SokratöNCƏSİ yunan fəLSƏFƏSİ



Yüklə 266,78 Kb.
Pdf görüntüsü
səhifə69/74
tarix17.09.2017
ölçüsü266,78 Kb.
#243
1   ...   66   67   68   69   70   71   72   73   74

260 
 
ruhun yüksək hissələrini duyub inkişaf etdirə bilər. Bu isə 
ekstaz  halında  mümkündür.  Ekstazda  ruh  artıq  bədənlə 
özünü  eyniləşdirmir  və  ondan  müstəqil  şəkildə  varlıq 
qazanır.  O  Vahidə  can  atır,  onunla  qovuşur,  onda  əriyir. 
Ekstaza  çatmaq  üçün  mənəvi  həyat  sürmək  lazımdır. 
Plotin ruhların köçməsinə də inanırdı. 
Plotinin təlimi sonrakı orta əsr Avropa və Yaxın Şərq 
fəlsəfi  fikrinə  çox  böyük  təsir  göstərmişdir.  Avqustin, 
Boesius,  Fərabi,  İbn  Sina  kimi  filosofların  təlimlərində 
Plotinin  ideyalarından  istifadə  edilmişdir.  Onun  varlıq 
haqqında baxışlarını bu  və ya digər dərəcədə ən tanınmış 
düşünürlər 
öz 
təlimlərində 
tətbiq 
edib 
inkişaf 
etdirmişdirlər. 
Başqa tərəfdən Plotinin təlimi sonralar müxtəlif dini-
mistik  təlimlərin  yaranmasına  təkan  vermişdir.  Yəhudi 
(Kabbala),  Xristian  (İsihazm)  və  İslam  (Təsəvvüf) 
mistisizmi ondan bəhrələnərək təlim halına gəlmişdirlər. 
Yeni-platonçuluğun  Roma  məktəbinin  daha  bir 
tanınmış filosofu Porfirius (yun. Πορφύριος, m. 232 – 304) 
olmuşdur.  O,  Plotinin  öyrəncisi  olmuş,  onun  həyatını 
qələmə  almış,  əsərlərini  (o  cümlədən  "Enneadalar"ı) 
toplamış və yaymışdır. Bundan başqa Porfirius yetmişdən 
çox fəlsəfi əsərin müəllifi olmuşdur. Onların çoxusu bizim 
zamanımıza gəlib çatmamışdır. 
Hal-hazırda 
onun 
əsərlərindən 
ən 
tanınmışı "Aristotelin  kateqoriyalarına  giriş  və  şərhlər" 
kitabıdır.  Bu  kitabda  Porfirius  məntiq  problemlərinə 
toxunurdu. O yazırdı ki, hər bir şey həmin şeyin müəyyən 
növünə  aiddir.  Növlər  isə  ona  yaxın  olan  növlər  və 


261 
 
cinsləri  təşkil  edir.  Ancaq,  növlər  arasında  fərqlər  vardır. 
Buna  görə  hər  bir  şeyi  cins,  növ  və  növ  fərqi  xarakterizə 
edir.  Eyni  zamanda,  hər  bir  şeyin  ona  məxsus,  keçici  və 
təsadüfi olan əlamətləri də vardır. 
Sonra Porfirius ümumi şeylərin necə mövcud olması 
sualını  ortaya  qoyur.  Yəni  növlər  və  cinslər  fərdlərdən 
fərqli  olaraq  varlıqlardır,  yoxsa  onlar  yalnız  düşüncənin 
məhsuludurlar?  Əgər  ümumi  şeylər  düşüncədən  kənar 
mövcuddurlarsa, onda onların təbiəti nədir: ruhdur yoxsa 
materiyadır?  Onlar  fərdlərin  bədənlərində  yaşayırlar, 
yoxsa  onlardan  fərqli  varlıqdırlar?  Beləliklə,  orta  əsrlərdə 
müzakirələr  səbəb  olan  ümumi  anlayışların  var  olub-
olmaması problemini ilk dəfə Porfirius səsləndirmişdir. (6, 
5-15)  
Porfiriusun ikinci məşhur əsəri "Sentensiyalar"
97
 (lat. 
Sentenze  sugli  intellegibili)  adlanır.  Bu  əsərdə  Porfirius 
ruhun  xilas  olmasının  yolları  haqqında  fikirlər  irəli 
sürmüş,  bunu  da  bədəndən  ayrılmada,  ehtiraslardan 
təmizlənməsində və Tanrıya (Əqlə) qayıdışda görmüşdür. 
Bədən ruhu saxlaya bilməz, o özü-özünü bədənə bağlayır. 
Çünki,  o  duyğular  aləminə  yönəlir  və  özünü  onunla 
eyniləşdirir.  Belə  olduqda  ruh  özünü  duyğu  orqanları 
vasitəsi  ilə  göstərir.  Ona  görə  ruh  bədəndə  deyil,  bədən 
ruhdadır demək daha doğrudur (13, 48-49) 
Ruhun  Əqlə  qayıtması  üçün  ona  özəl  bilik  olan 
“qnosis” lazımdır. Ruh Tanrıdan ayrı da deyil, o hər yerdə 
var  və  eyni  zamanda  heç  yerdə  yoxdur.  Qnosisə  çatan 
                                                
97
 Sentensia (lat.) – nəsihət yönümlü sözdür. Mənası aforizmə çox yaxındır. 


262 
 
insan Tanrını hər zaman duyur. Tanrı hər yerdə olsa belə, 
o cahil insan üçün yox kimidir. 
Öldükdən  sonra  “qnosisə”  çatmayan  ruh  Tanrıya 
qayıtmır,  o  yenə  də  özünü  duyğular  aləminə  yönəldir, 
kabusa  çevrilir  və  bu  yaşam  da  əslində  Aiddir 
(cəhənnəmdir)  (13,  55-56).  Filosoflar  isə  başqa  cür  ölür. 
Onların  ölümü  təbii  qocalmadan  və  xəstəliklərdən  öncə 
baş  verir.  Bunun  üçün  onlar  ehtiraslardan  azad  olmalı, 
özlərini  bədənlə  eyniləşdirməməli,  öz  həqiqi  təbiətinə 
qayıtmalıdırlar  (13,  49).  Belə  olduğu  halda  onlar  Tanrıya 
qovuşurlar. 
İnsanların, 
tanrıların, 
demonların, 
heyvanların və bütün canlıların ruhlarının təbiəti birdir. 
Porfirius  həm  də  Xeyrin  növləri  məsələsinə  diqqət 
yetirmişdir.  Onlar  ruhun  kamilliyə  çatması  (qnosis)  üçün 
pillələrdir.  Birinci  pillə  vətəndaşların  xeyirləridir.  Onları 
özündə  tərbiyə  edənlər  mənfi  ehtiraslarının  qarşısını  ala 
bilərlər. İkincisi pillə katarsis halına çatmışların xeyirlərdir ki, 
bunu  ruhu  yüksəklərə yönəlmişlər özündə tərbiə edir. Bu 
da  dünyaya  bağlılıqdan  uzaqlaşaraq,  yüksək  ideallara 
doğru yönəlməkdir. Üçüncü pillə ruhi xeyirlərdir. Onlar bu 
təmizlənməni  pozitiv  aspektlərlə  təkmilləşdirir,  ruhu  ilk 
səbəbə  (Tanrıya)  yönəldir.  Dördüncü  pillə  isə  mənəvi 
(yaxud  əqli)  xeyirdir.  O,  bütün  xeyirlərin  ilk  obrazını 
(paradiqmasını)  təşkil  edir,  bütün  xeyir  növlərini  özündə 
birləşdirir. (13, 57) 
Porfirius  Roma  imperiyasında  yayılan  Xristianlığa 
qarşı  şiddətli  tənqidlərlə  çıxış  etmiş,  bu  mövzuya  həsr 
olunmuş 15 cilddən ibarət “Xristianlara qarşı” (lat. Contra 
Christianos)  adlı  külliyyatını  yazmışdır.  Bu  kitabda 


263 
 
Porfirius, Əhdi-Ətiqi və Əhdi-Cədidi çox ciddi elmi tənqidə 
məruz  qoyurdu.  O,  ilk  dəfə  iddia  etmişdi  ki,  Tövratın 
müəllifi  Musa  ola  bilməzdi.  Onun  yazdığına  görə 
Musanın  Tövratı  yəhudi  məbədi  ilə  birlikdə  Qüdsü  ələ 
keçirmiş  Babil  kralı  Buhtunnəssarın  əskərləri  tərəfindən 
yandırılmışdır.  Yəhudi  və  xristianlarda  olan  nüsxələri  isə 
Musadan 1180 il sonra Ezdra (Üzeyir) yazmışdır (22, 349). 
Daha sonra o, "Daniel" kitabının qədim zamanlarda deyil, 
Suriya  kralı  Antioxus  Epifanes  dövründə  (m.  ö.  165) 
yazılmasına  dair  dəlillər  irəli  sürmüşdür  (1,  71-83). 
Porfirius  İncillərdə  olan  ziddiyyətləri  qabarıq  şəkildə 
ortaya  qoymuş  və  İsanın  tanrılaşdırılmasına  qarşı  çıxış 
etmişdir. 
Xristianlığın  tənqidi  kilsə  xadimlərinin  etirazları  ilə 
qarşılanırdı.  Porfiriusun  dəlillərini  təkzib  etmək  üçün 
onlar  çoxlu  kitab  yazmışdırlar.  Daha  sonra  təəssübkeş 
xristianlar  onun  “Xristianlara  qarşı”  külliyyatını  448-ci 
ildə  tonqallarda  yandırmışdılar.  Ancaq,  onun  bəzi 
hissələri bizim zamanımıza kilsə xadimlərinin müxaliflərə 
qarşı yazdığı rəddiyyə əsərlərində gəlib çatmışdır.  
Porfirius  dinin  tənqidinin  fəlsəfi  və  elmi  əsaslarını 
qoymuşdur,  buna  görə  də  o,  dinşünaslıq  elminin  əsasını 
qoyan  sələflərindən  biri  kimi  tanınmaqdadır.  Onun 
metodlarından  sonralar  bütün  din  tədqiqatları  istifadə 
etmişdirlər. 
Yeni-platonçuluğun 
Roma 
məktəbinin 
filosoflarından  biri Amelius (yun.  Ἀμέλιος,  lat.  Amelius; 
III  yüzillik)  olmuşdur.  O,  Plotinin  öyrəncisi  idi  və  bir  çox 
zamanımıza  çatmayan  kitabların  müəllifi  olmuşdur. 


Yüklə 266,78 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə