SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə66/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

247 
 
yaranmışdır.  Bundan  öncə  isə  qnostisizm  Yəhudiliyə  də 
yol  tapmışdı.  Sonralar  isə  qnostik  ideyaların  əlamətləri 
İslam təriqətlərində də müşahidə edilmişdir. 
 
2.7.4. Mitraizm 
 
Qnostik inanca yaxın olan dinlərdən biri də Mitraizm 
olmuşdur.  Mitraizm  Roma  imperiyasında  Xristianlıqla 
bərabər  yayılan  və  onunla  rəqabət  aparan  İran  məşəli  bir 
din  idi.  İran  mənşəli  qnostik  təlimlər  dünyanı  Zülmətlə 
Nurun  mübarizəsi  kontekstində  görür  və  izah  edirdilər 
(4). 
Mitra  arilərin  panteonunun
91
 tanrılarından  biri  idi. 
Yaxın  Şərqdə  bir  çox  xalqlar  ona  ibadət  edirdi.  Qədim 
arilər  onu  “Səhər  işığının  tanrısı”  adlandırırdılar.  Onların 
inanclarına  görə,  Mitranın  qüdrəti  dünyada  həyatın 
mövcudluğunu  təmin  edir.  Daha  sonra  iranlılar 
inanırdılar  ki,  Mitranı  xeyir  tanrısı  olan  Ahura-Məzda 
yaradıb və ona ibadət etmək vacibdir. Bu barədə “Avesta” 
da Mitr-Yaşt babının əvvəlində verilir. 
M.  ö  V  –  VI  yüzillikdə  Mitra  inancı  unudulmuş, 
ancaq  sonra  bu  kult  yenidən  bərpa  olunmuş  və  İranda, 
Babilistanda, Pontda, Friqiyada, Kappadokiyada və başqa 
regionlarda  yayılmışdır.  Daha  sonra  Mitraya  Romada  da 
ibadət edirdilər. Mitra dininə tapınanlar inanırdılar ki, bu 
tanrı qara qüvvələrlə mübarizə aparır və insanlara xidmət 
edir. Eyni zamanda, Mitra dünyanın yaradıcısıdır.  Ancaq, 
                                                
91
 Arilər – hind-fars mənşəli xalqların ümumiləşdirilmiş qədim adıdır. 


248 
 
qnostiklərdən  fərqli  olaraq  o  Xeyrin  təcəssümü  kimi 
təsəvvür edilirdi. 
Xristianlığın  Mitraizmlə  bir  sıra  oxşar  cəhətləri 
vardır.  Məsələn,  274-cü  ildən  başlayaraq,  hər  ilin  25 
dekabr  günü  imperator  Avrelianın  əmri  ilə  günəş  tanrısı 
Mitranın  anadan  olan  günü  kimi  qeyd  edilirdi.  Sonralar 
isə  IV  əsrdən  başlayaraq  bu  günü  İsanın  anadan  olan 
günü  kimi  qeyd  etməyə  başlamışdılar.  Bu  adət  bizim 
dövrümüzə qədər davam etməkdədir. 
Xristianlıq  və  Mitraizmin  oxşar  cəhətlərində  biri  də 
Mitra  və İsanın xilaskar olmasıdır. Onların  hər ikisi Tanrı 
ilə  insanlar  arasında  olan  vasitəçidir.  Onlar  Atanın 
buyruqlarını yerinə yetirirlər. Bu baxımdan İsa kimi Mitra 
da  axirətdə  insanları  mühakimə  edəcəkdir.  Hətta, 
Xristianlığın rəmzi olan xaç da mitraizmin simvollarından 
biri  olmuşdur.  Onlar  xaçı  dairənin  içində  təsvir  edirdilər. 
Mitraizmdə  Xristianlıqda  olduğu  kimi  bu  dini  qəbul 
edənlərin  xaç  suyuna  salma  mərasimi  də  keçirilirdi.  Bu 
barədə  tanınmış  xristian  ilahiyyatçısı  Tertulian  da 
məlumat vermişdir (15). 
 
Mövzu ilə əlaqəli suallar: 
 
1.  Romalılar  nəyə  inanırdılar,  dinlərinin  əsasını  nə 
təşkil etmişdir?  
2.  Roma  kahinlərinin  vəzifəsi  nədən  ibarət 
olmuşdur? 
3. Roma imperiyasında hansı dinlər yayılmışdır? 


249 
 
4.  Hermetizmin  əsasları  hansılardır,  adı  nə  ilə 
bağlıdır? 
5.  Hermetizmin  hansı  dini  və  fəlsəfi  təlimlərə  təsiri 
olmuşdur? 
6.  Hermetizmin  hansı  yazılı  ədəbiyyatı  vardır, 
onların məzmunu nədir? 
7.  Hermetizmə  görə  dünyanın  başlanğıcında  nə 
durur, dünya quruluşu necədir? 
8.  Hermetizmə  görə  insan  necə  yaranmışdır,  onun 
hansı təbiətləri vardır, xilası nədədir vardır? 
9.  Yeni  pifaqorçuluq  qədim  pifaqorçuluqdan  nə  ilə 
fərqlənir? 
10.  Yeni  pifaqorçuluğun  dualizmi  nədən  ibarət 
olmuşdur? 
11.  Yeni  pifaqorçuluqda  rəqəmlərə  nə  kimi  yer 
verilirdi? 
12.  Yeni  pifaqorçuluqda  tanrı  təsəvvürü  necə 
olmuşdur? 
13.  Publius  Fiqulusun  fəaliyyəti  nədən  ibarət 
olmuşdur? 
14.Tianalı  Apollonius  kim  olmuş,  nə  kimi  fəaliyyəti 
göstərmişdir? 
15.  Apollioniusu  hansı  məqsədlə  İsa  ilə  müqayisə 
edirdilər? 
16. 
Apolloniusun 
inancı 
nəyin 
üzərində 
qurulmuşdur? 
17.  Gerasalı  Nikomaxusun  rəqəmlər  fəlsəfəsinin 
məzmunu nədən ibarət olmuşdur? 


250 
 
18.  Apameyalı  Numeniusun  fikrincə  varlığın  neçə 
əsası vardır, onlar hansılardır? 
19.  Numenius  dinləri  birləşdirmək  üçün  hansı 
fikirlərlə çıxış etmişdir? 
20.  Qadesli  Moderatus  varlığın  birliyi  və  eyni 
zamanda üçlüyünü necə təsəvvür edirdi? 
21. Qnostisizm nədir, mahiyyəti nədən ibarətdir? 
22.  Qnostisizmin  yaranmasının  səbəbləri  hansılar 
olmuşdur? 
23.  Qnostisizmdə  dünyanın  yaranması  necə  təsvir 
olunur? 
24.  Qnostisizmə  görə  dünya  kim  tərəfindən  idarə 
olunur? 
25.  Qnostisizmə  görə  insan  hansı  yolla  dünyanın 
zülmətindən qurtara bilər? 
26. Mitraizmin tarixi və təlimi nədən ibarətdir? 
 
Ədəbiyyat: 
 
1.  Davis,  Tenny  L.  The  Emerald  Tablet  of  Hermes 
Tristmegistus:  Three  Latin  versions  which  were  current 
among  later  Alchemists.  Journal  of  Chemical  Education, 
Vol. 3, № 8, 1926. 
2.  Frances  A.  Yates:  Giordano  Bruno  and  the 
Hermetic Tradition. The University of Chicago Press Book, 
1964. 
3.  Hart  G.  The  Routledge  Dictionary  of  Egyptian 
Gods and Goddesses. New York: Routledge. Oxon, 2005. 


251 
 
4.  Jonas.  H.  The  Gnostic  Religion.  Boston:  Beacon 
Press, 2005. 
5.  Poemandres,  The  Shepherd  of  Men  //  Thrice-
Greatest Hermes by G.R.S. Mead. Vol. 2. London, 1906. 
6. Publius Nigidius Figulus // Encyclopedia Britanica, 
1911.  
7.  The  Miscellanies;  or,  Stromata  //  Ante-Nicene. 
Christian Library. The Writings of the Fathers Down to A. 
D.  325.  Vol.  IV.  Clement of  Alexandria.  Vol  I. Edinburgh: 
T. and T. Clarc, 1867. 
8.  Евсевий  Памфил.  Евангельское  приготовление. 
Книга  XI  /  Перевод  А.  Ястребова  //  Богословский 
сборник. 
М.: 
Православный 
Свято-Тихоновский 
богословский институт, 2001. 
9. 
Модерат 
// 
Античная 
философия: 
энциклопедический  словарь  /  Составитель  Е.  В. 
Афонасин. М.: Прогресс-Традиция, 2008. 
10. 
Неопифагореизм 
// 
Малый 
энциклопедический  словарь  Брокгауза  и  Ефрона:  В  4 
томах. СПб., 1907-1909. 
11.  Новопифагореизм  //  Энциклопедический 
словарь Брокгауза и Ефрона. СПб, 1890-1907. 
12. Нумений // Философский энциклопедический 
словарь  /  Гл.  ред.  Ильичев  Л.  Ф.,  Федосеев  П.  Н.  и  др. 
М.: Советская энциклопедия, 1983. 
13.  Ранович  А.  Б.  Первоисточники  по  истории 
раннего 
Христианства. 
Античные 
критики 
Христианства. М.: Политиздат, 1990. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə