış  və 
bunun 
qaydaları 
açıqlanmışdır. 
Burada 
musiqi 
nəzəriyyəsinin əsas elementləri də araşdırılmışdır. (15, 32-
43) 
Astronomiya  bölümündə  Teon  yerin  kürə  olmasına 
dair  çoxlu  dəlillər  gətirmiş,  planetlər  və  göy  cisimləri 


225 
 
haqqında  öz  zamanının  təsəvvürlərini  açıqlamışdır.  Bu 
təsəvvürlər  yuxarıda  sözü  keçən  başqa  yunan  filosofların 
baxışlarına  bənzər  olmuşdur.  Belə  ki,  Teon  yerin  kainatın 
mərkəzində olmasını iddia edirdi. Onun fikrincə planet və 
ulduzların  çoxu  hərəkət  etmir.  Bəziləri  isə,  günəş  və  ay 
kimi,  yerin  ətrafında  fırlanır.  Burada  həm  də  günəşin  və 
ayın  tutulması  kimi  təbiət  olaylarına  da  münasibət 
bildirilmişdir. (15, 81 və 89) 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1. Akademik məktəbin tarixi kimin adı ilə bağlıdır və 
hansı dövrlərə bölünür? 
2.  Qədim  platonçular  əsasən  hansı  problemlərə 
diqqət yetirirdilər? 
3.  Speusippus  Vahid  və  çoxluq  haqqında  hansı 
fikirləri irəli sürmüşdür? 
4. Speusippus çevrənin dərk edilməsində düşüncə ilə 
duyğu  arasındakı  ziddiyyəti  ortalıqdan  necə  qaldırmaq 
istəmişdir? 
5.  Kalkedonlu  Ksenokratesə  görə  fəlsəfə  hansı 
bölümlərdən ibarətdir? 
6. 
Kalkedonlu 
Ksenokratesə 
görə 
neçə 
çür 
substansiya 
vardır, 
onlar 
hansılardır, 
nə 
ilə 
səciyyələnirlər? 
7.  Kalkedonlu  Ksenokrates  Vahidi,  Əqli  və  Ruhu 
necə təsəvvür edirdi? 
8.  Kalkedonlu  Ksenokratesə  görə  şərin  mənşəyi  və 
insan həyatının məqsədi nədir? 




Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   74


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə